Məhkəmə qərarları › İş №2(006)-4158/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4158/2025

17.09.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4158/2025 17.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, O, ikinci qrup əlil kimi 393 manat pensiya alır. Azərbaycan Beynəlxalq Bankına olan 2000 (iki min) taksit kart krediti və 10 000 (on min) manat nağd kredit müqabilində hər ay 284 ( iki yüz səksən dörd) manat kredit borcumu ödəyir. 2024-cü ilin oktyabr ayında aldığı pensiyanın miqdarı 360 manat olduğu təqdirdə X1 filialına müraciət edərək həmin bankın məhsulu olan "Birbank Star" kartına sahib olmaq haqda müraciət edərək 300 (üç yüz) manatlıq kart sifariş etmişdir. Aylıq 360 manatlıq pensiya müqabilində maksimum nə qədər kredit ala biləcəyini soruşduqda ona 5980 (beş min doqquz yüz səksən) manatlıq kart təqdim olunmuşdur. Onun digər bankda olan 12 000 (on iki minlik) kreditim heç nəzərə alınmamışdır. Banklardan aldığı kreditlərin kartından oğurlayan şəxs haqda Sabunçu Rayonu 15 saylı Polis bölməsində istintaq tədqiqatı gedir. Kapital Bankın mənə verdiyi kart kreditini hər ayın sonuncu günü karta yerləşdirdikdə heç bir komissiya tutulmur. Ödəniş vaxtında edilmədiyi təqdirdə hər 500 (beş yüz) manata görə aylıq on manat ödənilməli olduğundan o, hər ay 120 (yüz iyirmi) manat cərimə ödəmişdir. Bu ilin aprel ayında onun telefonuna Kapita Bank tərəfindən göndərilən reklam tipli mesajda ona "Birbank Keşbek " taksit kartı təklif edilmişdir. Belə ki, sahib olduğu Star kartı ona 31 günlük möhlət verdiyi halda Birbank Keşbek kartinda bu möhlət müddəti 63 gün olduğundan bu təklifi qəbul etmişdir. Belə ki, hər ay cərimə kimi ödədiyi 120 manatlıq komissiyanı artıq iki aydan bir ödəmək onun üçün sərfəli olduğundan həmin kartı telefonla onlayn sifariş etmiş və dərhal həmin karta rəqəmsal formada sahib olmuşdur. Bank əməkdaşı ona Star kartla Keşbek kartlarının şərtlərinin eyni olduğunu yalnız güzəşt müddətinin fərqli olduğunu bildirərək ona yalnış məlumat verilmişdir. Ona təqdim olunan 6510 (altı min beş yüz on) manatlıq tasit kartının güzəşt müddəti bitdiyindən o, 400 (dörd yüz) manatlıq faiz borcu ödəsə də bir o qədər də borcu qalıb və bu borc hər gün altı manat artır. Bu minvalla o, bütün pensiyanı versə belə kreditinin yalnız faiz borcunu ödəmək iqtidarında olmayacaqdır. Əlilliyə görə konistitusiya ona sosial təminat hüququ verdiyindən dəfələrcə Kapital Banka müraciət edərək ona verilmiş Birbank Keşbek kartını əvvəllər sahib olduğu Star kartla dəyişdirilməsini xahiş və tələb etsə də bunun mümkün olmadığı bildirilmişdir. Odur ki, məhkəmədən onunla Kapital bank arasında bağlanmış BRCB3866741C299 nömrəli birbank kredit müqaviləsi etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin ilk hazırlıq iclasında tərəflərin izahatları əsasında İddiaçı iddia tələbinin iddia ərizəsində mübahisələndirdiyi müqavilə deyil, həmin müqavilə üzrə aparılan tutulmalarla bağlı olduğu müəyyən edilmişdir. İddiaçı iddia ərizəsinə əlavə təqdim etmiş, lakin həmin ərizə MPM-in 149-cu maddəsinin tələblərinə uyğun verilmədiyindən icraata qəbul edilməmişdir. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbinə uyğun olaraq, iddiaçıya iddia tələbini dəqiqləşdirməsi təklif olunmuş və bu məqsədlə məhkəmə iclası təxirə salınmışdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı yenidən iddia ərizəsinə əlavə təqdim etmişdir. Məhkəmə iddianı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2-ci maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. İş materiallarından görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş ərizə iddia ərizəsinin Məcəllə ilə müəyyənləşdirilmiş forma və məzmununa uyğun olmadan tərtib edilərək təqdim edilmişdir. Məhkəmənin hazırlıq iclaslarında göstərilən nöqsanın aradan qaldırılması təklif edilsə də, iddia ərizəsi yenidən eyni nöqsanla təqdim edilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində ümumi olaraq artıq tutulan məbləğin geri qaytarılmasını, faizin azaldılmasını tələb etmiş, lakin geri qaytarılmasını tələb etdiyi vəsaitin, habelə azaldılmasını xahiş etdiyi faiz məbləğini konkret olaraq göstərməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar