Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-415/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.750 ABŞ dolları məbləğində pulun və gecikdirilən hər ilə görə borcun 10 faizi məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2017-ci ilin mart ayında tanış olmuşdur. Münasibətləri əsnasında cavabdeh ondan notarial qaydada kredit müqaviləsinə əsasən borc pul istəmişdir. O, cavabdehə borc pul verməyə razılaşmış və xx xxxx 2017-ci il tarixində Bakı şəhəri 32 saylı Notariat Kontoruna gedərək Kredit müqaviləsi bağlamış və cavabdehə 14.750 ABŞ dolları, yəni ABŞ dollarının məzənnəsi ilə 25.075 manat pul vəsaitini borc olaraq vermişdir. Həmin kredit müqaviləsi reyestrdə 3M-196 nömrəsi ilə qeyd edilmişdir. Borcun verilməsinə dair onunla cavabdeh arasında xx xxxx 2017-ci il tarixində bağlanmış Kredit müqaviləsi Bakı şəhər 32 saylı Notariat Kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edilmişdir. Həmin müqavilənin 1-ci bəndində göstərilir ki, “Borc verən” “Borc alan”a 14.750 ABŞ dolları, yəni ABŞ dollarının həmin günə olan məzənnəsi ilə 25.075 manat məbləğində pul borc verir. Həmin müqavilənin 2-ci bəndinə əsasən “Borc alan” krediti xx.xx.2017-ci il tarixinədək “Borc verən”ə qaytamağı öhdəsinə götürür. O, cavabdehin səmimiliyinə inanaraq xx xxxx 2017-ci il tarixində həmin pul vəsaitini borc olaraq cavabdehə vermişdir. Lakin uzun müddət keçməsinə, cavabdehin almış olduğu pulu qaytarmağa dair yazılı şəkildə müqavilə imzalamasına baxmayaraq bu günədək bir manat da olsun belə aldığı borcu qaytarmamışdır. O, həmin pulu cavabdehə ABŞ dolları ilə vermişdir və həmin valyuta ilə də tələb edir. Dəfələrlə cavabdehdən ona olan borcun qaytarılmasını xahiş və tələb etsə də, borcu qaytarmaqdan imtina edir. Göstərilən səbəbdən də ağır maddi vəziyyətə düşmüşdür. Baxmayaraq ki, cavabdeh ondan Kredit müqaviləsinə əsasən aldığı 14.750 ABŞ dolları məbləğində pul vəsaitini xx xxxx 2017-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür, müqavilədə göstərilən tarixdən 3 il müddət keçməsinə baxmayaraq cavabdeh həmin borcu ona qaytarmamışdır. Halbuki həmin pulu vaxtında alsaydı, özünün maddi ehtiyaclarını ödəyərdi və ağır duruma düşməzdi. Ona görə də cavabdeh kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliyi icra etmədiyi üçün və onu pulunu 3 ildir ki, ödəməkdən imtina etdiyi üçün cavabdeh həm də ona dəbbə pulu ödəməlidir. Dəbbə pulunun məbləğini hər il üçün ümumi borc məbləğinin 10 faizi miqdarında müəyyənləşdirir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehin etirazı əsassızdır. O, kredit müqaviləsinə əsasən 14.750 ABŞ dolları pulu Cavabdeh borc olaraq vermiş və həmin pulun evin dəyişdirilməsi ilə bağlı yaranan borca heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, həyat yoldaşı X3 ilə birlikdə 2017-ci ilin may ayında şəhərə yaxın yerdə geniş mənzil almaq niyyətləri olduğu üçün bir müddət soraqlaşıb İddiaçı ilə tanış olmuşdur. Sonuncu özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 3 saylı evin 40 saylı mənzilini satmaq və ya üzərində pul almaqla dəyişdirmək niyyətində olduğunu bildirmişdir. Danışıqlardan sonra İddiaçı məxsus mənzilin Bakı şəhəri, Nəsimi rayonunda yerləşən atası Cəlil Paşayevə məxsus mənzillə dəyişdirilməsinə razılaşmışlar. İlkin razılaşmaya görə Ədalətin mənzili 215.000 manat, atasının mənzilini isə 130.000 manat dəyərində qəbul etmiş, aradakı 85.000 manat pulun nağd qaydada ödəniləcəyi barədə sövdələşmişlər. Ədalətə məxsus mənzil həmin vaxt "Amrahbank"da ipotekada olduğundan iddiaçının xahişi ilə ilk növbədə xx.xx.2017-ci ildə 40.000 ABŞ dolları (67.480 manat) ödəməklə evi yüklülükdən azad etmiş, bir müddət sonra qalan 10.000 ABŞ dolları (17.520 manat) pulu ona vermişdir. Daha sonra isə Ədalətin həyat yoldaşı onlara verəcəkləri Nəsimi rayonunda yerləşən mənzili bəyənmədiyindən, razılaşmışlar ki, onlara həmin mənzilin yerinə özlərinə məxsus Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 8 saylı evin 10 nömrəli mənzilini versinlər. Həmçinin, həmin vaxt Ədalət dəyişdirəcəyi mənzilin üstündə əlavə olaraq 15.000 ABŞ dolları pul istəmişdir, həmin məbləği müqavilə bağlayandan sonra hissə-hissə ona verəcəyinə razılaşmışlar. Beləliklə, xx.xx.2017-ci ildə 3 saylı Bakı "ASAN xidmət" mərkəzindəki notariat kontorunda mənzillərin dəyişmə müqaviləsi bağlanmışdır. Həmin vaxt Ədalət "borcun içində" olduğunu, biraz pul verməyini xahiş etmiş, üstündə olan 250 ABŞ dollar pulu Ədalətə vermişdir. Ədalət həmçinin ona inandığını, lakin hər ehtimala qarşı ödəməyə söz verdiyi qalan 14.750 ABŞ dollarının notariat qaydasında rəsmiləşməsini istəmiş, o, buna etiraz etməyib 3 saylı ASAN xidmət mərkəzinin notariusundan borc müqaviləsini tərtib etməsini xahiş etsə də, notarius onlara bildirmişdir ki, bunun üçün gərək borc verən bank vasitəsi ilə həmin məbləği onun hesabına otuzdursun, formal olaraq belə müqavilənin bağlanması və təsdiqi onlara qadağan olunmuşdur. Buna görə də Bakı şəhəri 32 saylı Notariat kontoruna getmiş, orada pulun realda verilməsi tələb olunmadığından onunla Ədalətin arasında 14.750 ABŞ dolları məbləğində borc müqaviləsi bağlanmışdır. Qeyd olunan məbləği qısa müddət ərzində Ədalətə ödəmişdir. Dəyişmə müqaviləsi bağlandıqdan sonra, hər ikisi yeni aldıqları mənzillərə mülkiyyət hüquqlarını təsdiqləyən sənədləri (DƏDRX-nin çıxarışları) almışlar. Ədalət ondan xahiş etmişdir ki, mənzili boşaltmaq üçün ona 1 il vaxt versin, çünki uşağı evin yanındakı məktəbdə oxuyur, buna da öz razılığını vermişdir. Çox vaxt keçməmiş Ədalət başqa bir şəxsdən borc pul götürməklə onlardan yeni aldığı mənzili girova qoymuş, həmin borcu qaytara bilmədiyi üçün mənzil hərrac yolu ilə satılmışdır. Bir il keçəndən sonra Ədalətdən onlara məxsus mənzili boşaltmağı tələb etmiş, lakin Ədalət bundan imtina etmişdir. Məcbur olub Bakı şəhəri Səbail Rayon Məhkəməsində mənzilin boşaldılması ilə bağlı Ədalətə qarşı iddia qaldırmışdır. İşə məhkəmədə baxılarkən Ədalət ona qarşı pul tələbi ilə bağlı qarşılıqlı iddia vermiş, həmin iddia ərizəsində özü etiraf etmişdir ki, tərəfindən ona mənzilin dəyişdirməsi zamanı razılaşdırdıqları 65.000 ABŞ dolları ödənilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin olunaraq, Ədalətin və onun həyat yoldaşı Elzanın mənzildən çıxarılmaları və mənzilin bizə təhvil verilməsi, qarşılıqlı iddianın isə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə apelyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanmışdır. Ali Məhkəmə iş üzrə xx.xx.2020-ci ildə qərar çıxardıqdan dərhal sonra, xx xxxx 2020-ci ildə Ədalət ona qarşı hazırki iddianı qaldırmışdır. Sual yaranır ki, əgər kredit müqaviləsində göstərilmiş borc mənzillərin dəyişdirilməsi zamanı razılaşdırdıqları məbləğ deyilsə, nə üçün Ədalət müqavilə bağlandıqdan sonra təxmini 3 il gözləmiş, sonra onu məhkəməyə vermişdir, halbuki, borc müqaviləsində borcu bir ay müddətində ödəmək öhdəliyi göstərilmişdir. Həmçinin, təqdim etdiyi sübutlarla təsdiq olunur ki, mənzillərin dəyişdirməsi müqaviləsi bağlandıqdan sonra mənzilə görə Ədalətə pul borcu qalmışdır. Qeyd olunan müqavilə xx.xx.2020-ci ildə saat 13:23-də bağlanmışdır. Necə olur ki, onun Ədalətə borcu ola-ola elə həmin gün, müqavilə bağlanandan təxmini 3 saat sonra (kredit müqaviləsi həmin gün saat 16:49-da bağlanmışdır) Ədalət ona borca 14.750 ABŞ dolları pul versin?! Əlbəttə ki, Ədalət ona hər hansı məbləğdə pulu borc verməmiş, aralarında bağlanmış həmin müqavilə mənzilə görə olan borcun etirafıdır, həmin pul məbləğini də Ədalətin əvvəlki məhkəmələrdə etiraf etdiyi kimi ona çoxdan ödəmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı kredit borcunun mənzillərlə heç bir əlaqəsi olmadığını bildirir. Kredit müqaviləsi ilə dəyişdirmə müqaviləsi eyni tarixdə bağlanmışdır. Dəyişdirmə müqaviləsi Asan Xidmət mərkəzində bağlanmış, kredit müqaviləsini isə orada formal olaraq bağlaya bilmədikləri üçün kredit müqaviləsi də 32 saylı notariat kontorunda bağlanmışdır. Saat 13:23-də dəyişmə müqaviləsi, saat 16:49-da isə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə görə borc isə cavabdeh tərəfindən ödənilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx xxxx 2017-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “borc verən” “borc alan”a 14750 ABŞ dolları, yəni ABŞ dollarının məzənnəsi ilə 25.075 manat məbləğində pul borc verməyi, “borc alan” isə krediti xx.xx.2017-ci il tarixədək “borc verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3cü bəndinə görə tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər. İş materiallarında olan xx.xx.2017-ci il tarixli mədaxil orderinin surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 800 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx xxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh 14750 ABŞ dolları borc vermiş, borcalan xx.xx.2017-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürsə də, borcunun cəmi 800 ABŞ dolları hissəsini iddiaçıya qaytarmış, qalan borcu isə qaytarmamışdır. Məhkəmə iclasında borc alan Cavabdeh xx xxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə borc verən İddiaçı tərəfindən ona 14750 ABŞ dolları borc verilmədiyini, əslində onunla İddiaçı arasında mənzilləri dəyişmə müqaviləsindən irəli gələn hüquq münasibətləri olduğunu və o, aldığı mənzilin dəyərini tam olaraq İddiaçı ödədiyini bildirsə də, istinad etdiyi halları təsdiq edə biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 1712/2019 saylı qətnaməsinə istinad edərək, iddiaçıya qarşı hər hansı öhdəliyinin olmaması ilə bağlı gətirdiyi dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən məhkəmə qərarına əsasən müəyyən edilir ki, X3 (hazırki iş üzrə cavabdehin həyat yoldaşı) 65000 ABŞ dolları pul vəsaitini (40000 ABŞ dolları ödəməklə evi yüklülükdən azad etmiş, qalan 25000 ABŞ dollarını isə hissə-hissə ödəmişdir) İddiaçı ödəmiş və bununla da xx.xx.2017-ci il tarixli dəyişmə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmişdir. Məhkəmə isə cavabdehin istinad etdiyi dəyişmə müqaviləsi üzrə öhdəliklərin icra edilməsini iddiaçının istinad etdiyi kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi kimi qiymətləndirə bilməz. Məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia tələbində 14750 ABŞ dolları borcun geri qaytarılmasını tələb etsə də, iş materiallarında olan xx.xx.2017-ci il tarixli mədaxil orderinə əsasən cavabdeh tərəfindən iddiaçıya olan borcun 800 ABŞ dolları hissəsinin qaytarıldığı müəyyən edilir. İddiaçı ödənilən pulun cavabdehlə aralarında olan borc müqaviləsindən irəli gələn öhdəliklə əlaqədar olmadığını bildirsə də, bunu sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.2-ci maddəsinin tələbinə görə öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Beləliklə, məhkəmə hesab edir ki, 14750 ABŞ dolları borcdan cavabdeh tərəfindən borc üzrə ödənilən 800 ABŞ dolları pul çıxılmaqla, qalan 13950 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin gecikdirilən hər ilə görə borcun 10 faizi məbləğində pulun ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. İddiaçının pul vəsaitinin cavabdeh tərəfindən saxlanması işin mübahisəsiz halı kimi müəyyən edilsə də, iddiaçı həmin pul vəsaitnin saxlanması nəticəsində cavabdehin hansı məbləğdə gəlir, artım, bəhər yaxud sair maddi xeyir əldə etməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 13950 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh alınaraq İddiaçı verilməli, iddia digər hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 13950 (on üç min doqquz yüz əlli) ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh alınaraq İddiaçı verilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-415/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-415/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver