Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4192/2021 07.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil Hətənəli oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Koorperativinə qarşı “müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi” iddia tələbinə dair mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Koorperativinə qarşı “müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən; - Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 2-ci blok (yaşayaşın 6-cı mərtəbəsində) yerləşən ümumi sahəsi 555 kv.metr təşkil edən; - Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən; - Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən; - Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən; - Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin Cavabdeh Mənzil Tikinti Koorperativi tərəfindən İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK İddiaçı ilə bağladığı 27.05.2013-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini, 12.06.2013-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 555 kv.metr təşkil edən yaşayış sahəsini, 12.12.2013-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini, 12.03.2014-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini, 12.10.2014cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyriyaşayış sahəsini, 20.12.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini İddiaçı təhvil verməyi, İddiaçı isə qeyri-yaşayış sahələrinin dəyərini Cavabdeh MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən müqavilələr üzrə öhdəliklərini icra edərək Cavabdeh MTK-ya əmlaklarını dəyərini tam şəkildə ödəmiş, Cavabdeh MTK isə qeyd edilən müqavilələr üzrə öhdəliklərini icra etməmiş, əmlakları İddiaçı hazırki vaxtadək təhvil verməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MTK (bundan sonra – MTK) məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş, MTK-nin rəhbəri Fərhad İbrahimov ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ilə Cavabdeh MTK ilə bağlanmış iddia ərizəsində qeyd edilən müqavilələr üzrə öhdəliklər İddiaçı tərəfindən tam icra edilsə də, MTK-nın maliyyə çətinliyinə görə bina tam inşa edilməmişdir. İşə MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını, qeyd edilənləri nəzərə alıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçını nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, cavabdehin nümayəndəsinin ərizəsini nəzərdən keçirib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan 27.05.2013-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh MTK Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini payçı İddiaçı təhvil verməyi, payçı İddiaçı isə qeyri-yaşayış sahəsinin dəyərini müəyyən edilmiş həcmdə və qaydada ödəyəyərək qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan 27.05.2013-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. Həmin qeyriyaşayış sahəsinin dəyəri 1.400000 (bir milyon dörd yüz min) manat payçı İddiaçı tərəfindən Cavabdeh» MTK-nın xəzinəsinə ödənilmiş, MKT-ya heç bir borcu yoxdur. Mülki işin materiallarında olan 12.06.2013-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh MTK Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 2-ci blok, 10-cu (yaşayışın 6-cı) mərtəbəsində yerləşən ümumi sahəsi 555 kv.metr təşkil edən mənzili payçı İddiaçı təhvil verməyi, payçı İddiaçı isə mənzilin dəyərini müəyyən edilmiş həcmdə və qaydada ödəyəyərək qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan 20.07.2013-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 2-ci blok, 10-cu (yaşayışın 6-cı) mərtəbəsində yerləşən ümumi sahəsi 555 kv.metr təşkil edən mənzilin dəyəri 660.000 (altı yüz altmış min) manat payçı İddiaçı tərəfindən Cavabdeh» MTK-nın xəzinəsinə ödənilmiş, MKT-ya heç bir borcu yoxdur. Mülki işin materiallarında olan 12.12.2013-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh MTK Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini payçı İddiaçı təhvil verməyi, payçı İddiaçı isə qeyri-yaşayış sahəsinin dəyərini müəyyən edilmiş həcmdə və qaydada ödəyəyərək qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan 12.12.2013-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. Həmin qeyriyaşayış sahəsinin dəyəri 800.000 (səkkiz yüz min) manat payçı İddiaçı tərəfindən Cavabdeh» MTK-nın xəzinəsinə ödənilmiş, MKT-ya heç bir borcu yoxdur. Mülki işin materiallarında olan 12.03.2014-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh MTK Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini payçı İddiaçı təhvil verməyi, payçı İddiaçı isə qeyri-yaşayış sahəsinin dəyərini müəyyən edilmiş həcmdə və qaydada ödəyəyərək qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan 12.03.2014-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. Həmin qeyriyaşayış sahəsinin dəyəri 700.000 (yeddi yüz min) manat payçı İddiaçı tərəfindən Cavabdeh» MTKnın xəzinəsinə ödənilmiş, MKT-ya heç bir borcu yoxdur. Mülki işin materiallarında olan 12.10.2014-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh MTK Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini payçı İddiaçı təhvil verməyi, payçı İddiaçı isə qeyri-yaşayış sahəsinin dəyərini müəyyən edilmiş həcmdə və qaydada ödəyəyərək qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan 12.10.2014-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. Həmin qeyriyaşayış sahəsinin dəyəri 600.000 (altı yüz min) manat payçı İddiaçı tərəfindən Cavabdeh» MTKnın xəzinəsinə ödənilmiş, MKT-ya heç bir borcu yoxdur. Mülki işin materiallarında olan 20.12.2017-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MTK Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini payçı İddiaçı təhvil verməyi, payçı İddiaçı isə qeyri-yaşayış sahəsinin dəyərini müəyyən edilmiş həcmdə və qaydada ödəyəyərək qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan 20.12.2017-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. Həmin qeyri-yaşayış sahəsinin dəyəri 1.000.000 (bir milyon) manat payçı İddiaçı tərəfindən Cavabdeh MTK-nın xəzinəsinə ödənilmiş, MKT-ya heç bir borcu yoxdur. Mülki işin materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 (otuz) manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasında qeyri-yaşayış sahələrinin alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqavilələrin şərtlərinə görə Cavabdeh MTK müqavilələrdə göstərilən ünvanda tikilmiş qeyri-yaşayış sahələrini payçı İddiaçı təhvil verməyi, payçı İddiaçı isə bunun müqabilində Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin: - 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinə görə ******* (bir milyon dörd yüz min) manat; - 2-ci blok, 10-cu (yaşayışın 6-cı) mərtəbəsində yerləşən ümumi sahəsi 555 kv.metr təşkil edən yaşayış sahəsinə görə 660000 (altı yüz altmış min) manat; - 4-cü blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinə görə 800000 (səkkiz yüz min) manat; - 4-cü blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinə görə 700000 (yeddi yüz min) manat; - 4-cü blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinə görə 600000 (altı yüz min) manat; - 4-cü blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinə görə ******* (bir milyon) manat məbləğində pulu MTK-ya ödəməyi öz üzərilərinə götürmüşlər. Payçı İddiaçı qeyd edilən müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirərək müqavilələr ilə şərtləndirilmiş pul məbləğini MTK-ya ödəməsinə baxmayaraq, MTK isə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, müqavilələrdə göstərilən mənzilləri iddiaçıya təhvil verməməklə müqavilələrin şərtlərini pozmuşdur. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425.2-ci maddəsi). Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən мənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 27.05.2013-cü il tarixli müqavilə üzrə Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin, 12.06.2013-cü il tarixli müqavilə üzrə Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 2-ci blok, 10-cu (yaşayışın 6-cı) mərtəbəsində yerləşən ümumi sahəsi 555 kv.metr təşkil edən yaşayış sahəsinin, 12.12.2013-cü il tarixli müqavilə üzrə Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin, 12.03.2014cü il tarixli müqavilə üzrə Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin, 12.10.2014-cü il tarixli müqavilə üzrə Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin, 20.12.2017-ci il tarixli müqavilə üzrə Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh Mənzil Tikinti Koorperativinin üzərinə qoyulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Cavabdeh Mənzil Tikinti Koorperativindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. - 27.05.2013-cü il tarixli müqavilə üzrə Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin; - 12.06.2013-cü il tarixli müqavilə üzrə Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 2-ci blok, 10-cu (yaşayışın 6-cı) mərtəbəsində yerləşən ümumi sahəsi 555 kv.metr təşkil edən yaşayış sahəsinin; mənzilinin - 12.12.2013-cü il tarixli müqavilə üzrə Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin; - 12.03.2014-cü il tarixli müqavilə üzrə Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin; - 12.10.2014-cü il tarixli müqavilə üzrə Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin; - 20.12.2017-ci il tarixli müqavilə üzrə Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh Mənzil Tikinti Koorperativinin üzərinə qoyulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh Mənzil Tikinti Koorperativindən alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-4192/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4192/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver