Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4249/2020 08.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı «aktın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqdi rayonu, Rəsulzadə qəsəbəsi, 10-cu sirada yerləşən 55 saylı fərdi yaşayış evində yaşayır. Qeyd olunan fərdi yaşayış evi onun mülkiyyətindədir. Mənzilin kommunal xərcləri, xüsusilə də elektrik xərcləri onun tərəfindən hər zaman vaxtı-vaxtında ödənilir. xx.xx.2020-ci il tarixdə o, Quba rayonunda olarkən cavabdeh «xxxxxxxx» ASC-nin əməkdaşları tərəfindən 019634 saylı akt tərtib edilmiş və 2227 kilovat enerji sərfiyyatının kompyuter bazasına daxil olunmadığı aşkar edilməsi qeyd edilib. Həmçinin xx.xx.2020-ci il tarixli 019634 saylı aktda qeyd edilib ki, guya yuxarıda qeyd etdiyi mənzilə aid **********00055 abunə kodu işıq sayğacının alt örtük qapağının möhürü qırılmış, sayğaca giriş faza xəttinin çıxışa birbaşa qoşulması aşkar edilmişdir. Yəni sayğaca müdaxilə olunmuşdur. xx.xx.2020-ci il tarixli 019634 saylı akt tamamilə əsassızdır və qanunsuz oluduğundan etibarsız hesab edilməlidir, çünki sayğaca hər hansı bir müdaxilə onun tərəfindən edilməmişdir və bunu əks etdirən hər hansı bir foto və ya video görüntü yoxudur. Bundan başqa o, hal-hazırda səhhəti ilə əlaqədar olaraq Quba rayonunun Xucbala kəndində yaşayır. Əgər həmin sayğaca hər hansı müdaxilə edilibsə də, o, buna cavabdehlik daşımamalıdır, çünki sayğac mənzildə deyil, çöldə yerləşir. Hər kəs üçün nəzərdə tutulan ümumi istifadədə olan yerdə quraşdırılmışdır. Ona pislik etmək niyyəti olan və ya pislik etmək istəyən istənilən şəxs sayğacına rahat şəkildə müdaxilə edə bilər. Bundan əlavə, cavabdeh təşkilatın işçiləri tərəfindən hər ay onun yaşadığı ünvandakı elektrik sayğacı yoxlanılmış və orada heç bir qüsur aşkar edilməmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli 019634 saylı akt qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edilmişdir. Həmin aktda göstərildiyi kimi aktı «xxxxxxxx» ASC-nin əməkdaşları tərtib edərək imzalamışlar. Halbuki, qanunvericiliyin tələblərinə görə akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və 2 nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Aktdan göründüyü kimi onu nəinki 2 nəfər, hətta 1 nəfər belə hal şahidi imzalamamışdır. Bundan başqa həmin akt ümumiyyətlə ondan xəbərsiz, iştirakı təmin edilmədən tərtib olunmuşdur ki, o, bir məişət abonenti kimi izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququndan da məhrum olunmuşdur. «xxxxxxxx» ASC-yə aktın etibarsızlığı və borcun əsassız hesablanması ilə bağlı müraciətlər etsə də, müraciətlər cavabsız qalmış, cavabdehin nümayəndələri isə dəfələrlə gəlib işığımı kəsəcəkləri ilə hədələmişlər. Göstərilənlərə əsasən «xxxxxxxx» ASC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 019634 saylı aktın etibrasız hesab olunması, qanunsuz olaraq işıq sərfinə görə hesablanmış 232,64 manat borcun və akta əsasən hesablanmış cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə qabaqcadan məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Eyni zamanda, işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə işə iddiaçı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş FM seriyalı, 013824 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 10, ev 55 İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan İddiaçı adına olan cavabdeh təşkilat tərəfindən verilmiş **********00055 saylı kod üzrə abunə haqqında arayışdan görünür ki, abonentin sayğac oxunmasına görə 336, 04 manat borcu mövcuddur. Həmin arayışda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixli akt əsasında abonentin hesabına 443,74 manat borc hesablanmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, NDM 019634 saylı aktın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı yaşadığı ünvanda sayğac çöl divarda yerləşir, sayğaca kənar müdaxilə edilmiş və kənar xətt çəkilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6cıbəndinəəsasənenerjitəchizatı müəssisəsiiləistehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılmasıüçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğaclarıilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir vəistismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. HəminQaydaların8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd olunan Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İş materiallarından göründüyü kimi, istehlakçının adına tərtib edilmiş NDM 019634 saylı akt üzrə ümumilikdə 443,70 manat borc hesablanmışdır. İddiaçı bu borcun bir hissəsinin, 232,64 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş NDM 019634 saylı akt onu göstərir ki, istehlakçının adına olan sayğac evdən kənarda, çöl divarda quraşdırılmışdır və sayğacdan kənar xətlərin çəkilməsi cavabdehin nümayəndələri tərəfindən (istehlakçının və ya onun nümayəndəsinin iştirakı olmadan) təsdiq edilmişdir. Hazırki halda sayğaca kənar xətlərin məhz istehlakçı tərəfindən çəkildiyi «xxxxxxxx» ASC tərəfindən sübuta yetirilməmişdir. Belə olan halda, akt əsasında hesablanmış məbləğlər istehlakçıdan tələb edilə bilməz. AzərbaycanRespublikasıMPM-in 77.2-cimaddəsinəəsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə,məhkəməişüzrətoplanmışsübutlaraməcmuşəkildəhüquqiqiymətverərəkhes abedirki, iddia təmin edilməli, cavabdeh «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, NDM 019634 saylı akt etibarsız hesab edilməklə həmin akt əsasında hesablanmış 232,64 (iki yüz otuz iki manat, altmış dörd qəpik) manat məbləğində borc İddiaçı məxsus **********00055 saylı abunə hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, NDM 019634 saylı akt etibarsız hesab edilməklə həmin akt əsasında hesablanmış 232,64 (iki yüz otuz iki manat, altmış dörd qəpik) manat məbləğində borc İddiaçı məxsus **********00055 saylı abunə hesabından silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4249/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4249/2020
08.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver