Məhkəmə qərarları › İş №2(006)-3952/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-3952/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3952/2020 24.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı QSC-nin cavabdeh X3 qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdeh X3 qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iki kredit müqaviləsi üzrə 3.476 manat əsas kredit borcu, 263 manat 82 qəpik faiz olmaqla, cəmi 3.739 manat 82 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X1 İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ««xxxx» ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq «xxxx» ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə «xxxx» ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum («X8 Edilməsi Agentliyi» MMC) vasitəsi ilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən «xxxx» ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini «X8 Edilməsi Agentliyi» MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən «xxxx» ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs X3 dair sənədlər xx xxxxxx 2017-ci il tarixli S-FK-939 saylı təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. «xxxx» ASC-nin Binəqədi filialı ilə cavabdeh X5 arasında xx.xx.2014-cü il tarixdə 03 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 10 % tətbiq edilməklə, 36 ay müddətinə 7.000 manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi, X5 ona ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Eyni zamanda, «xxxx» ASCnin Binəqədi filialı ilə cavabdeh X5 arasında xx.xx.2014-cü il tarixdə 44 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh illik 10 % tətbiq edilməklə, 36 ay müddətinə 3.000 manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi X5 ona ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Kredit müqavilələrinə əsasən bank borc alana yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi ilə iki kredit müqaviləsi üzrə 3.000 manat və 7.000 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilələrə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı borcalanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. Borc alana verilən kredit vəsaitindən istifadə müddəti 36 aydır. Qeyd olunan kredit müqavilələrinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 10 %-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh X2 təhvil verilmiş akta əsasən iki müqavilə üzrə hazırda olan əsas borc üzrə 3.476 manat, faiz üzrə 263 manat 82 qəpik olmaqla, cəmi 3.739 manat 82 qəpik məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İddia ərizəsində həmçinin qeyd olunmuşdur ki, DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına istinad olunaraq, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Lakin Bakı şəhəri Nəsimi rayon Məhkəməsi iş materiallarına əlavə edilmiş cavabdehin şəxsiyyət vəsiqəsinə əsaslanıb məhkəmə aidiyyətinin düzgün olmadığını istinad edərək xx xxxxxx 2020-ci il tarixli 2(006)- 2357/2020 saylı qərardadı ilə iddia ərizəsini geri qaytarmışdır. Bu səbəbdən, xx xxxxxx 2020-ci il tarixli 2(006)-2357/2020 saylı qərardada əsasən iddia ərizəsi xx xxxxx 2020-ci il tarixdə Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Buna baxmayaraq, Suraxanı rayon Məhkəməsi xx xxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmış və əsaslandırmışdır ki, cavabdeh X2 qeydiyyatı xx.xx.2020-ci il tarixli MAPS arayışına əsasən Nəsimi rayonudur. DİN BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışına istinad olunaraq iddia ərizəsi təkrarən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilir. Bildirirlər ki, hazırkı iddia ərizəsi üzrə iddia müddətini üzrlü səbəbdən 16 gün müddətinə ötürmüşlər. Buna səbəb, məhkəmələrin aidiyyət qaydalarına istinad edərək iddia ərizəsini geri qaytarması olmuşdur. Eyni zamanda, Ölkə ərazisində baş verən COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına əsasən xüsusi karantin qaydaları tətbiq edilən ərazilərdə fəaliyyət göstərən dövlət idarə və təşkilatlarının əməkdaşlarının məhdud sayda işə çıxmasını, həmçinin Cəmiyyətin idarə etməsinə verilmiş kredit portfelinin çoxluğunu nəzərə alaraq, ötürülmüş 16 günlük iddia müddətinin üzrlü sayılması zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-3952/2020 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, «xxxx» ASC-nin Binəqədi filialı ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 03 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana illik 10 %-ə, 36 ay müddətinə 7.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 44 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana illik 10 %-ə, 36 ay müddətinə 3.000 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışına əsasən X2 «xxxx» ASC-yə hər iki müqavilə üzrə birlikdə 3.476 manat əsas borc, 263 manat 82 qəpik faiz olmaqla, cəmi 3.739 manat 82 qəpik məbləğində borcu olması göstərilmişdir. İş materiallarından həmçinin görünür ki, ««xxxx» ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq «xxxx» ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə «xxxx» ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSCnin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum («X8 Edilməsi Agentliyi» MMC) vasitəsi ilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən «xxxx» ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini «X8 Edilməsi Agentliyi» MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən «xxxx» ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs X3 dair sənədlər xx xxxxxx 2017-ci il tarixli S-FK-939 saylı təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, X5 yuxarıda qeyd olunan müqavilələr üzrə «xxxx» ASC-dən 3.000 manat və 7.000 manat məbləğində kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, cavabdeh X1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2014-cü il tarixli 03 saylı kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli 44 saylı kredit müqaviləsi üzrə 3.476 manat əsas kredit borcu, 263 manat 82 qəpik faiz olmaqla, cəmi 3.739 manat 82 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X1 tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2014-cü il tarixli 03 saylı kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli 44 saylı kredit müqaviləsi üzrə 3.476 manat əsas kredit borcu, 263 manat 82 qəpik faiz olmaqla, cəmi 3.739 manat 82 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X1 tutularaq İddiaçı QSC-yə ödənilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar