Məhkəmə qərarları › İş №2(006)-4194/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4194/2025

18.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4194/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Fərəcova Gülşən Sabit qızı, Ərizəçi 27.*9.194*-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi 27.*9.194*-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, “Elektron Məhkəmə” informasiya sistemində şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, 27.*9.194*-cı il təvəllüdlü X1 yaşayış yeri ünvan 1 ünvanıdır.Həmcinin, ərizəçi, Ərizəçi tərəfindən təqdim olunan *3.*7.2*25-ci il tarixli ərizədə də X2 ilə birgə ünvan 1 ünvanında yaşadıqları qeyd olunmuşdur. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Ərizəçi ərizəsində 27.*9.194*-cı il təvəllüdlü X1 Bakı şəhər Nəsimi rayonu ərazisində yerləşən psixiatriya (psixonevroloji) müəssisəsinə yerləşdirilməsi ilə bağlı fikir bildirməyib və eyni zamanda 27.*9.194*-cı il təvəllüdlü X1 psixiatriya (psixonevroloji) müəssisəsinə yerləşdirilməsi və orada müalicə alması ilə bağlı iddia ərizəsinə sənəd əlavə etməyib. Ərizəçi 27.*9.194*-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə daha əvvəl yəni, *3.*7.2*25-ci il tarixdə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə etdiyini xüsusi icraat qaydasındakı müraciətinə baxılmış və № 2(**6)- 4*26/2*25 saylı *7.*7.2*25-ci il tarixli qərardad qəbul edilərək məlumat üçün ərizəçiyə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin № 2(**6)-4*26/2*25 saylı *7.*7.2*25-ci il tarixli qərardad ilə ərizəçiyə Azərbaycan Respublikası MPM-in 317.3-cü maddəsini tələbləri izah olunmuşdur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasinin Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli vəsiqə. 3) Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar; 4) Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Odur ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə qeyd edir ki, ərizəçinin 15.*7.2*25-ci il tarixli ərizəsinə əlavə etdiyi dövlət rüsumunun ödənilməsi barədə qəbzi daha əvvəl, *3.*7.2*25-ci il tarixdə məhkəməyə ünvanladığı ərizəyə əlavə etdiyi qəbzlə eynidir(hər ikisinin nömrəsi **********). Qeyd olunan qəbzdə göstərilən rüsumun isə Nəsimi Rayon Məhkəməsinin № 2(**6)-4*26/2*25 saylı *7.*7.2*25-ci il tarixli qərardadında geri qaytarılması nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi 27.*9.194*-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi 27.*9.194*-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülşən Fərəcova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar