Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-399/2025 13.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil Rafiq oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, Bakı şəhəri 11 sayl Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və Cavabdeh3 İddiaçı qarşı fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 11 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 ilk iddia üzrə iddiaçı qarşılqlı iddia üzrə cavabdeh İddiaçı qarşı fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi barədə qarşılıqlı iddia ərizəsi məhkəməyə müracət edərək ilk iddia tələbinin rədd, qarşılqlı iddia tələbinin təmin edilərək Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 22F (yeni qaydalarla: AZ 1123, Bakı şəhəri , Xətai rayonu, 8 Noyabr prospekti, giriş 415) ünvanında yerləşən, ümumi sahəsi 611.2 m2 olan daşınmaz əmlakdan İddiaçı və 3-cü şəxslər çıxarılmaqla əmlakın boşaldılması və Cavabdeh3 təhvil verilməsi, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 300 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 100 manat pulun qarşılıqlı cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-4037/2024 nömrəli qərardadı ilə Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-4037/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4037/2024 saylı qərardadı ləğv edilərək iddia ərizəsinə mahiyyəti üzrə baxılmasının davam etdiriləsi qərara alınmışdır. Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil Rafiq oğlu vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı Bakı Şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia tələbi Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 22F (yeni qaydalarla: AZ 1123, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, giriş 415) ünvanında yerləşən, ümumi sahəsi 611.2 m2 olan daşınmaz əmlakdan İddiaçı və 3-cü şəxslər çıxarılmaqla əmlakın boşaldılması və Cavabdeh3 təhvil verilməsindən ibarət olmuşdur. Həmin iddia üzrə e-2(011)-8789/2024 nömrəli mülki iş hakim Əminə Abbasova tərəfindən xx.xx.2024-cü il tarixli qərardadla icraata götürülmüşdür. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə 2(006)-4037/2024 nömrəli mülki iş xx.xx.2024-cü il tarixdə icraata götürülmüşdür. Belə ki, həmin iddia ərizə xx.xx.2024-cü il 2(006)-4037/2024 nömrəli qərardadla baxılmamış saxlanılmışdır. Beləliklə, baxılmamış saxlama nəticəsində mülki iş icraatdan çıxmış, yəni icraat yekunlaşmışdır. Bundan sonra, məhkəmə ərizənin baxılmamış saxlanması barəsində qərardadı ləğv edərək icraatı təzələnmişdir. Beləliklə, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmişdir. Bu isə onu göstərir ki, 2(006)-4037/2024 nömrəli mülki iş icraata götürüldükdə, artıq digər məhkəmənin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə e- 2(011)-8789/2024 nömrəli mülki iş var idi. Belə olan halda isə, məhkəmə tərəfindən qarşılıqlı iddia ərizəsi ilə yanaşı, ilkin iddia ərizəsi də baxılmamış saxlanılmalıdır. Odur ki, məhkəmədən 2(006)- 4037/2024 nömrəli nömrəli mülki iş üzrə həm ilkin iddia tələbinin, həm də qarşılıqlı iddia tələbinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilərək vəsatətin təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil Rafiq oğlu vəsatətin təmin edilməsini və ilk iddianın və qarşılıqlı iddianın baxılmadan saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəsatətin təmin edilməsinə etiraz etdiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 259.0.4. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa hakim ərizəni baxılmamış saxlayır. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə xx.xx.2022-ci il tarixli 02/2022 nömrəli qərardadına əsasən, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. İşdən görünür ki, xx.xx.2024-cü il tarixli qərardadla hazırkı iş baxılmamış saxlandıqdan sonra, Cavabdeh3 İddiaçı qarşı fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi barədə iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün sayılaraq iş icraata götürülmüşdür. Məhkəmə hesab edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsində olan e-2(011)- 8789/2024 nömrəli mülki iş üzrə iddia tələbi hazırda mübahisə predmeti olan əqdə (alqısatqı müqaviləsinə) əsaslanır və buna görə də iddia ərizəsi MPM-in 259.0.4-cü (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa) maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.” məzmunundakı hüquqi mövqedən də görünür ki, əqdin etibarlılığının yoxlanılmasının zəruri şərti etibarsızlıq barədə tələbin irəli sürülməsi deyil, sadəcə tələbin əqdə söykənməsidir. Odur ki, məhkəmə “əqdin etibarsız sayılması, əqdən doğan öhdəliyin icrası üzrə və s.” tələbləri, yaxud bu iddialara etiraz əsasında tərəflərin faktiki münasibətlərində baş vermiş halları, varsa əqdi mübahisələndirmə (iradənin qarşı tərəfə çatdırılması) faktını araşdırır, əqdin etibarlı olubolmamasına görə mübahisəni həll edir. Bu baxımdan, əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin aşağıdakı tələbləri baxımından yolverilməzdir. Odur ki, vəsatət təmin edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, Bakı şəhəri 11 sayl Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia ərizəsində irəli sürülən evdən çıxarılma tələbi Bakı Şəhəri Xətai Rayon Məhkəməsində qaldırıldığından, hazırkı icraat çərçivəsində baxılması yolverilməzdir. Ona görə də məhkəmə qarşılıqlı iddia ərizəsinin də baxılmamış saxlanmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (Hökümət ödəniş portalı, mədaxil qəbz **********, tarix: 21.08.24, saat: 16:01:25) dövlət büdcəsindən Cavabdeh3 geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, Bakı şəhəri 11 sayl Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 İddiaçı qarşı fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi barədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (Hökümət ödəniş portalı, mədaxil qəbz **********, tarix: 21.08.24, saat: 16:01:25) dövlət büdcəsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-399/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-399/2025
13.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver