Məhkəmə qərarları › İş №2(006)-403/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-403/2023

10.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-403/2023 10.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, Ərizəçi - Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Nəsimi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla "şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 20 oktyabr 2022-ci il tarixdə - Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs olmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 06 noyabr 1957-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, 06 noyabr 1957-ci il təvəllüdlü bacısı X13 altsheymer və baş beyinin üzvi xəstəliyi nəticəsində dərin ağıl zəifliyi (demensiya) xəstəliklərindən əziyyət çəkir. Bakı şəhəri, Nəsimi rayonu, 20 saylı şəhər poliklinikasının 17 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, 06 noyabr 1957-ci il təvəllüdlü X13 poliklinikada psixiatr müşahidəsindədir. Onun xəstəliyinin diaqnozu: For 8 Z74.3 baş beyinin üzvi xəstəliyi nəticəsində dərin ağıl zəifliyi və davranış pozuntuları (kənar şəxsin himayəsinə ehtiyacı var) kimi müəyyən olunmuşdur. O, xəstəliyi səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmir və hərəkətlərini idarə edə bilmir. Bacısının xəstəliyi ilə əlaqədar özünə qulluq vərdişləri yoxdur və nıütəmadi olaraq qayğıya və nəzarətə ehtiyacı vardır. Habelə, qanunla müəyyən olunmuş hüquqlarını həyata keçirmək, qanuni mənafeyini müdafiə etmək və bu məqsədlə digər şəxslərlə münasibətlərdə tərəf qismində iştirak etmək, əqd bağlamaq və s. imkanlardan məhrumdur. Bacısının həyat yoldaşı Mevlut Kırıcı artıq dörd aydır Azərbaycan Respublikasının sərhədlərini tərk edərək Türkiyə Respublikasına getmişdir. X1 iddiaçı ilə birlikdə yaşayır və iddiaçı onun maddi ehtiyaclarını ödəməyə, mənəvi cəhətdən ona dəstək olmağa çalışır. Bu baxımdan, onun xəstəliyi səbəbindən öz hərəkətlərini idarə etmək iqtidarında olmaması faktı hüquqi cəhətdən də təsdiqlənməli və fəaliyyət qabiliyyətinin olmaması faktı müəyyən edilərək müvafiq olaraq qəyyum təyin edilməlidir. Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdaıəsi “İqtisadçı” mənzil tikinti kooperativinin təqdim eldiyi 20 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, ərizəçi ünvan 1 ünvanında yaşayır. Məlumdur ki, xüsusi icraat qaydasında işlərə ərizəçinin olduğu yerin məhkəməsində baxılır. Bu səbəbdən də, hazırki ərizəyə aidiyyəti üzrə müvafiq olaraq Bakı şəhəri Nəsimi rayon Məhkəməsində baxılmalıdır, nəzərə alınmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-5005/2022 saylı qərardadı ilə, xx.xx.1957-ci il təvəllüdlü X3 psixi vəziyyətinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Maraqlı şəxs qismində Maraqlı şəxsna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AZE №******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962ci ildə Yevlax rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. AA0758169 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1957-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. İ-ИЕ № 325140 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.1957-ci ildə Yevlax rayonunda anadan olmuş, X14, anası X11r. АЗ № 108302 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci ildə Yevlax rayonunda anadan olmuş, atası X12, anası X7r. “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ tərəfindən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X4 For 8 Z74.3 baş beyinin üzvi xəstəliyi nəticəsində dərin ağıl zəifliyi və davranış pozuntuları (kənar şəxsin himayəsinə ehtiyacı var) kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən, xx.xx.1957-ci il təvəllüdlü X5 birinci dərəcə əlil olmaqla, baş beyinin üzvi xəstəliyi (afrofiya mənşəli) nəticəsində dərin ağıl zəifliyi (demensiya) kobud nitq və davranış pozuntuları diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 tərəfindən diaqnozun dəqiqləşdirilməsi məqsədilə verilmiş 1/1401 saylı, xx.xx.2022-ci il tarixli Həkim Psixiatr Komissiyası rəyinə əsasən, F02.8 baş beyinin üzvi xəstəliyi (afrofiya mənşəli) nəticəsində dərin ağıl zəifliyi (demensiya) kobud nitq və davranış pozuntuları diaqozu qoyularaq, kənar şəxslərin himayəsinə ehtiyacı olduğu qeyd edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X23 verdiyi xx.xx.2022-ci il tarixli, 4859 saylı arayışa əsasən X4 Alsheymer xəstəliyi zamanı demensiya F00.0 diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən verilmiş, 4728 saylı, xx.xx.2022-ci il tarixli rəyə əsasən, X4 altsheymer xəstəliyi nəticəsində dərin demensiya (ağıl zəifliyi) (F 00) müəyyən edilir. Bunu anarmestik məlumatlar və hal-hazırki psixitarik müayinənin nəticələri - 2019-cu ildən pozuntularının özünü büruzə verməsi, mütəmadi olaraq müalicə olunmasına baxmayaraq psixi vəziyyətinin pisləşməkdə davam etməsi, “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-də t.e.d. professor Fuad İsmayılov tərəfindən müayinə olmaraq “Altsheymer xəstəliyi zamanı demensiya" diaqnozunun təyin edilməsi, 2 saylı Klinik Psixiatriyasında stasionar müalicə olunması, 20 nömrəli şəhər Poliklinikasının psixiatrik kabinetində qeydiyyatda olması, həmçinin hazırki müayinə zsmanı kobud yaddaş pozuntuları aşkar etməsi, təfəkkürünün az produktivliyi, intellektinin zəifləməsi, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, tənqidinin olmaması və s. sübut edir. X6 Altsheymer xəstəliyi nəticəsində dərin demensiya (ağıl zəifliyi) müəyyən edilir. X13 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onlan şüurlu idarə etmək iqtidarında deyil. xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, 06 noyabr 1957-ci il təvəllüdlü X8 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 06 noyabr 1957-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli, ödənilmiş dövlət rüsumu isə ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 06 noyabr 1957-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X8 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar