Məhkəmə qərarları › İş №2(006)-3852/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3852/2020

01.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3852/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “hesablanmış borcun” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “hesablanmış borcun silinməsi”tələbinədair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxxxxxx” ASC tərəfindən İddiaçı Bakı şəhəri, Xətai rayonu, UPD, Qafqaz küçəsi, 4911 Q saylı yaşayış evinə məxsus **********9002Q abunə koduna yazılmış enerji borcları qanunsuz olduğu üçün silinməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirdi və izahatında göstərdi ki, onun Bakı şəhəri, Xətai rayonu, UPD, Qafqaz küçəsi, 4911 Q saylı yaşayış evinə məxsus **********9002Q abunə kodu vardır. O, istifadəsində olan mənzilə aid kommunal ödənişləri vaxtlı-vaxtında vicdanlı istehlakçı kimi vaxtaşırı ödəyir. Bütün bunları nəzərə almayan “xxxxxxxx” ASC-nin əməkdaşları ondan əlavə borclarının olduğunu bildirməklə abunəçiyə verilən enerjini dayandırmaq qərarına gəlmişlər. O, cavabdehlərin hərəkətlərini qanunsuz hesab edir. Hesab edir ki, tələb olunan borclar əsassız olduğu üçün ləğv edilməlidir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abonentin Abunə haqqında vərəqindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, UPD, Qafqaz küçəsi, 4911 Q saylı yaşayış evinə 2001-ci ilədək olan dövr ərzində enerji təchizatına görə hesablanmış 195 (yüz doxsan beş) manat 16 (on altı) qəpik məbləğində elektrikdən istifadəyə görə borcu yaranmışdır. İş materiallarında olan Abonentin Abunə haqqında vərəqindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, UPD, Qafqaz küçəsi, 4911 Q saylı yaşayış evinə 2001-ci ilədək olan dövr ərzində enerji təchizatına görə hesablanmış 221 (iki yüz iyirmi bir) manat 85 (səksən beş) qəpik məbləğində elektrikdən istifadəyə görə borcu yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, UPD, Qafqaz küçəsi, 4911 Q saylı yaşayış evinə 2001-ci ilədək olan dövr ərzində enerji təchizatına görə hesablanmış 195 (yüz doxsan beş) manat 16 (on altı) qəpik məbləğində elektrikdən istifadəyə görə borcu, 221 (iki yüz iyirmi bir) manat 85 (səksən beş) qəpik məbləğində elektrikdən istifadəyə görə borcu silinməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki,iddia tələbi təmin edilməli, Cavabdeh “xxxxxxxx” ASC tərəfindən İddiaçı Bakı şəhəri, Xətai rayonu, UPD, Qafqaz küçəsi, 4911 Q saylı yaşayış evinə məxsus **********9002Q abunə koduna yazılmış enerji borcları qanunsuz olduğu üçün silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi isitnad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “xxxxxxxx” ASC tərəfindən İddiaçı Bakı şəhəri, Xətai rayonu, UPD, Qafqaz küçəsi, 4911 Q saylı yaşayış evinə məxsus **********9002Q abunə koduna yazılmış enerji borcları qanunsuz olduğu üçün silinməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “xxxxxxxx” ASC tərəfindən İddiaçı Bakı şəhəri, Xətai rayonu, UPD, Qafqaz küçəsi, 4911 Q saylı yaşayış evinə məxsus **********9002Q abunə koduna yazılmış enerji borcları qanunsuz olduğu üçün silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar