Məhkəmə qərarları › İş №2(006)-3848/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3848/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3848/2021 26.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (MMC) Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, 07 mart 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********73668 olan iPhone X markalı telefon üçün 479 manat ödənilməmiş hissə, 151 manat dəbbə, cəmi 630 manat; 20 mart 2018-ci il tarixli müqaviləsinə əsasən Samsung markalı televizor üçün 1576 manat ödənilməmiş hissə, 456 manat dəbbə, cəmi 2032 manat; ümumilikdə 2662 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2292 manat cavabdehdən alınaraq MMCnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək bildirdi ki, MMC ilə 07 mart 2018-ci il və 20 mart 2018-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********73668 olan iPhone X markalı telefon və Samsung markalı televizor almış və nəticədə 2662 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07 mart 2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3424 manat (18 ay x 168 manat + 134 manat ilkin ödəniş) Samsung markalı televizor üçün ümumilikdə, 2032 manat olmaqla ondan 1576 manat ödənilməmiş hissə, 456 manat dəbbə; cavabdehin cəmi ödədiyi məbləğ 3631 manat təşkil edir. Bundan başqa, iddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır ki, həmin məbləğin də cavabdehdən tutulmasını xahiş edir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini Məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdi. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasın mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, MMC ilə Cavabdeh arasında bağlanmış 07 mart 2018-ci il tarixli müqavilənin şərtlərinə görə, cəmi dəyəri 3424 manat olan “İphone X” model telefonu, 20 mart 2018-ci il tarixli müqavilənin şərtlərinə görə, dəyəri 2262 manat olan "xxxx" model televizoru Cavabdeh müvəqqəti sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh isə 07 mart 2018-ci il tarixli müqavilə üzrə 18 ay müddətinə, hər ayın ödəniş haqqı 168 manat olmaqla, 20 mart 2018-ci il tarixli müqavilə üzrə 14 ay müddətinə, hər ayın ödəniş haqqı 152 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə Cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqavilələri bağlanmışdır. Bu səbəbdən də, Cavabdeh həmin müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə, yəni 07 mart 2018-ci il tarixli müqavilə ilə MMC-nin tələb etdiyi 3424 manat, 20 mart 2018-ci il tarixli müqavilə ilə MMC-nin tələb etdiyi 2262 manat məbləğində əşyanın satış qiymətini ödəməyə borcludur. 07 mart 2018-ci il tarixli müqavilənin şərtlərinə görə cavabdeh 18 ay ərzində, hər ay 168 manat olmaqla, cəmi 3424 manat, 20 mart 2018ci il tarixli müqavilənin şərtlərinə görə cavabdeh 14 ay ərzində, hər ay 152 manat, cəmi 2262 manat məbləğində pulu iddiaçıya ödəməlidir. MMC bu məbləğin 07 mart 2018-ci il tarixli müqavilə üzrə cəmi 2945 manat, 20 mart 2018-ci il tarixli müqavilə üzrə isə cəmi 686 manat məbləğində hissəsinin ödənildiyini bildirir, qalan 479 manat və 1576 manat ödənilməsini isə tələb edir. MMC-nin bu tələbi qanunvericiliyin tələbinə tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». MMC tərəfindən irəli sürülən, 07 mart 2018-ci il tarixli müqavilə üzrə 151 manat, 20 mart 2018-ci il tarixli müqavilə üzrə 456 manat məbləğində cərimə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nın 600.5-ci maddəsinə əsasən «alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər». Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin 07 mart 2018-ci il tarixli müqavilə üzrə ödənilməmiş 479 manat məbləğində borc üçün tələb etdiyi 151 manat məbləğində dəbbə və 20 mart 2018-ci il tarixli müqavilə üzrə ödənilməmiş 1576 manat məbləğində borc üçün tələb etdiyi 456 manat məbləğində dəbbə tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi dəbbə pulunun məbləğini azaldaraq 07 mart 2018-ci il tarixli müqavilə üzrə 15 manat və 20 mart 2018-ci il tarixli müqavilə üzrə isə 45 manat məbləğində müəyyən edir. Odur ki, qeyd olunanlara əsasən Cavabdeh 07 mart 2018-ci il tarixli müqavilə üzrə cəmi 494 manat olmaqla, ondan, 479 manat ödənilməmiş hissə və 15 manat cərimə, 20 mart 2018-ci il tarixli müqavilə üzrə cəmi 1621 manat olmaqla, ondan, 1576 manat ödənilməmiş hissə və 45 manat cərimə alınmalı və "xxxx" MMC-yə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216- 220 və 222-ci maddələrinə rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 07.03.20219-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********73668 olan iPhone X markalı telefon üçün 479 (dörd yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə, cəmi 494 manat; 20.03.2018-ci il tarixli müqaviləyə əsasən, Samsung markalı televizor üçün 1576 (min beş yüz yetmiş altı) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat dəbbə, cəmi 1621 manat; ümumilikdə 2115 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 2145 manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar