Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-407/2022 10.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi Bakı şəhəri İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 05.07.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, mərhum həyat yoldaşı X4 ilə birgə nikahdan doğulmuş qızı 05.07.1988-ci il təvəllüdlü, ünvan 2 ünvanda qeydiyyatda olan X5 uşaqlıqdan psixi xəstəlikdən əziyyət çəkir və ona ümumi xəstəliklərlə bağlı İİ qrup əlillik dərəcəsi verilmişdir. 4 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışda 2-ci qrup ümumi xəstəlikdən müddətsiz əlil, əmək qabiliyyətsiz olması və kənar şəxsin qulluğuna ehtiyacının olması göstərilmişdir. SRƏX 2 tərəfindən TSEK-ə Göndəriş Vərəqəsində göstərilmişdir ki, X6 ətrafdakıları dərk etmir, əqildən kəmdir. MSS üzvi xəstəliyinin (UST) qalıq əlamətləri ağıl zəifliyi və nitqin qüsuru diaqnozu qoyulmuşdur. Özünə xidmət etməyə malik deyildir. Nəzarətə və köməyə ehtiyacı vardır. 20 saylı şəhər poliklinikasının 17.09.2021-ci il tarixli arayışdan göründüyü kimi 05.07.1988-ci il təvəllüdlü X5 ona qoyulmuş diaqnoz MSS üzvi xəstəliyinin (UST) qalıq əlamətləri ağıl zəifliyi və nitqin qüsuru ilə İİ qrup əlil kimi 2004-cü ildən Psixiatr qeydiyyatındadır. Həmin orqanlarda mütəmadi olaraq stasionar qaydada psixioloji müalicələr almışdır. X5 öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir. Kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanları yoxdur, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirmək imkanlarına malik deyildir. Qeyd olunmalıdır ki, o, öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyətinə malik deyildir. Hərəkətlərinin mənasını anlaya bilmir. Kənar şəxsin köməyi olmadan sərbəst qərarlar qəbul etmək imkanı yoxdur. Əqli çatışmazlıq nəticəsində öz hərəkətlərini idarə edə bilmir. Buna görə də qulluq tələb etdiyi üçün qızı X3 baxır, ona qulluq edir. X3 qəyyum təyin edilməsi barədə Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasına müraciət etmiş, ona şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə onun hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Çünki o, sərbəst şəkildə hüquqlarını həyata keçirmək qabiliyyətinə malik deyildir, əmək qabiliyyətsizdir, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanları yoxdur. Qızı Ülkərin fəaliyyət qabiliyyətsiz hesab edilməsi gələcəkdə onun qəyyum təyin edilməsi və hüquqlarının onun tərəfindən sərbəst şəkildə həyata keçirilməsi üçün vacibdir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 4 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 007302 nömrəli arayışdan görünür ki, 1988-ci il təvəllüdlü X5 uşaqlıqdan ikinci qrup müddətsiz əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin TSEK-ə Göndəriş Vərəqəsində qeyd olunub ki, X5 anadan travmayla omuş, psixofizik inkişafda geri qalmış, nitqi zəif inkişaf etmişdir. Moskva şəhərində Pediatriya ZTT-də müalicədə olub. Xəstədə bir müddət gicəlmələr müşahidə olunub. Hazırda o, ətrafındakıları dərk etmir, sualların çoxunu cavabsız qoyur, əqildən kəmdir. Nəzarətə və köməyə ehtiyacı vardır. İş materiallarında olan 17.09.2021-ci il tarixli arayışdan görünür ki, X5 20 saylı şəhər poliklinikasında psixiatr müşahidəsindədir. MSS üzvi xəstəliyinin (UST) qalıq əlamətləri ağıl zəifliyi və nitqin qüsuru ilə İİ qrup əlil diaqnozu ilə 2004-cü ildən Psixiatr kabinetində qeydiyyatdadır. İş materiallarında olan 02.12.2021-ci il tarixli 2857 saylı ekspert rəyindən də aydın olur ki, X5 doğuş travması ilə anadan olmuş, körpəlikdən serebral iflic əlamətləri müəyyən edilmiş, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalmış, nitqi zəif inkişa etmişdir. X2 Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırki psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə valideynləri qohum olmaqla bibioğlu-dayıqızı olması, körpəlikdə uşaqda serebral iflic əlamətləri müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalması, nitqi zəif inkişaf etməsi, sərbəst yeriyə bilməməsi, hər hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması və s.) sübut edir. Bunları nəzərə alaraq məhkəmə belə qərara gəlir ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, X5 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Beləliklə məhkəmə hesab edir ki, X5 öz hərəkətlərinin mənasını dərk etməməsi və onları şüurlu idarə etmək iqtidarına malik olmamaları halları təsdiq edildiyindən ərizə təmin edilməli, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 05.07.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-407/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-407/2022
10.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver