Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3975/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Səmədov Rəşid Əfraim oğlu, iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh «xxxx» MMC ilə 13.07.2019-cu, 13.07.2019-cu, 18.07.2019-cu il tarixli müqavilələrə əsasən, “Samsung LED” markalı televizor, İMEİ kodu **********51023 olan “X1 7” markalı telefon, “DECT GİGASET” adlı ev telefonu, “Sonorous Surefix” adlı asqı və “Sonorous” adlı ekran təmizləyici almış və nəticədə 661 (altı yüz altmış bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1296 (bir min iki yüz doxsan altı) manat (18 ay x 72 manat) “Samsung LED” markalı televizor üçün ümumilikdə 289 (iki yüz səksən doqquz) manat olmaqla, ondan 263 (iki yüz altmış üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26 (iyirmi altı) manat cərimə, 13.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 688 (altı yüz səksən səkkiz) manat (16 ay x 43 manat) İMEİ kodu **********51023 olan “X1 7” markalı telefon üçün ümumilikdə 300 (üç yüz) manat olmaqla, ondan 273 (iki yüz yetmiş üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27 (iyirmi yeddi) manat cərimə borcu hesablanmışdır. 18.07.2019-cu il tarixli müqaviləyə əsasən isə alqı-satqı qiyməti 144 (bir yüz qırx dörd) manat (12 ay x 12 manat) “DECT GİGASET” adlı ev telefonu, “Sonorous Surefix” adlı asqı və “Sonorous” adlı ekran təmizləyicisi üçün ümumilikdə 72 (yetmiş iki) manat olmaqla, ondan 66 (altmış altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6 (altı) manat cərimə miqdrarında borc yaranmışdır. Cavabdeh 13.07.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung LED” markalı televizoru 19.08.2020-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 750 manat, 13.07.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********51023 olan “X1 7” markalı telefonu 11.08.2020-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 200 manat, 18.07.2019-cu il tarixli müqaviləyə əsasən “DECT GİGASET” adlı ev telefonunu 19.08.2020-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 30 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1526 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən 13.07.2019-cu il tarixli müqaviləyə əsasən “Samsung LED” markalı televizor üçün 263 (iki yüz altmış üç) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə, 13.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********51023 olan “X1 7” markalı telefon üçün 273 (iki yüz yetmiş üç) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə, 18.07.2019-cu il tarixli müqaviləyə əsasən “DECT GİGASET” adlı ev telefonu, “Sonorous Surefix” adlı asqı və “Sonorous” adlı ekran təmizləyicisi üçün 66 (altmış altı) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə miqdarında borcu yaranmışdır. Göstərilənlərə əsasən 13.07.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung LED” markalı televizor üçün 263 (iki yüz altmış üç) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə, 13.07.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********51023 olan “X1 7” markalı telefon üçün 273 (iki yüz yetmiş üç) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə, 18.07.2019-cu il tarixli müqaviləyə əsasən, “DECT GİGASET” adlı ev telefonu, “Sonorous Surefix” adlı asqı və “Sonorous” adlı ekran təmizləyicisi üçün 66 (altmış altı) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə miqdarında borcu olmaqla, ümumilikdə 661 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 18.07.2019-cu il tarixli, 00790928 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, “DECT GİGASET” adlı ev telefonu, “Sonorous Surefix” adlı asqı və “Sonorous” adlı ekran təmizləyicisini Cavabdeh satmış, cavabdeh isə alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 13.07.2019-cu il tarixli, 00780322 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» MMC İMEİ kodu **********51023 olan “X1 7” markalı telefonu Cavabdeh satmış, cavabdeh isə alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 16 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 13.07.2019-cu il tarixli, 00780322 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» MMC Samsung LED televizoru Cavabdeh satmış, cavabdeh isə alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC tərəfindən məhkəməyə təqdim edilmiş 22 aprel 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxx» MMC-yə 13.07.2019-cu il tarixli müqavilə üzrə 263 manat ödənilməmiş borcu, 26 manat cərimə borcu, cəmi 289 manat borcu, 13.07.2019-cu il tarixli müqavilə üzrə 273 manat ödənilməmiş borcu, 27 manat cərimə borcu, cəmi 300 manat borcu və 18.07.2019-cu il tarixli müqavilə üzrə 66 manat ödənilməmiş borcu, 6 manat cərimə borcu, cəmi 72 manat borcu, ümumilikdə 661 manat məbləğində borcu vardır. «xxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış 30.04.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 13.07.2019-cu, 13.07.2019-cu, 18.07.2019-cu il tarixli müqavilələrə «xxxx» MMC Samsung LED” markalı televizor, İMEİ kodu **********51023 olan “X1 7” markalı telefon, “DECT GİGASET” adlı ev telefonu, “Sonorous Surefix” adlı asqı və “Sonorous” adlı ekran təmizləyicini Cavabdeh satmış, cavabdeh isə alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər icra edilməmiş və nəticədə onun «xxxx» MMC-yə ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 13.07.2019-cu il tarixli, 00780322 saylı müqavilə üzrə 263 (iki yüz altmış üç) manat ödənilməmiş borcu, 26 (iyirmi altı) manat cərimə borcu, cəmi 289 (iki yüz səksən doqquz) manat, 13.07.2019-cu il tarixli, 00780322 saylı müqavilə üzrə 273 (iki yüz yetmiş üç) manat ödənilməmiş borcu, 27 (iyirmi yeddi) manat cərimə borcu, cəmi 300 (üç yüz) manat və 18.07.2019-cu il tarixli, 00790928 saylı müqavilə üzrə 66 (altmış altı) manat ödənilməmiş borcu, 6 (altı) manat cərimə borcu, cəmi 72 (yetmiş iki) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 691 (altı yüz doxsan bir) manat məbləğində pul alınaraq «xxxx» MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 13.07.2019-cu il tarixli, 00780322 saylı müqavilə üzrə 263 (iki yüz altmış üç) manat ödənilməmiş borcu, 26 (iyirmi altı) manat cərimə borcu, cəmi 289 (iki yüz səksən doqquz) manat, 13.07.2019-cu il tarixli, 00780322 saylı müqavilə üzrə 273 (iki yüz yetmiş üç) manat ödənilməmiş borcu, 27 (iyirmi yeddi) manat cərimə borcu, cəmi 300 (üç yüz) manat və 18.07.2019cu il tarixli, 00790928 saylı müqavilə üzrə 66 (altmış altı) manat ödənilməmiş borcu, 6 (altı) manat cərimə borcu, cəmi 72 (yetmiş iki) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 691 (altı yüz doxsan bir) manat məbləğində pul alınaraq «xxxx» MMC-yə verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3975/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3975/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver