Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3973/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 28.07.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********31104 olan Samsung J2 markalı telefon üçün 40 (qırx) manat ödənilməmiş hissə, 12 km iki) manat dəbbə pulu; 24.11.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********72587 olan Samsung Galaxy A7 markalı telefon üçün 500 (beş yüz) manat ödənilməmiş hissə, 150 (yüz əlli) manat dəbbə pulu; 09.04.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********41231 olan Samsung Galaxy S10 markalı telefon üçün 95 (doxsan beş) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat dəbbə pulu; 15.05.2019-cu il tarixli mücg^ləsinə əsasən, Samsung LED televizor üçün 1001 (min bir) manat Ödənilməmiş hissə, 309 (üç yüz doqquz) manat dəbbə pulu; 11.07.2019-cu il tarixli müqaviləsinə əsasən, Transformer - Qonaq - Jurnal masa, VENETSİYA mebel üçün 660 (altı yüz altmış) manat ödənilməmiş hissə, 168 (yüz altmış səkkiz) manat dəbbə pulu; 06.09.2019-cu il tarixli müqaviləyə əsasən, Marvin dolab üçün 1122 (min yüz iyirmi iki) manat ödənilməmiş hissə, 260 (iki yüz altmış) manat dəbbə pulu; 05.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED televizor üçün 1606 (min altı yüz altı) manat ödənilməmiş hissə, 481 (dörd yüz səksən bir) manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə, 6459 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 28.07.2018-ci il, 24.11.2018-ci il, 09.04.2019-cu il, 15.05.2019-cu il, 11.07.2019-cu il, 06.09.2019-cu il, 05.11.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ Kodu **********31104 olan Samsung J2 markalı telefon, İMEİ Kodu **********72587 olan Samsung Galaxy A7 markalı telefon, İMEİ Kodu **********41231 olan Samsung Galaxy S10 markalı telefon, 2 ədəd Samsung LED televizor, Transformer - Qonaq - Jurnal masa, VENETSİYA mebel, Marvin dolab almış və nəticədə 6459 (altı min dörd yüz əlli doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.07.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 380 (üç yüz səksən) manat (19 ay x 20 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********31104 olan Samsung J2 markalı telefon üçün ümumilikdə, 52 (əlli iki) manat olmaqla ondan 40 (qırx) manat ödənilməmiş hissə, 12 (on iki) manat dəbbə pulu; 24.11.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1249 (min iki yüz qırx doqquz) manat (24 ay x 50 manat + 49 manat ilkin ödəniş) olan İMEİ Kodu **********72587 olan Samsung Galaxy A7 markalı telefon üçün ümumilikdə, 650 (altı yüz əlli) manat olmaqla ondan 500 (beş yüz) manat ödənilməmiş hissə, 150 (yüz əlli) manat dəbbə pulu; 09.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2380 (iki min üç yüz səksən) manat (12 ay x 185 manat + 160 manat ilkin ödəniş) olan İMEİ Kodu **********41231 olan Samsung Galaxy S10 markalı telefon üçün ümumilikdə, 150 (yüz əlli) manat olmaqla ondan 95 (doxsan beş) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat dəbbə pulu; 15.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1935 (min doqquz yüz otuz beş) manat (15 ay x 129 manat + 0 manat ilkin ödəniş) olan Samsung LED televizor üçün ümumilikdə, 1310 (min üç yüz on) manat olmaqla ondan 1001 (min bir) manat ödənilməmiş hissə, 309 (üç yüz doqquz) manat dəbbə pulu; 11.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 804 (səkkiz yüz dörd) manat (24 ay x 33 manat + 12 manat ilkin ödəniş) olan Transformer - Qonaq - Jurnal masa, VENETSİYA mebel üçün ümumilikdə, 828 (səkkiz yüz iyirmi səkkiz) manat olmaqla ondan 660 (altı yüz altmış) manat ödənilməmiş hissə, 168 (yüz altmış səkkiz) manat dəbbə pulu; 06.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1296 (min iki yüz doxsan altı) manat (24 ay x 51 manat + 72 manat ilkin ödəniş) olan Marvin dolab üçün ümumilikdə, 1382 (min üç yüz səksən iki) manat olmaqla ondan 1122 (min yüz iyirmi iki) manat ödənilməmiş hissə, 260 (iki yüz altmış) manat dəbbə pulu; 05.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1752 (min yeddi yüz əlli iki) manat (12 ay x 146 manat + 0 manat ilkin ödəniş) olan Samsung LED televizor üçün ümumilikdə, 2087 (iki min səksən yeddi) manat olmaqla ondan 1606 (min altı yüz altı) manat ödənilməmiş hissə, 481 (dörd yüz səksən bir) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4772 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müqavilənin ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat vermişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 28.07.2018-ci il tarixdə ümumilikdə dəyəri 380 manat təşkil edən “Samsung J2” markalı telefon, 24.11.2018-ci il tarixdə ümumilikdə dəyəri 1249 manat təşkil edən “Samsung Galaxy A7” markalı telefon, 09.04.2019-cu il tarixdə ümumilikdə dəyəri 2380 manat təşkil edən “Samsung Galaxy S10” markalı telefon, 15.05.2019-cu il tarixdə ümumilikdə dəyəri 1935 manat təşkil edən “Samsung LED” markalı televizor, 11.07.2019-cu il tarixdə ümumilikdə dəyəri 804 manat təşkil edən “Venetsiya” markalı Transformer–Qonaq-Jurnal masa mebel, 06.09.2019-cu il tarixdə ümumilikdə dəyəri 1296 manat təşkil edən “Marvin” markalı dolab və 05.11.2019-cu il tarixdə ümumilikdə dəyəri 1752 manat təşkil edən “Samsung LED” markalı televizorun alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Əlavə Ödəniş cədvəllərinin 2-ci bəndlərinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” müştərinin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönəldə bilər. 28.07.2018-ci il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə “Samsung J2” markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 24.11.2018-ci il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə “Samsung Galaxy A7” markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 09.04.2019-cu il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə “Samsung Galaxy S10” markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 15.05.2019-cu il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə “Samsung LED” markalı televizor tam qüsursuz halda təhvil verilmişdir. 11.07.2019-cu il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə Transformer–Qonaq-Jurnal masa, Venetsiya mebel tam qüsursuz halda təhvil verilmişdir. 06.09.2019-cu il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə Marvin dolab tam qüsursuz halda təhvil verilmişdir. 05.11.2019-cu il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə “Samsung LED” markalı televizor tam qüsursuz halda təhvil verilmişdir. 06.08.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№ 7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 23.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu 28.07.2018-ci il tarixli müqavilə üzrə cavabdehə 40 manat əsas borc, 12 manat cərimə borcu, 24.11.2018-ci il tarixli müqavilə üzrə cavabdehə 500 manat əsas borc, 150 manat cərimə borcu, 09.04.2019-cu il tarixli müqavilə üzrə 95 manat əsas borc, 55 manat cərimə borcu, 15.05.2019-cu il tarixli müqavilə üzrə 1001 manat əsas borc, 309 manat cərimə borcu, 11.07.2019-cu il tarixli müqavilə üzrə 660 manat əsas borc, 168 manat cərimə borcu, 06.09.2019-cu il tarixli müqavilə üzrə 1122 manat əsas borc, 260 manat cərimə borcu və 05.11.2019-cu il tarixli müqavilə üzrə 1606 manat əsas borc, 481 manat cərimə borcu, bütün müqavilələr üzrə isə ümumilikdə 6459 manat məbləğində borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilələr üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 28.07.2018-ci il tarixli müqavilə üzrə 5 manat, 24.11.2018-ci il tarixli müqavilə üzrə 50 manat, 09.04.2019-cu il tarixli müqavilə üzrə 10 manat, 15.05.2019-cu il tarixli müqavilə üzrə isə 50 manat, 11.07.2019-cu il tarixli müqavilə üzrə isə 20 manat, 06.09.2019-cu il tarixli müqavilə üzrə isə 50 manat və 05.11.2019-cu il tarixli müqavilə üzrə isə 50 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 28.07.2018-ci il tarixli müqavilə üzrə cavabdehə 40 manat əsas borc, 5 manat cərimə borcu, 24.11.2018-ci il tarixli müqavilə üzrə cavabdehə 500 manat əsas borc, 50 manat cərimə borcu, 09.04.2019-cu il tarixli müqavilə üzrə 95 manat əsas borc, 10 manat cərimə borcu, 15.05.2019-cu il tarixli müqavilə üzrə 1001 manat əsas borc, 50 manat cərimə borcu, 11.07.2019-cu il tarixli müqavilə üzrə 660 manat əsas borc, 20 manat cərimə borcu, 06.09.2019-cu il tarixli müqavilə üzrə 1122 manat əsas borc, 50 manat cərimə borcu və 05.11.2019-cu il tarixli müqavilə üzrə 1606 manat əsas borc, 50 manat cərimə borcu, cəmi 5259 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 24 manatı məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. 28.07.2018-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 40 manat, cərimə borcu üzrə 5 manat, 24.11.2018-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 500 manat, cərimə borcu üzrə 50 manat, 09.04.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 95 manat, cərimə borcu üzrə 10 manat, 15.05.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 1001 manat, cərimə borcu üzrə 50 manat, 11.07.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 660 manat, cərimə borcu üzrə 20 manat, 06.09.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 1122 manat, cərimə borcu üzrə 50 manat və 05.11.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 1606 manat, cərimə borcu üzrə 50 manat, cəmi 5259 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 24 manatı, ümumilikdə 5283 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3973/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3973/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver