Məhkəmə qərarları › İş №2(006)-4147/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4147/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4147/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.12.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********02260 olan «Samsung Galaxy» markalı Tablet, «GOODRAM» markalı yaddaş kartı, «Philips» markalı saçqırxan, “HOFFMANN” markalı mini soba üçün 144 (bir yüz qırx dörd) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat dəbbə pulu, 19.07.2019-cu il tarixli müqaviləyə əsasən, «Anhel» markalı mebel əşyası üçün 988 (doqquz yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 225 (iki yüz iyirmi beş) manat dəbbə pulu, 19.07.2019-cu il tarixli müqaviləyə əsasən, 2 ədəd «Philips» markalı Epilyator üçün 162 (bir yüz altmış iki) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat dəbbə pulu, 21.07.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********64755 olan «Samsung Galaxy A20» markalı telefon, «Philips» markalı Fen Ütü, «SAMSUNG MİCROSD» markalı yaddaş kartı, 2 ədəd telefon aksesuarı, «Panasonic» markalı saçqırxan üçün 495 (dörd yüz doxsan beş) manat ödənilməmiş hissə, 148 (bir yüz qırx səkkiz) manat dəbbə pulu, 04.10.2019-cu il tarixli müqaviləyə əsasən, «Braun» markalı blender üçün 135 (bir yüz otuz beş) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat dəbbə pulu, 02.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********36805 olan «Samsung Galaxy A10» markalı telefon, 2 ədəd telefon aksesuarı üçün 181 (bir yüz səksən bir) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat dəbbə pulu olmaqla, ümumilikdə 2633 (iki min altı yüz otuz üç) manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 24.12.2018-ci il tarixli, 00434308 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 873 (səkkiz yüz yetmiş üç) manat (18 ay x 48 manat + 9 manat ilkin ödəniş) İMEİ Kodu **********02260 olan «Samsung Galaxy» markalı Tablet, «GOODRAM» yaddaş kartı, «Philips» markalı saçqırxan, “HOFFMANN” markalı mini soba üçün ümumilikdə, 187 (bir yüz səksən yeddi) manat olmaqla ondan, 144 (bir yüz qırx dörd) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat dəbbə pulu, 19.07.2019-cu il tarixli 00791601 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1800 (bir min səkkiz yüz) manat (24 ay x 75 manat + 0 manat ilkin ödəniş) «Anhel» markalı mebel əşyası üçün ümumilikdə, 1213 ( bir min iki yüz on üç) manat olmaqla ondan, 988 (doqquz yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 225 (iki yüz iyirmi beş) manat dəbbə pulu, 19.07.2019-cu il tarixli 00791575 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 396 (üç yüz doxsan altı) manat (18 ay x 22 manat + 0 manat ilkin ödəniş) 2 ədəd «Philips» markalı Epilyator üçün ümumilikdə, 208 (iki yüz səkkiz) manat olmaqla ondan, 162 (bir yüz altmış iki) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat dəbbə pulu, 21.07.2019-cu il tarixli 00795781 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 990 (doqquz yüz doxsan) manat (18 ay x 55 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********64755 olan «Samsung Galaxy A20» markalı telefon, «Philips» markalı Fen Ütü, «SAMSUNG MİCROSD» markalı yaddaş kartı, 2 ədəd telefon aksesuarı, «Panasonic» markalı saçqırxan üçün ümumilikdə, 643 (altı yüz qırx üç) manat olmaqla ondan, 495 (dörd yüz doxsan beş) manat ödənilməmiş hissə, 148 (bir yüz qırx səkkiz) manat dəbbə pulu, 04.10.2019-cu il tarixli 00957096 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 234 (iki yüz otuz dörd) manat (18 ay x 13 manat + 0 manat ilkin ödəniş) «Braun» markalı blender üçün ümumilikdə, 174 (bir yüz yetmiş dörd) manat olmaqla ondan, 135 (bir yüz otuz beş) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat dəbbə pulu, 02.02.2020-ci il tarixli 20075995 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 415 (dörd yüz on beş) manat (18 ay x 23 manat + 1 manat ilkin ödəniş) İMEİ Kodu **********36805 olan «Samsung Galaxy A10» markalı telefon, 2 ədəd telefon aksesuarı üçün ümumilikdə, 208 (iki yüz səkkiz) manat olmaqla ondan, 181 (bir yüz səksən bir) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat dəbbə pulu borcu yaranmış, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməmişdir. Cavabdehin cəmi ödədiyi məbləğ 2603 (iki min altı yüz üç) manat təşkil edir. İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 24.12.2018-ci il tarixli, 00434308 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 873 (səkkiz yüz yetmiş üç) manat təşkil edən, İMEİ Kodu **********02260 olan «Samsung Galaxy» markalı Tablet, «GOODRAM» yaddaş kartı, «Philips» markalı saçqırxan, “HOFFMANN” markalı mini soba üçün 9 (doqquz) manat ilkin ödənişlə, 18 (on səkkiz) ay müddətinə, hər ay 48 (qırx səkkiz) manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 19.07.2019-cu il tarixli, 00791601 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 1800 (bir min səkkiz yüz) manat təşkil edən, «Anhel» markalı mebel əşyası üçün 0 (sıfır) manat ilkin ödənişlə, 24 (iyirmi dörd) ay müddətinə, hər ay 75 (yetmiş beş) manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 19.07.2019-cu il tarixli, 00791575 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 396 (üç yüz doxsan altı) manat təşkil edən, 2 ədəd «Philips» markalı Epilyator üçün 0 (sıfır) manat ilkin ödənişlə, 18 (on səkkiz) ay müddətinə, hər ay 22 (iyirmi iki) manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 21.07.2019-cu il tarixli, 00795781 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 990 (doqquz yüz doxsan) manat təşkil edən, İMEİ Kodu **********64755 olan «Samsung GalaxyA20» markalı telefon, «Philips» markalı Fen Ütü, «SAMSUNG MİCROSD» markalı yaddaş kartı, 2 ədəd telefon aksesuarı, «Panasonic» markalı saçqırxan üçün 0 (sıfır) manat ilkin ödənişlə, 18 (on səkkiz) ay müddətinə, hər ay 55 (əlli beş) manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 04.10.2019-cu il tarixli, 00957096 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 234 (iki yüz otuz dörd) manat təşkil edən, «Braun» markalı blender üçün 0 (sıfır) manat ilkin ödənişlə, 18 (on səkkiz) ay müddətinə, hər ay 13 (on üç) manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 02.02.2020-ci il tarixli, 20075995 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 415 (dörd yüz on beş) manat təşkil edən, İMEİ Kodu **********36805 olan «Samsung Galaxy A10» markalı telefon, 2 ədəd telefon aksesuarı üçün 1 (bir) manat ilkin ödənişlə, 18 (on səkkiz) ay müddətinə, hər ay 23 (iyirmi üç) manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 27.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 24.12.2018-ci il tarixli, 19.07.2019-cu il tarixli, 21.07.2019-cu il tarixli, 04.10.2019-cu il tarixli və 02.02.2020-ci il tarixli müqavilələrə əsasən Cavabdeh iddiaçı "xxxx" MMC-yə ümumilikdə 2633 (iki min altı yüz otuz üç) manat borcu vardır. 16.09.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 22.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikası, Qafan şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. 28.04.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi, yəni iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin: 462.1-ci maddəsinə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamış və yüksək hesablanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, hər iki müqavilə üzrə iddiaçı tərəfindən hesablanmış dəbbə pulunun məbləği endirilməli, 24.12.2018-ci il tarixli, 00434308 saylı müqaviləyə əsasən 14 manat məbləğində, 19.07.2019-cu il tarixli, 00791601 saylı müqaviləyə əsasən 60 manat məbləğində, 19.07.2019-cu il tarixli, 00791575 saylı müqaviləyə əsasən 16 manat məbləğində, 21.07.2019-cu il tarixli, 00795781 saylı müqaviləyə əsasən isə 40 manat məbləğində, 04.10.2019-cu il tarixli, 00957096 saylı müqaviləyə əsasən isə 13 manat məbləğində, 02.02.2020-ci il tarixli, 20075995 saylı müqaviləyə əsasən isə 18 manat məbləğində müəyyən edilməli, həmin məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 24.12.2018-ci il tarixli, 00434308 saylı müqavilə üzrə İMEİ Kodu **********02260 olan «Samsung Galaxy» markalı Tablet, «GOODRAM» yaddaş kartı, «Philips» markalı saçqırxan, “HOFFMANN” markalı mini soba üçün 144 (bir yüz qırx dörd) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə, 19.07.2019-cu il tarixli 00791601 saylı müqavilə üzrə «Anhel» markalı mebel əşyası üçün 988 (doqquz yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə, 19.07.2019-cu il tarixli 00791575 saylı müqavilə üzrə 2 ədəd «Philips» markalı Epilyator üçün 162 (bir yüz altmış iki) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, 21.07.2019-cu il tarixli 00795781 saylı müqavilə üzrə İMEİ Kodu **********64755 olan «Samsung GalaxyA20» markalı telefon, «Philips» markalı Fen Ütü, «SAMSUNG MİCROSD» markalı yaddaş kartı, 2 ədəd telefon aksesuarı, «Panasonic» markalı saçqırxan üçün 495 (dörd yüz doxsan beş) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə, 04.10.2019-cu il tarixli 00957096 saylı müqavilə üzrə «Braun» markalı blender üçün 135 (bir yüz otuz beş) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə, 02.02.2020-ci il tarixli 20075995 saylı müqavilə üzrə «Samsung Galaxy A10» markalı telefon, 2 ədəd telefon aksesuarı üçün 181 (bir yüz səksən bir) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə olmaqla, ümumilikdə 2266 (iki min iki yüz altmış altı) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 24.12.2018-ci il tarixli, 00434308 saylı müqavilə üzrə İMEİ Kodu **********02260 olan «Samsung Galaxy» markalı Tablet, «GOODRAM» yaddaş kartı, «Philips» markalı saçqırxan, “HOFFMANN” markalı mini soba üçün 144 (bir yüz qırx dörd) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə, 19.07.2019-cu il tarixli 00791601 saylı müqavilə üzrə «Anhel» markalı mebel əşyası üçün 988 (doqquz yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə, 19.07.2019-cu il tarixli 00791575 saylı müqavilə üzrə 2 ədəd «Philips» markalı Epilyator üçün 162 (bir yüz altmış iki) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, 21.07.2019-cu il tarixli 00795781 saylı müqavilə üzrə İMEİ Kodu **********64755 olan «Samsung GalaxyA20» markalı telefon, «Philips» markalı Fen Ütü, «SAMSUNG MİCROSD» markalı yaddaş kartı, 2 ədəd telefon aksesuarı, «Panasonic» markalı saçqırxan üçün 495 (dörd yüz doxsan beş) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə, 04.10.2019-cu il tarixli 00957096 saylı müqavilə üzrə «Braun» markalı blender üçün 135 (bir yüz otuz beş) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə, 02.02.2020-ci il tarixli 20075995 saylı müqavilə üzrə «Samsung Galaxy A10» markalı telefon, 2 ədəd telefon aksesuarı üçün 181 (bir yüz səksən bir) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə olmaqla, ümumilikdə 2.266 (iki min iki yüz altmış altı) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar