Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3916/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı 14 saylı Mediasiya təşkilatının onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə 05 dekabr 1990-cı il tarixində 3609 nömrəli akt qeydi ilə Bakı şəhəri Səadət Sarayında rəsmi nikaha daxil olmuşlar. Münasibətlərinin pozulması səbəbilə aralarında bağlanılmış nikahın pozulması üçün rəsmi addımlar atmaq qərarına gəlmişdir. Bunun üçün Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciətinə xx.xx.2023-cü il tarixli, 05/Q-2029/75 saylı məktubla cavab verilərək digər tərəf gəlmədiyindən nikahın pozulmasının dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamadığı bildirilmişdir. Bundan sonra tərəfindən cavabdehə həm nikahın pozulması, həm də əmlak bölgüsü ilə bağlı ilkin olaraq mediasiya qaydasında təklif, daha sonra isə təklifinə cavab gəlmədiyi üçün müvafiq mediasiya təşkilatına müraciət edilmişdir. xx.xx.2023-cü il tarixində 14 saylı Mediasiya Təşkilatının mediatoru Cəlal Hüseynov tərəfindən iclas keçirilmiş və əmlak mübahisəsi ilə bağlı aralarında olan mübahisələr üzrə barışıq sazişi bağlanılmışdır. Bundan sonra o, mülkiyyəçisi olduğu əmlaklardan birini satmaq niyyətində olduğuna görə sazişlə birlikdə 23 saylı notariat ofisinə müraciət etmişdir. Notariat ofisindən ona Maraqlı şəxs ilə aralarında sazişin bağlanılmasına baxmayaraq yenə də onun notariat ofisinə gələrək alqı satqıya razılıq verməli olmasını bildirilmişdir. Bundan sonra Maraqlı şəxs notariat ofisinə gəlib razılıq verməsi istənilsə də o buna əhəmiyyət verməmiş və notariat ofisinə gəlməmişdir. Bundan sonra xx.xx.2023-cii il tarixində 23 saylı notariat ofisi tərəfindən müraciətinin təmin edilməsindən imtina edilərək 1139 saylı məktubla bildirilmişdir ki, ərizədə qeyd etdiyiniz mediasıya şərtləri notariat qaydasında təsdiqlənmiş nikah müqaviləsinə daxil edildikdə və ya birgə nikalı dövründə əldə edilmiş daşınmaz əmlakın satılmasına arvadın notariat qaydasında təsdiqlənmiş razılığı olduqda ər-arvadın birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlaka sərəncam verilməsi haqqında müqavilə notariat qaydasında təsdiqlənə bilər. Ərlə arvadın birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlakın satılmasına mediasiya müqaviləsində verdiyi razılığı əsasında daşınmaz əmlaka sərəncam verilməsi haqqında müqavilənin notariat qaydasında təsdiqlənməsi qanunvericiliyin müvafiq maddələrinin tələblərinə zidd olduğundan notariat hərəkətlərinin edilməsindən imtina edilməlidir. Maraqlı şəxs notariat ofisinə gəlməyərək barışıq sazişinin tələblərinə riayət etməmişdir. Bu səbəblə də məhkəməyə müraciət edib barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməli olduğunu düşünmüşdür. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 6-cı bəndində nəzərdə tutulmuş 10 günlük müddət çərçivəsində icra edilməli idi. Lakin şərtlər üzrsüz səbəbdən icra edilməmişdir. Bundan başqa həmçinin xx.xx.2020-ci il tarixində maraqlı şəxslə aralarında 31 saylı notariat ofisində hüquqlardan əvəzli şəkildə imtina edilməsi haqqında notarial saziş bağlanılaraq tərəfindən ona əmlak verilərək ona aid olan digər əmlaklardan imtina etməsi razılaşdırılmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Sadalanan qanunvericilik normalarından görünür ki, tərəflər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri, həmin barışıq sazişində müddət nəzərdə tutulmuşdursa həmin müddətdə tərəflər tərəfindən könüllü şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən barışıq sazişi qanuna zidd olmadıqda, eləcə də barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulmayan hallarda barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməsi nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı 14 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasiya prosesi nəticəsində Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixldə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı 14 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasiya prosesi nəticəsində Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin:
1. Maraqlı şəxs, Ərizəçi ilə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 314 ünvanında yerləşən mülkdən öz payına düşən hissəsindən Ərizəçi xeyrinə imtina edir.
2. Maraqlı şəxs, Ərizəçi ilə birgə nikah dövründə əldə etdikləri Qusar rayonu, Bədirqələ kəndində yerləşən 0,12 ha torpaq sahəsinin öz payına düşən hissəsindən Ərizəçi xeyrinə imtina edir.
3. Maraqlı şəxs, Ərizəçi ilə birgə nikah dövründə əldə etdikləri Qusar rayonu, Bədirqələ kəndində yerləşən 0,078 ha torpaq sahəsinin öz payına düşən hissəsindən Ərizəçi xeyrinə imtina edir.
4. Maraqlı şəxs, Ərizəçi ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, ev 94,96, mənzil 73 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mülkdən öz payına düşən hissəsindən Ərizəçi xeyrinə imtina edir.
5. Maraqlı şəxs, Ərizəçi ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, ev 94,96, mənzil 67 (yeni qaydalarla: AZ 1047 ünvan 2 ünvanında yerləşən mülkdən öz payına düşən hissəsindən Ərizəçi xeyrinə imtina edir.
6. Maraqlı şəxs, Ərizəçi ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev küçəsi, ev 12A (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mülkdən öz payına düşən hissəsindən Ərizəçi xeyrinə imtina edir.
7. Maraqlı şəxs, Ərizəçi ilə birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1962 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin öz payına düşən hissəsindən Ərizəçi xeyrinə imtina edir.
8. Maraqlı şəxs, Ərizəçi ilə birgə nikah dövründə əldə etdikləri ünvan 5 ünvanında yerləşən mülkdən öz payına düşən hissəsindən Ərizəçi xeyrinə imtina edir.
9. Maraqlı şəxs, Ərizəçi ilə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 314A ünvanında yerləşən mülkdən öz payına düşən hissəsindən Ərizəçi xeyrinə imtina edir.
10. Maraqlı şəxs, Ərizəçi ilə birgə nikah dövründə əldə etdikləri ünvan 7 ünvanında yerləşən mülkdən öz payına düşən hissəsindən Ərizəçi xeyrinə imtina edir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Nail Abbasov