Məhkəmə qərarları › İş №2(006)-4186/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4186/2021

19.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4186/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi X14 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 13 saylı Notariat Kontoruna qarşı «məcburi paya görə şəhadətnamələrin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X22 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 13 saylı Notariat Kontoruna qarşı «məcburi paya görə şəhadətnamələrin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən X10 adına 30 oktyabr 2017-ci il tarixdə verilmiş, həmçinin Cavabdeh2 və Cavabdeh3 21 noyabr 2017-ci il tarixdə məcburi paya görə şəhadətnamələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində texniki səhvə yol verilərək, soyadının Məmmədov yazıldığını, soyadının əslində Məmmədli olduğunu bildirmiş və qeyd olunan halın nəzərə alınmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının və X10 adına verilmiş 06 avqust 1998-ci il tarixli və 08 yanvar 1999-cu il tarixli məcburi paya görə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr onun iddiası əsasında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16 oktyabr 2009-cu il tarixli 2(006)-2878/2009 saylı qətnaməsi ilə ləğv edilmişdir. Daha sonra Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən X10 adına 30 oktyabr 2017-ci il tarixdə, yenidən şəhadətnamə verilmiş, 10.06.2016-cı il tarixdə vəfat etmiş Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının 21.11.1999-cu il tarixdə vəfat etmiş oğlu X29 övladları Cavabdeh2 və Cavabdeh3 21 noyabr 2017-ci il tarixdə məcburi paya görə şəhadətnamə verilmişdir. Verilmiş şəhadətnamələr qanunun tələbləri pozularaq verildiyindən etibarsız hesab edilməlidir. Belə ki, X10 adına 06 avqust 1998-ci il tarixdə verilmiş şəhadətnamə məhkəmə qətnaməsi ilə ləğv edildikdən sonra eyni əsasla 2-ci dəfə şəhadətnamə verilməsi əsassızdır. Bundan əlavə, Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızına verilmiş 08 yanvar 1999-cu il tarixli şəhadətnamə məhkəmə qətnaməsi ilə ləğv edilməsi və onun vərəsəliklə bağlı heç bir hüququ olmadığı halda onun oğluna və nəvələrinə məcburi payla bağlı vərəsəlik şəhadətnaməsi verilərək qanunun tələbləri bir daha pozulmuşdur. O, verilmiş şəhadətnamələrin ləğv edilməsi ilə bağlı həm Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna, həm də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat-Notariat Baş İdarəsinə müraciət ünvanlamışdır. Lakin ünvan 1na etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat-Notariat Baş İdarəsi isə müraciətinə cavab verməmişdir. Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş vərəsəlik şəhadətnamələri əsasında cavabdehlər mübahisəli mənzilə dair artıq mülkiyyət hüququ da əldə etmişlər. Vərəsəlik şəhadətnamələrindən də göründüyü kimi, notarius vərəsəlik şəhadətnaməsi verərkən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə istinad etmişdir ki, bununla da həmin Məcəllənin 1194 və 1195-ci maddələrini nəzərə almayaraq sözügedən maddələrin tələblərini pozmuşdur. Belə ki, notarius vərəsəlik şəhadətnaməsi verərkən paylarrın miras əmlakına görə necə bölünməsini müəyyən etməmişdir. Bundan əlavə olaraq, notarius qanunçuluq prinsiplərini nəzərə almadan məhkəmə qətnaməsi ilə qanunsuz hesab edilərək ləğv edilmiş vərəsəlik hüquqlarını qanunsuz olaraq bərpa etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarının tənzimlədiyi hüquqi münasibətlərə səlahiyyəti olmadığı halda yenidən qiymət verilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi X23 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, hazırkı iş üzrə iddiaçı bundan öncə də, analoji iddia tələbi ilə Nəsimi rayon Məhkəməsinə dəfələrlə iddia ərizəsi ilə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsi tərəfindən bir dəfə 26.04.2018-ci il tarixdə, ikinci dəfə 02.08.2018-ci il tarixdə 2(006)- 4611/2018 saylı qərardadı ilə onun eyni tələbi üzrə iddiası əsassız olduğu üçün işin icraatına xitam verilmişdir. Həmçinin, hal-hazırda həmin ünvanda yerləşən əmlak sökülmüş və onun yerində yeni yaşayış binası inşa edilməkdədir. İddiaçı həmin binanı inşa edən şirkətdən də, Nərimanov rayon Məhkəməsinə şikayət etmiş və onun iddiası üzrə işə xitam verilmişdir. İddiaçı 1998-ci ildən bu günə qədər Nəsimi rayon Məhkəməsinə eyni iddia ərizəsi ilə hər il müraciət etmişdir və hər dəfə də əsassız olduğu üçün iş üzrə icraata xitam verilmişdir. Həmin qətnamə və qərardadların surətlərini təqdim edəcəklər. Ümumiyyətlə iddiaçı Aydın Məmmədov dəfələrlə bu kimi əsassız iddialarla müxtəlif vaxtlarda məhkəmə orqanlarına müraciət edərək, onun və məhkəmələrin lazımsız yerə vaxtlarını almış və hər dəfə də A.Məmmədovun iddiası əsassız olduğu üçün rədd edilmişdir. Bu səbəbdən də, hesab edir ki, iddiaçı Aydın Məmmədov tərəfindən yenidən analoji iddia ilə məhkəməyə müraciət etməsi qanunsuz olmaqla yanaşı məhkəmənin və onun vaxt itkisinə yönəldilmiş qərəzli hərəkət kimi qiymətləndirilməli və o, məhkəmə tərəfindən məsuliyyətə cəlb edilərək cərimə olunmalıdır. Nümayəndəsi olduğu şəxs təqaüdçü, yaşlı və xəstə qadındır. Onun hər dəfə məhkəməyə lazımsız yerə gəlməyə, nə də vəkil tutmağa imkanı yoxdur. Məhkəmədən iddiaçı X15 əsassız iddia verdiyi üçün məhkəmə tərəfindən cərimə edilməsi və hazırkı iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarılmasını, işə baxılması davam etdiriləcəyi təqdirdə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 13 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh2, cavabdeh Bakı şəhəri 13 saylı Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri, eləcə də 13 saylı Notariat Ofisinin təqdim etdiyi Abbasova (Məmmədova) Sara Ağamirzə qızının adına 31.10.2017-ci il tarixdə, Cavabdeh2 və Cavabdeh3 adına 21.11.2017-ci il tarixdə verilmiş «məcburi paya vərəsəlik hüququ haqqında» şəhadətnamələrin verilməsinə əsas olmuş notariat işinin əslində olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Nəsimi rayon məhkəməsinin 16.10.2009-cu il tarixli 2(006)-2878/2009 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilərək ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair ünvan 3dən Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının və X10 adına verilmiş 06 avqust 1998-ci il tarixli və 08 yanvar 1999-cu il tarixli qanun üzrə vərəsəliyin qəbul edilməsi barədə şəhadətnamələrin ləğv edilməsi, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış 04 fevral 1999-cu il tarixli hüquqi qeydiyyatın ləğv edilməsi qət edilmişdir. - 31.10.2017-ci il tarixli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 13 saylı dövlət notariat kontorunun böyük dövlət notariusu İradə Hüseynova Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən təsdiq edir ki, “01” iyun 1997-ci ildə vəfat etmiş Tükəzban Fətulla qızının əmlakının 18/540 hissəsinə ünvan 4 ünvanında qeydiyyatda olan qızı X24 vərəsədir. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Bakı Şəhər Ərazi İdarəsi tərəfindən, 129 nömrəli reyestr kitabının, 11792 nömrəli vərəqəsində, **********74-10301 reyestr nömrəsi ilə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, 14102017-ci il tarixdə verilmiş çıxarışa və elektron informasiya sistemi vasitəsi ilə, 31.10.2017-ci il tarixdə, ********** saylı əldə edilmiş daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi ev 56 mərhum Tükəzban Fətulla qızına məxsus 9/45 hissədən ibarətdir. Göstərilən miras əmlakın qalan 36/540 hissədən ibarət iki məcburi payına (Gülmirzə Ağamirzə oğluna veriləcək 18/540 hissə və X6 veriləcək 18/540 hissə) və 54/540 hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcək. - 31.10.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 13 saylı dövlət notariat kontorunun böyük dövlət notariusu İradə Hüseynova Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən təsdiq edir ki, 19 iyul 1998-ci ildə vəfat etmiş Gülmirzə Ağamirzə oğlunun vərəsəsi bacısı X16r o bu miras əmlakdan 6/540 hissə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: Vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş, Gülmirzə Ağamirzə oğlunun, 01 iyun 1997-ci ildə vəfat etmiş anası Tükəzban Fətulla qızına məxsus olmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət Hüquqlarının Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Bakı şəhər Ərazi İdarəsi tərəfindən, 129 nömrəli reyestr kitabının, 11792 nömrəli vərəqəsində, **********74-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, 14.10.2017-ci il tarixdə verilmiş çıxarışa və elektron informasiya sistemi vasitəsilə 31.10.2017-ci il tarixdə, ********** saylı əldə edilmiş daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışa əsasən, ünvan 5 ünvanında yerləşən fərdi-yaşayış evinin 18/540 hissəsindən ibarətdir. Göstərilən miras əmlakın qalan 12/540 hissəsindən ibarət (6/540, 6/540) iki payı açıq saxlanır. - 31.10.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 13 saylı dövlət notariat kontorunun böyük dövlət notariusu İradə Hüseynova Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, 19 iyul 1998-ci ildə vəfat etmiş, Gülmirzə Ağamirzə oğlunun vərəsəsi ünvan 4 ünvanında qeydiyyatda olan bacısı X16r və o, bu əmlakdan 3/45 hissə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət Hüquqlarının Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Bakı şəhər Ərazi İdarəsi tərəfindən, 129 nömrəli reyestr kitabının, 11792 nömrəli vərəqəsində, **********74-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, 14.10.2017-ci il tarixdə verilmiş çıxarışa və elektron informasiya sistemi vasitəsilə 31.10.2017-ci il tarixdə, ********** saylı əldə edilmiş daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışa əsasən, ünvan 5 mərhum X5 məxsus 9/45 hissədən ibarətdir. - 21.11.2017-ci il tarixli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 13 saylı dövlət notariat kontorunun böyük dövlət notariusu İradə Hüseynova Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən təsdiq edir ki, “01” iyun 1997-ci ildə vəfat etmiş Tükəzban Fətulla qızının əmlakının 18/540 hissəsinə ünvan 4 ünvanında qeydiyyatda olan, (10.06.2016-cı ildə vəfat etmiş qızı X4 21.11.1999cu ildə vəfat etmiş oğlu X29 övladları) Cavabdeh2 və Cavabdeh3 məcburi paya vərəsədirlər. Onlar bu miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Bakı Şəhər Ərazi İdarəsi tərəfindən, 129 nömrəli reyestr kitabının, 11792 nömrəli vərəqəsində, **********74-10301 reyestr nömrəsi ilə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, 14102017-ci il tarixdə verilmiş çıxarışa və elektron informasiya sistemi vasitəsi ilə, 31.10.2017-ci il tarixdə, ********** saylı əldə edilmiş daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi ev 56 mərhum Tükəzban Fətulla qızına məxsus 9/45 hissədən ibarətdir. Göstərilən miras əmlakın qalan 18/540 hissədən ibarət bir məcburi payına və 54/540 hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcək. - 13 saylı Notariat Ofisinin təqdim etdiyi Abbasova (Məmmədova) Sara Ağamirzə qızının adına 31.10.2017-ciil tarixdə, Cavabdeh2 və Cavabdeh3 adına 21.11.2017-ci il tarixdə verilmiş «məcburi paya vərəsəlik hüququ haqqında» şəhadətnamələrin verilməsinə əsas olmuş notariat işinin əslində olan 23.12.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən Bakı şəhəri, 13 saylı dövlət notariat kontorunda 18.10.1991-ci il tarixdə 2V-12/34-28 saylı reyestrlə qeydiyyata alınmış vəsiyyətnaməyə əsasən 01.06.1997-ci il tarixdə vəfat etmiş Tükəzban Fətulla qızının vəsiyyətnamədə göstərilən vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçıdur. O bu miras əmlakdan 54/540 hissə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət Hüquqlarının Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Bakı şəhər Ərazi İdarəsi tərəfindən 18.05.2012-ci il tarixdə verilmiş **********74 reyestr ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa və real vaxt rejimində 31.10.2017-ci il tarixdə elektron şəkildə əldə edilmiş ********** saylı arayışa əsasən verildiyi tarixədək üzərində məhdudiyyət və yüklülük qeydə alınmamış, paylı mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 113,3 kv.m olan fərdi yaşayış evinin mərhum Tükəzban Fətulla qızına məxsus olmuş 9/45 hissəsindən ibarətdir. - İddiaçı adına verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh2 (9\45 hissə 1 otaq, y\s 13,5 kv.m, k/s 8,3 kv.m) adına 04.11.2010-cu ildə, X17 (9\45 hissə 1 otaq, y\s 11,2 kv.m, k/s 10,4 kv.m) adına 18.05.2017-ci ildə, Cavabdeh1 (60/540 hissə) 06.11.2017-ci ildə, Cavabdeh3 (60/540 hissə) adına 29.11.2017-ci ildə, İddiaçı (9/45 hissə) 27.02.2021-ci ildə qeydiyyata alınmış, Tükəzban Fətulla qızının adına 60/540 hissə, X2 adına 36/450 hissə açıq qalır. - İddiaçı adına verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh2 (9\45 hissə 1 otaq, y\s 13,5 kv.m, k/s 8,3 kv.m) adına 04.11.2010-cu ildə, X17 (9\45 hissə 1 otaq, y\s 11,2 kv.m, k/s 10,4 kv.m) adına 18.05.2017-ci ildə, Cavabdeh1 (60/540 hissə) 06.11.2017-ci ildə, Cavabdeh3 ( 60/540 hissə) adına 29.11.2017-ci ildə, İddiaçı (17/45 hissə) 27.02.2021-ci ildə qeydiyyata alınmışdır. - Nəsimi Rayon Məhkəməsinin 02.08.2018-ci il tarixli qərardadından görünür ki, iddiaçı X15 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «qanun üzrə vərəsəlik hüququna dair» şəhadətnamənin və daşınmaz əmlakın hüquqi qeydiyyatının ləğv edilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işin icratına xitam verilməsi qərara alınmışdır. - Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2016-cı il tarixli 2(006)-6982/2016 saylı qətnaməsi ilə A.Məmmədovun iddiası təmin edilmiş, X33 ilə Tükəzban Fətulla qızının 1920-ci ilin sentyabr ayından faktiki nikahda olmaları faktının müəyyən edilməsi, ünvan 2ya dair Məmmədova (Abbasova) Sara Ağamirzə qızına 2\15 pay hüququ, Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızına 2\15 pay hüququ və X18 11\15 pay hüququnun müəyyən edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 03 may 2017-ci il tarixli 2(103)-2008/2017 saylı qərardadından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2016-cı il tarixli 2(006)- 6982/2016 saylı qətnaməsi ləğv edilərək iddiaçı Məmmədov (Məmmədli) Aydın Məmməd oğunun cavabdehlər Məmmədova (Abbasova) Sara Ağamirzə qızına qarşı faktiki nikahda olma faktının və miras payların müəyyən edilməsi tələbinə dair iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 avqust 2017-ci il tarixli 2(102)-5615/2017 saylı qərarı ilə Bakı Apellyassiya Məhkəməsinin 03 may 2017-ci il tarixli 2(103)-2008/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli 2(006)-1965\2018 saylı qətnaməsindən görünür ki, iddiaçı X19 cavabdehlər X13, Cavabdeh2, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı «müəyyən edilmiş paylar üzrə hüquq müəyyənedici sənədlərin (çıxarışın) ləğv olunması, nikahda olma faktının müəyyən olunması, pay hüququnun müəyyən edilməsi» tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli 2(006)-1965\2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli 2(102)-1624/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sadalanan məhkəmə aktlarının məzmunundan və hazırki işin araşdırılmış hallarından görünür ki, A.D.Qurbanov (Meliçnaya) küçəsi 56 saylı ev ilk dəfə tarixsiz olaraq X28 məxsus olmuş (qeydiyyatdan keçmiş) və o, 17 oktyabr 1938-ci il tarixdə vəfat etmiş, həmin əmlak ölümündən sonra onun adına qeydiyyata alınmışdır. X35 ilə Tükəzban Fətulla qızının faktiki nikahlarından Məmməd, Ağa Mirzə, Sara və Anaxanım adlı uşaqları doğulmuşdur. Oktyabr Rayon Məhkəməsinin 18.02.1949-cu il tarixli qətnaməsi ilə ev vərəsəlik qaydasında Tükəzban Fətulla qızının, X7, X3, X8 və X1 birgə mülkiyyətinə keçmiş və 17.03.1949-cu ildə qeydiyyat vəsiqəsi verilmişdir. 18 oktyabr 1991-ci il tarixli vəsiyyətnamə əsasında Bakı şəhəri A.D.Qurbanov küçəsi ev 56-da yaşayan Tükəzban Fətulla qızı öləcəyi gün ona məxsus mənzili bərabər şəkildə X9 və X18 vəsiyyət etmişdir. Tükəzban Fətulla qızı 01 iyun 1997-ci il tarixdə vəfat etmişdir. Abbasova (Məmmədova) Sara Ağamirzə qızı və Rəhimova (Məmmədova) Anaxanım Ağamirzə qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi mülkiyyət hesab edilən, Bakı şəhəri A.Qurbanov küçəsindəki 56 saylı evdən olan paylarının naturada bölünüb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Nəsimi Rayon Məhkəməsinin 28.08.1998-ci il tarixli qətnaməsi ilə iddiaçı Məmmədova (Abbasova) Sara Ağamirzə qızının və Rəhimova (Məmmədova) Anaxanım Ağamirzə qızının cavabdeh Məmmədov (Məmmədli) Aydın Məmməd oğluna qarşı iddiası təmin edilmiş, Bakı şəhəri A.Qurbanov küçəsi 56 nömrəli ev bölünərək, mülkiyyətçilər Məmmədova (Abbasova) Sara Ağamirzə qızına 11,2 m2 olan 1 nömrəli otağın və 10,4 m2 olan 12 nömrəli yardımçı sahənin, Rəhimova (Məmmədova) Anaxanım Ağamirzə qızına sahəsi 15 m2 olan 2 saylı otağın və 8,8 m2 olan 11 saylı yardımçı sahənin verilməsi, 2 və 3 saylı otaqların arasındakı arakəsmənin bərpa edilməsi, eyni zamanda cavabdeh X15 isə 2 nömrəli otaqdan köçürülməsi qət edilmişdir. Bakı Şəhər Məhkəməsinin 22.10.1998-ci il tarixli qərardadı ilə həmin qətnamə ləğv olunaraq işə yenidən baxılması üçün göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Sədrinin müavininin Ali Məhkəmənin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına nəzarət qaydasında verdiyi protest əsasında qəbul edilmiş 09.12.1998-ci il tarixli 3d-6/464 nömrəli qərardadı ilə Bakı Şəhər Məhkəməsinin 22.10.1998-ci il tarixli qərardadı ləğv edilmiş və Nəsimi Rayon Məhkəməsinin 28.08.1998-ci il tarixli 2-972 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Nəsimi Rayon Məhkəməsinin 16.10.2009-cu il tarixli 2(006)-2878/2009 saylı qətnaməsindən göründüyü kimi, mərhum Tükəzban Fətulla qızının ünvan 2 ünvanda yerləşən şəxsi mənzilini bərabər dərəcədə X11 və X18 notarial qaydada ünvan 3dən 18.10.1991-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnaməsi qüvvədə olduğu üçün qanunvericiliyin tələbinə görə miras mülkə dair qanun üzrə vərəsəlik yarana bilməzdi və ölmüş şəxsin əmlakı yalnız vəsiyyət üzrə vərəsələrə keçə bilərdi. İşin materiallarından görünür ki, 13 saylı dövlət notariat kontorunun böyük dövlət notariusu İradə Hüseynova tərəfindən 31.10.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159 və 1252-ci maddələrinə əsasən 19 iyul 1998-ci ildə vəfat etmiş Gülmirzə Ağamirzə oğlunun vərəsəsi bacısı X16r o Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi ev 56 mərhum X5 məxsus 9/45 hissə olan miras əmlakdan 3/45 hissə və 6/540 hissələrdə irs almalıdır. İddiaçı isə onun iddiası əsasında qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2009-cu il tarixli 2(006)-2878/2009 saylı qətnaməsinə istinad edərək Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən X10 adına 30 oktyabr 2017-ci il tarixdə, 10.06.2016-cı il tarixdə vəfat etmiş Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının 21.11.1999-cu il tarixdə vəfat etmiş oğlu X29 övladları Cavabdeh2 və Cavabdeh3 21 noyabr 2017-ci il tarixdə məcburi paya görə şəhadətnamələr verilməsinin qanuniliyini mübahisələndirir. İddia tələbinin əsasını isə X10 adına 06 avqust 1998-ci il tarixdə verilmiş şəhadətnamə məhkəmə qətnaməsi ilə ləğv edildikdən sonra eyni əsasla 2-ci dəfə şəhadətnamə verilməsinin əsassızlığı, Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızına verilmiş 08 yanvar 1999-cu il tarixli şəhadətnamə məhkəmə qətnaməsi ilə ləğv edilməsi və onun vərəsəliklə bağlı heç bir hüququ olmadığı halda onun oğluna və nəvələrinə məcburi payla bağlı vərəsəlik şəhadətnaməsi verilərək qanunun tələbləri bir daha pozulması təşkil edir. İddiaçı tələbinin maddi əsası kimi istinad etdiyi Azərbaycan Respublikasının 1194 və 1195-ci maddələrinin tələblərinin notarius tərəfindən pozulmasını göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin «Məcburi payı tələb etmək hüququnun əmələ gəldiyi an» adlanan 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin «Məcburi payın həcminin müəyyənləşdirilməsi» adlanan 1195-ci maddəsinə əsasən isə məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Məhkəmə iddiaçının notariusun vərəsəlik şəhadətnaməsi verərkən payların miras əmlakına görə necə bölünməsini müəyyən etməməsi, notariusun qanunçuluq prinsiplərini nəzərə almadan məhkəmə qətnaməsi ilə qanunsuz hesab edilərək ləğv edilmiş vərəsəlik hüquqlarını qanunsuz olaraq bərpa etməsi və qanuni qüvvəyə minmiş məhkəmə qərarının tənzimlədiyi hüquqi münasibətlərə səlahiyyəti olmadığı halda yenidən qiymət verilməsi kimi dəlillərini əsassız sayır. Belə ki, müəyyən edilmişdir ki, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən X10 adına 30 oktyabr 2017-ci il tarixdə və 10.06.2016-cı il tarixdə vəfat etmiş Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının 21.11.1999-cu il tarixdə vəfat etmiş oğlu X29 övladları Cavabdeh2 və Cavabdeh3 21 noyabr 2017-ci il tarixdə məcburi paya görə şəhadətnamələr, həmin Notariat Kontoru tərəfindən Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının və X10 adına verilmiş 06 avqust 1998-ci il tarixli və 08 yanvar 1999-cu il tarixli məcburi paya görə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2009-cu il tarixli 2(006)-2878/2009 saylı qətnaməsi ilə müəyyən edilmiş hallarla eyni əsaslarla təkrar verilməmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızına verilmiş 08 yanvar 1999-cu il tarixli şəhadətnamə məhkəmə qətnaməsi ilə ləğv edilməsinin onun vərəsəliklə bağlı heç bir hüququ olmaması kimi qiymətləndirilə bilməz. Belə ki, 10.06.2016-cı ildə vəfat etmiş X12 01 iyun 1997-ci ildə vəfat etmiş Tükəzban Fətulla qızının övladıdır. 21.11.1999-cu ildə vəfat etmiş X40 isə X4 övladıdır. Şəhadətnaməyə əsasən isə X29 övladları Cavabdeh2 və Cavabdeh3 məcburi paya vərəsədirlər. Mübahisələndirilən şəhadətnamələrin sonunda qeyd edilmişdir ki, göstərilən miras əmlakın qalan 18/540 hissədən ibarət bir məcburi payına və 54/540 hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcək. Həmçinin 36/540 hissədən ibarət iki məcburi paya (Gülmirzə Ağamirzə oğluna veriləcək 18/540 hissə və X6 veriləcək 18/540 hissə) və 54/540 hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. Mülki Məcəllənin “Mirasda məcburi pay anlayışı» adlanan 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məhkəmə hesab edir ki, mübahisələndirilən şəhadətnamələr verilərkən Mülki Məcəlləsinin 1193-cü maddəsinə istinad edilməklə həmin Məcəllənin 1194 və 1195-ci maddələrinin tələblərinin pozulması, eləcə də, vərəsəlik hüquqlarını qanunsuz olaraq bərpa edilməsi kimi hallara yol verilməmişdir. Mübahisələndirilən şəhadətnamələr Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinin tələbləri baxımından verilsə də, məhkəmə qeyd etməyi zəruri sayır ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2009-cu il tarixli 2(006)-2878/2009 saylı qətnaməsindən sonra qəbul edilmiş qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, vərəsəlik açılandan sonra eləcə də mirası faktik qəbul etmiş X32, X25, X27 vəfatından sonra mülkiyyət sənədində bir neçə dəfə dəyişiklik olunmuş, miras mülkə dair bir neçə dəfə müvafiq mülkiyyət hüququnu təsdiq edən sənədlər verilmiş, eləcə də məhkəmə qətnamələri ilə miras əmlak üzrə paylar müəyyən edilmişdir. İddiaçı isə müəyyən edilmiş paylar üzrə hüquq müəyyənedici sənədləri ləğv etdirmədən, həmin sənədlərin qanuniliyini mübahisələndirmədən, bölünmüş mülkə dair yeni bölgü tələbi irəli sürmüşdür. Halbuki, iddiaçının tələbi üzrə paylar ilkin variantdan yeni qaydada müəyyən edildiyi halda qüvvədə olan hüquq müəyyənedici sənədlərin taleyi müəyyən edilmir. İddiaçı tələbinin əsaslandırmaq üçün nənəsinin 1997-ci ildə imzaladığı vəsiyyətnaməni təqdim etsə də, həmin vəsiyyətnamə üzrə vərəsəliyin formal qəbulu üçün notariat orqanına müraciət etməmiş, habelə vərəsəliyin qəbulunun uzadılması ilə müraciət etməmiş, yaxud bu barədə müvafiq sübut təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən Bakı şəhəri, 13 saylı dövlət notariat kontorunda 18.10.1991-ci il tarixdə 2V-12/34-28 saylı reyestrlə qeydiyyata alınmış vəsiyyətnamə 13 saylı Notariat Ofisi tərəfindən 23.12.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəik hüququ haqqında şəhadətnamə verilməsi yolu ilə rəsmiləşdirilərək 01.06.1997-ci il tarixdə vəfat etmiş Tükəzban Fətulla qızının vəsiyyətnamədə göstərilən vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı paylı mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 113,3 kv.m olan fərdi yaşayış evinin mərhum Tükəzban Fətulla qızına məxsus olmuş 9,45 hissəsindən 54/540 hissədə pay verilmişdir. Beləliklə hazırki iş üzrə mübahisələndirilən şəhadətnamələrin vəsiyyət üzrə vərəsəliklə, yəni, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payın olması ilə bağlı verilməsini, eləcə də, Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda 18.10.1991-ci il tarixdə 2V-12/34-28 saylı reyestrlə qeydiyyata alınmış vəsiyyətnamə 13 saylı Notariat Ofisi tərəfindən 23.12.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi yolu ilə rəsmiləşdirilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı X10 adına 30 oktyabr 2017-ci il tarixdə, eləcə də, 10.06.2016-cı il tarixdə vəfat etmiş Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının 21.11.1999-cu il tarixdə vəfat etmiş oğlu X29 övladları Cavabdeh2 və Cavabdeh3 21 noyabr 2017-ci il tarixdə məcburi paya görə şəhadətnamələr verilməsi ilə onun həmin mübahisəli mülkdə olan mülkiyyət hüquqlarının hər hansı formada pozulmasını da əsaslandırmamış, iddia tələbinin əsası kimi istinad etdiyi hallara və mübahisələndirilən şəhadətnamələrinin verilməsi ilə onun subyektiv hüququnun pozulmasına dair mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 13 saylı Notariat Kontoruna qarşı «məcburi paya görə şəhadətnamələrin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 13 saylı Notariat Kontoruna qarşı «məcburi paya görə şəhadətnamələrin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar