Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3914/2025 26.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X1 adına **********2023A nömrəli kod üzrə fərdi yaşayış evinin elektrik enerji hesabatı haqqında abunə vərəqində göstərilən 192.29 manat borcun iddia müddətinin keçməsi səbəbindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı evdə evin elektrik enerjisi üzrə abunə kodu atasının adına olmuşdur. Atasının vəfatından sonra abunə kodunun onun adına dəyişdirilməsi barədə cavabdehə ərizə ilə müraciət etmişdir. Cavab məktubunda bildirilmişdir ki, xx.xx.2002-ci il tarixə kimi mənzildə istehlak edilmiş, lakin ödənişi təmin edilməmiş 192,29 manat məbləğində borc ödənişləri teləb olunmayan borclar qrafasına daxil edilmişdir. Qeyd olunan borcun ödənişi yalnız abunə vərəqində ad dəyişdirilərkən, yaxud borcun olmaması barədə arayış alınarkən tələb olunur. Hesab etmişdir ki, imtina əsassızdır. 22 il qabaq yaranmış borc silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi və iddiaçının izahatına oxşar izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanan məktubda göstərilmişdir ki, tikinti obyektlərinin qeydə alındığı abonent kodlarının ad məlumatlarının dəyişdirilməsi, vətəndaşlar tərəfindən reqlamentdə qeyd olunan sənədləri daxil etməklə “Azərişıq" ASC-nin elektron xidmətləri vasitəsi ile, həmçinin Bakı şeherində “ASAN Kommunal", regionlarda isə “ASAN xidmət” mərkəzlərinə müvafiq sənədlər təqdim etməklə müraciətləri əsasında həyata keçirilir. Hər iki üsul vasitəsilə rnüıaciet etmiş vətəndaşların təqdim etdiyi sənədlərin mövcud qaydaların tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra, abonent kodunda hesablanmış borc (müraciət etdiyi günə) olmadığı halda müraciət təmin edilir. Mövcud reqlamentə uyğun olaraq abonent kodlarında ad məlumatlarının dəyişdirilməsi üçün təqdim olunacaq sənədlər: Müraciət edən şəxsin (mülkiyyətçi və ya etibarnamə üzrə şəxsin) şəxsiyyət vəsiqəsi; Mülkiyyəti təsdiq edən sənəd (qeydiyyat vəsiqəsi, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış, mülkiyyə'.ə dair şəhadətnamə, notarial qaydada təsdiq olunmuş alqı-satqı, bağışlama, icarə müqaviləsi və ya vərəsəlik şəhadətnaməsi); Abonent kodu adına olan şəxs vəfat etdikdə ona məxsus abonent kodu ölüm haqqında şəhadətnamə və qohumluq münasibətlərini təsdiq edən sənədlər (yalnız birinci dərəcəli vərəsənin adına keçirilə bilər). Sözügedən yaşayış sahəsinin **********2023a nömrəli abonent kodunda ad məlumatlarının dəyişdirilməsi üçün aidiyyəti üzrə müvafiq sənədləri təqdim etməklə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, **********2023A nömrəli kod üzrə fərdi yaşayış evinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, qeyd olunan ünvanda xx.xx.2002-ci il tarixə kimi mənzildə istehlak edilmiş, lakin ödənişi təmin edilməmiş 192,29 manat məbləğində borc ödənişləri telob olunmayan borclar qrafasına daxil edilmişdir. Qeyd olunan borcun ödənişi yalnız Abunə vərəqində ad dəyişdirilərkən ,yaxud borcun olmaması barədə arayış alınarkən tələb olunur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2006-cı il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, **********2023A saylı abunə koduna 192.29 manat borc hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, iddiaçının yaşadığı mənzilin abunə koduna 192.29 manat borc hesablanmışdır. Həmin borc o, mənzili aldıqdan qabaq hesablanmış borcdur. Bu hal cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatında da öz təsdiqini tapmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçının ona məxsus olmayan borca görə istehlakçı hüquqları pozulmuşdur. Odur ki, o, cavabdeh qurumla müqavilənin bağlanmaqla borcun ona məxsus olmadığını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına elektrik enerjisinin sərfiyatına görə **********2023A saylı abunə koduna hesablanmış 192.29 manat borc silinməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına elektrik enerjisinin sərfiyatına görə **********2023A saylı abunə koduna hesablanmış 192.29 manat borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-3914/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3914/2025
26.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver