Məhkəmə qərarları › İş №2(006)-3999/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3999/2021

13.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3999/2021 13.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh7, Cavabdeh10, Agajanov Ulpatın iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və Agajanov Ulpata qarşı "alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, avtomobillərin iddiaçıların adına mülkiyyətə geri qaytarılması və cavabdehlərdən alınaraq iddiaçılara təhvil verilməsi" tələblərinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və Agajanov Ulpata qarşı "alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, avtomobillərin iddiaçıların adına mülkiyyətə geri qaytarılması və cavabdehlərdən alınaraq iddiaçılara təhvil verilməsi" tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh1 ilə 2017-ci ilin sonlarında tanış olmuşdur. Onunla müxtəlif vaxtlarda qazanc əldə etmək məqsədilə bir neçə dəfə avtomobil alıb satmışlar. İddiaçı1 2019-cu ilin fevral avında “X13” markalı avtomobil alıb onu icarəyə verib daimi gəlir yeri əldə etmək qərarına gəldi. İddiaçı İddiaçı1 Cavabdeh1 xahiş etdi ki, onun mülkiyyətində olan 2011-ci il buraxılışlı, “Subaru Leqenza” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobili satsın. Cavabdeh1 avtomobili 14.500 manata satdı. İddiaçı1 da ona əlavə olaraq 16.500 manat məbləğində pul vəsaitini nağd şəkildə verdi və beləliklə pul düzəldi və 07.03.2019-cu il tarixində 2009- cu il buraxılışlı, “X13” markalı, qara rəngli, ** LN *** dövlət qeydiyyat nişanlı avtomobili 31.000 manata alıb adına rəsmiləşdirdi. 07 mart 2020-ci il tarixində yəni, avtomobilin İddiaçı1 adına rəsmiləşdirdiyi gündən bir gün sonra, iddiaçı 6 saylı Notariat Kontoruna gedərək avtomobili idarə etmək üçün Cavabdeh1 etibarnamə verdi, 1 aydan sonra isə Cavabdeh1 digər Cavabdeh2 həmin notariat kontorunda avtomobili idarə etmək üçün etibarnamə verərək aylıq 1000 manat qarşılığında avtomobili icarəyə verildiyini bildirdi (avtomobilin iddiaçının mülkiyyətində qalması şərtilə). Cavabdeh1 iddiaçıya avtomobilin “SOCAR” şirkətində istifadə olunmaq üçün icarəyə verildiyi barədə məlumat verdi. Avtomobilin sığorta olunması üçün əlavə olaraq iddiaçıdan 1700 manat məbləğində pul vəsaiti də aldı. Avtomobili "icarəyə” verdikdən sonra bir neçə dəfə ödəniş edilsə də, sonradan ödənişlər dayandı. Daha sonra, iddiaçı Cavabdeh1 avtomobili qaytarmasını tələb etsə də, o, avtomobili qaytarmamışdır. İşlədikləri müddətdə İddiaçı1 bacısı İddiaçı2 da Cavabdeh1la işləməyə cəlb etmişdir. İddiaçı2 2018-ci ilin əvvələrində İddiaçı1 vasitəsilə Cavabdeh1la tanış oldu. Bacısı qurduğu kiçik biznesdə onun da yer almağını istədi. Beləliklə, İddiaçı2 da daimi qazanc əldə etmək məqsədilə “X13” markalı avtomobil almaq qərarına gəldi və 2018-ci ilin aprel ayında 2009-cu il buraxılışlı, qara rəngli, “X13” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobi 26.500 manat məbləğində dəyəri ödənilməklə alındı. Əlavə olaraq 500 manat avtomobilin qeydiyyat xərclərinə, 1000 manat isə avtomobilin salonunun yeni tərtibatına xərc olaraq Cavabdeh1 tərəfindən onlardan alındı. Ümumi olaraq avtomobilə görə 28.000 manat pul vəsaiti xərcləndi. Avtomobillə bağlı ilkin olaraq 18.04.2018-ci il tarixində bacısı İddiaçı1 adına etibarnamə verildi, daha sonra isə 26.04.2018-ci il tarixində İddiaçı2 adına rəsmiləşdirildi. Daha sonra, Cavabdeh1 avtomobili icarəyə vermək üçün ona etibarnamə verilməli olduğunu bildirdi. 02.05.2018-ci il tarixində iddiaçılar 6 saylı Notariat Kontoruna gedərək Cavabdeh1 adına avtomobilin idarə edilməsinə dair etibarnamə vermişlər. 6 aydan sonra, Cavabdeh1 İddiaçı2 avtomobili icarəyə vermək üçün bir sürücü tapdığını bildirərək ona etibarnamə verilməli olduğunu bildirdi. Beləliklə, 08.11.2018-ci il tarixində İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh8 ilə 6 saylı notariat kontoruna getdilər. Sonuncuya avtomobilin idarə edilməsinə dair etibarnamə yazılması üçün notariat əməkdaşına müraciət etdi və etibarnamə yazıldı və notariat ofisindən çıxdılar. Sonra İddiaçı2 evə gəlib etibarnaməyə baxdıqda bu etibarnamənin avtomobilin idarə edilməsinə dair etibarnamə deyil, məhz avtomobilin üzərində sərəncam verilməsinə dair etibarnamə olduğunu görüb, dərhal Cavabdeh1la əlaqə saxlayıb bu etibarnamənin sabah ləğv edilməli olmasını və həmin şəxsə yəni, avtomobilin idarə edilməsinə dair etibarnamə verilməli olduğunu bildirdi. Cavabdeh1 isə cavabında Cavabdeh8 rayona getdiyini və bunu sabah mümkün olmadığını bildirərək biri gün gedəcəyinə dair ona vəd verdi. Beləliklə, 10.11.2018-ci il tarixində İddiaçı2 yenidən notariat ofisinə getdi və tələb etdi ki, həmin şəxsin adına avtomobilin idarə edilməsinə dair yeni etibarnamə yazılsın və avtomobil üzərində sərəncam verilməsinə dair verilmiş əvvəlki etibarnamə ləğv edilsin. Orada həmin şəxsin adına avtomobilin idarə edilməsinə dair yeni etibarnamə yazıldı və guya avtomobil üzərində sərəncam verilməsinə dair əvvəlki verilmiş etibarnamənin ləğv edilməsi adı ilə yeni, yəni elə həmin gün -10.11.2018-ci il tarixində verilmiş avtomobilin idarə edilməsinə dair yeni etibarnamə ləğv edildi. Nəticədə cavabdehlər iddiaçını aldadaraq guya əvvəlki avtomobil üzərində sərəncam verilməsinə dair verilmiş etibarnamənin ləğv edildiyini və bundan sonra yalnız sürücülük hüququnu verən etibarnamənin mövcud olduğunu bildirdilər. İddiaçı2 da onlara inanıb münasibətlərini davam etdirdi. Bundan sonra, Cavabdeh1 avtomobilə görə icarə haqlarını ödəyirdi. Daha sonra isə ödəmələrdə problemlər yaşandı və İddiaçı2 Cavabdeh1 avtomobili qaytarmasını tələb etdi, lakin o avtomobili qaytarmadı. Daha sonra, iddiaçılar hüquqlarının müdafiə olunması üçün vəkilə müraciət etdilər. Vəkil tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinə sorğu verilmiş və qoşmaya əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin 28 aprel 2021-ci il tarixli, 48270-1221 saylı qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışından müəyyən edilmişdir ki, 2009-cu il buraxılışlı, “X13” markalı, qara rəngli, ** LN *** dövlət qeydiyyat nişanlı avtomobil 07 mart 2019-cu il tarixində İddiaçı1 adına qeydiyyata alınaraq ona AD seriyalı, 460913 nömrəli şəhadətnamə verilmişdir. İddiaçı1 tərəfindən avtomobilə dair 07 mart 2019-cu il tarixindən 29 avqust 2022-ci il tarixinədək Cavabdeh1 avtonəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmişdir. Daha sonra, 10 aprel 2019-cu il tarixindən 26 may 2028-ci il tarixinədək Cavabdeh2 da avtonəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmişdir. 29 aprel 2019-cu il tarixində sonunculara yalnız avtomobilin idarə edilməsinə dair etibarnamə verilməsinə baxmayaraq, saxta yollarla avtomobili Cavabdeh3 adına rəsmiləşdirərək qanunsuz şəkildə alqı-satqı etmişlər. Alqısatqıdan sonra Cavabdeh3 AD seriyalı, 510380 nömrəli şəhadətnamə verilmişdir, daha sonra 14 sentyabr 2019-cu il tarixində Cavabdeh3 həmin avtomobili qanunsuz yolla Cavabdeh4 satmışdır. Alqı-satqıdan sonra Cavabdeh4 AD seriyalı, 579702 nömrəli şəhadədətnamə verilmişdir. Alqısatqıdan sonra həmin avtomobilin dövlət qeydiyyat nişanı ** EN ***-dən ** TM ***-ə dəyişdirilmişdir. Bundan sonra, Cavabdeh4 tərəfindən 14 sentyabr 2019-cu il tarixindən 22 iyun 2026-cı il tarixinədək X8, 23 noyabr 2019-cu il tarixindən 30 may 2025-ci il tarixinədək isə Cavabdeh5bəy Niyazi oğluna avtonəqliyyat vasitəsini idarə etmək üçün etibarnamələr verilmişdir. 23 dekabr 2019cu il tarixində isə 23 dekabr 2020-ci il tarixinədək Cavabdeh5 baş etibarnamə verilmişdir. Daha sonra, 21 yanvar 2020-ci il tarixində avtomobil qanunsuz yolla Cavabdeh6 satılmışdır. Alqısatqıdan sonra Cavabdeh6 AD seriyalı, 755037 nömrəli şəhadətnamə verilmişdir, Alqı-satqıdan sonra həmin avtomobilin dövlət qeydiyyat nişanı ** TM ***-dən ** VE ***-ə dəyişdirilmişdir. 18 mart 2020-ci il tarixindən 18 mart 2030-cu il tarixinədək X4 avtonəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmişdir, 08.07.2020-ci il tarixindən 08.07.2021 -ci il tarixinədək Cavabdeh7 baş etibarnamə verilmişdir. Daha sonra isə Cavabdeh7 həmin avtomobili baş etibarnamə əsasında öz xeyrinə hərəkət edərək 14 iyul 2020-ci il tarixində öz adına alqı-satqı edərək rəsmiləşdirmişdir. Alqısatqıdan sonra Cavabdeh7 AD seriyalı, 831762 nömrəli şəhadətnamə verilmişdir. Hal-hazırda da həmin avtonəqliyyat vasitəsi Cavabdeh5 adında qeydiyyatdadır. Alqı-satqıdan sonra həmin avtomobilin dövlət qeydiyyat nişanı ** VE ***-dən ** DB ***-ə dəyişdirilmişdir. Qoşmaya əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin 28 aprel 2021-ci il tarixli, 48270-1221 saylı qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışından da göründüyü kimi 2009-cu il buraxılışlı, qara rəngli, “X13” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobil 26 aprel 2018-ci il tarixində İddiaçı2 adına qeydiyyata alınaraq ona AD seriyalı, 255155 nömrəli şəhadətnamə verilmişdir. Çıxarışdan da göründüyü kimi həmin avtomobilə dair iddiaçı tərəfindən 02 may 2018-ci il tarixindən 29 avqust 2022-ci il tarixinədək Cavabdeh1 avtonəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmişdir. Daha sonra, 08 noyabr 2018-ci il tarixindən 08 noyabr 2019-cu il tarixinədək Cavabdeh8 baş etibarnamə, 10 noyabr 2018-ci il tarixindən 19 may 2024-cü il tarixinədək isə avtonəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmişdir. Göründüyü kimi daha sonra 11 noyabr 2018-ci il tarixindən 08 noyabr 2019-cu il tarixinədək Quliyev Aydın oğluna (Cavabdeh5 bacısının mülkiyyətində olan avtomobilə dair də etibarnamə verilmişdir) baş etibarnamə verilmişdir. Sonuncu tərəfindən 20 noyabr 2018-ci il tarixindən 08 noyabr 2019-cu il tarixinədək X5, 23 dekabr 2018-ci il tarixindən 08 noyabr 2019-cu il tarixinədək Cavabdeh10, 30 may 2019-cu il tarixindən 08 noyabr 2019-cu il tarixinədək yenidən Cavabdeh1, 21 iyun 2019-cu il tarixindən 08 noyabr 2019-cu il tarixinədək yenidən Cavabdeh5 baş etibarnamə verilmişdir. Sadalanan şəxslərdən ilkin olaraq Cavabdeh5 08 noyabr 2019-cu il tarixinədək baş etibarnamə verilmişdir ki, o da daha sonrakı şəxlərə eyni tarixədək (səlahiyyət vermə müddəti çərçivəsində) baş etibarnamə vermişdir. 06 avqust 2019-cu il tarixində sonuncu ilə onun qardası- Cavabdeh7 (fərdi məlumatlarından göründüyü kimi qardaşdırlar) ilə alqı-satqı etmişlər. Sonuncuya alqı-satqıdan sonra rəsmiləşdirmə barədə AD seriyalı, 592341 nömrəli şəhadətnamə verilmişdir. (Göründüyü kimi bu alqı-satqıda məqsəd baş etibarnamənin səlahiyyət müddətinin bitməsinin qarşısını almaq məqsədi olmuş və avtomobili tam mülkiyyət üzrə öz adlarına rəsmiləşdirmişlər. Daha sonra, təkrarən 11 dekabr 2019-cu il tarixindən 11 dekabr 2020-ci il tarixinədək Cavabdeh10, 14 dekabr 2019-cu il tarixində isə 21 dekabr 2019-cu il tarixinədək yeni bir şəxsə-Cavabdeh9 etibarnamə verilmişdir. 14 dekabr 2019-cu il tarixində həmin avtomobil Cavabdeh10 satılmışdır. (Cavabdeh10 bu tarixədək 2 dəfə etibarnamə ilə səlahiyyət qəbul etmişdir) Alqı-satqıdan sonra Cavabdeh10 AD seriyalı, 678881 nömrəli şəhadətnamə verilmişdir. Sonra isə həmin avtomobilin dövlət qeydiyyat nişanı ** LH ***-dan 99 VB-780-a dəyişdirilmişdir. Bundan sonra, sonuncu tərəfindən 09 yanvar 2020-ci il tarixindən 09 yanvar 2021-ci il tarixinədək X2, 29 mart 2020-ci il tarixindən isə 05 sentyabr 2027-ci il tarixinədək Cavabdeh11 etibarnamə verilmişdir. 02 iyul 2020-ci il tarixində avtomobil Cavabdeh12 satılmışdır. Alqı-satqıdan sonra sonuncunun adına AD seriyalı, 823974 nömrəli şəhadədətnamə verilmişdir. Sonra isə həmin avtomobilin dövlət qeydiyyat nişanı ** VB ***-dan ** MM ***-ə dəyişdirilmişdir. Sonda isə 14 oktyabr 2020-ci il tarixində avtomobil Cavabdeh13 satılmışdır. Alqı-satqıdan sonra onun adına AD seriyalı, 856573 nömrəli şəhadətnamə verilmişdir. Göründüyü kimi hər iki iddiaçını cavabdehlər bilavasitə və ya dolayı yollarla aldatmışlar. Etibarnamələrin səlahiyyətləri saxtalaşdırılaraq səlahiyyətlərin qanunsuz olaraq başqa şəxslərə ötürülməsi, həmçinin eyni şəxslərin bir müddət sonra təkrar-təkrar etibarnamə qəbul etməsi və ötürməsi bu işin saxtalaşdırılması nəticəsində iddiaçılara həm maddi, həm də mənəvi zərər dəymişdir. Avtonəqliyyat vasitələri faktiki olaraq 10-a yaxın şəxslərə satılmış, 10-a yaxın şəxslərə isə etibarnamə ilə idarə etmək və ya baş etibarnamə verilmişdir. Səlahiyyətləri alan və ötürən şəxslər arasında təkrarlanmalar, qohumluq əlaqəsi və digər oxşar faktiki məlumatlar onların bu işdə birbaşa əlbirliyini sübut edir. Göstərilənlərə əsasən İddiaçı1 mülkiyyətçisi olduğu WDF**********4446 ban nömrəli, 2009-cu il buraxılışlı, “X13” markalı, qara rəngli, ** LN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin alqı-satqısına dair 29 aprel 2019-cu il tarixində alıcı Cavabdeh3 ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək alqı-satqıdan sonra verilmiş AD seriyalı, 510380 nömrəli qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, 14 sentyabr 2019cu il tarixində Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək alqı-satqıdan sonra verilmiş (** TM *** dövlət qeydiyyat nişanlı) AD seriyalı, 579702 nömrəli qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, 21 yanvar 2020-ci il tarixində Cavabdeh4 ilə Cavabdeh6 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək alqı-satqıdan sonra verilmiş (** VE *** dövlət qeydiyyat nişanlı) AD seriyalı 755037 nömrəli qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, 14 iyul 2020-ci il tarixində Cavabdeh6 ilə Cavabdeh7 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək alqı-satqıdan sonra verilmiş (** DB *** dövlət qeydiyyat nişanlı) AD seriyalı, 831762 nömrəli qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və həmin avtonəqliyyat vasitəsinə dair İddiaçı1 mülkiyyət hüququnun bərpa edilib avtomobilin onun mülkiyyətinə geri qaytarılaraq adına yeni qeydiyyat şəhadətnaməsinin verilməsinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinə həvalə edilməsi və avtomobilin cavabdehlərdən alınaraq İddiaçı1 təhvil verilməsi, İddiaçı2 mülkiyyətçisi olduğu WDF**********8417 ban nömrəli. 2009-cu il buraxılışlı, qara rəngli, “X13” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin alqı-satqısına dair 06 avqust 2019-cu il tarixində Cavabdeh7 ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək alqı-satqıdan sonra verilmiş AD seriyalı, 592341 nömrəli qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, 14 dekabr 2019-cu il tarixində Cavabdeh7 ilə Cavabdeh10 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək alqı-satqıdan sonra verilmiş (** VB *** dövlət qeydiyyat nişanlı) AD seriyalı, 678881 nömrəli qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, 02.07.2020-ci il tarixində Cavabdeh10 ilə Cavabdeh12 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək alqı-satqıdan sonra verilmiş (** MM *** dövlət qeydiyyat nişanlı) AD seriyalı, 823974 nömrəli qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, 14.10.2020-ci il tarixində Cavabdeh12 ilə Cavabdeh13 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək alqı-satqıdan sonra verilmiş (** MM *** dövlət qeydiyyat nişanlı) AD seriyalı, 856573 nömrəli qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və həmin avtonəqliyyat vasitəsinə dair İddiaçı2 mülkiyyət hüququnun bərpa edilib avtomobilin mülkiyyətinə geri qaytarılaraq adına yeni qeydiyyat şəhadətnaməsinin verilməsinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinə həvalə edilməsi və avtomobilin cavabdehlərdən alınaraq İddiaçı2 təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verməkdən imtina etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbinə etiraz edərək bildirdi ki, o, maşın almaq üçün bazara gedəndə orada Ceyhunla tanış olub. Sözügedən maşının qiymətində razılaşaraq ondan almışdır. Onların əvvəlcədən tanışlığı olmamışdır. O, maşının pulunu artıqlaması ilə vermişdir. Etibarnaməsi var idi. Məhkəmə iclasında Cavabdeh5 iddia tələbinə etiraz edərək bildirdi ki, maşın hazırda ondadır. Maşını Ceyhundan almışdır. Sonra maşını satıb yenidən almışdır. Cavabdeh1 vasitəçi olub. O, əvvəlki nömrəsi 387, indiki nömrəsi 007 olan maşını almışdır. Maşını alıb təmir etdikdən sonra satmışdır. O, həmin maşını sonradan Həmid adında olan şəxsdən almışdır. Cavabdeh10ı tanımır. 086 nömrəli maşını 2018-də alıb noyabr ayında qardaşının adına keçirmişdir. Məhkəmə iclasında Cavabdeh7 iddia tələbinə etiraz edərək bildirdi ki, o, 086 nömrəli maşını Kərbəlaya getmək üçün adına qeydiyyata aldırmışdır. Cavabdeh10ı tanımır. Cavabdeh1 vasitəçi olub. 2018-ci ilin noyabr ayında həmin maşını almışdır. 387 nömrəli maşını qardaşı aldı, sonra Həmidə satdı, sonra Həmid maşını satmaq istədiyini bildirdi. Məhkəmə iclasında cavabdeh Agajanov Ulpat iddia tələbinə etiraz edərək bildirdi ki, Cavabdeh12 dekabr ayında 352 nömrəli maşını almışdır. Həmin maşını Cavabdeh13 adına almışdır. Məhkəmə iclasında Cavabdeh10 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi və bildirdi ki, ilk dəfə 2018-ci ildə 086 nömrəli “X13” markalı maşını Ceyhun adlı şəxsin özünə satmışdır. 2019-cu ildə “X13” markalı maşını Soltan adlı şəxsdən notarial qaydada alqı-satqı müqaviləsi bağlayaraq almışdır. 2020-ci ilin yay aylarında isə maşını Cavabdeh12 adlı şəxsə satmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh6 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, 2017-ci ildən yataq xəstəsi kimi yatır. Digər cavabdehləri tanımır. 21 yanvar 2020-ci ildə Əli adlı şəxslə Binədə notariusa gedib. “X13” markalı maşının alqı-satqısına dair müqavilə bağlamışdır. Maşın onun adına olub. Lakin maşını başqa şəxs idarə edib. Daha sonra maşında problemlər olduğuna görə Cavabdeh5 ilə əlaqə saxlayaraq, maşını geri qaytarmaq istədiyini bildirdi. O, isə Bakıda olmadığını, əvəzində maşını qardaşı Cavabdeh7 olan ** DB *** nömrəli maşınla dəyişdirə biləcəyini qeyd etdi. Cavabdeh7la X15nə gedərək, ** VE *** nömrəli maşınla, ** DB *** nörməli maşının nömrələrini dəyişdirmişlər və alqı-satqı müqaviləsi bağlayaraq, “X13” markalı maşını Cavabdeh7 olan maşınla əvəzləşdirmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh12 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki,** VB *** nörməli, “X13” markalı maşını keçən ilin yay aylarında Cavabdeh10 adlı şəxslə X15 İdarəsinə gedərək, alqı-satqı müqaviləsi bağlayaraq almışdır. Daha sonra maşını Cavabdeh13 adlı şəxsə satmışdır. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh6 və Cavabdeh12 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər H. Bayram-Zadənin və Cavabdeh12 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, Cavabdeh11 və Cavabdeh13 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, müxtəlif səbəblərdən bildirişlər onlara çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə digər cavabdehlər E.İsayevin, Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, Cavabdeh11 və Cavabdeh13 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş 26.04.2018-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** LH *** qeydiyyat nişanlı, “X13” markalı avtomobil İddiaçı2 məxsus olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş 07.03.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** LN *** qeydiyyat nişanlı, “X13” markalı avtomobil İddiaçı1 məxsus olmuşdur. İşin materiallarında olan İddiaçı1 ilə Cavabdeh3 arasında bağlanmış 29.04.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı1 ona məxsus ** LN *** qeydiyyat nişanlı, “X13” markalı avtomobili Cavabdeh3 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş 06.08.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** LH *** qeydiyyat nişanlı, “X13” markalı avtomobil Cavabdeh7 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş 14.09.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** TM *** qeydiyyat nişanlı, “X13” markalı avtomobil Cavabdeh4 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** LN *** qeydiyyat nişanlı, “X13” markalı avtomobil Cavabdeh3 məxsusdur. İş materiallarında olan İddiaçı2 tərəfindən verilmiş 21.06.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, həmin etibarnamə ilə onun tərəfindən Cavabdeh1 08.11.2019-cu il tarixədək ** LH *** qeydiyyat nişanlı, “X13” markalı avtomobilə dair sərəncam vermək hüququ verilmişdir. İşin materiallarında olan İddiaçı2 ilə Cavabdeh7 arasında bağlanmış 06.08.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı2 ona məxsus ** LH *** qeydiyyat nişanlı, “X13” markalı avtomobili Cavabdeh7 satmışdır. İşin materiallarında olan Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 14.09.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 ona məxsus ** LN *** qeydiyyat nişanlı, “X13” markalı avtomobili Cavabdeh4 satmışdır. İşin materiallarında olan Cavabdeh7 ilə Cavabdeh10 arasında bağlanmış 14.12.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh7 ona məxsus ** LH *** qeydiyyat nişanlı, “X13” markalı avtomobili Cavabdeh10 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş 14.12.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** VB *** qeydiyyat nişanlı, “X13” markalı avtomobil Cavabdeh10 məxsusdur. İşin materiallarında olan Cavabdeh4 ilə Cavabdeh6 arasında bağlanmış 21.01.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 ona məxsus ** TM *** qeydiyyat nişanlı, “X13” markalı avtomobili Bayram-X1. İşin materiallarında olan Cavabdeh10 ilə Cavabdeh12 arasında bağlanmış 02.07.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh10 ona məxsus ** VB *** qeydiyyat nişanlı, “X13” markalı avtomobili Cavabdeh12 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş 02.07.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** MM *** qeydiyyat nişanlı, “X13” markalı avtomobil Cavabdeh12 məxsusdur. İşin materiallarında olan Cavabdeh6 ilə Cavabdeh7 arasında bağlanmış 14.07.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh6 ona məxsus ** VE *** qeydiyyat nişanlı, “X13” markalı avtomobili Cavabdeh7 satmışdır. İşin materiallarında olan Cavabdeh12 ilə Cavabdeh13 arasında bağlanmış 14.10.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh12 ona məxsus ** MM *** qeydiyyat nişanlı, “X13” markalı avtomobili Cavabdeh13 satmışdır. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1,324.2, 324.4 və 324.5-ci maddələri). Həmin Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 adına aparılmış qeydiyyatlar əsassız qeydiyyatlar olsa belə, iddiaçıların pozulmuş mülkiyyət hüquqları mübahisəli əmlakları vicdanla əldə etmiş digər cavabdehlərin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də “Qladışeva Rusiyaya qarşı” iş üzrə 06.12.2011 -ci il tarixli Qərarında qeyd etmişdir ki, “...cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxslərin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında əlverişli qərar qəbul edilməlidir və belə əlverişli qərarın axtarışı bütövlükdə Konvensiyaya məxsusdur... Ərizəçi hətta saxta sənədlər əsasında və ya dələduzluq yolu ilə özəlləşdirilmiş mənzili alarkən milli qanunvericiliyin bütün tələblərinə əməl etdiyindən vicdanlı alıcı hesab edilməlidir və onun sonradan Moskva şəhər Mənzil İstismar İdarəsinin iddiasına əsasən üç ildən artıq müddətdə yaşadığı mənzildən əvəzi ödənilmədən çıxarılması ərizəçinin Konvensiyanın 1 saylı Protokolunun 1 -ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir”. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələblərinin vicdanlı alıcı olan cavabdehlərə (Cavabdeh1 istisna olmaqla) münasibətdə təmin edilməsi onların əldə etdikləri və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Bu mənada məhkəmənin qənaətinə görə, hazırkı qətnamə ilə müəyyən edilmiş halları əsas götürərək iddiaçılara məruz qaldıqları zərərin əvəzinin ödənilməsi ilə bağlı Cavabdeh1 qarşı ümumi qaydada tələb irəli sürmək hüquqlarının olduğu izah edilməlidir. Bu qənaətə gələrkən məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Göründüyü kimi iddiaçıların etibarsız hesab edilməsini tələb etdikləri alqı-satqı müqavilələri üzrə cavabdehlər (Cavabdeh1 istisna olmaqla) vicdanlı alıcıdırlar. Məhkəmə hesab edir ki, hazırki iddia tələbləri təmin edilərsə, bu hal mülki dövriyyənin sabitliyinin pozulmasına, eyni zamanda cavabdehlərin (Cavabdeh1 istisna olmaqla) mülki hüquqlarının pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Bundan əlavə, iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddəti keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Eyni Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər-hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Digər tərəfdən, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. İş materiallarından göründüyü kimi iddiaçıların etibarsız hesab etdiyi müqavilələr 29.04.2019-cu il, 06.08.2019-cu il, 14.09.2019-cu il, 21.01.2020-ci il tarixlərdə bağlanılmış, məhkəməyə isə 07.05.2021-ci il tarixdə müraciət edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar hazırki iddia tələbləri ilə MM-nin 354.2-ci maddəsində göstərilən kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və Agajanov Ulpata qarşı "alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, avtomobillərin iddiaçıların adına mülkiyyətə geri qaytarılması və cavabdehlərdən alınaraq iddiaçılara təhvil verilməsi" tələblərinə dair iddia ərizələri təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və Agajanov Ulpata qarşı "alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, avtomobillərin iddiaçıların adına mülkiyyətə geri qaytarılması və cavabdehlərdən alınaraq iddiaçılara təhvil verilməsi " tələblərinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar