Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4146/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, iddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliyinin icrasının təmin edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış YZ-03/18 №-li, xx xxxxxx 2018-ci il tarixli müqavilədə nəzərdə tutulan öhdəliklər yerinə yetirilsin. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 205 ünvanında yerləşən sökülmüş qeyri-yaşayış sahəsinin (zirzəminin) yerində, 120 kv.mdən ibarət qeyri-yaşayış sahəsi təhvil verilsin. Həmin sahəyə dair mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı zəruri sənədlərin İddiaçı verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki,"Cavabdeh” MMC ilə onun arasında bağlanmış YZ-03/18 №-li, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən tikinti şirkəti söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətçiyə məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış ilə mülkiyyət hüquqlarını təsdiq edən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 205 ünvanında yerləşən ikimərtəbəli binanın zirzəmisindəki 58,9 kv.m olan qeyri-yaşayış sahəsini sökülmək üçün təhvil alıb, Tikinti şirkəti tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası başa çatdıqdan sonra sökülmüş qeyri-yaşayış sahəsinin (zirzəminin) yerində, 120 kv.m-dən ibarət qeyri yaşayış sahəsini (yarımzirzəmini) mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür.Bağlanmış müqavilə notarial qaydada təsdiqlənmişdir. YZ-03/18 №-li, xx xxxxxx 2018-ci il tarixli müqavilənin 1.4-cü bəndinə əsasən tikinti şirkəti inşa ediləcək çoxmənzilli binanın yarımzirzəmi hissəsində yerləşən 120 kv.m qeyri-yaşayış sahəsini mülkiyyətçiyə təmirsiz şəkildə təhvil verməyi öhdəsinə götütürür; 2.2.1-ci bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi (təməli) qoyulduqdan sonra işlərini 24 ay müddətinə başa çatdıraraq, müqavilə şərtlərinə əsasən qeyri-yaşayış sahəsini mülkiyyətçiyə təhvil verəcəkdir; 6.3 bəndinə əsasən bu müqavilə imzalandıqdan sonra özünün şərt və müddəalarına uyğun olaraq hər bir tərəfə münasibətdə həyata keçirilə bilən qanuni, etibarlı və məcburi öhdəliklərdənibarətdir. Lakin bu günə qədər Cavabdeh MTK tərəfindən YZ-03/18 №-li, xx xxxxxx 2018-ci il tarixli müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmiş, müqavilədə nəzərdə tutulan 120 kv.m qeyri-yaşayış sahəsi mənə təhvilerilməmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 120 kv.m qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olmasının rəsmiləşdirilməsi ilə bağlı müvafiq sənədlərin verilməsindən imtina olunmuşdur. Eyni zamanda bildirir ki, Cavabdeh MTK-nın təqdim etdiyi 27.01 2020-ci il tarixli məktubla məlum olmuşdur ki, ona çatası 120 kv.m sahənin guya 48.2 kv.m X2 verilmişdir. S.Rüstəmov tərəfindən həmin qeyri-yaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixli ********* nömrəli çıxarış alınmışdır. Qeyd olunan 48,2 kv.m qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olan 58,9 kv.m qeyri-yaşayış sahəsinə heç bir aidiyyatı yoxdur. Ona görə də həmin 48,2 kv.m qeyri-yaşayış sahəsinin kimin tərəfindən mləşdirilməsi və həmin sahəyə dair hər hansı müqavilənin bağlanması mənim maraqlarıma toxunmur. Belə ki, Cavabdeh MMC ilə onun arasında bağlanmış YZ-03/18 №-li, xx xxxxxx 2018-ci il tarixli müqavilənin 1-ci maddəsinin 1.1-ci bəndində qeyd olunmuşdur ki, onun mülkiyyətində olan 58,9 kv.m qeyri-yaşayış sahəsi İlmək üçün təhvil almır, sökülmüş qeyri-yaşayış sahəsinin yerində 120 kv.m qeyri-yaşayış sahəsi ona verilir. Göründüyü kimi müqavilədə hər hansı əlavə 48.2 kv.m qeyri-yaşayış sahəsindən söhbət getmir. Cavabdeh MTK ona məxsus yalnız və yalnız 58,9 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə 1 kv.m qeyri-yaşayış sahəsi verməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1-ci maddəsinin 1.3, 1.4-cü bəndlərində Cavabdeh MTK hətta ona məxsus qeyri-yaşayış sahəsi söküldükdən sonra hər ay 700 manat aylıq icarə xərcinin ona verilməsini və 120 kv.m qeyri-yaşayış sahəsinin təmirsiz şəkildə ona təhvil verilməsini də öz öhdəsinə götürmüşdür. Əgər həqiqətən o 61.1 kv.m qeyri-yaşayış sahəsinin də ona məxsus olmasına dair sənədlərin Cavabdeh MTK-ya təqdim edilməsinə söz vermişdimsə nəyə görə həmin sənədlər təqdim edilmədiyi halda MTK ona qarşı müqavilənin ləğvi və ya dəyişdirilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etməmiş, hal-hazıradək də aylıq icarə xərci olan 700 manat məbləğində pul vəsaitini ona verməkdə davam etmişdir. Eyni zamanda Cavabdeh MTK ona xx xxxxxx 2020-ci il tarixdə ünvanladığı 20 saylı məktubda guya xx xxxxx 2018-ci il tarixdə ona rəsmi məktubla müraciət edərək aralarındakı müqavilənin şərtlərinin dəyişdirilməli olmasını bildirdiyini qeyd etmişdir. Qətiyyətlə bildirir ki, həmin tarixdə MTK tərəfindən ona heç bildiriş göndərilməmiş, ümumiyyətlə nə rəsmi, nə qeyri-rəsmi, nə yazılı, nə şifahi olaraq ona müqavilənin şərtlərinin dəyişdirilməli olması barədə heç bir məlumat verilməmişdir. Bu barədə ona yalnız xx xxxxxx 2020-ci il tarixdə MTK tərəfindən ona göndərilmiş məktubu aldıqdan sonra məlum olmuşdur. Guya ona xx.xx.2018-ci il tarixdə ünvanlanmış bildirişdən görünür ki, 3 iş günü müddətində onunla MTK arasında qarşılıqlı razılıq əldə olunmayacağı təqdirdə MTK tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəkdir. Bir daha bildirir ki, hal-hazıradək ona qarşı heç bir iddia qaldırılmamışdır. Sonda iddiaçının nümayəndəsi (vəkili) iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM) 185-ci madəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Beləki, iş materiallarında olanİddiaçı Firudin oğlu ilə "Cavabdeh” MMC ilə arasında bağlanmış YZ-03/18 №-li, xx xxxxxx 2018-ci il tarixli müqaviləsindən görünür ki, tikinti şirkəti söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətçiyə məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış ilə mülkiyyət hüquqlarını təsdiq edən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 205 ünvanında yerləşən ikimərtəbəli binanın zirzəmisindəki 58,9 kv.m olan qeyri-yaşayış sahəsini sökülmək üçün təhvil alıb, Tikinti şirkəti tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası başa çatdıqdan sonra sökülmüş qeyri-yaşayış sahəsinin (zirzəminin) yerində, 120 kv.m-dən ibarət qeyri yaşayış sahəsini (yarımzirzəmini) mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür.Bağlanmış müqavilə notarial qaydada təsdiqlənmişdir. YZ-03/18 №-li, xx xxxxxx 2018-ci il tarixli müqavilənin 1.4-cü bəndinə əsasən tikinti şirkəti inşa ediləcək çoxmənzilli binanın yarımzirzəmi hissəsində yerləşən 120 kv.m qeyri-yaşayış sahəsini mülkiyyətçiyə təmirsiz şəkildə təhvil verməyi öhdəsinə götütürür; 2.2.1-ci bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi (təməli) qoyulduqdan sonra işlərini 24 ay müddətinə başa çatdıraraq, müqavilə şərtlərinə əsasən qeyri-yaşayış sahəsini mülkiyyətçiyə təhvil verəcəkdir; 6.3 bəndinə əsasən bu müqavilə imzalandıqdan sonra özünün şərt və müddəalarına uyğun olaraq hər bir tərəfə münasibətdə həyata keçirilə bilən qanuni, etibarlı və məcburi öhdəliklərdənibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, ünvan 2 ünvanı X1 xüsusi mülkiyyətidir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi hallar onun məhkəməyə təqdim etdiyi sənədlərlə ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, ünvan 2 ünvanı X1 xüsusi mülkiyyətidir. Ona görə də Cavabdeh ilə İddiaçı arasında bağlanmış YZ-03/18 №-li, xx xxxxxx 2018-ci il tarixli müqavilədə nəzərdə tutulan öhdəliklər yerinə yetirilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 205 ünvanında yerləşən sökülmüş qeyri-yaşayış sahəsinin (zirzəminin) yerində, 120 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi təhvil verilməsi, həmin sahəyə dair mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı zəruri sənədlərin İddiaçı verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulmasının təmin edilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə aşağıdakıları da qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdi. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarında qeyd olunur: «Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. MM-nin 178.8-ci maddəsinin məzmunundan göründüyü kimi, mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri---yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı, həmçinin Mülki Məcəllənin 157.1-ci maddəsində öz əksini tapmışdır. Bununla yanaşı, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 17.2-ci maddəsinə müvafiq olaraq tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. Həmin Qanunun 17.5-ci maddəsində isə göstərilmişdir ki, bu Qanunun 17.2-17.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir. Bu mənada «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 17.2-ci maddəsində nəzərdə tutulmuş qayda mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmiş mülkiyyətçinin mülkiyyət hüququnun tanınması tələbini gələcəkdə həyata keçirməsi üçün əlavə təminat kimi qəbul edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Mülki Məcəllənin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər». Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış YZ-03/18 №-li, xx xxxxxx 2018-ci il tarixli müqavilədə nəzərdə tutulan öhdəliklər yerinə yetirilsin. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 205 ünvanında yerləşən sökülmüş qeyri-yaşayış sahəsinin (zirzəminin) yerində, 120 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi təhvil verilsin. Həmin sahəyə dair mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı zəruri sənədlərin İddiaçı verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4146/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4146/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver