Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4039/2024 02.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı cavabdeh «Bakı Sağlamlıq Mərkəzi» X1rşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Bakı Sağlamlıq Mərkəzi» X1rşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh «Bakı Sağlamlıq Mərkəzi» X2 nümayəndəsi Nümayəndə ərizə verərək, hazırkı mülki işin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun icraatında olan 2(006)-2602/2024 nömrəli mülki işlə birləşdirilməsini xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə verərək onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və vəsatətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə təmin olunmalı, hazırda icraatda olan İddiaçı cavabdeh «Bakı Sağlamlıq Mərkəzi» X1rşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair 2(006)-4039/2024 saylı mülki iş Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun icraatında olan iddiaçı «Bakı Sağlamlıq Mərkəzi» X2 cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı "borcun tutulması” tələbinə dair 2(006)-2602/2024 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, hazırki iş üzrə cavabdehin işlərə birgə baxılması xahişini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.4-cü maddəsinə əsasən, işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin olunsun. İddiaçı cavabdeh «Bakı Sağlamlıq Mərkəzi» X1rşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair 2(006)-4039/2024 nömrəli mülki iş Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun icraatında olan iddiaçı «Bakı Sağlamlıq Mərkəzi» X2 cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı "borcun tutulması” tələbinə dair 2(006)-2602/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-4039/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4039/2024
02.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver