Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-390/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılır ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında 29.09.2017-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və «Nissan Sunny» markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobl sığorta olunaraq, avtonəqdiyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 12.02.2018-ci il tarixdə «Nissan Sunny» markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ünvan 1 ünvanında yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X8 yüngül xəsarət almasına və «Kia Sportage» markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmasına səbəb olmuşdur. Qeyd olunan sığorta hadisəsinə görə "xxxx" ASC tərəfindən X8 yüngül xəsarət almasına görə 750 manat və «Kia Sportage» markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 850 manat olmaqla, cəmi 1600 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yasamal RPİ Təhqiqat Şöbəsinin "xxxx" ASC-yə təqdim etdiyi 05.03.2018-ci il tarixli, 091-7413-1218 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aralan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Yol-nəqliyyat hadisəsi ilə bağlı Yasamal RPİ Təhqiqat Şöbəsindən daxil olmuş 23.02.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayındığı və barəsində AR İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada tənbeh tədbirlərinin həyata keçirilməsi məqsədilə qərarın surətinin Yasamal RPİ DYPŞ-nin göndərildiyi qeyd olunmuşdur. AR DİN X5 Xidmətindən 04.04.2018-ci il tarixli, AS-18/700 saylı müraciətinə cavab olaraq göndərilmiş 18.04.2018-ci il tarixli, ***-*******8 saylı məktubda Abbasov Taleh Vəkil oğlunun 12.02.2018-ci il tarixdə «102» Xidməti-Zəng mərkəzi sisteminə zəng edərək idarə etdiyi «Kia Sportage» markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri, Yasamal rayonu ərazisində «Nissan Sunny» markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən zərər vurulduğu və sonuncu avtomobilin sürücüsünün hadisə yerindən yayılması barədə məlumat daxil olduğu qeyd olunmuşdur. İddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 1600 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına 30.04.2018-ci il tarixli, AS-18/994 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. Göstərilənlərə əsasən 1600 manat sığorta ödənişi məbləğinin,500 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 2130 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi məhkəmədən xahiş etmişdir. Cavabdeh həmçinin göstərmişdir ki, maşına dəyən ziyanın miqdarı azdır.
5. Məhkəmə tərəfin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Belə ki, iş materiallarında olan AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş 30.08.2014-cü il tarixli AC seriyalı 256327 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** AE *** dövlət qeydiyyat nişanlı «Nissan Sunny» minik markalı nəqliyyat vasitəsi "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır.
9. İş üzrə 22.01.2018-ci il tarixli etibarnamənin surətinə əsasən "xxxx" MMC-yə məxsus «Nissan Sunny» markalı, qara rəngli, dövlət nömrə nişanı **-AE-***, mühərrik № 764548C, ban № MDHBBAN17Z0511702 olan minik avtomobilini idarə etmək hüququ Cavabdeh 22.02.2022-ci il tarixədək etibar edilmişdir.
10. İş materiallarında olan AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş 23.05.2017-ci il tarixli AC seriyalı 877674 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** XE *** dövlət qeydiyyat nişanlı «Kia Sportage» minik markalı nəqliyyat vasitəsi Abbasov Taleh Vəkil oğlunun adına qeydiyyata alınmışdır.
11. İş üzrə 25.05.2017-ci il tarixli etibarnamənin surətinə əsasən Abbasov Taleh Vəkil oğlu özünə məxsus «Kia Sportage» minik markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmək hüququ X9 24.04.2023-cü il tarixədək etibar edilmişdir.
12. İş üzrə PAA********** saylı icbari sığorta müqaviləsinə dair məlumata əsasən "xxxx" MMC-yə məxsus «Nissan Sunny» minik markalı, ** AE *** dövlət nömrə nişanlı avtomaşın 29.09.2017-ci il tarixdən 29.09.2018-ci il tarixədək "xxxx" ASC-də sığortalanmışdır. 13.İş üzrə Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin 23.02.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 12.02.2018-ci il tarixdə Abbasov Taleh Vəkil oğlu DİN-nin 102 xidmətinə zəng edərək bildirmişdir ki, Yasamal rayonu ərazisində yerləşən «Lider TV»-nin yaxınlığında idarə etdiyi «Kia Sportage» markalı avtomobili «Nissan Sunny» markalı ** AE *** dövlət qeydiyyat nişanlı avtomobil vuraraq hadisə yerindən uzaqlaşmış, hadisə nəticəsində xəsarət almışdır. Toplanmış materialdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X10 yüngül dərəcəli bədən xəsarətləri almışdır. Bu da «Nissan Sunny» minik markalı ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh əməlində heç bir cinayət tərkibi yaratmır. Göstərilənlərə əsasən «Nissan Sunny» minik markalı ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh əməlində heç bir cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqındla qərar qəbul edilmiş, sürücü Cavabdeh inzibati qaydada tənbeh edilməsindən ötrü qərarın surəti Yasamal RPİ-nin DYRŞ-nə göndərilmişdir.
14. İş materiallarında olan fiziki şəxs X6 "xxxx" servis mərkəzi tərəfindən verilmiş 06.03.2018-ci il tarixli nöqsan aktının surətindən görünür ki, «Kia Sportage» markalı, ** XE *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 850 manat təşkil etimşdir.
15. İş materiallarında olan 1361/18/AA-994/18 nömrəli, 02.04.2018-ci il tarixli sığorta aktının təsdiq olunmuş surətindən görünür ki, 12.02.2018-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində «Kia Sportage» minik markalı, ** XE *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği 850 manat, Abbasov Taleh Vəkil oğluna ödənilmiş sığorta ödənişinin məbləği 850 manat təşkil etmişdir.
16. İş materiallarında olan 03.04.2018-ci il tarixli, BO000003274 saylı ödəniş tapşırığının təsdiq olunmuş surətindən görünür ki, "xxxx" ASC tərəfindən Abbasov Taleh Vəkil oğluna 1361/18/AA-994/18 saylı sığorta aktına əsasən PAA ********** saylı sığorta şəhadətnaməsi üzrə 850 manat sığorta ödənişi ödənilmişdir.
17. İş materiallarında olan 1360/18/AA-994/18 nömrəli, 02.04.2018-ci il tarixli sığorta aktının təsdiq olunmuş surətindən görünür ki, 12.02.2018-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində yüngül xəsarət almış X1 dəymiş zərərin məbləği 750 manat, X9 ödənilmiş sığorta ödənişinin məbləği 750 manat təşkil etmişdir.
18. İş materiallarında olan 03.04.2018-ci il tarixli, BO000003275 saylı ödəniş tapşırığının təsdiq olunmuş surətindən görünür ki, "xxxx" ASC tərəfindən X8 1360/18/AA- 994/18 saylı sığorta aktına əsasən PAA ********** saylı sığorta şəhadətnaməsi üzrə 750 manat sığorta ödənişi ödənilmişdir.
19. İş üzrə "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 30.04.2018-ci il tarixli, AS-18/994 saylı məktubun təsdiq olunmuş surətindən görünür ki, "xxxx" zərərin aradan qaldırılması üçün ödədiyi 1600 manat sığorta ödənişi məbləğində pul vəsaitini Cavabdeh tələb etmək hüququna malikdir. Bu səbəbdən göstərilən məbləği 10 gün müddətində "xxxx" ASC-yə ödəməsi xahiş olunur. Ödəmədiyi təqdirdə "xxxx" ASC tərəfindən müvafiq məhkəməyə Cavabdeh 1600 manat məbləğində pul vəsaitinin tutulması tələbi ilə müraciət olunacaq və iddianın təmin olunduğu təqdirdə bu məbləğlə yanaşı, məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi öhdəliyi Cavabdeh üzərinə düşəcəkdir.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/301 saylı, 09.03.2022-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC-nin 06.03.2018-ci il tarixli qəsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı «Kia Sportage» markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə öbaş verən tarixə təxminən 770 manat müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 21.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh «Nissan Sunny» markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, X8 idarət etdiyi «Kia Sportage» minik markalı, ** XE *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə X11 yüngül xəsarət almış və həmin avtomobilinə maddi ziyan vurulmuşdur, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən zərər dəymiş avtomobilin sahibinə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə "xxxx" ASC 1600 manat məbləğində pulu subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
22. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 23.Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 24.Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 25.Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
26. İcbari Sığortalar Haqqında Qanunun 14.2.5-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan yüngül zərərin əvəzi kimi sığorta məbləğinin 15 faizi müqdarında ödənilir.
27. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil Cavabdeh tərəfindən idarə edildiyindən, mülki hüquq pozuntusu törətmiş cavabdehin baş vermiş hadisədə təqsirli olması iş materiallarında olan sübutlarla tam təsdiq olunduğundan, həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşımalıdır.
28. Məhkəmə qeyd edir ki, ekspertiza rəyinə əsasən avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 770 manat təşkil etmişdir.
29. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 1520 (750+770=1520) manat məbləğində pul tutulmalıdır.
30. Məhkəmə iddia tələbinin 500 manat işlərin görülməsi xərcinin tutulması hissəsi üzrə qeyd edir ki, həmin xərclərin çəkilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim olunmadığından, həmin hissədə tələb əsassız hesab edilməlidir.
31. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmiş sığorta ödənişin əvəzi kimi 1520 (bir min beş yüz iyirmi) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz manat) manat dövlət rüsumu, ümumilikdə 1550 (bir min beş yüz əlli) manat məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidır.
33. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM,VÖEN **********, AZ43CTRE********************, X4, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir.
34. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
36. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmiş sığorta ödənişin əvəzi kimi 1520 (bir min beş yüz iyirmi) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz manat) manat dövlət rüsumu, ümumilikdə 1550 (bir min beş yüz əlli) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM,VÖEN **********, AZ43CTRE********************, X4, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov