Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4275/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən **********T002V nömrəli kod üzrə tətbiq edilmiş 880 (səkkiz yüz səksən) manat 92 (doxsan iki) qəpik manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, yaşadığı mənzilə quraşdırılmış **********T002V nömrəli kod üzrə elektrik sayğacında yaranmış nasazlıqla bağlı xx.xx.2022-ci il tarixdə həmin əraziyə "xxxx" ASC-nin məsul şəxsinin (kuratorun) mobil nömrəsinə zəng vuraraq məlumat verdi. "xxxx" ASC-nin nümayəndəsi ünvanlarına gələrək sayğaca baxış keçirdikdən sonra bildirdi ki, sayğacda nasazlıq var, bazar günü olduğu üçün hazırda yaranmış nasazlığı aradan qaldıra bilməyəcəkdir. Bu səbəbdən müvəqqəti olaraq bir günlük sayğacdan kənar elektrik enerjisindən istifadə etsinlər. O, elə onun yanında tanıdığı bir nəfər elektrikə zəng vuraraq çağırdı, bir günlük elektrik enerjisini sayğacdan kənar quraşdırmasını xahiş etdi. Səhərisi gün "xxxx" ASC-nin nümayəndəsi ünvana gələrək sayğacda kənar xətt olduğunu dedi və o, elektrik sayğacının xarab olduğu üçün kuratorun bir günlük belə qoşdurduğunu dedi, o da kuratorla danışacağını, əgər belədirsə, sayğacı yenisi ilə əvəzləyərək yaranmış problemi həll edəcəklərini, cərimə yazılmayacağını dedi. Sabahsı gün "xxxx" ASC-nin nümayəndələri gəlib sayğacı dəyişib getdilər. Bundan bir müddət sonra internet vasitəsi ilə işlətdikləri elektrik enerjisinin borcunu ödəmək istəyərkən ona məlum oldu ki, bir günlük elektrik sayğacından kənar elektrik enerjisindən istifadə etdikləri üçün 7092 kVts (880,92 manat) cərimə tətbiq ediblər. Hesab edir ki, cavabdehlərin hərəkətləri əsassız olmaqla yanaşı, həm də qanunsuzdur. Belə ki, elektrik enerjisindən istifadə etdiklərinə görə hər ay vaxtı-vaxtında ödənişlərini həyata keçirmişlər. Sayğacda yaranmış nasazlığa da onların hər hansı bir aidiyyətləri yoxdur. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, ilk baxış aprel ayında keçirilmişdir. Sayğac evin həyətində, giriş qapısının yanında yerləşir. Baxış keçirilən zaman görmüşlər ki, birbaşa qoşulma var və onu aktlaşdırmışlar. Onu kənar şəxs də edə bilər. Qutunu açıb müdaxilə etmək olur. Qutunu açandan sonra görmüşlər ki, sayğac tam kənarlaşdırılmışdır. Həmin zaman sayğaca baxışla əlaqədar video görüntülər çəkilmiş və bununla bağlı disk də vardır. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, o da həmin ünvanda yaşayır. Gəlib videoya çəkmiş və demişlər kənar xətlər vardır. Sayğac xarab olmuşdur. Sonradan kartdan ödəniş etmək istədikləri vaxt xəbərləri olmuşdur ki, əlavə olaraq 880 manat məbləğində cərimə yazılmışdır. Atasının səhhəti ilə əlaqədar özü bir neçə dəfə məsələ ilə bağlı aidiyyəti yerlərə müraciət etsə də, bir nəticə əldə edə bilməmişdir. Axırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26 aprel 2022-ci il tarixli, 01 99 /H-294/3345 №-li X3 ünvanlanmış müraciətin aşardırılmasına dair cavab məktubundan görünür ki, **********0T002V nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixində Satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılarkən, fərdi yaşayış evinə məxsus elektrik sayğacındakı kənar xətt (sayğac dövrədən kənarlaşdırılmışdır. Belə ki, sayğacı qidalandıran sipp sayğacın giriş yuvasından çıxarılmış və birbaşa sayğacın quraşdırılmış ayrıcıya verilmişdir. Bu səbəbdən sayğac dövrədən keçən yükü qeyd etmir) səbəbilə NDM 028566 nömrəli akt tərtib edilmiş və itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 7092 kVts (880,92 manat) dəyərində ödəniş sənədi hesablanılmışdır. Aktda qeyd edilən qüsur Sayğac quraşdırma və uçota nəzarət idarəsinin xx.xx.2022-ci il tarixli 072280 nömrəli yoxlama protokolu ilə təsdiqlənmişdir. Abunə haqqında bildiriş vərəqinin təhlili də təsdiq edir ki, akta görə təqdim edilmiş ödəniş sənədi, tarif fərqi nəzərə alınmaqla, “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq aparılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilən 028566 №-li sənəddən görünür ki, EEİQ uyğun fərdi yaşayış evinə məxsus elektrik sayğacına baxış keçirən zaman məlum oldu ki, sipp xətti sayğacın giriş yuvasından çıxarılmış və birbaşa sayğacın çıxışında quraşdırılmış, ayrıcıya verilmişdir. Bu səbəbdən sayğac dövrədən keçən yükü qeyd etmir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilən 072280 №-li Protokola əsasən, 028566 №-li akta əsasən, sayğac dəyişdirilmişdir. Səbəb kimi sayğacın ekranının oxunmaması qeyd edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2022-ci il tarixli sənəddən görünür ki, baxış keçirilən zaman məlum olmuşdur ki, sayğac dövrədən kənarlaşdırılmışdır. Belə ki, sayğacı qidalandıran sipp xətti sayğacın giriş yuvasından çıxarılmış və birbaşa sayğacın çıxışında quraşdırılmış ayrıcıya (avtomata) verilmişdir. Bu səbəbdən sayğac dövrədən keçən yükü qeyd etmir ((2kvt x 24 saat x 0.7 x 30 gün x 9 ay)- 1980 kvts=7092 kvts Tarif (0,11 man)-2052 kvts x 0.11 man=225.70 manat Tarif (0,13 man)-5040 kvts x 0.13 man= 655.0 manat Cəmi = 881.0 manat). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qaydaların 8.32-ci bəndinin 2-ci hissəsinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəzıyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı yaşadığı mənzilə quraşdırılmış **********T002V nömrəli kod üzrə elektrik sayğacında yaranmış nasazlıqla bağlı xx.xx.2022-ci il tarixdə həmin əraziyə "xxxx" ASC-nin kuratoru məlumat verdi. "xxxx" ASC-nin nümayəndəsi ünvana gələrək, sayğacda nasazlıq olduğu müəyyən etdi. Bu səbəbdən müvəqqəti olaraq bir günlük sayğacdan kənar elektrik enerjisindən istifadə olundu. Sonradan "xxxx" ASC-nin nümayəndəsi ünvana gələrək sayğacda kənar xətt olduğunu bildirdi. Daha sonra sayğacı yenisi ilə əvəz edilib və 7092 kVts (880,92 manat) cərimə tətbiq edilib. Məhkəmə iddia tələbinin akta əsasən yazılmış borcun silinməsi hissəsi ilə əlaqədar qeyd edir ki, "xxxx" ASC-nin 028566 saylı, 11 aprel 2022-ci il tarixli **********T002V saylı Abunə koduna yazılmış akt əsassızdır və ona görə İddiaçı tərtib edilmiş cərimə silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yainız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kırni istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən **********T002V nömrəli kod üzrə tətbiq edilmiş 880 (səkkiz yüz səksən) manat 92 (doxsan iki) qəpik borc əsassız hesab edilərək silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən **********T002V nömrəli kod üzrə tətbiq edilmiş 880 (səkkiz yüz səksən) manat 92 (doxsan iki) qəpik borc əsassız hesab edilərək silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4275/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4275/2022
25.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver