Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4119/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyev Əmrah Səbuhi oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh1nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı (Xaçmaz) Ərazi İdarəsinə qarşı "hərracın nəticəsinin, əqdin və protokolun etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh1nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı (Xaçmaz) Ərazi İdarəsinə qarşı "hərracın nəticəsinin, əqdin və protokolun etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə hazırlıq iclası 31 iyul 2*25-ci il tarixə, saat *9:45-ə təyin olunmuş və tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Həmin vaxtda tərəflər məhkəmə hazırlıq iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.*.6-cı maddəsinin tələblərinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2*21-ci il tarixli, 14 saylı Qərarının 5.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.*.1 - 259.*.1*, 259.*.12 və 259.*.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər məhkəmə hazırlıq iclasına gəlmədiyindən, İddiaçı cavabdehlər Cavabdeh2nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh1nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı (Xaçmaz) Ərazi İdarəsinə qarşı "hərracın nəticəsinin, əqdin və protokolun etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.*.6, 26*, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh1nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı (Xaçmaz) Ərazi İdarəsinə qarşı "hərracın nəticəsinin, əqdin və protokolun etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. ********** nömrəli, *2.*7.2*25-ci il tarixli mədaxil qəbzinə əsasən ödənilmiş 1** (yüz) manat dövlət rüsumu büdcədən İddiaçı geri qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №2(006)-4119/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4119/2025
31.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver