Məhkəmə qərarları › İş №2(006)-4240/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4240/2025

21.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4240/2025 21.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.

Əsaslandırıcı hissə:

3. Belə ki, iddiaçı fərdi yaşayış evinə dair quraşdırılmış A511491586M2 nömrəli elektrik sayğacı üzrə **********600096 nömrəli abunə koduna dair tərtib edilmiş aktın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.

4. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktlar abonentlə bağlı hər hansı yeni hüquqi status yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun tərtib edilməsi nəticəsində abonentin hər hansı hüququnun pozulması nəticəsinə gəlmək düzgün deyil. Belə olan halda isə aktların özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Həmin aktlar müvafiq əlavə sərfiyyatın hesablanmasının qanuni olub-olmaması baxımından sübut kimi qiymətləndirilə bilər.

5. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, müvafiq aktın ləğv edilməsi barədə iddia tələbinə müstəqil qaydada məhkəmədə baxıla bilməz. Buna görə də iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 153.2.1-ci maddə. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.6-cı maddə. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.

7. Qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASCnin əməkdaşları tərəfindən sayğaca qanunsuz müdaxilə edilməsi barədə tərtib edilmiş akt abonent üçün hər hansı yeni hüquqi status yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə, başqa sözlə, həmin akt iddiaçı üçün hüquqmüəyyənedici sənəd olmadığı üçün hazırkı iddia tələbinə məhkəmədə baxıla bilməz. Buna görə də iddianın yolverilməzliyinə görə hazırkı iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir.

Nəticə:

8. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM:

İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın ləğv edilməsi» tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar