Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3898/2021 16.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X18 oğlunun katibliyi, İddiaçı, cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1959-cu ildə Lənkəran şəhərinin Mamusta kəndində anadan olmuşdur, ailəlidir, 4 əlil anasıdır, orta təhsillidir. İddiaçının həyat yoldaşı X7 2019-cu ildə “xxxx” ASC-nin Lənkəran rayon şöbəsindən 3935 manat kredit götürmüş və sonra səhhətində ciddi dəyişiklik olmuşdur. İddiaçının həyat yoldaşı əvvəllər onkoloji xəstəlik keçirtməklə Bakı şəhərində cərrahiyyə əməliyyat olunmuş, daha sonra isə psixi durumunda problemlər yaranmışdır. Belə ki, o, mütəmadi olaraq qeyri-adekvat hərəkətlərə yol verir, hətta mənzilin yanmasına da cəhd göstərmişdir. İddiaçı həyat yoldaşının bu vəziyyətinin dəyişməyəcəyini görüb Lənkəran Rayon Məhkəməsinə "şəxsin fəaliyyət qabiliyyətsizliyini elan etməsinə dair" iddia qaldırmışdır. Məhkəmə bu işlə əlaqəli ekspertiza təyin etmiş və bununla bağlı rəy verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-291/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının həyat yoldaşı barəsində "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair qətnamə qəbul edilmişdir. Hazırda iddiaçının həyat yoldaşı səhhəti ilə əlaqədar banka olan kredit borcunu ödəmək iqtidarında deyil, ona görə də həmin müqavilə etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən Cavabdeh ASC-nin Lənkəran şəhər filialının iddiaçının həyat yoldaşı, hazırda Lənkəran Rayon Məhkəməsinin qətnaməsinə əsasən fəaliyyət qabiliyyətsizliyi elan edilən X7 ilə bağlanmış 138CLM********** saylı müqavilənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin materiallarında olan Lənkəran rayonu Mamusta kənd soveti tərəfindən verilmiş İ-JQ № 487894 saylı, 12 oktyabr 1978-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X10 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 37 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mirzəyeva soyadı verilmişdir. İşin materiallarında olan "Cavabdeh" ASC ilə X8 arasında bağlanmış 23.01.2018-ci il tarixli, 138CLM********** saylı kredit müqaviləsinin surətindən görünür ki, X1 43 ay müddətinə, illik 27,84 faiz olmaqla, 3935 manat məbləğində kredit vermişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(049)- 291/2021 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, 10.05.1957-ci il tarixdə Lənkəran rayonu, Mamusta kəndində doğulmuş və həmin kənddə qeydiyyatda olmaqla yaşayan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29.04.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı əri X9 İ qrup əlildir. Xəstə əri hərəkət edə bilmir, ona arvadı İddiaçı himayədarlıq edir. Beləliklə, iddia tələbindən də göründüyü kimi hazırki iş üzrə mübahisənin predmeti iddiaçının həyat yoldaşının mülki hüquq fəaliyyət qabiliyyəti olmadığı üçün Bank ilə aralarında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının həyat yoldaşı Ş.Mirzəyev müvafiq müqaviləni bağlayarkən mülki hüquq fəaliyyət qabiliyyəti olmuş və həmin an onun üzərində qəyyum təyin edilməmişdir. Belə ki, İddiaçı Lənkəran Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə X4 üzərində qəyyum təyin edilmişdir. Göründüyü kimi qəyyum yalnız tərəflər, yəni Bank ilə kredit alan arasında müqavilə bağlandıqdan 3 il sonra təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, kredit alanın bağladığı müqavilə üzrə “öhdəliyini dərk etmədiyi halda”, sonradan müvafiq müqavilələrə dair dəyişiklikləri imzalaması və ödənişlər aparması iddianın əsassız olmasına dəlalət edir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbinin təmin edilməməsi, İddiaçı gələcəkdə (həyat yoldaşının əlillik dərəcəsi olduğu halda) “kredit götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi”nə uyğun olaraq sığorta ödənişi ilə bağlı müvafiq sığorta şirkətinə qarşı iddia irəli sürməsini istisna etmir. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3898/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3898/2021
16.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver