Məhkəmə qərarları › İş №2(006)-4029/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4029/2021

01.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4029/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil, maraqlı şəxsin nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nəsimi rayonu İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi Bakı şəhəri İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 24 fevral 1937-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilsinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin müdafiə edərək izahatında göstərmişdir ki, Ərizəçi anası X5 beyin infarkti nəticəsində, demensiya, hipertoniya xəstəliyindən əziyyət çəkir. 11 iyul 2016-ci il tarixdən, 18 avqust 2016-cı il tarixə qədər “Modern Hospital” da stasionar müalicə almışdır. Onun daimi kənar şəxsin qulluğuna vardır. Anamla birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. Anası xəstəlikdən əziyyət çəkir, öz hərəkətlərinin mənasını anlaya bilmir, hərəkətlərini idarə edə bilmir, ailə üzvlərini tanımır. Əqli 3-4 yaşlı uşaq əqli kimidir. Tez-Tez psixi pozuntuları olur. Kənar Şəxsin daimi nəzarətində olması zəruridir. Anasına özü baxır. Ona görə də onun qəyyumu kimi olmaq niyyətindədir. Bu barədə Nəsimi rayonu İcra Hakimiyyəti Başçısı yanında “Qəyyumluq və Himayəçilik” komissiyasına müraciət etmişdir. Nəsimi rayon İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayəçilik” Komissiyasından ona bildirdilər ki, anasının üzərində qəyyum və ya himayəçi kimi yalnız məhkəmə qətnaməsi əsasında təyin edilə bilir. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X8 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Modern Hospital” tərəfindən verilmiş 18.08.2016-ci il tarixli epikrizindən görünür ki, beyin infarktının nəticələri, demensiya, hiportoniya xəstəliyi İ mərhələ, kəllə daxili qansızma əsas xəstəlikdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 13.09.2021-ci il tarixli, 2942 saylı rəyindən görünür ki, X4 keçirilmiş baş beyin insultu nəticəsində meydana gələn demensiya müəyyən edilir. Bunu anamnestik məlumatlar, tibbi sənədlər və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə hiperteniya xəstəliyindən əziyyət çəkməsi, 2016-cı ildə beyin insultu keçirməsi, insult keçirdikdən sonra hərəki funksiyaları pozulması, 11.07.2016cı il tarixdən 18.08.2016-cı il tarixə kimi “Beyin infarktının nəticələri, demensiya, hipertoniya xəstəliyi İ mərhələ, kəllə daxili qansızıma” diaqnozu ilə Modern Hospitalda stasionar müalicədə olması, hal-hazırda daima çarpayıda uzanıqlı vəziyyətdə olması, yeriyə bilməməsi, qida qəbulu sərbəst olmaması, həmçinin fizioloji ifrazatları ilə natəmiz olması, hazırki vəziyyəti ilə əlaqədar müvafiq həkimlərin nəzarətində olmaqla təyin edilmiş müalicələri ev şəraitində qəbul etməsi, daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hal-hazırki müayinə zamanı demensiya əlamətlərinin biruzə verməsi və s.) sübut edir. Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1. 24 fevral 1937-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilərmi? Cavab: X4 keçirilmiş baş beyin insultu nəticəsində meydana gələn demensiya müəyyən edilir. Halhazırda X2 hazırki psixi vəziyyəti ilə əlaqədar o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X4 müəyyən edilən keçirilmiş baş beyin insultu nəticəsində meydana gələn demensiya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, X3 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyillər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Beləliklə məhkəmə hesab edir ki, X1 öz hərəkətlərinin mənasını dərk etməməsi və onları şüurlu idarə etmək iqtidarına malik olmamaları halları təsdiq edildiyindən ərizə təmin edilməli, X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 24 fevral 1937-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilsin. Hazırki qətnamə 24 fevral 1937-ci il təvəllüdlü X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar