Məhkəmə qərarları › İş №2(006)-3901/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3901/2022

21.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3901/2022 21.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı X10 və onun nümayəndəsi (vəkil) - Vəkil iştirakları ilə, İddiaçı X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X22 olmaqla cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilənin etibarsızlığı» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X23 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X22 olmaqla cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilənin etibarsızlığı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə X24 arasında bağlanmış 37 nömrəli, 10 noyabr 2021-ci il tarixli Müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1976-cı il tarixdə Ə.Ələkbərov ev 13 ünvanda doğulmuş, orada böyüyüb həddi buluğa çatmış, evləndikdən sonra da ailə üzvləri ilə (oğlu – X25, qızı - X16 və kiçik oğlu - X17, yoldaşı rəhmətə gedib) həmin ünvanda qeydiyyatda olmaqla bu ünvanda yaşayırdılar. Qardaşı Nazim də onlarla bir həyətdə qonşu olsa da evlərinin giriş-çıxışı ayrı idi. Onun evinin təmirə ehtiyacı olduğundan məcburən ailə üzvləri ilə birlikdə müvəqqəti olaraq köçüb başqa ünvanda kirayədə yaşamağa başladılar. 2021-ci ilin oktyabr ayında evini təmir etdirmək istəyərkən cavabdehin işçiləri tərəfindən ona bildirmişdilər ki, pilot layihə var, onun evi də (həyətləri) plana düşür. Həmin vaxt onlar bildirdilər ki, cavabdeh evləri plana düşənlərlə müqavilə bağlayaraq ya mənzillə təmin edəcəklər ya da qarşılıqlı razılq əsasında evin pulunu ödəyəcəklər. Cavabdehin işçiləri onu özünü şirkətin müdiri kimi təqdim edən Rəfail Mirzəyev adlı şəxsin qəbuluna apardılar. Rəfail Mirzəyev də onu qəbul etdi, o da həmin vaxt ona bildirdi ki, Nazim adlı qardaşı ilə bir həyətdə qonşu yaşayırlar, lakin onunla münasibətləri yoxdur, onunla danışmır, aralarında nifaq var, bu kimi səbəblərdən hətta onunla üzbəüz gəlmək, onu görmək belə istəmir. Rəfail müəllim onu dinlədi, sonra bildirdi ki, ailə üzvlərinin sənədlərini onlara təqdim etsin, o da özünün və ailə üzvlərinin sənədlərini onlara təqdim etmiş, sənədlərinə baxdı, sürətlərini çıxatdmağı Aynur adlı işçiyə tapşırdı, Aynur da həmin sənədlərin surətlərini çıxararaq müdiriyyətə verdi, sonda onun əlaqə nömrələrini götürdülər və ona da öz əlaqə nömrələrini verdilər. Rəfail müəllim ona bildirdi ki, onların evinə növbə çatanda onun işçiləri onu da dəvət edəcəklər, onun yetkinlik yaşına çatan və qeydiyyatda olan ailə üzvlərinin hamısının imzası olmadan onların evinə dəyməyəcəklər. Bu yaxınlarda ona məlum oldu ki, cavabdehin işçiləri onunla qonşuluqda yaşayan, onunla heç bir münasibəti olmayan qardaşı X24 ilə onun xəbəri olmadan razılığa gələrək faktiki olaraq Nazimin evini aldıqdan sonra, ona heç bir xəbərdarlıq etmədən Nazimin evi ilə onu evinin arasında olan arakəsməni sökərək, onun evinə müdaxilə ediblər. Belə ki, o, qardaşı X24 ilə bir həyətdə, lkin ayrı-ayrı çıxışları olan evlərdə yaşamışlar. Nazimin evinin ona, onun evinin isə Nazimə heç aidiyyəti yoxdur və olmamışdır. Vəkilinin sorğusu əsasında cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla təqdim olunmuş CavabdehMMC ilə X24 arasında bağlanmış 37 nömrəli, 10 noyabr 2021-ci il tarixli Müqavilədən görünür ki, ikinci tərəf birinci tərəfin xeyrinə ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 52,01 mert kv.m, olan mənzilə dair bütün hüquqlardan imtina etmək niyyəti ilə bağlanmışdır. Bu səbəbdən də tərəflər arasında bağlanmış müqavilə onun maraqlarını, mülkiyyət hüquqlarını (istifadə, sahiblik və sərəncam) əhəmyyətli dərəcədə pozmuşdur. Ona görə də onun həmin müqaviləni mübahisələndirmək hüququ yaranır. Tərəfindən məhkəməyə təqdim etdiyim sübutlardan görünür ki,Yasamal rayon MKTB-nin 64 saylı MKİS-nin xx.xx.2011-ci il tarixli arayışına əsasən o, ailə üzvləri.oğlu – X25, qızı - X16, oğlu - X17 ilə Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov 13 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayırlar, "xxxx" MMC tərəfindən tərtib olunmuş Memarlıq Planlaşdırma layihə sənədindən görünür ki, ona məxsus hissə 1 mərtəbəli olmaqla, 1-otaqdan və mətbəxdən, həyətdə hamam və tualetdən ibarət olmaqla cəmi 29 metr kv.m, təşkil edir. O, cavabvdehin hərəkətləri barədə bütün dövlət orqanlarına, o cümlədən, hüquq-mühafizə orqanlarına müraciətlər, şikayətlər etmiş, qəbullarda olmuş, hər dəfə ona bildiriblər ki, haqılısan, düzsən, lakin məhkəməyə müraciət etməlisən. Belə ki, onun hüquqlarını tikinti şirkəti kobudcasına pozmuşdur Məhkəmə baxışı dövrundə iddiaçı cavabdeh tərəfin izahatları və şahid ifadələrinin həqiqətə uyğun olmaması ilə bağlı mülahizələrlə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia ərizəsində göstərdikləri məhkəmədə işə baxılan zaman tam təsdiqini tapdığına görə (əsaslı və düzgün olduğundan) iddia ərizəsini müdafiə edir. Belə ki, o, xx.xx.1976-cı il tarixdə ünvan 3 ünvanda doğulmuş, orada böyüyüb həddi buluğa çatmış, evləndikdən sonra da həmin ünvanda da ailə üzvlərimlə (əvvəlcə rəhmətlik valideynləri ilə və oğlu – X25, qızı - X16 və kiçik oğlu - X17, yoldaşı həmin ünavda qeydiyatda olmaqla yaşasa da 2016-cı ildə rəhmətə gedib) həmin ünvanda qeydiyyatda olmaqla yaşamışlar. Qardaşı Nazim də onlarla bir həyətdə qonşu olsa da, evlərinin girişçıxışı ayrı olmuşdur. Bütün həyətdə (olan 6 evin) yaşayanların hamısının evlərinin giriş – çıxışı ayrı olmuşdur. Həmin həyətin girişində 1-ci ev Nazimə, 2-ci ev isə ona məxsus olmuşdur, hətta onun sanitar qovşağı və hamamın bayırda qapının çıxışında, sağ tərəfdə, Nazimin sanitar qovşağı və hamamı isə evinin içərisində olmuşdur. 2021-ci ilin oktyabr ayında evimi təmir etdirmək istəyərkən cavabdeh MMC-nin işçiləri ona bildirdilər ki, pilot layihə var, onun evi də (həyətləri) plana düşür. Həmin vaxt onlar bildirdilər ki, cavabdeh evləri plana düşənlərlə müqavilə bağlayaraq ya mənzillə təmin edəcəklər ya da qarşılıqlı razılq əsasında evin pulunu ödəyəcəklər. Həmin vaxt cavabdehin işçiləri onu Rəfail Mirzəyev adlı cavabdehin müdirinin qəbuluna apardılar. Rəfail Mirzəyev də onu qəbul etdi, o da həmin vaxt ona bildirdi ki, o, Nazim adlı qardaşı ilə bir həyətdə qonşu yaşayırlar, lakin onunla münasibəti yoxdur, onunla danışmır, aralarında nifaq var, bu kimi səbəblərdən hətta onunla üz-bəüz gəlmək, onu görmək belə istəmir. Rəfail müəllim onu dinlədi, sonra ona bildirdi ki, ailə üzvlərinin sənədlərini onlara təqdim etsin, o da özünün və ailə üzvlərinin sənədlərini onlara təqdim etdi, sənədlərinə baxdı, sənədlərinin sürətlərini çıxatdmağı Aynur adlı işçiyə tapşırdı, Aynur da onun yanında həmin sənədlərin surətlərini çıxararaq ona verdi, onun tapşırığı ilə onun əlaqə nömrələrini götürdülər və ona da öz əlaqə nömrələrini verdilər. Rəfail müəllim ona bildirdi ki, onların evinə növbə çatanda onun işçiləri onu da dəvət edəcəklər, onun yetkinlik yaşına çatan və qeydiyyatda olan ailə üzvlərinin hamısının imzası olmadan onların evinə dəyməyəcəklər və evi ilə bağlı hər hansı müqavilə balamayacaqlar. Söz verdi ki, onun evi ilə bağlı müqavilə bağlanan zaman, onu mütləq dəvət edəcəklər, hətta ondan rəhmətlik xanımının, atasının və anasının ölüm kağızlarını da istədi. O da bütün sənədlərin surətlərini və arayışları qısa müddət ərzində onlara təqdim etdi. 01 fevral 2022-ci il tarixdə ona məlum oldu ki, cavabdehin işçiləri onunla qonşuluqda yaşayan, onunla heç bir münasibəti olmayan qardaşı X24 ilə onun xəbəri olmadan razılığa gələrək faktiki olaraq Nazimin evini aldıqdan sonra, ona heç bir xəbərdarlıq etmədən Nazimin evi ilə onun evinin arasında olan arakəsməni sökərək, onun evinə müdaxilə ediblər. Ona belə gəldi ki, onlar Nazimlə müqavilə bağlayan zaman onun evini də Nazimin evi kimi qələmə veriblər (onun evinə qatıblar). Hansı maraqları olubolamaması məlum deyil. Belə ki, o, qardaşı Nazimlə bir həyətdə, lakin ayrı-ayrı çıxışları olan evlərdə yaşamışlar (bu hal iş materiallarında olan və tərəfindəm təqdim olunmuş fləş, video disk və fotoşəkillərlə tam təsdiqini tapmışdır). Hətta o, evinə qonşunun evi tərəfdən müdaxilə edildiyini bilən zaman (01 fevral 2021-ci il tarixdə) dərhal DİN-in 102 xidmətinə də məlumat verdi və Yasamal RPİ-nin 26-cı PB-də bununla bağlı araşdırma apardılar, izahatını da aldılar. Bir daha bildirir ki, onların evləri faktiki bir həyətdə olsa da Nazimin evinin onun evinə, onun evinin isə Nazimə heç aidiyyəti olmamışdır. Məhkəmədə bu barədə dəfələrlə cavabdeh tərəfə suallar verilsə də onlar bu suallara birbaşa cavablandırmaqdan yayınaraq hər dəfə onun evində yaşamadığına eyham vuraraq onu Nazim tərəfə yönəldirlər. Bilə-bilə ki, onun Nazilmlə münasibəti kəskin münaqişəli vəziyyətdədir. Onların həyətində ümumilikdə 6 ev olmuşdur və həmin evlərin bir-birinə heç bir aidiyəti olmamışdır. Vəsatəti əsasında cavabdehin rəhbəri Rəfail adlı müdir məhkəmədə şahid qismində dindirilən zaman onun iddia ərizəsində göstərdiklərini bir daha təsdiq edərək, hətta əlavə olaraq bildirdi ki, o, həmin (yəni ona məxsus olan evin də) evin pulunu artıqlamaslı ilə, 3-qatına Nazimə ödəmiş. Lakin izah edə bilmədi ki, onların arasında münasibətlərinin çox gərgin olmasını bilərək hansı səbəbdən onu dəvət etmədən, onun və ailə üzvlərinin razılığını almadan (əvvəcə soz vermişdi ki, onların razılığı olmadan müqavilə bağlanmayacaq və mümkün deyil) onun evinin də pulunu Nazimə verdiyini bildirir və onlar verdikləri suallardan yayınmağa və özünü müdafiə etməyə çalışır. Bu halda sual yaranır (???) ki, cavabdehin rəhbərinin nə marağı olub ki, ona məxsus fərdi yaşayış evimin pulunu artıqlamaslı ilə, hətta 3-qatına adiyyəti olmayan Nizimə ödəsin, ondan bunu kim xahiş etmişdi?. Sonradan qohumları arasında gedən sözsöhbət zamanı qohumlar ona bildirirlər ki, Nazim onlara bildirmişdir ki, güya şirkət tərəfindən ona verilmiş puldan 20.000 (iyirmi min) manat pul (geriyə alınmışdır) şirkətdə saxlanılmışdır. Bu məlumatı ona X32 adlı dayısı oğlu bildirmişdir. Rəfail müəllim hətta məhkəmədə izahat verən zaman yalan izahat verərək bildirdi ki, güya evləri 2 ev deyil, 2otaqlı ev olmuşdur. Tərəfindən məhkəməyə təqdim etdiyi – İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov 13, M6 ünvanda yerləşən həyət evinin eskiz layihəsini görən zaman gözlərinə inanmadan, təccüblə hakimə bildirdi ki, bu hardandı. Bu da onun göstəricisidir ki, Rəfail müəllim o qədər maraqlı olub ki, sənədlərə baxmadan, sənədləri araşdırmadan, onun və ailə üzvlərinin razılığını belə almadam, göstəriş verib ki, Nazimlə onun evinin arasında olan bağlı pəncərəni (arakəsməni) sökdürərək oradan onun evinə daxil olaraq orada ölçü işləri aparmışlar. Sonra tərəfindən MMC-dən şikayət edən zaman Rəfail müəllim ona bildirdi ki, Nazimin videosunu çəkmişlər. Hətta həmin vedeo yazını ona göstərdilər. Rəfail müəllim məhkəmə izahat verən zaman bildirdi ki, güya evə (onun da evinə) aid olan bütün sənədləri Nazim tərəfindən MMC-yə təqdim edib Rəfail müəllim məhkəmədə şahid qismində verdiyi ifadəsindən də görünür ki, o, gühahkar olduğunu bilir, lakin pulu Nazimdən geri ala bilmədiyinə görə, düşdüyü vəziyyətdən yayınmağa çalıçır ki, məsuliyyət onun üzərində qalmasın. Yuxarıda göstərilənləri nəzərə alaraq cavabdeh tərəfin iddia tələbinə olan münasubətinin (izahat və ifadələri) qeyri-səmimi olmasını nəzərə alıb əsaslı iddianı tam təmin etməyini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər. İddiaçı əlavə olaraq izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə öz evinə daxil olarkən qonşuluqda yaşayan qardaşı Nazimin evinin giriş qapısını sökülməsini və yerini diktlə bağlamasını görmuş, həmçinin içəridə iki nəfər fəhlənin evlərinin arasındakı arakəsməni də sökdüklərini şahidi olmuşdur. O həmin fəhlələrdən bu işləri niyə gördüklərini və onları bura kimin göndərdiklərini soruşanda fəhlələr bidirdilər ki, onları "xxxx" MMC-dən Kənan şəxs göndərmişdir və qapı və arakəsməni bu hala salmalarını o tapşırmışdır. İddiaçı dərhal DİN-nin 102 xidmətinə zəng edərək evinə edilən müdaxilə barədə məlumat vermiş və 26 PB-dən əməkdaşları dərhal hadisə yerinə gəlmişlər. Polis əməkdaşları baş verənlərə özbaşınalıq kimi qiymət verərək onlar birliklə "xxxx" MMC-nin ofisinə getmişlər. Polislər gələnə qədər iddiaçı baş vermiş hadisələri telefonuna çəkmişdir və bu çəkilişləri də məhkəməyə fləş kart və SD disk şəklində təqdim etmişdir. Ofisdə polis əməkdaşları şirkətin rəhbərliyindən baş verənlərə izah verilməsini tələb etdilər və rəhbərlik onu bayırda gözləməsini xahiş etmiş, polislərlə söhbətdən sonra poilsələr onu 26 PB-nə iizaha verməyə dəvət etdilər. İzahat alınandan sonra ona bildirmişlər ki, yaranmış mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət olunmalıdır. Əsas qanunsuzluq ondan ibarətdir ki, "xxxx" MMC- hansı əsasla və qanunla iki evin arasında olan arakəsməni sökməklə və qardaşı Nazimin evinin giriş qapısını sökməklə yerinə dikt vurmaqda iddiaçının evinə müdaxilə etməklə iki evi bir ev halına salmışlar. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X33 məhkəmə iclasında iddianı qəbul etmədi iddiaçı mübahisəli evdə yaşamasını göstərsə də, bunu təsdiq edən sənədləri şirkətə təqdim etmədiyindən, şirkət orada faktiki olaraq yaşayan Nazim Ağamaliyevlə müqavilə bağlayaraq onun bank hesabına 52 kv. sahə üçün kv.m 2500 olmaqla 130000 manat pul köçürmüşlər. Əlavə olaraq izahatında bildirdi ki, ünvan üzrə qeydiyyatda çox şəxslər ola bilər və bu o demək deyildir ki, qeydiyyatda olanlara pul verilməlidir. Əsas meyar evdə yaşamaq və faktiki istifadə etməkdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi Cavabdehin nümayəndəsinə növbəti məhkəmə iclaslarının və 3-cü şəxs X1 bütün məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin, əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsinin izahatlarını, eləcə də şahid ifadələrini dinləyib, onların ifadə və izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxx" MMC (şirkət) ilə X22 (sakin) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 37 saylı kompensasiya müqaviləsindən görünür ki, X22 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* saylı arayışına əsasən qeydiyyatda olmaqla kommunal xidmətdər Müəssisəsi MMC-nin 252036 saylı arayışına əsasən orada yaşamasını təsdiq etməklə istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 52,01 kv.m olan mənzilə dair bütün hüquqlarından Şirkətin xeyrinə imtina edir. - Müqavilənin 1.1 bəndinə əsasən bu müqavilə «sakin»ə məxsus yaşayış sahəsi Şirkət tərəfindən sökülərək əvəzinə ona kompensasiya verilməsi, sakin tərəfindən mənzilin boşaldılması və şirkət tərəfindən təhvil verilməsi ilə əlaqədar hüquq və öhdəliklərini müəyyən edir. - Müqavilənin 2.1 bəndinə əsasən bu müqaviləyə əsasən “Sakin” Yasamal rayonu, Ələkbər Ələkbərov küçəsində yerləşən, 13 saylı evdə istifadə və sahiblik hüququ üzrə ona məxsus, faktiki 52.01 kv.m sahədən ibarət olan mənzilini aşağıdakı qaydada “Şirkət”ə təhvil verəcək. Mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəyir Müqavilə təqdim olunduğu gündən 10 gün müddətində mənzili tam boşaldaraq (döşəmə, tavan, qapı, pəncərə saxlanılması şərti ilə) təhvil verir - Müqavilənin 2.2 bəndinə əsasən bu müqaviləyə əsasən “Şirkət” “Sakin”ə məxsus, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən, 13 saylı evdə, faktiki 52.01 kv.m sahədən ibarət olan mənzili sökmək məqsədi ilə “Sakin”dən təhvil alır və əvəzində müəyyən edilmiş qaydada “Sakin”ə 130 000 manat pul verir - Müqavilənin 2.3 bəndinə əsasən bu müqaviləyə əsasən “Şirkət” sözügedən mənzilin dəyərini “Sakit”in təqdim etdiyi və yalnız ona məxsus "xxxx" ASC-də olan bank hesabına (B\H: AZ52BRES********************, M\H: AZ80NABZ********************) köçürmə yolu ilə ödəyir. - Müqavilənin .3.3.3 bəndinə əsasən sakinin öhdəliklərindən biri də bu müqavilə üzrə təhvil verdiyi mənzilə dair 3-cü şəxslər (vərəsələr,ailə üzvləri, kirayəçi və icarəçilər vəs.) tərəfindən ediləcək bütün iddialara dair məsuliyyət daşımaq yaranacaq hər hansı tələbi qarşılamaqdır. - "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli İT0000007 saylı ödəniş tapşırığından görünür ki, CavabdehMMC tərəfindən X11 həmin bankda olan hesabına 130000 manat köçürülmüşdür. - X26 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış imzası notarial qaydada xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, o ünvan 1 ünvanında fərdi yaşayış evinin sökülməsinə, satılmasına razıdırı və kompensasiyanı X22 tərəfindən alınmasına etiraz etmir. - X27 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış imzası notarial qaydada xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, o ünvan 1 ünvanında fərdi yaşayış evinin sökülməsinə, satılmasına razıdırı və kompensasiyanı X22 tərəfindən alınmasına etiraz etmir. - X6 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış imzası notarial qaydada xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, o ünvan 1 ünvanında fərdi yaşayış evinin sökülməsinə, satılmasına razıdırı və kompensasiyanı X22 tərəfindən alınmasına etiraz etmir. - xx.xx.2021-ci il tarixli aktdan görünür ki, X2 rayonu, Ə.Ələkbərov küç. ev 13 ünvanında yerləşən mülkünə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həqiqətən sakinin bu ünvanda faktiki sahəsi 52.01 kv.m olan mənzilindən bütün əşyalar “Sakin” tərəfindən daşınıb. Mənzil giriş qapısı, həmçinin daxili pəncərəsi ilə birlikdə təhvil verilmişdir. Sanitar qovşaqdakı aksesuarları “Sakin” tərəfindən götürülmüşdür. Su sayğacı müvafiq orqanın əməkdaşı tərəfindən təhvil götürülmüşdür. Su və qaz sayğacı hələ təhvil götürülməsi üçün müvafiq orqanın əməkdaşlarına müraciət olunmuşdur. - 64 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli 64 saylı arayışından görünür ki, ünvan 1 ünvanında X23, oğlu X25, qızı X16 və digər oğlu - X17 qeydiyyatdadırlar. -CavabdehMMC tərəfindən tərtib edilmiş və razılaşdırılmış Ələkbərov ev 13A və ğamalıyev Nazim Yaşar oğlunun adı qeyd edilmiş sxemdən görünür ki, həmin ünvanda iki ev olaraq ayrıca girişləri və sanitariya qovşaqları (biri evin içində, biri isə həyətdə) mövcuddur. Sanitariya qovşağı həyətdə olan ev sahəsi 20,15 və 6,14 kv.m olan otaqlardan, sanitariya qovşağı evin içində olan ev sahəsi 4,48 kv.m olan holldan və 16,06 kv.m olan otaqdan ibarətdir. - Ə.Ələkbərov küç. 26 ünvanında yaşayan Ağayeva tamila Qəzənfər qızı, X18 və Ə.Ələkbərov küç. 13 ünvanında yaşayan X4 imzaları notarial qaydada xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş ərizələrindən görünür ki, onlar İddiaçı doğulduğu gündən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla orada yaşamasını təsdiq etmilər. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2007-ci ildə vəfat etmişdir. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2007-ci ildə vəfat etmişdir. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2016-cı ildə vəfat etmişdir. - Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X8, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və şəhərsalma kadastrı idarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Saray qəs. yaşayış sahəsi 67,4 kv. m. köməkçi sahəsi 44,3 kv.molan 4 otaq X5 adına Abşeron rayon Saray qəs. üzrə numayəndəliyində xx.xx.1999-cu ildə 39 saylı qeydə alınmışdır. - Abşeron rayon Saray qəs. üzrə numayəndəsinin xx.xx.1999-cu il tarixli sərəncamından çıxarışdan görünür ki, vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədiilə qəsəbə daxilində boş istifadəyə yararsız olan sahələrdən X7 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmın və yaşayış evi tikməyə icazə verilsin. Məhkəmə iclasında şahid qismində izahat vermiş Cavabdeh MMC-nin direktor müavini X19 göstərmişdir ki, 1 il müddətində təxminən 50-60 evi söküb, vətəndaşları kirayəyə çıxartmışlar, ilk öncə həmin yerdən mənzil verilməsi ilə bağlı təklif edirlər. Əsas məqsədləri ərazini tez bir zamanda boşaldıb, tikinti işlərini başlatmaqdır. Qeyd edilən ərazidəki evlər ilə bağlı heç bir evin çıxarışı yox idi. Mənzildə yaşayan şəxsə üstünlük veriblər. Bununla bağlı müqavilə bağlanmamışdan əvvəl hüquqşünasın rəyini (vizasını) alırlar və bundan müqavilə bağlayırlar. Bu işdə də belə olmuşdur. İddiaçı və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs, yəni iddiaçının qardaşı arasında mövcud olan münasibətin pis olmasına dair özlərinin bildirdiklərinə əsasən məlumatı olmuşdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 ona görə üstünlük vermişdir ki, o, həmin mənzildə yaşamışdır. Mənzil bir girişdən və iki otaqdan ibarət idi. İddiaçı onlara bildirdi ki, onun mənzil ilə bağlı sənədləri varİ, lakin onlara həmin sənədləri təqdim etmədi. İddiaçı onlara yalnız şəxsiyyət vəsiqəsini və işin halları ilə əlaqəsi olmayan sənədləri təqdim etmişdir. Müqavilə bağlamamışdan əvvəl iddiaçının fikirlərini müstəqil tələb irəli sürməyən üçüncü şəxsə bildirmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə müqavilə bağlayan zaman iddiaçıya məlumat verməmişlər. İddiaçı mənzil sökülən zaman onlara yaxınlaşmışdır. İddiaçı ilə bağlı məsələləri müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə şifahi formada danışmışlar. İddiaçının etirafına görə 10 ildən çoxdur ki, qeyd edilən mənzildə yaşamayıb, iş üzrə müstəqil tələb sürməyən üçüncü şəxsin deməsinə görə onunla iddiaçı arasında razılaşması olmuşdur. Razılaşmaya əsasən iddiaçı həyət evində yaşamış və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə qeyd edilən mənzildə yaşamışdır. Belə ki, 3cü şəxsin deməsinə görə o iddiaçıya torpaq sahəsi vermişdir. Lakin müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddiaçıya torpaq verməsi ilə bağlı onlara sənəd təqdim etməmişdir. X19 verilən suallarla bağlı əlavə olaraq göstərmişdir ki, Asan xidmətdən aldıqlarız məlumata əsasən qeyd edilən mənzildə iddiaçıdan başqa 30-a yaxın vətəndaş qeydiyyatda olmuşdur. Şirkət isə yalnız mənzildə yaşayan vətəndaşa üstünlük verir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs – X24, yəni iddiaçının qardaşı mübahisəli mənzilin kommual xərclərini ödəmiş və orada yaşamış, bundan əlavə olaraq o, qeyd edilən mənzildə yaşamasına dair sənədləri onlara təqdim etmişdir. Buna görə də üstünlüyü X14 verərək, öhdəliklərini ona münasibətdə icra etmişlər. İddiaçı ilə görüşmüş və mənzilin ona məxsus olması ilə bağlı sənədləri ondan tələb etmişdir, lakin o, lazımi sənədləri təqdim etməmişdir. Onlar iddiaçını təxminən 5-6 ay gözlədilər ki, onlara orada yaşaması ilə bağlı sənədləri təqdim etsin, amma, o, onlara mübahisəli mənzildə yaşaması ilə bağlı heç bir sənəd təqdim etməmişdir. X24 ilə müqavilə bağlamamışdan və pulun ödənilməsi və ya ödənilməmişdən öncə iddiaçının onlar barədə etdiyi şikayətlərinin tarixini xatırlamır. Mənzil ilə bağlı icra hakimiyyətinin araşdırmaları mövcuddur. Orada yaşayan və qeydiyyatda olanlar ilə bağlı araşdırma aparmağa ixtiyarları olmamışdır. 3-cü şəxsə sökülən evin dəyərini 2 qat, hətta 3 qat artıq ödəmişdir. İddiaçı bütün iddialarını 3-cü şəxsə qaldırmalı olduğu halda, əsassız olaraq MMC-yə qaytarmışdır. MMC hər hansı qanunsuzluq etməyib, iddiaçının onlardan şikayət etdiyi bütün orqanlarının müraciətlərini də lazımi qaydada cavablandırmışlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X32 ifadəsində göstərmişdir ki, iddiaçı və 3-cü şəxsin onun bibisi uşaqlarıdır. Son bir ildə onların yaşadıqları ev sökülü vəziyyətdə idi. Nazim orada yaşayırdı, o yüngül həyat tərzi keçirir və nikahda olmasına baxmayaraq qeyd edilən mənzildə başqa qadın ilə yaşayırdı. Yəni, Nazim orada ailəsi birliklə yaşamırdır. Onların münasibətləri Nazimin yüngül həyat tərzi keçirməsinə görə korlanmış, mübahisələri yaranmışdır. Yaşadıqları ev plana düşdükdən sonra Nazim ona bildirdiyinə görə ona 130000 manat verildiyini, 20000 manat pulun isə şirkətdə qaldığını və həmin pulu da Fazilin Şirkətlə arasında mübahisə olduğuna görə ona verilmədiyini bildirmişdir. Müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 164 saylı xx.xx.2020-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qurtqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin dağlı və Kazım Kazımzadə küçələrinin əhatə etdiyi torpaq sahəsi Cavabdeh MMC-yə ayrılmasını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X13 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ tərəfindən təsdiq olunmuş 28 aprel 2020-ci il tarixli rəyini əsas tutaraq bu ərazidə yerləşən, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli və istismar müddəti keçmiş, əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, həmin ərazidə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə uyğun yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış və qeyri-yaşayış binaların tikilməsi nəzərdə tutulmuşdur. Cavabdeh MMC bu niyyətlə 3-cü şəxs X24 ilə 10 noyabr 2021-ci il tarixli, 37 nömrəli Müqavilə bağlayaraq ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 52,01 mert kv.m, olan evi sökmüş və müqaviəyə əsasən ona 130000 manat pul ödəmişdir. Müəyyən edilmişdir ki, iddiaçının tələbinin əsasını ünvan 1 ünvanında yerləşən evdə qeydiyyatda olmaqla oradan istifadə etdiyi və sahiblik hüququ olduğu halda cavabdeh MMC-nin həmin evin qardaşının (3-cü şəxsin) evi də daxil olmaqla bir ev kimi qiymətləndirərək sökülməsi və söküntü pulunun da 3-cü şəxsə verilməklə onunla müqavilə bağlanması kimi halların qanunsuzluğu təşkil edir. Cavabdeh tərəf iddiaya etiraz edərək iddiaçının ailə üzvləri ilə sökülən evdə qeydiyyatda olmalarına baxmayaraq orada yaşamadıqlarını və istifadə etmədikləri üçün onunla müqavilə bağlanmalı olmamasını, müqaviləni orada yaşayan Nazim Ağamaliyevlə düzgün bağlanmasını və iddiaçının da tələbini ona qarşı yönəldilməli və əslində onların 3cü şəxs, 3-cü şəxsin isə cavabdeh olmalı olmasını bildirmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sökülməsi nəzərdə tutulan və artıq sökülmüş ünvan 1 ünvanında yerləşən evdə həmçinin X23, oğlu X25, qızı X16 və digər oğlu X17 qeydiyyatda olmuşlar və hazırda qeydiyyatdadırlar. Müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsi statusuna görə özbaşına tikili olmuşdur. Cavabdeh tərəf tikilinin iki otaqdan və bir girişdən ibarət olmasını göstərsə də, özünün tərtib edərək razılaşdırdığı 13 saylı evin sxemindən görünür ki, həmin ünvanda faktiki olaraq iki ayrı-ayrı evin olması, onların arasında isə giriş qapısının deyil, pəncərə formasında arakəsməsinin olması aydın görünür. Daha sonra ünvanda iki sanitariya qovşağının olması da qeyd edilmişdir ki, bunlardan biri evin içində, digəri isə həyətdədir. İddiaçı sanitariya qovşağının həyətdə göstərilən hissəsinin ona məxsus olmasını və onun evinin sahəsini qardaşının evinin sahəsindən daha artıq olmasını bildirmişdir. İddiaçının bu dəlilləri məhkəməyə təqdim etdiyi və tərəflərin iştirakı ilə fləş kartı və SD diskinə də baxış keçirilərkən də öz təsdiqini tapmışdır. İddiaçı həmin çəkilişləri evlər arasındakı arakəsmə, eləcə də qardaşının evinin giriş qapısının sökülərək yerinə dikt vurmasını gördükdən, həmçinin 3-cü şəxsə hər iki evə görə pul verilməsini bildikdən sonra cavabdehin qeyri-qanuni, özbaşına hərəkətlərini sübut etmək məqsədi ilə çəkməsini göstərərək arakəsmənin cavabdeh tərəfindən sökülməsinə cəhd edilərək oranı bir ev kimi göstərməsinin və 3-cü şəxsə də pulun bir ev kimi verilməsinin qanunsuz olmasını bildirmişdir. Məhkəmə baxışı zamanı tərəflərin iştirakı ilə təqdim edilmiş fləş kartı və SD diskinə də baxış keçirilərkən yaşayış üçün yararsız vəziyyətdə olan evin bir ev deyil, faktiki olaraq 2 ev olması müşahidə edildi. Cavabdeh tərəf sözügedən ünvanda iki sanitariya qovşağının olmasının orada iki ayrı-ayrı ev olmamasına dəlalət etmədiyini bildirsə də, məhkəmə bunu subyektiv mülahizə sayır və hesab edir ki, cavabdeh tərəf sökülən və söküldüyünə görə N.Ağamaliyevə verilən kompensasiyanı məhz bir evə görə olmaması ilə bağlı iddiaçı tərəfin dəlillərini təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə tərəfindən verilən vəsatət üzrə dəfələrlə cavabdehdən təhvil-təslim aktında əksini tapmış N.Ağamalievlə çəkilişi olan SD diskinin təqdim olunması tədəb edilsə də, təqdim edilməmişşir. İşin materiallarından görünür ki, iddiaçı sökülmə prosesləri ilə əlaqədar öz evi ilə bağlı ona deyil, yalnız qardaşı Nazim Ağamaliyevə kompensasiya verilməsinə görə cavabdeh MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Azərbaycan Respublikasının 1 Vitse Prezidentinə, Prezidnt Admiistrasiyasına, Baş Prokurorluğuna, İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman)a, Dövlət Şəhər və Arxitektura Komitəsinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə, Bakı şəhəri İcra Hakimiyyətinə çoxsaylı müvafiq şikayətlər etmiş və verilən cavab məktublarından görünür ki, şikayətlər üzrə araşdırma aparılması aidiyyatı ünvanlara göndərilmişdir. Qeyd edilən şikayətlər üzrə aidiyyatı orqanların da cavabdehə müraciət etməsini cavabdeh tərəf inkar etməmişdir. İşin materiallarından görünür ki, qeyd edilən ünvan üzrə yalnız su sayğacı N.Ağamaliyevin adına olmuş, lakin digər xidmətlər, qaz və işıq mərhum Yaşar Ağamalıyevin adında qalmışdır. Müəyyən edilmişdir ki, cavabdeh tərəfindən N.Ağamalıyevin yalnız kommunal xidmətlərin ödənilməsi barədə qəbzləri və yaşayış yerinin qeydiyyatı ilə bağlı sənədləri təqdim etməklə kifayətlənərək yeganə olaraq onun həmin evdən istifadə və sahiblik hüquqlarının olmasını qəbul edərək müqaviləni onunla bağlamağa üstünlük vermişdir. Lakin işin araşdırılmış həqiqi hallarından məlum olmuşdu ki, cavabdeh MMC N.Ağamalıyevdən başqa iddiaçının da ailə üzvləri ilə orada qeydiyyatda olması barədə məlumatı olmuş, direktor müavini R.Mirzəyev bununla bağlı hətta 3-cü şəxslə də şifahi söhbət etməsini etiraf etmiş, sonuncunun qardaşı Fazilə torpaq sahəsi alaraq onun başqa yerdə yaşamasını onlara bildirsə də , buna dair sənədləri MMC-yə təqdim etməməsini də göstərmişdir. Həmçinin müəyyən edilmişdir ki, R.Mirzəyev iddiaçı ilə də bununla bağlı müəyyən söhbətləri olmuş və evlə bağlı sənədlərin gətirməsini ona təklif etməsini də etiraf etmişdir. Tərəflər hansı sənədlərin təqdim edliməsi barədə müəyyən anlaşmanın olmasını göstərsələr də, iddiaçı müəyyən sənədləri təqdim etməsini, cavabdeh tərəf isə iddiaçını bir neçə ay gözləmələrinə baxmayaraq heç bir sənəd təqdim etməməsini, buna görə də müqaviləni 3-cü şəxslə bağlamağa üstünlük vermələrini göstərmişlər. Həmçinin də MMC-nin direktor müavini izahatında hansı meyarla 3-cü şəxsə sökülən evin dəyərinin 3 qatını verməsinin səbəblərini izah edə bilməmişdir. Cavabdeh tərəfin izahatlarına əsasən 3-cü şəxsə sökülən ev üzrə hər kv.m üçün 2500 manat olmaqla cəmi 130000 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddianın əsassız olmasına dair izahatları inandırıcı olmamaqla bununla bağlı irəli sürülən dəlillər iddianın əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Əksinə, məhkəmə tədqiqi zamanı iddiaçı tərəfin iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair gətirdiyi dəlillər daha inandırıcı olmuşdur. Əvvəla ona görə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmçinin də MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar işin araşdırılmış halları ilə təsdiqlənir. Belə ki, cavabdeh tərəfin iddiaçının sökülməsi nəzərdə tutulan evlə bağlı onun evə aidiyyatının olmasına dair söhbətlərinin, danışıqlarının olmasını və sonuncunun da 3-cü şəxslə aralarında mübahisəli vəziyyət olmaqla ünsiyyətlərinin olmaması barədə tam məlumatlı olması məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Daha sonra məhkəmənin qənaətinə görə 3-cü şəxsin təqdim etdiyi sənədlər də mübahisəli ünvanda tək onun istifadə və sahiblik hüququnun olmasını zənn etməyə belə kifayət etmirdi. Belə ki, təqdim edilən sənədlərdən yalnız su sayğacı faktiki olaraq onun adına olması həmin ünvanda olan hər iki evin də ona aid olması anlamına gəlməyə əsas vermir. Digər kommunal xidmətlər isə onun adına olmasa da onun bu xidmətlərə görə ödəniş aparması da bu qənaətə gəlmək üçün kifayət olmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, 3-cü şəxs digər kommunal xidmətlər adına olan şəxs barədə belə MMC-yə rəsmi sənədlər təqdim etməmişdir. Məhkəmənin qənaətinə görə MMC-yə təqdim olunan sənədlərin natamam olması onlar arasında aparılan danışıqlar və razılaşmaların əsasən şifahi formada aparılmasına dəlalət edir. Ən azından cavabdeh MMC su sayğacından başqa digər xidmətlər üzrə abonent kimi adı qeyd edilən Yaşar Ağamaliyevin kim olmasını müəyyənləşdirməmiş, onun ölümü barədə şifahi məlumatı olsa da belə heç olmazsa ölümünü təsdiq edən sənədi 3-cu şəxsdən tələb etməmişdir. Başqa sözlə, məhkəmənin qənaətinə görə cavabdeh MMC-də sökülən evlə bağlı N.Ağamaliyev və onun qeydiyyatda olan ailə üzvlərindən başqa digər şəxslərin də istifadə və sahiblik hüquqlarının olmaması və ya olmuş olsa da, bu hüquqlarına hər hansı formada xitam verilməsinə dair tutarlı məlumatlar (sübutlar) olmalı idi. Mübahisəli ünvanla bağlı bəzi məlumatları ətraflı əks etdirən sənədləri iddiaçı məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlər və mübahisəli ünvanla bağlı illər əvvəl ödənilən çoxsaylı ödəniş qəbzlərinin əslinin onda olması onun göstəricidir ki, onun həqiqətən də sözügedən evdə birbaşa bağlılığı, aidiyyatı olmuşdur və sökülməsinə baxmayaraq hüquq baxımından hazırda da vardır. İşin araşdırılmış halları ilə iddiaçıya 3-cü şəxs tərəfindən torpaq sahəsi verilməsi faktı öz təsdiqini tapmamış, müəyyən edilmişdir ki, iddiaçının hazırda yaşadığı Saray qəsəbəsində olan ev isə 1999-cu ildə həyat yoldaşına sərəncamla ayrılmış torpaq sahəsində inşa edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, 2016-cı ilə qədər iddiaçı ailəsi ilə faktiki olaraq mübahisəli ünvanda yaşamış və həmin ilin aprel ayında həyat yoldaşının vəfatı ilə əlaqədar, uşaqlarına baxılması ilə əlaqədar məcbur olaraq qayınanasıgildə yaşamağa başlamışdır. Başqa sözlə, 2016-2017-ci illərdən sonra iddiaçının mübahisəlin ünvanda daimi yaşaması faktı olmaması onun həmin evlə bütün əlaqələrinin kəsilməsi kimi qiymətləndirilə bilməz. İşin araşdırılmış halları ilə daha sonra məlum olmuşdur ki, məhz sökülməmişdən əvvəl iddiaçı evinin sahibi kimi cavabdeh MMC ilə söküntü ilə bağlı yuxarıda göstərildiyi kimi danışıqlar aparmışdır. Lakin məhkəmə hesab edir ki, cavabdeh MMC iddiaçının və 3cü şəxsin aralarında mübahisəli vəziyyət olması barədə tam məlumatlı olduğu halda sonuncu ilə mübahisələndirilən müqaviləni bağlamaqda bir növ tələsmiş, sökülən evlərin faktiki kimə aid olmasını müəyyən etməkdə səhvə yol vermiş, bununla da iddiaçının onun istifadəsində olan evi sökməklə həmin evin söküntüsü ilə bağlı kompensasiya məbləğini 3cü şəxsə verməklə hüquqlarını pozmuşdur. Məhkəmənin qənaətinə görə əslində cavabdeh MMC müqavilə bağlamaqda tələsməməli, hər iki qardaşın mübahisəli ünvanla bağlı istfiadə və sahiblik hüquqlarının tam təsdiq edilməsi ilə əlaqədar öz aralarında müəyyən araşdırmalar aparmaq və ya onlara bü mübahisənin məhkəmə yolu ilə həll etmək təklifini verməli idi. Qeyd edilən təklif qəbul edilmədiyi təqdirdə, sonda yekun məhkəmə qərarının nəticəsi ilə müəyyən edilmiş şəxs və ya şəxslərlə müqaviləni bağlaması daha ədalətli və obyektiv olardı. Lakin cavabdeh tərəfin izahatlarına görə onlar tikinti ilə bağlı ərazini tez boşaldıb inşaat işlərini başlamaq niyyətləri olduğu üçün iddiaçını gözləmədən və onun buna hüququ olmadığına görə mübahisələndirilən müqaviləni 3-cü şəxsə üstünlük verərək bağlamışlar və bu işdə özlərini haqlı sayaraq iddiaçının tələblərini 3-cü şəxsə yönəldilməli olmasını bildirmişlər. Məhkəmə iddia tələbləri və ona edilən etiraz ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; - 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; - 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. - 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; - 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; - 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X21 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X21 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. İddiaçının qanunsuz müqavilə əsasında sökülməsi nəticəsində kompensasiya ala bilmədiyi yaşayış sahəsi statusuna görə özbaşına tikili olsa da, onun həmin yaşayış sahəsinə mülkiyyət hüququnun elementlərindən olan yalnız istifadə və sahiblik hüquqlarının olmasını və bu hüquqların da cavabdeh tərəfindən pozulmasını nəzərə alaraq məhkəmə qanunun analogiyasını rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yarardığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 2011-ci il 16 dekabr tarixli Qərarı). Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337- 349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə hesab edir ki, Cavabdeh MMC -nin X24 ilə aralarında bağladıqları 10 noyabr 2021-ci il tarixli, 37 nömrəli müqavilə nəticəsində X23 istifadə və sahiblik hüququ ilə ona məxsus, istifadə və sahiblik hüququ olan evinin sökülməsi nəticəsində almağa ümid etdiyi kompensasiyadan məhrum olmuşdur. Onun hüququnun pozulmasında məsuliyyəti məhz cavabdeh MMC yuxarıda ətraflı sadalanan şəraitdə tələsik və iddiaçının evinə hüququ olmayan şəxslə müqavilə bağlamaqla pozmuşdur. Məhkəmə cavabdeh tərəfin mübahisələndirilən müqaviləni 3-cü şəxsə üstünlük verərək bağlamaları və əslində iddiaçının tələblərini 3-cü şəxsə yönəldilməli olmasına dair mövqeyinə də qiymət verərək hesab edir ki, cavabdeh bu mövqeyi ilə də faktiki olaraq iddiaçının sökülən evlərə aidiyyatının olmasını təsdiq edir. Belə ki, məhkəmənin qənaətinə görə iddiaçının sökülən evə aidiyyatı olmadığı təqdirdə 3-cü şəxsə qarşı hər hansı iddia qaldırmağı özü-özlüyündə əhəmiyyətsizdir. Lakin aidiyyatı olduğu təqdirdə belə 3-cü şəxsə qarşı iddiası olarsa bu da əhəmiyyətsizdir. Çünki işin araşdırılımış halları ilə sökülən evə birbaşa aidiyyatı təsdiq edilmiş iddiaçının hüquqlarının məhz cavabdeh MMC tərəfindən 3-cü şəxslə mübahisələndirilən müqaviləni bağlamaqla və sökülən evlərə görə kompensasiya məbləğini də bütünlüklə sonuncuya verməklə kobud surətdə pozması tam təsdiq edilir. Başqa sözlə, iddiaçının hüquqlarını 3cü şəxs MMC-ni düzgün olmayan məlumatlar verməklə, MMC isə bu məlumatlar və natamam sənədlər əsasında iddiaçının da hüquqlarını nəzərə almadan mübahisələndirilən müqaviləni bağlamaqla pozulmuşdur. Buna görə də iddiaçı müqavilənin məzmunu ilə rəsmi qaydada əldə edərək tanış olduqdan sonra hazırki iddianı qaldırmaqda tam haqlı olmuşdur. Göstərilənlərlə əsasən məhkəmə mübahisələndirilən müqavilənin etibarsız olması qənaətinə gəlir. Məhkəmə həmçinin hesab edir ki, sözügedən müqavilə etibarsız sayılmaqla tərəfər əvvəlki vəziyyətinə qaytarılmalıdır. Belə ki, “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbayçan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli Qərarının 6.10 bəndinə əsasən əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər əvvəlki vəziyyətə qayıtdıqdan sonra cavabdeh MMC artıq sökülməsinə baxmayaraq iş materiallarında olan evlərin sxemlərinə və təqdim ediləcək digər aidiyyatı və müvafiq sənədlər əsasında kompensasiyanın ədalətli surətdə ödənilməsi ilə bağlı istifadə və sahiblik hüququna malik şəxslərlə razılıq əldə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC ilə X24 arasında bağlanmış 37 nömrəli, 10 noyabr 2021-ci il tarixli müqavilə etibarsız hesab olunmalı, tərəflər əvvəlki vəziyyətə qaytarılmaqla X24 tərəfindən Cavabdeh MMC-yə 130000 manat qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC ilə X24 arasında bağlanmış 37 nömrəli, 10 noyabr 2021-ci il tarixli müqavilə etibarsız hesab edilsin. Müqavilə üzrə tərəflər əvvəlki vəziyyətə qaytarılsınlar. X24 tərəfindən Cavabdeh MMC-yə 130000 manat qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar