Məhkəmə qərarları › İş №2(006)-40/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-40/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-40/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin geri qaytarılması və tutumanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı ASC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanılmış 26 may 2015-ci il tarixli, OO/12863/OBK saylı kredit müqaviləsinin ləğv edilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 16 672,12 (on altı min altı yüz yetmiş iki dollar, on iki sent) ABŞ dolları məbləğində əsas borc, 10 113,3 (on min bir yüz on üç dollar, otuz sent) ABŞ dolları məbləğində faiz borcu və gecikdirilmiş vaxt üçün 83,42 (səksən üç dollar, qırx iki sent) ABŞ dolları məbləğində illik bank uçot dərəcəsi 5% hesablanmaqla, cəmi 26 868,84 (iyirmi altı min səkkiz yüz altmış səkkiz dollar, səksən dörd sent) ABŞ dolları məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30,40 (otuz manat dövlət rüsumu və qırx qəpik xidmət haqqı) manat məbləğində məhkəmə xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakm dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 10 (on) manat rüsum və 20 (iyirmi) manat xidmət haqqı məbləğinin tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutmanın Azərbaycan Respublikası Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Seriya RX ******* saylı Çıxarışa əsasən Cavabdeh1 tam payla xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 138.0 kv.m, yardımçı sahəsi 62.7 kv.m, yaşayış sahəsi 75.3 kv.m olan 3 otaqlı mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə qeydiyyatda olan şəxslərin həmin fərdi yaşayış evindən çıxarılması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmədə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış 26 may 2015-ci il tarixli, OO/12863/OBK saylı Kredit müqaviləsinə əsasən, cavabdehə şəxsi istehlak məqsədi üçün 48 ay müddətinə, illik 24% olmaqla 35 000 (otuz beş min) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Cavabdehlə bank arasında bağlanılmış 26 may 2015-ci il tarixli, OO/12863/OBK saylı Kredit müqaviləsinin təminatı qismində, Azərbaycan Respublikası Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Seriya RX ******* saylı Çıxarışa əsasən Cavabdeh1 tam payla xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 138.0 kv.m. yardımçı sahəsi 62.7 kv.m, yaşayış sahəsi 75.3 kv.m olan 3 otaqlı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 26 may 2015-ci il tarixli, 00/12863/OBK saylı İpoteka Müqaviləsinə əsasən ipotekaya qoyulmuş və buna əsasən Azərbaycan Respublikası Reyestri Xidməti Hüquqlarm Dövlət qeydiyyatı haqqında daşmmaz əmlakm Dövlət reyestri tərəfindən həmin İpoteka müqaviləsi qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən RX seriyalı, ******* №-li, 02.06.2015-ci il qeydiyyat tarixli ipoteka yüklülüyünə dair Çıxarış verilmişdir. Həmçinin, kreditin təminatı olaraq "xxxx" ASC ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasmda 26 may 2015-ci il tarixli, 00/12863/OBK saylı dördtərəfli zaminlik müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımmca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiär məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısmda borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısmda birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən, kredit "Kreditalan"ın bu müqavilənin 3.1.3-cü bəndində göstərilən hesablaşma hesabma köçürülməklə verilir. Kreditin almma tarixi onun bu hesaba köçürüldüyü tarix hesab olunur. Kredit müqaviləsinin 3.1.5 yarımbəndinə əsasən, "Bank" bu müqavilədən irəli gələn öhdəliyin vaxtmda və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən müqavilənin həmin bəndində qeyd olunan hallarda birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verir və verilmiş kreditin yerdə qalan əsas məbləğ və ödəniş qrafiki üzrə yerdə qalan bütün faizlərlə birlikdə qaytarılmasını "Kreditalan"dan tələb edir. Kredit müqaviləsinin 4.2. bəndinə əsasən, kreditdən istifadəyə görə "Kreditalan" tərəfindən "Bank"a illik 24% olmaqla faiz ödənilir. Kredit müqaviləsinin 6.10-cu bəndinə əsasən, bu müqavilə qüvvəyə mindikdən sonra 48 ay müddətinə qüvvədədir. Kredit müqaviləsinin 5.3-cü bəndinə əsasən, bu müqavilənin 3.1.5-ci bəndində nəzərdə tutulmuş hallarda "Bank" bu müqaviləyə vaxtından əvvəl xitam verməklə yanaşı verilmiş krediti illik faizi ilə birlikdə qaytarmağı və bu müqavilənin 5.2-ci bəndində nəzərdə tutulmuş məbləğdə peniyanı ödəməyi "Kredit alan"dan tələb edir. Lakin, cavabdeh kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək kreditin müəyyənləşdirililən qaydada qaytarılmasına əməl etməmişdir. Belə ki, cavabdeh 26 may 2015-ci il tarixli, OO/12863/OBK saylı kredit müqaviləsi üzrə ödənişləri müqavilələrin bağlandığı tarixdən 28/02/2019-cu tarixinə qədər həyata keçirməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəlikləri (qrafik üzrə aylıq ödənişləri) lazımınca və vaxtmda yerinə yetirmir. Hazırda cavabdehin "xxxx" ASC-yə 26 may 2015-ci il tarixli, OO/12863/OBK saylı kredit müqaviləsi üzrə 01 iyul 2019-cu il tarixinə 16 672,12 (on altı min altı yüz yetmiş iki dollar, on iki sent) ABŞ dolları məbləğində əsas borc, 10 113,3 (on min bir yüz on üç dollar, otuz sent) ABŞ dolları məbləğində faiz borcu və gecikdirilmiş vaxt üçün 83,42 (səksən üç dollar, qırx iki sent) ABŞ dolları məbləğində illik bank uçot dərəcəsi 5% hesablanmaqla, cəmi 26 868,84 (iyirmi altı min səkkiz yüz altmış səkkiz dollar, səksən dörd sent) ABŞ dolları məbləğində borcu qalmışdır. Müqavilənin bitdiyi tarixi nəzərə alaraq faiz borcu 26.05.2019-cu il tarixə, 5% bank uçot dərəcəsi isə 01.07.2019-cu il tarixə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımmca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasmı tələb etmək hüququ vardır. Kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməsi üçün cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, sonuncu dəfə isə 01.05.2019-cu il tarixdə yazılı xəbərdarlıq olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizləri qaytarılmamışdır. Tərəflərindən pretenziya qaydasına riayət edilərək, 21.05.2019-cu il tarixdə 26 may 2015-ci il tarixli, OO/12863/OBK saylı İpoteka müqaviləsi üzrə "ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında" bildiriş ipoteka qoyan Cavabdeh1 qızma və digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 poçt vasitəsi ilə göndərilmişdir. Bundan əlavə 23 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşmmaz Əmlakm Dövlət Reyesteri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə "ipoteka predemtinə tutmanının yönəldilməsi haqqmda bildirişin qeydiyyata alınmasına dair" ərizə ilə müraciət edilmişdir və həmin ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanmda Daşmmaz Əmlakm Dövlət Reyesteri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin "xxxx" ASC-yə ünvanlanan 30 may 2019-cu il tarixli, **********67 nömrəli məktubu ilə qeydiyyata alınmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 iddianı etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 may 2015-ci il tarixli 00/12863/OBK saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh1 illik 24 faizlə 48 ay müddətinə 35.000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Ödəniş cədvəlindən görünür ki, borclu tərəfindən sonuncu dəfə 28.02.2019-cu il tarixdə ödəniş edilmiş, 16.672,12 ABŞ dolları əsas borc, 10.113,3 ABŞ dolları faiz borcu, 83,42 ABŞ dolları bank uçotu, cəmi borc isə 26.868,84 ABŞ dolları təşkil edir. İş materiallarında olan 26 may 2015-ci il tarixli, 00/12863/OBK nömrəli zaminlik müqaviləsindən görünür ki, bir tərəfdən “Bank” adlandırılacaq "xxxx" ASC, digər tərəfdən “Borclu” adlandırılacaq Cavabdeh1 və “Zaminlər” adlandırılacaq X2 və Cavabdeh3 arasında 00/12863/OBK saylı, 26 may 2015-ci il tarixli kredit müqaviləsinə əlavə bağlanmışdır. Bu müqaviləyə əsasən, zaminlər borclunun bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərilərinə götürürlər. İş materiallarında olan ******* №-li Çıxarışdan görünür ki, Cavabdeh1 tam payla xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 138.0 kv.m. yardımçı sahəsi 62.7 kv.m, yaşayış sahəsi 75.3 kv.m olan 3 otaqlı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 26 may 2015-ci il tarixli, 00/12863/OBK saylı İpoteka Müqaviləsinə əsasən ipotekaya qoyulmuşdur. İş materiallarında olan ******* №-li Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən həmin İpoteka müqaviləsi qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən RX seriyalı, ******* №-li, 02.06.2015-ci il qeydiyyat tarixli ipoteka yüklülüyünə dair Çıxarış verilmişdir. İş materiallarında olan 23.05.2019-cu il tarixli “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasına dair” ərizədən görünür ki, iddiaçı "xxxx" ASC AR ƏMDK DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ərizə ünvanlayaraq, həmin ərizənin qeydə alınmasını xahiş etmiş, 1 saylı Bakı Ərazi İdarəsindən iddiaçı "xxxx" ASC-yə ünvanlanan 30.05.2019-cu il tarixli məktubdan isə görünür ki, həmin ərizə qeydə alınmışdır. İş materiallarında olan 01.05.2019-cu il tarixli 1269,1270,1271 №-li xəbərdarlıq məktublarından görünür ki, bank tərəfindən borclu və kredit müqaviləsi üzrə zamin olan şəxslərə kredit müqaviləsi üzrə yaranmış borc məblığinin 3 iş günü ərzində banka ödənilməsi, əks təqdirdə kredit məbləğinin borclu və zaminlərdən tutulması və həmçinin, tutmanın iddiaçının xeyrinə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməsi tələbinə dair Bank tərəfindən aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.08.2019-cu il tarixli, 2(006)-4752/2019 saylı qərardadından görünür ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin geri qaytarılması və tutumanın ipoteka predmetinə yönəldilməsi” tələbinə mülki iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş, iş üzrə ekspert rəyi məhkəməyə təqdim edilənədək icraat dayandırılmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 01.11.2019-cu il tarixli, 22843№-li ekspert rəyindən görünür ki, 26.05.2019-cu il tarixə olan əsas kredit borcu 31.272,49 ABŞ dolları, faiz üzrə borc isə 3.023,06 ABŞ dolları təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilən 16.11.2019-cu il tarixli, 0789/19/NBC nömrəli mənzilin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 7 ünvanındakı 15 mərtəbəli, yeni tikili binanın 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 138.0 kv.m., yardımçı sahəsi 62.7 kv.m, yaşayış sahəsi 75.3 kv.m olan 3 otaqlı, 19 nörmrəli mənzilin hazırki dövrə olan real bazar dəyəri 308.000 manat təşkil edir. İş materiallarından görünür ki, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatətlər təqdim olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-416/2020 saylı, 21.01.2020-ci il tarixli qərardada əsasən isə, iş üzrə təkrar məhkəmə tikinti-texniki və məhkəməmühasibatlıq ekspertizaları təyin edilmiş, iş üzrə ekspert rəyi məhkəməyə təqdim olunandək icraat dayandırılmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 19.03.2020-ci il tarixli, 3464№-li ekspert rəyindən görünür ki, 27.05.2019-cu il tarixə olan əsas kredit borcu 30.981,06 ABŞ dolları, faiz üzrə borc isə 3.299,35 ABŞ dolları təşkil edir. İş materiallarında olan “Aid Consulting” X1 tərəfindən verilən 01.06.2020-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138.0 kv.m., olan 3 otaqlı mənzilin real bazar dəyəri 01 iyun 2020-ci il tarixinə 310.000 manat təşkil edir. İş materiallarından görünür ki, yenidən təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət təqdim olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 416/2020 saylı, 14.09.2020-ci il tarixli qərardada əsasən isə, iş üzrə təkrar qiymətləndirmə və təkrar məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş, iş üzrə ekspert rəyi məhkəməyə təqdim olunandək icraat dayandırılmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 05.03.2021-ci il tarixli, 9/4340 №-li ekspert rəyindən görünür ki, 27.05.2019-cu il tarixə olan əsas kredit borcu 30.981,06 ABŞ dolları, faiz üzrə borc isə 3.299,35 ABŞ dolları təşkil edir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-133/2021 saylı, 29.04.2021-ci il tarixli qərardada əsasən, mülki iş üzrə daşınmaz əmlakların likvid və bazar qiymətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, iş üzrə ekspert rəyi məhkəməyə təqdim olunandək icraat dayandırılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən 260-PLS №-li hesab-fakturaya əsasən, mənzilin likvid dəyəri 345.000 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın - Cavabdeh1 üzərinə düşür. Lakin, mülki işdə Cavabdeh1 öhdəliyini icra etməsini təsdiq edən sübutlar yoxdur. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı, Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermişdir. Lakin, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, əsas borc və faiz borcları üzrə ödənişləri vaxtlı-vaxtında aparmamışdır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1 maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur: “nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində.” Göründüyü kimi, ASC cavabdehin qarşısında müqavilə nəzərdə tutulduğu öhdəliklərini lazımınca icra etsə də, cavabdeh kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etməmişdir. Məhkəmə hesab edir ki, 26 may 2015-ci il tarixli 00/12863/OBK saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 16.672,12 ABŞ dolları məbləğində əsas borc, 3.299,35 ABŞ dolları məbləğində faiz borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. «İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə «əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi». Həmin Qanununun 33-cü maddəsinə «əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər». “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Hazırkı iş üzrə ipoteka müqaviləsində ipoteka predmeti qiymətləndirilmişdir. Belə ki, ekspert rəyi ilə ipoteka predmetinin ilkin satış qiyməti 180000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə göstərilən məbləği ipoteka predmetinin ilkin satış qiyməti hesab edir. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, «borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər». Həmin Məcəllənin 318.1-ci maddəsinə görə, «əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, ipoteka verilməsi xərclərini borclu çəkir». Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən «əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetrilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir». Azərbaycan Respublikası MM-nin 307.6-cı maddəsinə əsasən, «ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır». Həmin Məcəllənin 309-cu maddəsində göstərilmişdir ki, «daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış 26 may 2015-ci il tarixli, 00/12863OBK saylı kredit müqaviləsi ləğv edilsin, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 16.672,12 (on altı min altı yüz yetmiş iki dollar on iki sent) ABŞ dolları məbləğində əsas borc, 3.299,35 (üç min iki yüz doxsan doqquz dollar, otuz beş sent) ABŞ dolları məbləğində faiz borcu və gecikdirilmiş vaxt üçün 83,42 (səksən üç dollar qırx iki sent) ABŞ dolları məbləğində illik bank uçot dərəcəsi 5% hesablanmaqla, cəmi 20.054,89 (iyirmi min əlli dörd dollar səksən doqquz sent) ABŞ dolları məbləğində kredit borcu, mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik xidmət haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 10 (on) manat rüsum və 20 (iyirmi) manat xidmət haqqı məbləği tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməli, tutma Azərbaycan Respublikası Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Seriya RX ******* saylı Çıxarışa əsasən Cavabdeh1 tam payla xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 138.0 kv.m, yardımçı sahəsi 62.7 kv.m, yaşayış sahəsi 75.3 kv.m olan 3 otaqlı mənzilə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 345.000 (üç yüz qırx beş min) manat müəyyən edilməklə həmin ipoteka predmeti açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 400 (dörd yüz) manat məbləğində pul vəsaiti MPM-nin 124.1-ci maddəsinə əsasən, cavabdehlərdən müştərək qaydada tutularaq Dövlət büdcəsinə köçürülməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış 26 may 2015-ci il tarixli, 00/12863OBK saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 16.672,12 (on altı min altı yüz yetmiş iki dollar on iki sent) ABŞ dolları məbləğində əsas borc, 3.299,35 (üç min iki yüz doxsan doqquz dollar, otuz beş sent) ABŞ dolları məbləğində faiz borcu və gecikdirilmiş vaxt üçün 83,42 (səksən üç dollar qırx iki sent) ABŞ dolları məbləğində illik bank uçot dərəcəsi 5% hesablanmaqla, cəmi 20.054,89 (iyirmi min əlli dörd dollar səksən doqquz sent) ABŞ dolları məbləğində kredit borcu, mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik xidmət haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 10 (on) manat rüsum və 20 (iyirmi) manat xidmət haqqı məbləği tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma Azərbaycan Respublikası Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Seriya RX ******* saylı Çıxarışa əsasən Cavabdeh1 tam payla xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 138.0 kv.m, yardımçı sahəsi 62.7 kv.m, yaşayış sahəsi 75.3 kv.m olan 3 otaqlı mənzilə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 345.000 (üç yüz qırx beş min) manat müəyyən edilməklə həmin ipoteka predmeti açıq hərracdan satılsın və satışdan əldə olunan pul vəsaiti İddiaçı ASC-nin xeyrinə ödənilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat məbləğində ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq dövlət nəfinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar