Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4144/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi ilə, İddiaçı ”İddiaçı” MMC-nin Cavabdeh qarşı “pulun tutulması” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ”İddiaçı” MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırlmışdır ki, Cavabdeh “xxxx” MMC ilə 02.05.2020-ci il, 02.06.2020-ci il, 02.06.2020-ci il və 15.07.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********52807 olan Huawei P Smart Z markalı telefon, İMEİ Kodu **********70715 olan X1 9 Pro markalı telefon, İMEİ Kodu **********92774 olan Huawei Y5 markalı telefon almış və Malın istehlak xassəsinin pozulmasına görə tutulan məbləğlə birlikdə nəticədə 1424 (min dörd yüz iyirmi dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 626.8 (altı yüz iyirmi altı manat, səksən qəpik) manat (12 ay x 48 manat 90 qəpik + 40 manat ilkin ödəniş) İMEİ Kodu **********52807 olan Huawei P Smart Z markalı telefon üçün ümumilikdə, 485 (dörd yüz səksən beş) manat olmaqla ondan, 440.8 (dörd yüz qırx manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 44 (qırx dörd) manat cərimə miqdarında borc yaranmışdır. 02.06.2020-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 81 (səksən bir) manat (03 ay x 27 manat + 0 manat ilkin ödəniş) Malın istehlak xassəsinin pozulmasına görə tutulan məbləğ üçün ümumilikdə, 27 (iyirmi yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə; 02.06.2020-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 957.2 ( doqquz yüz əlli yeddi manat, iyirmi qəpik) manat (12 ay x 50 manat 60 qəpik + 350 manat ilkin ödəniş) İMEİ Kodu **********70715 olan X1 9 Pro üçün ümumilikdə, 557 (beş yüz əlli yeddi) manat olmaqla ondan, 506.2 (beş yüz altı manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50.8 (əlli manat, səksən qəpik) manat cərimə; 15.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 337.8 (üç yüz otuz yeddi manat, səksən qəpik) manat (12 ay x 26 manat 90 qəpik + 15 manat ilkin ödəniş) İMEİ Kodu **********92774 olan Huawei Y5 markalı telefon üçün ümumilikdə, 355 (üç yüz əlli beş) manat olmaqla ondan, 322.8 (üç yüz iyirmi iki manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32.2 (otuz iki manat iyirmi qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 706 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, 02.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********52807 olan Huawei P Smart Z markalı telefon üçün 440.8 (dörd yüz qırx manat, səksən qəpik) manat ödənilməmiş hissə, 44 manat cərimə, 02.06.2020-cu il tarixli müqaviləsinə əsasən Malın istehlak xassəsinin pozulmasına görə tutulan məbləğ üçün ümumilikdə, 27 (iyirmi yeddi) manat ödənilməmiş hissə, 0 manat cərimə, 02.06.2020cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********70715 olan X1 9 Pro üçün 506.2 (beş yüz altı manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 50.8 (əlli manat, səksən qəpik) manat cərimə, 15.07.2020ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********92774 olan Huawei Y5 markalı telefon üçün 322.8 (üç yüz iyirmi iki manat, səksən qəpik) manat ödənilməmiş hissə, 32.2 (otuz iki manat iyirmi qəpik) manat cərimə, ümumilikdə 1424 manat borc, 30 manat dövlət rüsumu Cavabdeh alınaraq ”İddiaçı” MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh “xxxx” MMC ilə arasında bağlanmış 02.05.2020-ci il tarixli müqavilədən görünür ki, nəticədə 02.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 626.8 (altı yüz iyirmi altı manat, səksən qəpik) manat (12 ay x 48 manat 90 qəpik + 40 manat ilkin ödəniş) İMEİ Kodu **********52807 olan Huawei P Smart Z markalı telefon üçün ümumilikdə, 485 (dörd yüz səksən beş) manat olmaqla ondan, 440.8 (dörd yüz qırx manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 44 (qırx dörd) manat cərimə miqdarında borc yaranmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh “xxxx” MMC ilə arasında bağlanmış 02.06.2020-cu il tarixli müqavilədən görünür ki, 02.06.2020-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 81 (səksən bir) manat (03 ay x 27 manat + 0 manat ilkin ödəniş) Malın istehlak xassəsinin pozulmasına görə tutulan məbləğ üçün ümumilikdə, 27 (iyirmi yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə borc yaranmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh “xxxx” MMC ilə arasında bağlanmış 02.06.2020-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 957.2 ( doqquz yüz əlli yeddi manat, iyirmi qəpik) manat (12 ay x 50 manat 60 qəpik + 350 manat ilkin ödəniş) İMEİ Kodu **********70715 olan X1 9 Pro üçün ümumilikdə, 557 (beş yüz əlli yeddi) manat olmaqla ondan, 506.2 (beş yüz altı manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50.8 (əlli manat, səksən qəpik) manat cərimə borc yaranmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh “xxxx” MMC ilə arasında bağlanmış 15.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 337.8 (üç yüz otuz yeddi manat, səksən qəpik) manat (12 ay x 26 manat 90 qəpik + 15 manat ilkin ödəniş) İMEİ Kodu **********92774 olan Huawei Y5 markalı telefon üçün ümumilikdə, 355 (üç yüz əlli beş) manat olmaqla ondan, 322.8 (üç yüz iyirmi iki manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32.2 (otuz iki manat iyirmi qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə belə bir nəticəyə gəlir ki, Cavabdeh kredit müqaviləsi üzrə borcun müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən icranı gecikdirmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, 02.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********52807 olan Huawei P Smart Z markalı telefon üçün 440.8 (dörd yüz qırx manat, səksən qəpik) manat ödənilməmiş hissə, 44 manat cərimə, 02.06.2020-cu il tarixli müqaviləsinə əsasən, Malın istehlak xassəsinin pozulmasına görə tutulan məbləğ üçün ümumilikdə, 27 (iyirmi yeddi) manat ödənilməmiş hissə, 0 manat cərimə, 02.06.2020-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********70715 olan X1 9 Pro üçün 506.2 (beş yüz altı manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 50.8 (əlli manat, səksən qəpik) manat cərimə, 15.07.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********92774 olan Huawei Y5 markalı telefon üçün 322.8 (üç yüz iyirmi iki manat, səksən qəpik) manat ödənilməmiş hissə, 32.2 (otuz iki manat iyirmi qəpik) manat cərimə, ümumilikdə 1424 manat borc, 30 manat dövlət rüsumu Cavabdeh alınaraq ”İddiaçı” MMC-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Ona görə məhkəmə hesab edir ki, ödənilməyən 30 manat manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. 02.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********52807 olan Huawei P Smart Z markalı telefon üçün 440.8 (dörd yüz qırx manat, səksən qəpik) manat ödənilməmiş hissə, 44 manat cərimə, 02.06.2020-cu il tarixli müqaviləsinə əsasən Malın istehlak xassəsinin pozulmasına görə tutulan məbləğ üçün ümumilikdə, 27 (iyirmi yeddi) manat ödənilməmiş hissə, 0 manat cərimə, 02.06.2020-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********70715 olan X1 9 Pro üçün 506.2 (beş yüz altı manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 50.8 (əlli manat, səksən qəpik) manat cərimə, 15.07.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********92774 olan Huawei Y5 markalı telefon üçün 322.8 (üç yüz iyirmi iki manat, səksən qəpik) manat ödənilməmiş hissə, 32.2 (otuz iki manat iyirmi qəpik) manat cərimə miqdarında borc, ümumilikdə 1424 (bir min dörd yüz iyirmi dörd) manat borc və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq ”İddiaçı” MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4144/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4144/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver