Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3966/2020 10.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Cavadov Anar İlyas oğlunun, iddiaçı X1 nümayəndəsi İddiaçı oğlunun iştirakları ilə, iddiaçılar İddiaçı və X1 Cavabdeh qarşı (Bakı şəhəri 14 saylı Notariat Ofisi üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı və kredit müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı və X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı notariat ofisində Cavabdeh ilə İddiaçı (X4 əvəzinə) arasında bağlanmış xx.xx.2019cu il tarixli reyestrdə 4Ə-16 nömrə ilə qeyd ediimiş ANJ № ******* saylı däşınmaz əmlakın alqı-satqı müqaviləsi və Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli reyestrdə 3M-29 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 14 saylı Notariat ofisində Cavabdeh ilə İddiaçı (X4 əvəzinə) arasında xx.xx.2019-cu il tarixli reyestrdə 4Ə-16 nömrə ilə qeyd edilmiş AN_İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır (qoşma: 03). Müqaviləyə əsasən, satıcı Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 131.9 kv.m. olan 39 saylı yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 1/6 hissəni, yəni dediyinə görə 39.7 kv.m sahəni 36.500 manat qiymətə alıcı İddiaçının mülkiyyətinə vermişdir. Bundan başqa Bakı şəhəri 14 saylı Notariat ofisində Cavabdeh Anf oğlu ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixli reyestrdə 3M-29 nömrə ilə qeyd edilmiş kredit müqaviləsi də bağlanmışdır (qoşma: 04). Müqaviləyə əsasən, borc verən Cavabdeh borc alan İddiaçı 4500 manat məbləğində pul borc vermişdir. Beləliklə Cavabdeh etibardan sui-istifadə edərək qabaqcadan və edilən əmlakı ona dediyi kimi yerində 39,7 kv.m. sahədə verməmiş, ancaq həmin müqavilələrin bağlanmasına onu aldadaraq nail olmuşdur. Belə ki, müqavilə bağlanan zaman Cavabdeh oğiu əmlakın sahəsi yerdə 39.7 kv.m olduğunu bildirsə də, sonradan ona məlum olmuşdur ki, əmlakın sahəsi qeyd olunan qədər deyil, daha azdır. Bununla da Cavabdeh etibarından sui-istifadə onları aldadaraq faktiki olaraq onlara vəd edilməyən, daha az sahəyə malik olan əmlakını sataraq aldatma yolu ilə əqd bağlanmışdır. Bakı şəhəri 14 saylı Notariat ofisində Cavabdeh ilə İddiaçı (X4 əvəzinə) arasında bağlanmış xx.xx.2019-cu il tarixli reyestrdə 4Ə-16 nömrə ilə qeyd edilmiş AN_İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Bakı şəhəri 14 saylı Notariat ofisində Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli reyestrdə 3M-29 nömrə ilə qeyd edilmiş 4500 manat məbləğində olan kredit müqaviləsi etibarsız hesab edilməlidir. Yuxanda qeyd olunanları nəzərə alaraq Bakı şəhəri 14 saylı notariat ofisində Cavabdeh ilə İddiaçı (X4 əvəzinə) arasında bağlanmış xx.xx.2019-cu il tarixli reyestrdə 4Ə-16 nömrə ilə qeyd ediimiş ANJ № ******* saylı däşınmaz əmlakın alqısatqı müqaviləsi və Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu i! tarixli reyestrdə 3M-29 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X8 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X5 sözlərini təsdiq edərək eyni zamanda bildirmişdir ki, alqı-satqı müqaviləsində satılan əmlakın sahəsi 21,9 kv.m kimi göstərilsə də, ona faktiki olaraq 27 kv.m-lik daşınmaz əmlak verilmişdir. Lakin onların evin alqı-satqısı barədə gəldiyi razılaşmaya görə əslində əmlakın ona satılacaq 1/6 hissəsi 39,7 kv.m həcmdə olmalı idi. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı Cavabdeh ünvan 1ndə yerləşən ümumi sahəsi 131.9 kv/m olan 39 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 1/6 hissəni (21,9 kv/m) alıcı X1 mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində satıcıya 36500 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 3M-29 saylı notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinin surətindən görünür ki, borc verən Cavabdeh borc alan İddiaçı 4500 manat 00 qəpik (dörd min beş yüz manat sıfır qəpik) məbləğində pul borc verməyi, borc alan isə krediti xx/xx/2019 (otuz bir avqust iki min on doqquzuncu il) tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu E.Q.Əliyev tərəfindən Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2019-cu il tarixli 3M-29 saylı notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi icraya yönəldilməsi üçün icra şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş bildirmişdir ki, X6 həmin evdə 1 il kirayədə qalmışdır. 39.7 adı ilə ev İntiqama satılmışdır. O evdə olduğuna görə İntiqam evi ölçməmişdir. Müqavilə də əmlakın sahəsi 21 kv.m göstərilməyinə baxmayaraq həyətyanı sahə artırıldığından 27 kv.m olmuşdur. Əldə olunmuş razılığa əsas əslində 39.7 kv.m sahə İntiqama verilməli idi. Müqavilə bağlanan anda orada olmamış, danışıqlarda iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, sənədlərdəki sahələrin ölçülər düzgün gəlmir. Əldə olunmuş razılığa əsasən 39.7 kv.m sahəsi olan əmlak İntiqama satılmalı idi. Müqavilə bağlanan anda orada olmamış, danışıqlarda iştirak etməmişdir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən, satıcı ünvan 1ndə yerləşən ümumi sahəsi 131.9 kv/m olan 39 saylı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 1/6 hissəsini (21,9 kv/m) alıcının mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində satıcıya 36500 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmçinin eyni tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixədək qaytarmaq şərti ilə 4500 manat 00 qəpik məbləğində borc pul vermişdir. Hazırda iddiaçılar İddiaçı və X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı notariat ofisində Cavabdeh ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli reyestrdə 4Ə-16 nömrə ilə qeyd ediimiş ANJ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi və Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, reyestrdə 3M-29 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, iddiaçının istinad etdiyi hallara əsasən iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 339.2-ci maddəsinin tələblərinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən müəyyən olunur ki, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin maddələrin məzmununa görə “aldatma” dedikdə əqd üzrə mühüm əhəmiyyət kəsb edən faktlar və hallar barədə tərəfin digər tərəfə qəsdən yanlış məlumat verilməsi anlaşılır. Məhkəmə hesab edir ki, hazırkı işdə qeyd olunan maddənn dispozisiya şərtləri müəyyən edilmir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının xx.xx.2019-cu il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanması məqsədi ilə aldadılması barədə dəlillər öz təsdiqini tapmamış, mübahisə predmeti olan alqı-satqı müqaviləsində göstəriləndən artıq həcmdə sahənin verilməli olduğuna dair iddiaçıların irəli sürdükləri dəlillər isə mülahizə xarakter daşımaqla heç bir sübut növü ilə təsdiq edilməmişdir. İddiaçılar iddia tələblərinin qanuni əsası kimi eyni zamanda Mülki Məcəllənin 340.1-ci və 340.2-ci maddələrinə də istinad edirlər. Həmin maddələrin tələblərinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanır. Bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla hüquqi görünüş yaradaraq tamam başqa məqsəd güdürlər, həm də bu məqsəd, adətən, hüquqazidd xarakter daşıyır. Yalan əqd isə başqa əqdi pərdələmək məqsədi ilə bağlanır. Yalan əqd onda nəzərdə tutulmuş hüquqi nətıcələrı yaratmır və etibarsız sayıldıqdan sonra tərəflərin münasibətlərinə yalan əqdlə pərdələnmiş əqdə aid olan qaydalar tətbiq edilir Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, hazırki işdə iddiaçılarla cavabdeh arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanılmış, həmin müqavilə, müqavilə tərəfi olan şəxslər tərəfindən şəxsən imzalanmış və hərəkətlərinin hüquqi nəticələri onlara məlum olmuşdur. Alqı-satqı müqaviləsinin bağlanması nəticəsində hüquq və vəzifələrin yarandığı, bu əqdin görünüş üçün və ya başqa əqdi pərdələmək məqsədi ilə bağlanmadığı işin mübahisələndirilən halları olsa da, iş materiallarından göründüyü kimi iddiaçılar bunun əksini, yəni qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğunu təsdiq edən heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərilərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər. Belə ki, daşınmaz əmlakın onlara həqiqətən verildiyi, bunun müqabilində pulun ödənildiyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Alqısatqı müqaviləsinin etibarsızlığı ilə bağlı iddiaçıların yeganə sübut qismində istinad etdikləri şahid ifadələri ilə bağlı məhkəmə qeyd edir ki, şahid qismində dindirilmiş X2 və X6 mübahisə predmeti olan sahənin müqavilədə göstərildiyindən artıq olmalı olduğu barədə məhkəməyə məlumat versələr də, alqı-satqı müqaviləsinin bağlanmasında şəxsən iştirak etmədiyini bildirmiş və bununla da faktiki olaraq iş üzrə əhəmiyyət kəsb edən halları birbaşa qavranmadığı və ya başqa məlum mənbələrdən qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət etməklə almadığı üçün təsdiq edə bilməmişlər. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, sözügedən daşınmaz əmlak müqavilənin predmeti, onun təsviri isə müqavilənin mühüm şərti olmaqla tərəflərin könüllü razılaşmasına əsasən müqavilədə öz əksini tapmışdır. Alınmış evin sahəsinin müqavilədə göstərildiyindən artıq olması faktı məhz alqı-satqı müqaviləsinin müvafiq bəndinə, və yaxud hüquqi qüvvə baxımından ona bərabər tutulan sənədlərə əsasən təsdiq edilməli olduğu halda iddiaçıların şahid ifadələrinə istinad etməsi yolverilməzdir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (MPM-nin 62-ci, 81-ci və 104.1-ci maddələri) Mübahisə predmeti olan kredit müqaviləsi ilə əlaqədar qeyd edilməlidir ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli, 3M-29 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair tələbini hər-hansı mövqe ilə əsaslandırmamış, bu iddia tələbinin faktiki əsasının nədən ibarət olduğunu göstərməmişdir. Məhkəmə iş materiallarını müqayisəli şəkildə araşdıraraq hesab edir ki, mübahisələndirilən kredit müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması qənaətinə gəlmək üçün əsaslar yoxdur. Belə ki, məhkəmə qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı və X1 Cavabdeh qarşı “alqı-satqı və kredit müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı və X1 Cavabdeh qarşı (Bakı şəhəri 14 saylı Notariat Ofisi üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı və kredit müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3966/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3966/2020
10.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver