Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4188/2020 30.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Ərizəçi, ərizəçinin vəkili X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməsi, hazırki qətnamə X1 üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında bildirdi ki, o doğulan gündən bu günədək ünvan 1 ünvanında anası X4 ilə birlikdə yaşayır. Anasının ondan başqa övladı yoxdur. Əvvəllər anasının hərəkətlərindəki qəribəliklərə o qədər də əhəmiyyət verməmiş olsa da illər ötdükcə ona məlum oldu ki, anası Xalidə Mikayılova orta dərəcəli kəmağıllılıq diaqnozu ilə psixi xəstə kimi qeydiyyatdadır və həmin xəstəliyə görə ona ömürlük birinci qrup əlillik verilmişdir. Anası həmin xəstəliklə bağlı əlil olduğuna görə ayda 250 manat pensiya alır. Yaşadığı mənzil anasının adına olduğuna görə və ümumiyyətlə evin böyüyü anası olduğuna görə bütün sənədləşmələr onun adınadır, onun psixi xəstə kimi qeydiyyatda olması onun öz adından heç bir əqdi bağlaya bilməməsi, sənədləri imzalamaq imkanı olmaması onu məcbur edir ki, anasının fəaliyyət qabiliyyəti olmayan hesab olunması üçün məhkəməyə müraciət etmişdir ki, anasına qəyyum təyin olunsun və ailə təsərrfatının idarəçiliyində onun əvəzinə zəruri olan hərəkətləri etməyə imkanı olsun. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəkili X7 ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxsin nümayəndəsinə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, AZ-T №104070 saylı doğğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və X4 xx.xx.1987-ci il tarixli Ərizəçi valideynləridir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1987-ci ildə 1069 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin №046636 saylı TSEK-də müayinə aktından çıxarışdan görünür ki, X4 birinci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 05 saylı şəhər Poliknikasının arayışından görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X4 orta dərəcəli kəmağıllıq imbesillik dərəcəsində İ qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X4 ümumi xəstəlik İ qrup əlilliyə görə müavinət alır. Müavinətin müddəti ömürlük, müavinətin məbləği 250 manatdır. İş materiallarında olan №110634 saylı vəsiqədən görünür ki, X6 birinci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2020ci il tarixli, 05/M-131-13 saylı məktubundan görünür ki, Müraciətinizdə qeyd olunan telefon nömrəniz vasitəsilə əlaqə saxlanılarkən övladınız Ərizəçi məlumat verdi ki, fəaliyyət qabiliyyəti olmayan sayılmağınıza dair vəkili vasitəsilə məhkəməyə iddia hazırlamış, müvafiq qətnamə əldə etdikdən sonra özünün Sizə qəyyum təyin olunması və mülkiyyətinizdə olan mənzili satmaq niyyətindədir. İzah edirik ki, Azərbaycan Respublikası MM-nin 36.2-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanının qabaqcadan iczəsini almadan qəyyum qəyyumluqda olanın əmlakının özgəninkiləşdirilməsinə dair əqdləri bağlaya bilməz. Ərizəçi telefon əlaqəsi zamanı qanunvericiliyin müvafiq müddəaları ətraflı izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində aparılan Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli 2141 saylı rəyindən görünür ki, X2 orta dəərcəli kəmağıllıq davranış pozuntuları ilə müəyyən edilir. Bunu anamnestik məlumatları, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri sübut edir. Bunları nəzərə alaraq belə nəticəyə gəlir ki, X4 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X4 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X1 onda müəyyən edilən orta dərəcəli kəmağıllıq davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir kiX4 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyillər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Beləliklə məhkəmə hesab edir ki, X1 öz hərəkətlərinin mənasını dərk etməməsi və onları şüurlu idarə etmək iqtidarına malik olmamaları halları təsdiq edildiyindən ərizə təmin edilməli, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilsin. Hazırki qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4188/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4188/2020
30.11.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver