Məhkəmə qərarları › İş №2(006)-3892/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3892/2020

02.09.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3892/2020 02.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər "xxxxxxxx" X6 və "xxxxxxxx" X5 Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər "xxxxxxxx" X6 və "xxxxxxxx" X5 Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tərəflər məhkəməyə barışıq sazişini təqdim edərək, aralarında yaranmış mübahisənin xx.xx.2020-ci il tarixli barışıq sazişi ilə həll edildiyini bildirib, sazişin təsdiq edilməsinə dair qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh «xxxxxxxx» X5 nümayəndəsi X2 barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2020-ci il tarixli barışıq sazişini aşağıdakı şərtlərlə bağlayırlar: “xxxxxxxx” ASC-nin öhdəlikləri:

1. İddiaçı “xxxxxxxx” ASC-nin Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsində (bundan sonra Nizami RETSİ) 10/6/0,4 kv-luq İstismar şöbəsinin mühəndisi vəzifəsinə işə qəbul edir. İddiaçı öhdəlikləri:

1. İddiaçı Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin icraatında olan “xxxxxxxx” ASC-nin № K/20-02235 nömrəli xx xxxx 2020-ci il tarixli əmrinin ləğv edilməsi, “xxxxxxxx” ASC-nin Xətai Rayon Enerji Təchizatı və Satış İdarəsində 10/6/0,4 kv-luq İstismar şöbəsinin növbətçi mühəndisi vəzifəsinə bərpa olunmağı barədə “xxxxxxxx” ASC-nin üzərinə öhdəliyin qoyulması və məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə iddia tələbindən imtina edir və gələcəkdə bu müqavilənin şərtlərinə dair etirazının olmayacağını bəyan edir. Saziş üzrə Tərəflər:

1. İddiaçı qismində MPM-in 52.1-ci maddəsinə uyğun olaraq mövcud iddialardan imtina edirlər.

2. Cavabdeh qismində iddiaçı tərəfindən verilmiş xitamla bağlı ərizəyə etiraz etmirlər.

3. Bu Sazişin qanuna zidd olmamasına və ya hər hansı bir şəxsin hüquqlarına və qanunla qorunan mənafələrini pozmamasına əmindirlər.

4. Mövcud iddia ərizələri üzrə iddiaçı tərəfindən çəkilən xərclər MPM-in 122.1-ci maddəsinə uyğun olaraq cavabdehdən tələb olunmur.

5. MPM-in 191-ci maddəsinin və 262.2-ci maddəsinin tələblərini başa düşdülər. Digər hallar:

1. Bu Saziş məhkəmədə mövcud iddialar üzrə işlərə xitam verilməsinə əsasdır.

2. Sazişin şərtləri yerinə yetirilmədiyi təqdirdə tərəflər hazırki mübahisəni məhkəmə qaydasında davam etdirirlər.

3. Bu Saziş imzalandığı andan qüvvəyə minir.

4. Saziş 2 nüsxədə olmaqla, tərəflərə bir nüsxə verilir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdehlər "xxxxxxxx" X6 və "xxxxxxxx" X5 Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx xxxxxxxx 2020-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. “xxxxxxxx” ASC-nin öhdəlikləri:

1. İddiaçı “xxxxxxxx” ASC-nin Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsində (bundan sonra Nizami RETSİ) 10/6/0,4 kv-luq İstismar şöbəsinin mühəndisi vəzifəsinə işə qəbul edir. İddiaçı öhdəlikləri:

1. İddiaçı Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin icraatında olan “xxxxxxxx” ASCnin № K/20-02235 nömrəli xx xxxx 2020-ci il tarixli əmrinin ləğv edilməsi, “xxxxxxxx” ASCnin Xətai Rayon Enerji Təchizatı və Satış İdarəsində 10/6/0,4 kv-luq İstismar şöbəsinin növbətçi mühəndisi vəzifəsinə bərpa olunmağı barədə “xxxxxxxx” ASC-nin üzərinə öhdəliyin qoyulması və məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə iddia tələbindən imtina edir və gələcəkdə bu müqavilənin şərtlərinə dair etirazının olmayacağını bəyan edir. Saziş üzrə Tərəflər:

1. İddiaçı qismində MPM-in 52.1-ci maddəsinə uyğun olaraq mövcud iddialardan imtina edirlər.

2. Cavabdeh qismində iddiaçı tərəfindən verilmiş xitamla bağlı ərizəyə etiraz etmirlər.

3. Bu Sazişin qanuna zidd olmamasına və ya hər hansı bir şəxsin hüquqlarına və qanunla qorunan mənafelərini pozmamasına əmindirlər.

4. Mövcud iddia ərizələri üzrə iddiaçı tərəfindən çəkilən xərclər MPM-in 122.1-ci maddəsinə uyğun olaraq cavabdehdən tələb olunmur.

5. MPM-in 191-ci maddəsinin və 262.2-ci maddəsinin tələblərini başa düşdülər. Digər hallar:

1. Bu Saziş məhkəmədə mövcud iddialar üzrə işlərə xitam verilməsinə əsasdır.

2. Sazişin şərtləri yerinə yetirilmədiyi təqdirdə tərəflər hazırki mübahisəni məhkəmə qaydasında davam etdirirlər. İddiaçı cavabdehlər "xxxxxxxx" X6 və "xxxxxxxx" X5 Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar