Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3801/2020 07.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlu, İddiaçı üçüncü şəxs «xxxxxxxxxxx» ASC-yə qarşı «mirasın qəbulu faktının müəyyən olunması» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı üçüncü şəxs «xxxxxxxxxxx» ASC-yə qarşı «mirasın qəbulu faktının müəyyən olunması» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən qoyulmuş tələb mirasın qəbulu faktının müəyyən olunması ilə bağlı olsa da, iddiaçı məhkəməyə iddia ərizəsi formasında müraciət etmişdir. Belə ki, xüsusi icraat qaydasında baxılan işlər isə ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Xüsusi icraat qaydasında baxılan işlərin siyahısı MPM-nin 305.1-ci maddəsində göstərilmişdir ki, bunların bir kateqoriyası da hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında olan işlərdir (MPM, maddə 307). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Halbuki iddiaçı ərizəsində göstərilmiş mirasın qəbulu faktının tələbi ilə Notariat Kontoruna müraciət etməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən ərizədə cavabdeh və ya maraqlı şəxs göstərilməmiş, digər tərəf kimi üçüncü şəxs qismində «xxxxxxxxxxx» ASC göstərilmişdir. Həmçinin Nəsimi Rayon Məhkəməsinin 2(006)-4465/2019-cu il tarixli qərardadı ilə ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı eyni əsaslar üzrə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Qeyd olunan Məcəllənin 149.2.2-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2, 152.1.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı üçüncü şəxs «xxxxxxxxxxx» ASC-yə qarşı «mirasın qəbulu faktının müəyyən olunması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3801/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3801/2020
07.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver