Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4000/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı və cavabdeh «xxxxxxx» KB ASC-nin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh «xxxxxxx» KB ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxxxxx» KB ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə «xxxxxxx» KB arasında bağlanmış xx.xx.2014-cü il tarixli 3046nkBAB/14 nömrəli kredit müqaviləsinə əsasən o, 26% (30,43% faktiki illik) faiz dərəcəsi ilə 48 ay müddətinə 6400 ABŞ dolları məbləğində kredit götürmüşdür. Ölkədə baş vermiş dolların bahalaşması səbəbindən onun da kreditində problem karanmış və Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx xxxxxx 2019-cu il tarixli 551 №-li fərmanının tələblərinə əsasən ona da kompensasiya düşmüş və xx.xx.2019-cu ildə həmin kreditə görə «xxxxxxx» KB tərəfindən ona kompensasiya olaraq 4394,91 manat pul geri qaytarılmışdır. Onun «xxxxxxx» KB və ya hər hansı banka xarici valyutada başqa kredit müqaviləsi olmayıb və hər hansı öhdəliyi olmayıb. Lakin buna baxmayaraq ona xx.xx.2014-cü il tarixli 3046nkBAB/14 nömrəli kredit müqaviləsinə əsasən kompensasiya ödənməsinə və həmin müqavilə üzrə hər hansı borcu qalmadığı və ya qalıq borcun restrukturizasiyası olunmadığı təqdirdə «xxxxxxx» KB əməkdaşları tərəfindən aldadılaraq xx.xx.2019-cu il tarixdən bu günə qədər ondan əsassız olaraq 1844 manat artıq pul elə məhz həmin müqaviləyə (3046nkBAB/14 nömrəli) görə banka ödənmişdir. Belə ki, o, apparat vasitəsi ilə tarix və məbləğlərdə ödəniş etməklə cəmi 1844 «xxxxxxx» KB-yə artıq ödəniş etmişdir: 1. xx.xx.2019-cu il –165 manat, 2. xx.xx.2019-cu il - 170 manat, 3. xx.xx.2019-cu il - 160 manat, 4. xx.xx.2019-cu il -7 manat,
5. xx.xx.2019-cu il - 20 manat, 6. xx.xx.2019-cu il - 50 manat, 7. xx.xx.2019-cu il - 50 manat, 8. xx.xx.2019-cu il - 30 manat, 9. xx.xx.2019-cu il - 20 manat, 10. xx.xx.2019-cu il - 167 manat, 11. xx.xx.2019-cu il –170 manat, 12. xx.xx.2019-cu il -167 manat, 13. xx.xx.2019-cu il -167 manat, 14. xx.xx.2020-ci il -167 manat, 15. xx.xx.2020-ci il -167 manat, 16. xx.xx.2020-ci il -167 manat. Bu problemlərlə bağlı dəfələrlə cavabdehə və Mərkəzi Banka müraciət etsə də, məsələ düzgün apaşdırılmamış və ona cavab olaraq bildirilmişdir ki, fərmanla bağlı hesablanmış kompensasiya məbləği tam şəkildə ona təqdim edilmiş, lakin bu hal onu qalıq borc öhdəliyindən azad etmir və borcun silinməsi məqsədəuyğun hesab edilmir. O, həmin dövrdə dəfələrlə X4 Palatasına və cavabdehə müraciət edərək həmin kredit müqaviləsi üzrə borcunun olub-olmaması və borcun qaldığı təqdirdə həmin məbləğin restrukturizasiya olunmasını tələb etsə də, ona kompensasiya ödənməsinə və həmin kompensasiya barədə məlumatda heç bir borcunun olmadığı və restrukturizasiya məbləğinin olmadığına baxmayaraq ondan əsassız olaraq 1844 manat artıq ödəniş alındı. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx xxxxxx 2019-cu il tarixli 551 №-li fərmanına əsasən onun artıq ödəməsinə görə kompensasiya o zaman ona tam verilə bilərdi ki, onun banka heç bir borcu qalmasın. Belə olan təqdirdə cavabdeh ona kompensasiya verə bilməz artıq ödəməni yönəldərdi ki,belə olduğundan borcu qalmadığından ona kompensasiya ödənmişdir. Həmçinin həqiqətən də, ona fərmanla kompensasiya ödəndiyi təqdirdə qalıq borcun olsa, onun müqaviləsi restrukturizasiya edilməli idi. Lakin həmin kredit üzrə müqaviləsi restrukturizasiya olmamışdır. Bütün bunlar isə 1844 manatın ondan əsassız alındığını sübut edir. Bu səbəbdən həmin məbləğin ona qaytarılması vacibdir. Cavabdeh isə hər cür bəhanə ilə bu pulu qaytarmır. Fərmanın tələbindən də (2015-ci il fevralın 22-dən həmin il dekabrın 21dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;) görsəndiyi kimionun kredit borcunda 22 fevral – 21 dekabr aralığında bağlandığından onun borcu da baş vermiş devalvasiya nəticəsində xarici valyutada olan kreditləri üzrə üzləşdiyi maliyyə itkisini qarşılamalı və qalıq borcu yaranarsa həmin müqavilə restrukturizasiya edilməli idi. Göstərilənlərə əsasən iddiaçı ilə «xxxxxxx» KB arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 3046nkBAB/14 nömrəli kredit müqaviləsinə əsasən ondan artıq alınmış 1844 manat cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh «xxxxxxx» Açıq Səhmdar Cəmiyyəti nümayəndəsi X5 iddiaçının hal –hazırda banka borcunun olduğunundan iddia tələbinin tam əsassız olmasını əsas gətirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan «xxxxxxx» KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 3046nkBAB/14 saylı kredit və bank hesabı müqaviləsinə əsasən bank İddiaçı 48 ay müddətinə, illik 26% olmaqla 6400 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan «Bank» qismində «xxxxxxx» KB ilə «Müştəri» qismində İddiaçı arasında bağlanılmış xx.xx.2016-cı il tarixli sazişinin surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 3046nkBAB/14 saylı kredit müqaviləsi üzrə aylıq ödənişlər əsas borcun (ssuda borcu) ödənilməsinə yönəldilməsi, faizlərin isə müddətin qurtardığı vaxt alınması, kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən olunmuşdur. İş materiallarında olan problemli kreditlərin kompensasiyası barədə çıxarışa əsasən görünür ki, iddiaçıya cəmi 4.394,91 manat məbləğində kompensasiya məbləği müəyyən edilmişdir. Həmin kompensasiya məbləğinin verilməsinə iki əsas kredit münasibəti çıxış etmişdir. Onlardan biri xx xxxxxx 2015-ci il tarixə hesablanan borc 5628,53 ABŞ dolları, digər kredit xətti üzrə isə xx xxxxxx 2015-ci il tarixə hesablanan borc 5015,08 ABŞ dolları olmuşdur. Bank tərəfindən hesablanmış 4.394,91 manat məbləğində kompensasiya məbləği iddiaçıya ödənilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən «xxxxxxx» KB ASC-ya 3046nkBAB/14 saylı kredit müqaviləsi üzrə müxtəlif ödənişlər edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən «xxxxxxx» KB ASC-nin idarə heyətinin sədrinin adına yazılmış ərizədən görünür ki, bankda heç bir problemlərin olmadığı halda faiz borcunun silinməsini xahiş etmişdir. İş materiallarında olan «xxxxxxx» KB ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının Baş Direktoruna, surəti İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktubların surətindən görünür ki, İddiaçı «xxxxxxx» KB ASC-də xx.xx.2014-cü il tarixdə illik faiz dərəcəsi 26% olmaqla, 48 ay müddətinə 6400 ABŞ dolları məbləğində kredit rəsmiləşdirilmişdir. Rəsmiləşdirilmiş kredit müqaviləsi və təqdim edilmiş ödəniş cədvəlinin şərtləri müştəri tərəfindən razılaşdırılaraq imzası ilə təsdiq edilmişdir. Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Azərbaycan Respublikasında fiziki şəxslərin problemləri kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 2019-cu il 28 fevral tarixli Fərman imzalanmışdır. Fərmanla bağlı hesablanmış kompensasiya məbləği tam şəkildə vətəndaşa təqdim olunmuşdur. Lakin bu ha lonu qalıq borc öhdəliyindən azad etmir və borcun silinməsi məqsədəuyğun hesab edilmir. Həmçinin iş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı həmin tarixə əsas borc üzrə 415,26 ABŞ dolları, faiz borcu üzrə 2295,18 ABŞ dolları, ümumilikdə 2710,44 ABŞ dolları borcu yaranmaqdadır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı ondan artıq tutulan pulun qaytarılması ilə bağlı ərizəsində istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə ilk növbədə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarı). Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Hazırki mülki işin gedişatı zamanı iddiaçı məhkəməyə iddiada göstərdiyi halları təsdiq edən heç bir mötəbər dəlil təqdim edə bilməmiş, mülki iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş rəsmi sənədlər isə bu faktın əksini deməyə əsas vermişdir. X6 Məhkəməsi "X1rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdeh «xxxxxxx» KB ASC-yə qarşı «pul» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdiq etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh «xxxxxxx» KB ASC-yə qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ramin Xəlilov