Məhkəmə qərarları › İş №2(006)-3972/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3972/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3972/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sərliyi ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh “xxxx” MMC ilə 28.06.2018-ci il, 04.10.2018-ci il və 18.05.2019-cu il tarixli müqavilələrinə əsasən, “Hoffmann” Kondisioner, İMEİ kodu **********65194 olan “Samsung J2” markalı telefon, İMEİ Kodu **********62052 olan “Samsung Galaxy A7” markalı telefon almış və nəticədə 575 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.06.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 882 manat (18 ay x 49 manat + 0 manat ilkin ödəniş), “Hoffmann” Kondisioner üçün ümumilikdə 72 manat olmaqla, ondan 66 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6 manat cərimə; 04.10.2018-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 443 manat (20 ay x 22 manat + 2 manat ilkin ödəniş) İMEİ Kodu **********65194 olan “Samsung J2” markalı telefon üçün ümumilikdə 195 manat olmaqla, ondan 178 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17 manat cərimə; 18.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 600 manat (6 ay x 100 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********62052 olan “Samsung Galaxy A7” markalı telefon üçün ümumilikdə 308 manat olmaqla ondan 280 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1400 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən 28.06.2018-ci il tarixli müqaviləsinə əsasən “Hoffman” kondisioner üçün 66 manat ödənilməmiş hissə, 6 manat cərimə; 04.10.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********65194 olan “Samsung J2” markalı telefon üçün 178 manat ödənilməmiş hissə, 17 manat cərimə, 18.05.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********62052 olan “Samsung Galaxy A7” markalı telefon üçün 280 manat ödənilməmiş hissə, 28 manat cərimə, ümumilikdə 575 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 605 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 28 iyun 2018-ci il tarixli, 00191294 saylı müqavilədən görünür ki, «xxxx» MMC “Hoffmann” kondisioneri Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 49 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 04 oktyabr 2018-cu il tarixli müqavilədən görünür ki, «xxxx» MMC “Samsung J2” telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqaviləyə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 20 ay müddətinə ilkin ödəniş 2 manat ödəməklə hər ay 22 manat ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 18 may 2019-cu il tarixli müqavilədən görünür ki, «xxxx» MMC “Samsung Galaxy A7” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqaviləyə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 06 ay müddətinə hər ay 100 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC tərəfindən məhkəməyə təqdim edilmiş 21 aprel 2021-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh «xxxx» MMC-yə 28.06.2018-ci il tarixli müqavilə üzrə 66 manat ödənilməmiş hissə, 6 manat cərimə pulu olmaqla, ümumilikdə 72 manat, 04.10.2018-ci il tarixli müqavilə üzrə 178 manat ödənilməmiş hissə, 17 manat cərimə pulu olmaqla, ümumilikdə 195 manat, 18.05.2019-cu il tarixli müqavilə üzrə 280 manat ödənilməmiş hissə, 28 manat cərimə pulu olmaqla, ümumilikdə 308 manat, hər üç müqavilə üzrə ümumilikdə isə 524 manat əsas, 51 manat cərimə, cəmi 575 manat borcu vardır. «xxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış 12.02.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh «xxxx» MMC ilə 28.06.2018-ci il, 04.10.2018-ci il və 18.05.2019-cu il tarixli müqavilələrə əsasən “Hoffmann” Kondisioner, “Samsung J2” və “Samsung Galaxy A7” markalı telefonlar “almış və nəticədə 575 manat borc yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə 28.06.2018-ci il tarixli müqavilə üzrə 66 manat ödənilməmiş hissə, 6 manat cərimə pulu olmaqla, ümumilikdə 72 manat, 04.10.2018-ci il tarixli müqavilə üzrə 178 manat ödənilməmiş hissə, 17 manat cərimə pulu olmaqla, ümumilikdə 195 manat, 18.05.2019-cu il tarixli müqavilə üzrə 280 manat ödənilməmiş hissə, 28 manat cərimə pulu olmaqla, ümumilikdə 308 manat, hər üç müqavilə üzrə ümumilikdə isə 524 manat əsas, 51 manat cərimə, cəmi 575 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 28.06.2018-ci il tarixli müqavilə üzrə 66 (altmış altı) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə pulu olmaqla, ümumilikdə 72 (yetmiş iki) manat, 04.10.2018-ci il tarixli müqavilə üzrə 178 (bir yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə pulu olmaqla, ümumilikdə 195 (bir yüz doxsan beş) manat, 18.05.2019-cu il tarixli müqavilə üzrə 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə pulu olmaqla, ümumilikdə 308 (uç yüz səkkiz) manat, hər üç müqavilə üzrə ümumilikdə isə 524 (beş yüz iyirmi dörd) manat əsas, 51 (əlli bir) manat cərimə, cəmi 575 (beş yüz yetmiş beş) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 605 (altı yüz beş) manat məbləğində pul tutularaq «xxxx» MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 28.06.2018-ci il tarixli müqavilə üzrə 66 (altmış altı) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə pulu olmaqla, ümumilikdə 72 (yetmiş iki) manat, 04.10.2018-ci il tarixli müqavilə üzrə 178 (bir yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə pulu olmaqla, ümumilikdə 195 (bir yüz doxsan beş) manat, 18.05.2019-cu il tarixli müqavilə üzrə 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə pulu olmaqla, ümumilikdə 308 (üç yüz səkkiz) manat, hər üç müqavilə üzrə ümumilikdə isə 524 (beş yüz iyirmi dörd) manat əsas, 51 (əlli bir) manat cərimə, cəmi 575 (beş yüz yetmiş beş) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 605 (altı yüz beş) manat məbləğində pul tutularaq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar