Məhkəmə qərarları › İş №2(006)-384/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-384/2023

02.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-384/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı1, İddiaçı - İddiaçı2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi – X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti olmaqla, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «qeyri-yaşayış binasının qiymətləndirilməsi barədə hesabatın məhkəmə qaydasında etibarsız hesab edilməsi» tələbinə dair mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti olmaqla, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «qeyri-yaşayış binasının qiymətləndirilməsi barədə hesabatın məhkəmə qaydasında etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizələrlə məhkəməyə müraciət edərək, iş üzrə iddiadan imtina etdiylərini bildirmişlər, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iddiadan imtina edilməsi barədə ərizələri tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən imtinalar məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti olmaqla, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «qeyri-yaşayış binasının qiymətləndirilməsi barədə hesabatın məhkəmə qaydasında etibarsız hesab edilməsi» tələbinə dair iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiadan imtinaları qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar