Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4066/2020 20.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı iddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC məhkəməyə ərizə ilə müraciət edərək, İMEİ kodu **********30797 olan Samsung Galaxy A 10 markalı telefon və X2 qoruyucu örtük üçün 500 manat ödənilməmiş hissə, 50 manat cərimə, ümumilikdə 550 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-dən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********30797 olan Samsung Galaxy A 10 markalı telefon və X2 qoruyucu örtük almış və nəticədə 550 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədəalqı-satqı qiyməti 528 manat (21 ay x 25 manat + 3 manat ilkin ödəniş) olanİMEİ **********30797 olan Samsung Galaxy A 10 markalı telefon və X2 qoruyucu örtük üçünümumilikdə550 manat olmaqla, ondan 500 manat ödənilməmiş hissə, 60 manat cərimə pulu (hər gün üçün ödənilməmiş məbləğin 1% miqdarında cərimə pulu) hesablanmalı olmasına baxmayaraq müştəriyə güzəşt olunaraq 50 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 28manat təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1 maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki-prossesual qanunvericiliyə uyğun olaraq cavabdehə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməsi təklif olunmuş, lakin cavabdeh tərəfindən məhkəməyə hər hansı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizəyə məhkəməyə daxil olduğu gündən 20 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddia təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli 01037542 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, “xxxxxxxxxxx” MMC 528 manat dəyərində **********30797 İMEİ nömrəli Samsung Galaxy A 10 markalı telefon və X2 qoruyucu örtüku müqavilədə göstərilən şərtlərlə Cavabdeh verməyi, Cavabdeh isə müqavilədə alınan əşyanın dəyərini 3 manat ilkin ödəniş etməklə, 21 ay ərzində hər ay 25 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “xxxxxxxxxxx” MMC-yə 550 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xx xxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi, əks halda aidiyyəti üzrə müvafiq dövlət qurumuna müraciət olunacağı barədə “xxxxxxxxxxx” MMC tərəfindən xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş qəbzin surətindən görünür ki, hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 450.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 550-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, Cavabdeh “xxxxxxxxxxx” MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli 01037542 saylı müqaviləyə əsasən **********30797 İMEİ nömrəli Samsung Galaxy A 10 markalı telefon və X2 qoruyucu örtük onun istifadəsinə verilmiş, Cavabdeh isə müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, nəticədə 550 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 20 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 500 manat əsas borc, 50 manat cərimə olmaqla, ümumilikdə 550 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat əsas borc, 50 (əlli) manat cərimə olmaqla, ümumilikdə 550 (beş yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı “xxxxxxxxxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-4066/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4066/2020
20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver