Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3891/2020 07.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 30 faizlə 36 ay müddətinə 10000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq xx.xx.2015-ci il tarixli Cavabdeh2 və X5 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2016-cı il tarixə olan məzənnəsi (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 12419,97 manat təşkil edir, xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2020-ci il tarixədək Cavabdeh1 banka xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1585,03 manat əsas borc, 351,57 manat faiz borcu, 83,05 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2019,65 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bundan başqa, xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 1585,03 manat əsas borc, 351,57 manat faiz borcu, 83,05 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 14,9 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2034,55 manat borcu vardır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 İddiaçı ASC-nin xeyrinə xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 1585,03 manat əsas borc, 351,57 manat faiz borcu, 83,05 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 14,9 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 2034,55 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən iddia tələbləri dəqiqləşdirilərək, cavabdeh X3 qarşı heç bir tələbləri olmadığına görə onu cavabdehlikdən çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı və iddia tələblərinin dəqiqiləşdirməni müdafiə etmiş, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə tam etiraz etmədiyini, borcun olduğunu, lakin ödəməkdə əziyyət çəkidiyini qeyd edərək məhkəmədən bu halların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan «xxxxxx» İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 6-Z2-2-0-352-15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 30% olmaqla, 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan «xxxxxx» İKB ASC ilə borclu Cavabdeh1, zaminlər Cavabdeh2 və X5 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər zaminlər Cavabdeh2 və X5 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərlərinə öhdəliklər götürmüşlər. İş materiallarında olan «xxxxxx» İKB ASC ilə borclu Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2016-ci il tarixli Əlavə Sazişindən görünür ki, müqavilənin 1.2-ci bəndinin ləğv edilməsi, müqavilənin 1.4-cü bəndinin kreditin təminatı – Zaminlik: 12419,97 manat kimi oxunması, müqavilənin 1.5-ci bəndinə kreditin qalıq məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borc və gecikdirilmiş faiz borc) 7362,6 ABŞ dolları Mərkəzi Bankın xx.xx.2016-cı il tarixə olan məzənnəsi ilə (və ya Bank müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 12419,97 manat təşkil etmiş cümlə əlavə edilməsi, müqavilənin 1.6-cı bəndində qeyd edilmiş “36 ay” sözləri “62 ay” sözləri ilə əvəz edilməsi, müqavilənin 1.8-ci bəndində qeyd edilmiş “xx.xx.2018” sözləri “xx.xx.2020” sözləri ilə əvəz edilməsi, müqavilənin 1.10-cu bəndindı qeyd edilmiş “USD” sözləri “AZN” sözləri ilə əvəz edilməsi, müqavilənin 1.11-ci bəndində qeyd edilmiş “30%; FİFD 33,196%” sözləri “20,92%; FİFD 20,92%” sözləri ilə əvəz edilməsi göstərilmişdir. İş nateriallarında olan «xxxxxx» İKB ASC ilə borclu Cavabdeh1, zaminlər Cavabdeh2 və X5 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsinə xx.xx.2016-ci il tarixli Əlavə Sazişlərindən görünür ki, müqavilənin 1.3.1-ci bəndində kreditin qalıq məbləği (əsas borc, gecikdirilmiş borc, faiz borc və gecikdirilmiş faiz borc) 6- Z2-2-0-352-15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə eedilmiş xx.xx.2016-cı il tarixli Əlavə Sazişinə əsasən 12419.97 manat, müqaviləsinin 1.3.3-cü bəndində qeyd edilmiş “36 ay” sözləri “62 ay” sözləri ilə əvəz edilməsi, müqavilənin 1.3.6-cı bəndində qeyd edilmiş “xx.xx.2018” sözləri “xx.xx.2020” sözləri ilə əvəz edilməsi, müqavilənin 1.3.7ci bəndində qeyd edilmiş “USD” sözləri “AZN” sözləri ilə əvəz edilməsi, müqavilənin 1.3.8ci bəndində qeyd edilmiş “30%” sözləri “20,92%” sözləri ilə əvəz edilməsi, müqavilənin 1.3.12-ci il bəndində qeyd edilmiş “xx.xx.2018” sözləri “xx.xx.2020” sözləri ilə əvəz edilməsi göstərilmişlir. İş materiallarında olan "İddiaçı" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən Banka 1585,03 manat məbləğində əsas borcu, 351,57 manat məbləğində faiz borcu, 83,05 manat məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən hazırki vaxtadək 5%-lik faiz borcu üzrə 14,9 manat olmaqla, ümumilikdə 2034,55 manat məbləğində borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «xxxxxx» İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 6-Z2-2-0-352-15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 30% olmaqla, 10000 ABŞ dolları məbləğində kredit verilmiş, zaminlər Cavabdeh2 və X5 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərlərinə öhdəliklər götürmüşlər, iddiaçının nümayəndəsinin cavabdeh X3 qarşı heç bir tələbləri olmadığına görə cavabdehlikdən çıxarılmasını xahiş etmiş, kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli əlavə sazişinə əsasən kreditin qalıq məbləği 12419,97 manat müəyyən edilmiş, müddəti xx.xx.2020-ci il tarixədək artırılmış, cavabdehlər üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə cavabdehlərin banka 1585,03 manat məbləğində əsas borcu, 351,57 manat faiz borcu, 83,05 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% faizlə hesablanmış 14.9 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 2034,55 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1585,03 (bir min beş yüz səksən beş manat, üç qəpik) manat əsas borc, 351,57 (üç yüz əlli bir manat, əlli yeddi qəpik) manat cərimə borcu, 83,05 (səksən üç manat, beş qəpik) cərimə və 14,9 (on dörd manat, doxsan qəpik) manat kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış faiz borcu olmaqla, cəmi 2034,55 (iki min otuz dörd manat, əlli beş qəpik) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2064,55 (iki min altmış dörd manat, əlli beş qəpik) manat məbləğində pul alınaraq “İddiaçı" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1585,03 (bir min beş yüz səksən beş manat, üç qəpik) manat əsas borc, 351,57 (üç yüz əlli bir manat, əlli yeddi qəpik) manat cərimə borcu, 83,05 (səksən üç manat, beş qəpik) cərimə və 14,9 (on dörd manat, doxsan qəpik) manat kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış faiz borcu olmaqla, cəmi 2034,55 (iki min otuz dörd manat, əlli beş qəpik) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2064,55 (iki min altmış dörd manat, əlli beş qəpik) manat məbləğində pul alınaraq “İddiaçı" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3891/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3891/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver