Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4110/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «cərimə borcunun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «cərimə borcunun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, axşam saat 20.10 radələrində Oğuz rayon Mollalı kəndində yerləşən fərdi yaşayış evində olmadığından sui-istifadə edən X3 rəisi E.Əkbərli və digər şəxslər hasardan keçməklə qanunsuz olaraq həyətə daxil olmuş və sayğaca (abonent kodu **********00042) iddiaçının iştirakı olmadan şahidlərlə birlikdə baxış keçirərək 234950 saylı akt tərtib edərək getmişlər. Xüsusi ilə qeyd edir ki, bir neçə il bundan əvvəl sayğacda problemlər olduğu üçün onun müraciətindən sonra X3 nümayəndələri sayğaca baxış keçirmişlər. Sayğacın yararsız olduğunu və yenisi ilə əvəz edilməsinə ehtiyac olduğunu bildirərək Şəki EŞ-nin rəhbərliyi ilə əlaqə saxladıqdan sonra akt tərtib edilərək təmir üçün sayğacın plombu açılmışdır. Lakin bu günə kimi sayğaca yeni plomb qoyulmamışdır. Amma hər ay məsul şəxslər sayğaca baxış keçirərək istifadə etdiyi elektrik enerji borcunun ödənilməsi üçün qəbz verilirdi. Hər ay vaxtında istifadə etdiyi elektrik enerjisinin pulunu ödəmişdir. Hazırda X3 rəisi E.Əkbərli tərəfindən qanunsuz olaraq akt tərtib olunmuş və nəticədə iddiaçının hüquqları kobud surətdə pozulmuşdur. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC tərəfindən yaşadığı Oğuz rayonu, Mollalı kəndində yerləşən fərdi yaşayış evinə abonent kodu **********00042 əsasənda yazılmış 570 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, akt qanunauyğun olaraq tərtib olunmuş və cərimə yazılmışdır. Buna görə də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, CD diskə baxış keçirərək, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan "xxxx" ASC-nin R№234950 №-li xx.xx.2022-ci il tarixli akta əsasən abonent İddiaçı məxsus Oğuz rayonu, Mollalı kəndi (abonent kodu **********00042) ünvan üzrə yerləşən evinə aid elektrik sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın alt qapaq möhürünün olmadığı və sayğacın giriş sıxaclarından əlavə kənar xətt qoşularaq enerjidən istifadə olunması göstərilmiş, kənar xəttin silinməsi, sayğac yenisi ilə əvəz olunaraq EEİQ-na uyğun quraşdırılması qeyd edilmişdir. Həmin aktdan görünür ki, yoxlama zamanı abonent iştirak etməmişdir. 7.İş materiallarında olan "xxxx" ASC-nin 192896 №-li xx.xx.2022-ci il tarixli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokola əsasən abonent İddiaçı məxsus Oğuz rayonu, Mollalı kəndi (abonent kodu **********00042) ünvan üzrə yerləşən evə aid elektrik sayğacı dəyişdirilmiş, 234950 №-li akta əsasən çıxarılan sayğac laboratoriyaya rəyə göndərilmiş, rəydə iştirak etmək abonentin nümayəndəsinə təklif edilmiş, sayğac həyətdən kənarda quraşdırılmışdır.
8. İş üzrə R 234950 nömrəli akta əsasən Aktlar üzrə Komissiyanın xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı (abonent kodu **********00042) əlavə olaraq 4656 kvt.s (Witr= 21A x 0,22 kv x 24 s x 0,7 x 60 gün =4656 kvt.s.) əlavə sərfiyyat, yəni 577,28 manat (dəyər: 400 kvt.s. x 0,06 manat = 32 manat, 200 kvt.s. x 0,09 manat = 12 manat, 4056 kvt.s. x 0,13 manat = 527,28 manat) məbləğində ödəniş hesablanmışdır.
9. İş üzrə "xxxx" ASC-nin Şimal-Qərb RETSİ Oğuz rayonu üzrə SQR/87/Ə nömrəli, xx.xx.2022-ci il tarixli razılaşma protokolundan görünür ki, abonent İddiaçı müraciəti debitor borcu və aktın hesabatının 21A-lə verdiyi nəzərə alınaraq komissiyanın hesablarına əsasən 3282 kvt.s dəyəri 361,09 (2,5Ax 0,22 kv x 24 s x 0,7 x 180 gün= 1663 kvt.s, dəyər: 1663 kvt.s. x 0,13 man = 216,19, azalma: 577,28 – 216,19 = 361,09 manat) manatı azadılmışdır.
10. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, İddiaçı məxsus ünvan 2i ünvanına dair R № ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən cəmi 577,28 manat borc hesablanmışdır.
11. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, **********00042 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunmuş, xx.xx.2022-ci il tarixdə Şimal qərb RETSİ-nin nəzdində fəaliyyət göstərən komissiyada hesabatı araşdırılmış, protokol tərtib olunaraq kompüter məlumat bazasında 3282 kvt.s (361,09 manat) elektrik enerjisinin dəyərinə düzəliş edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə aid olan hesablaşma elektrik sayğacına cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş və həmin baxışın nəticəsi olaraq R1234950 No-li akt tərtib etmişlər. Həmin aktda evə məxsus elektrik sayğacının alt qapaq möhürünün olmadığı və sayğacın giriş sıxaclarından əlavə kənar xətt qoşularaq enerjidən istifadə olunması qeyd edilmişdir. Həmin akt əsasında "xxxx" ASC-nin Akt komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmiş və iddiaçının abonent hesabına əlavə olaraq 577,28 manat borc yazılmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.
14. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir.
16. Həmin Qaydaların 7.6-cı bəndin əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakı, o cümlədən məişət abonenti arasında elektrik enercisinə görə hesablaşma aparılması üçün enerci ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enercisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enercitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enercitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanlımasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enercitəshizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur.
18. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evində quraşdırılmış elekrik sayğacına baxış keçirilərkən sayğacın altı qapaq möhürünün olmadığı və sayğacın giriş sıxaclarından əlavə kənar xətt qoşularaq enerjidən istifadə olunması aşkar edilmiş, sayğac dəyişdirilmiş və həyətdən kənarda quraşdırılmışdır.
19. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi evdə sayğacın altı qapaq möhürünün olmadığı və sayğacın giriş sıxaclarından əlavə kənar xətt qoşularaq enerjidən istifadə faktı aşkar olunduğu üçün akt tərtib edilmişdir. Həmin akt əsasında aktlar üzrə komissiyasının xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə iddiaçıya xx.xx.2022-ci il tarixli R № ******* nömrəli akta əsasən 60 gün hesabat müddəti nəzərə alınmaqla 4656 kvt.s əlavə sərfiyyat, yəni 577,28 manat dəymiş ziyan hesablanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşma protokoluna əsasən iddiaçının debitor borcu və aktın hesabatının 21A-lə verdiyi nəzərə alınaraq komissiyanın hesablarına əsasən 3282 kvt.s dəyəri 361,09 (2,5Ax 0,22 kv x 24 s x 0,7 x 180 gün= 1663 kvt.s, dəyər: 1663 kvt.s. x 0,13 man = 216,19, azalma: 577,28 – 216,19 = 361,09 manat) manatı azadılmışdır.
20. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq enerjidən istifadə etməsi faktı öz təsdiqini tapsa da, cavabdeh tərəfindən bu faktın aşkara çıxarıldığı xx.xx.2022-ci il tarixli akt əsasında dəymiş ziyan kimi 60 günə hesablanmış əlavə sərfiyyat ağlabatan deyil və real hesab oluna bilməz.
21. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müqavilə şərtlərinə zidd olaraq sayğacdan kənar enerjidən istifadə etməsi halı öz təsdiqini tapdığından, iddiaçı buna görə mülki məsuliyyət daşımalıdır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.14-cü maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir.
23. Həmin qaydaların 8.16-cı maddəsinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.
24. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay elektrik enerjisinin sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, enerjitəchizatı müəssisəsi elektrik enerjisinin verilməsini dayandıra bilər.
25. Məhkəmə iclasında müəyyən edilmişdir ki, yalnız xx.xx.2022-ci il tarixdə enerjitəchizatı müəssisəsinin əməkdaşları mübahisəli ünvanda sayğaca baxış keçirərkən onda olan qüsuru aşkara çıxarmış, bu səbəbdən sayğac dəyişdirilmiş, 60 gün müddətində dəyəri ödənilməmiş 4656 kvt.s elektrik enerjisindən istifadə edilməsi halı aşkara çıxarılmışdır. Halbuki yoxlama müddəti ərəfəsində, yəni bir ay müddət ərzində istehlakçının bu həddə elektrik enerjisini sərf etməsi məntiqli hesab edilə bilməz.
26. Məhkəmə hesabatı 30 gün (1 ay) müddətində aparılmalı olmasını nəzərə alaraq hesab edir ki, akt əsasında iddiaçıya əlavə sərfiyyat kimi 277,2 (2,5A x 0,22 x 24 saat x 0,7 x 30 gün = 277,2 kvt.s) kvt.s hesabatı ilə əlavə sərfiyyat kimi qəbul edilməli, 36,03 (277,2 kvt.s. x 0,13 man = 36,03 manat) manat abunə hesabına yazılmalı idi. Lakin yuxarıda qeyd edildiyi kimi, bu hesabat 60 gün müddət üçün aparılmış və əlavə sərfiyyat kimi abunə hesabına qeyd edilmişdir.
27. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən əsaslı hesab edilməli, iddiaçının abunə hesabına artıq yazılmış 180,16 (577,28-361,09=216,19- 36,03=180,16) manat məbləğində borc silinməlidir.
28. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Oğuz rayonu, Mollalı kəndi ünvanında yerləşən İddiaçı aid evə (abunə kodu **********00042) dair əlavə sərfiyyat kimi hesablanmış 180,16 (yüz səksən manat, on altı qəpik ) manat məbləğində borc iddiaçının **********00042 saylı abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
29. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Oğuz rayonu, Mollalı kəndi ünvanında yerləşən İddiaçı aid evə (abunə kodu **********00042) dair əlavə sərfiyyat kimi hesablanmış 180,16 (yüz səksən manat, on altı qəpik) manat məbləğində borc iddiaçının **********00042 saylı abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov