Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4010/2020 24.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» ASC tərəfindən faktiki yaşadığı Sumqayıt şəhəri Yaşma bağları ərazisi «Kimyaçı» BY 21 ünvanda elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə tərtib olunmuş xx.xx.2020-ci il tarixli NDM 018322 saylı aktın ləğv edilməsi və «xxxx» ASC tərəfindən ona hesablanmış 888 manat 91 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh «xxxx» ASC tərəfindən faktiki yaşadığı Sumqayıt şəhəri Yaşma bağları «Kimyaçı» BY 21 ünvanda elektrik enerjisindən istifadə qaydalarının pozulması əsası ilə xx.xx.2020-ci il tarixli NDM 018322 saylı akt tərtib olunmuş və 888 manat 91 qəpik məbləğində cərimə təyin olunmuşdur. Hesab edir ki, «xxxx» ASC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli NDM 018322 saylı akt əsassız və qanunsuzdur, bu səbəbdən ləğv edilməlidir. Həmin akt onun iştirakı olmadan tərtib edilmiş, onun tərəfindən imza edilməmişdir. Ümumiyyətlə aktın kim tərəfindən və nə zaman tərtib olunması, həmçinin aktı şahid qismində imzalayanların şəxsiyyəti barədə onun heç bir məlumatı olmamışdır. Aktın surəti indiyədək ona təqdim edilməmişdir. Elektrik enerjisi üçün cavabdeh tərəfindən quraşdırılmış sayğac yaşadığı evin hüdudlarından kənarda, yəni həyətin çölündə quraşdırılmışdır. Həmin sayğacda hər hansı nasazlığın yaranmasına görə məsuliyyəti cavabdeh özü daşıyır. Bu hal qanunvericilikdə də öz əksini tapmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddianı əsassız hesab edirlər. Belə ki, xx xxxx 2020-ci il tarixdə «xxxx» ASC-nin əməkdaşları abonent İddiaçı məxsus Sumqayıt şəhəri Yaşma bağları ərazisi Kimyaçı BY 21 ünvanda yerləşən fərdi yaşayış evinə quraşdırılmış xx.xx.2017-ci il tarixdə quraşdırılmış 3307725M784831 nömrəli VİKO-T5100DBOT tipli elektrik sayğacına baxış keçirmiş, baxış zamanı fərdi yaşayış evinə sayğac sistemindən kənar faza xətti daxil olması aşkar olunmuşdur. «xxxx» ASC-nin əməkdaşları tərəfindən aşkar olunmuş faktla bağlı NDM 018322 saylı xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. «xxxx» ASC-nin akt komissiyasının əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərə dair qərarına əsasən 8981 kvts. itirilmiş elektrik enerjisinin dəyəri (5,94 kvt x 24 saat x 0,07 x 90 gün) = 951 manat 91 qəpik məbləğində müəyyən edilməklə, abonentin **********01100 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Həmin qərarla həmçinin aşkar olunmuş kənar xəttin ləğv edilməsi qərara alınmışdır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, abunəçi Nəsibova X2 şəhəri Yaşma bağları «Kimyaçı» BY 21 ünvanda yaşayır. Abunə haqqında məlumatdan görünür ki, Sumqayıt şəhəri Yaşma bağları «Kimyaçı» BY 21 ünvanda istifadə olunan elektrik enerjisinin hesabatını aparan sayğac abunəçi İddiaçı adına qeydiyyata alınmışdır və sərfiyyata görə ödənişlər İddiaçı tərəfindən həyata keçirilir. Abunə haqqında məlumatdan görünür ki, İddiaçı mütəmadi olaraq sərf etdiyi elektrik enerjisinin dəyərini ödəyir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli NDM seriyalı 018322 saylı aktda qeyd olunmuşdur ki, iddiaçının yaşadığı ünvanda istifadə olunan elektrik enerjisinin hesabatını aparan sayğac yoxlanılmışdır. Məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sistemindən kənar faza xətti daxil olur. Aktda itirilmiş enerjiyə görə hesablama aparılmış, kənar xəttin ləğv edildiyi qeyd olunmuşdur. Akt həmin aktı tərtib etmiş şəxslər tərəfindən imzalanmış, hal şahidləri və abunəçi tərəfindən imzalanmamış, yoxlama zamanı hal şahidlərinin və abunəçinin iştirakı təmin edilməmişdir. Həmin akta əsasən xx.xx.2020-ci il tarixdə əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər verilmiş, əlavə sərfiyyata görə məbləğ hesablanmışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin faktiki hallarından göründüyü kimi, yuxarıda qeyd olunan akt tərtib olunarkən qanunvericiliyin tələblərinə riayət olunmamış, istehlakçının hüquqları pozulmuşdur. Belə olduğu təqdirdə, mübahisələndirilən akt ləğv edilməli və İddiaçı adına olan **********01100 saylı abunə koduna yuxarıda qeyd olunan akt əsasında hesablanmış 888 manat 91 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri Yaşma bağları ərazisi «Kimyaçı» BY 21 ünvanda yaşayan İddiaçı adına tərtib olunmuş xx xxxx 2020-ci il tarixli NDM seriyalı 018322 saylı akt ləğv edilməli, Sumqayıt şəhəri Yaşma bağları ərazisi «Kimyaçı» BY 21 ünvanda yaşayan İddiaçı adına olan **********01100 saylı abunə koduna hesablanmış 888 manat 91 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri Yaşma bağları ərazisi «Kimyaçı» BY 21 ünvanda yaşayan İddiaçı adına tərtib olunmuş xx xxxx 2020-ci il tarixli NDM seriyalı 018322 saylı akt ləğv edilsin. Sumqayıt şəhəri Yaşma bağları ərazisi «Kimyaçı» BY 21 ünvanda yaşayan İddiaçı adına olan **********01100 saylı abunə koduna hesablanmış 888 manat 91 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4010/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4010/2020
24.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver