Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3940/2022 28.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə **********5A000 abune kodu ilə xx.xx.2022-ci il tarixinə hesablanmış 1373 manat borc məbləğinin əsassız hesab edilərək silinməsi və ödənilmiş 34 manat dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2006-cı ildən etibarən Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalı bağları ev (bina) 0685 mənzil A000-də yaşayır. Belə ki, xx.xx.2022-ci il tarixində **********5A000 kodla xx.xx.2022-ci il tarixinə 1373 manat borc olduğu sms vasitəsilə ona göndərilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdə də göstərildiyi kimi son ödəniş tarixi xx.xx.2020-ci ildir və bu tarixdən etibarən ona borcla bağlı hər hansı bildiriş göndərilməmişdir. Onun mənzilində biri Sabunçu rayonu, digəri isə Xəzər rayonunda qeydiyyatda olmaqla 2 işıq xətti vardır. Bu səbəbdən başqalarının onun xəttindən istifadə edə biləcəyi ehtimalını nəzərə alaraq və müəyyən edilmiş borc məbləğinin əsassız olduğunu düşünürək sayğacda yoxlamanın aparılması üçün şikayət ərizəsi ilə cavabdeh "xxxx" ASC-yə müraciət etmişdir. "xxxx" ASC-nin əməkdaşı tərəfindən sayğaca baxış keçirilmiş və qanunsuz olaraq elektrik xəttinə qoşulma halının olmadığını, bundan sonra borc məbləğinin 63 manat azaldılacağını şifahi şəkildə ona bildirmişdir. Bir müddət sonra elektrik enerjisi təminatını dayandırıldığı üçün o, bununla bağlı yenidən "xxxx" ASC-yə müraciət etmişdir. Bundan sonra elektrik xətti aktivləşdirilmişdir, lakin elektrik xətti düzgün qoşulmadığından hazırda evdə bir çox məişət avadanlıqlarının işləməməsinə səbəb olmuşdur. Hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən onun istehlakçı hüquqları kobud şəkildə pozulmuşdur. Onun barəsində hesablanmış 1373 manat borc tamamilə əsassız və qanunsuzdur. “Elektrik enerjisindən istifadə Qaydadları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən, aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Lakin, işin faktiki hallarında da qeyd etdiyi kimi ona xx.xx.2020-ci ildən etibarən cavabdeh orqan tərəfindən borcla bağlı hər hansı bildiriş göndərilməmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən cavabdeh İddiaçı ünvanlanan bildiriş xəbərdarlıqdan görünür ki, 1372.72 manat ödəniləcək məbləğ qeyd edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* №-li mədaxil qəbzindən görünür ki, iddianın qaldırılması üçün iddiaçı tərəfindən 34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən abunə kodu **********5A000 olan İddiaçı Talıb qızına aid Abunə haqqında məlumatdan görünür ki, 07 may 2022-ci il tarixə cavabdehin adına qanunsuz olaraq 914,88 manat məbləğində borc hesablanmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qaydaların 8.32-ci bəndinin 2-ci hissəsinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə baxışı zamanı toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı 2006-cı ildən etibarən Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalı bağları ev (bina) 0685 mənzil A000-də yaşayır. xx.xx.2022-ci il tarixində **********5A000 kodla xx.xx.2022-ci il tarixinə 1373 manat borc olduğu sms vasitəsilə ona göndərilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdə də göstərildiyi kimi son ödəniş tarixi xx.xx.2020-ci ildir və bu tarixdən etibarən ona borcla bağlı hər hansı bildiriş göndərilməmişdir. İddiaçının evində biri Sabunçu rayonu, digəri isə Xəzər rayonunda qeydiyyatda olmaqla 2 işıq xətti vardır. "xxxx" ASC-nin əməkdaşı tərəfindən sayğaclara baxış keçirilmiş və qanunsuz olaraq elektrik xəttinə qoşulma halının olmadığı müəyyən edilmişdir. Bir müddət sonra elektrik enerjisi təminatını dayandırıldığı üçün iddiaçı bununla bağlı yenidən "xxxx" ASC-yə müraciət etmişdir. Bundan sonra elektrik xətti aktivləşdirilmişdir, lakin elektrik xətti düzgün qoşulmadığından hazırda evdə bir çox məişət avadanlıqlarının işləməməsinə səbəb olmuşdur. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən iddiaçıya göndərilmiş Bildirişdə 1373 manat 72 qəpik məbləğində borc göstərilmişdir. Lakin, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş abunə haqqında məlumatda xx.xx.2022-ci il tarixinə iddiaçıya 914.88 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh 1373 manat 72 qəpik borcun yaranma əsasları və hesablanma qaydası barədə sübutları məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya məxsus abunə haqqında hesabında göstərilən istifadə edilmiş xx.xx.2022-ci il tarixinə elektrik enerjisinə görə hesablanmış 914.88 manat məbləğ iddiaçının abunə hesabından silinməlidir. Məhkəmə iddia tələbinin “...ödənilmiş 34 manat dövlət rüsumunun cavabdehdən alınması...” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş mədaxil qəbzindən göründüyü kimi iddiaçı tərəfindən 34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yainız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kırni istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən **********5A000 nömrəli kod üzrə xx.xx.2022-ci il tarixə hesablanmış 914 (doqquz yüz on dörd) manat 88 (səksən səkkiz) qəpik məbləğində borc əsassız hesab edilərək silinməli və iddia qaldırılması üçün ödənilmiş 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən **********5A000 nömrəli kod üzrə xx.xx.2022-ci il tarixə hesablanmış 914 (doqquz yüz on dörd) manat 88 (səksən səkkiz) qəpik məbləğində borc əsassız hesab edilərək silinsin. İddia qaldırılması üçün ödənilmiş 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3940/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3940/2022
28.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver