Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-428/2022 28.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi hal-hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. X1 ünvan 2 ünvanında qeydiyyatda olmaqla onunla birlikdə yaşayır. X1 05.12.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Anadan olanda, doğuş vaxtı zədə aldığına görə kəllə- daxili təzyiqlə doğulmuşdur. Uşaq vaxtı tez-tez xəstələnirdi və onun müalicəsi və təminatı ilə anası məşğul olurdu. Xəstəliyi səbəbindən də bacısı ailə həyatı qurmamışdır. 2-ci qrup əlildir. Bacısı anası vəfat edənə qədər anasının himayəsində yaşayırdı və onun bütün qayğılarını anası çəkirdi. Anası 17.10.2020-ci il tarixdə vəfat edib. Ona görə də anasının ölümündən sonra bacısının müalicəsi ilə ərizəçi məşğul olur. Xəstəliyi ilə bərabər anasının ölümü bacısının psixoloji durumuna güclü təsir etmişdir və bunun nəticəsində də bacısının xəstəliyi daha da şiddətlənmişdir. Xəstəliyi şiddətlənən zaman özünü idarə edə və etdiyi hərəkətlərin mənasını anlaya bilmir. Mənzildə olan əşyaları sındırır və eyvandan həyətə atır. İndiyədək anasının ölümünə inanmır, baxmayaraq ki, qəbrinin üstünə ziyarətə də aparmışlar. Onunla söhbət edən zaman fikrini axıra qədər çatdıra bilmir. Axşamlar mənzildə elektrik işığından istifadə etməyərək qaranlıqda oturur və s. Hal-hazırda bacısının əziyyət çəkdiyi xəstəliyə görə özünü idarə etmə qabiliyyəti yoxdur. Həmçinin o müalicəsi dövründə başqa əhəmiyyətli qərar qəbul edə, hüquqlarından istifadə edə, hətta müstəqil hərəkət edə bilmir. Onun mənafeyi naminə qəyyumun təyin edilməsi olduqca əhəmiyyətlidir. Köməksiz vəziyyətdə olduğuna görə onun daimi nəzarət altında olmaqla yardıma ehtiyacı vardır. Halhazırda onun X1nın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etməkdən başqa yolu qalmayıb. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd olunanlara əsasən, 05.12.1972-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə etdi və ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinin nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 5.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə ərizəçinin nümayəndəsinin və vəkilin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İşin materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 11.01.1973-cü il tarixdə verilmiş İİ-JQ seriya 278120 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 05.12.1972-ci ildə Bakı şəhərində doğulmuş, valideynləri X8 ilə X2r.
8. İş materiallarında olan Oktyabr (indiki Yasamal) rayon qeydiyyat şöbəsi tərəfindən 04.06.1969-cu il tarixdə verilmiş AZ seriya ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu ildə Bakı şəhərində doğulmuş, valideynləri X8 ilə X2r.
9. İş üzrə Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 107140 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X5 17.10.2020-ci ildə ölmüşdür.
10. İş üzrə Azərbaycan Respublikası ƏƏSMN 75 X13 Sosial Eksperti Komissiyasının 113910 №-li arayışın surətindən görünür ki, X6 ümumi xəstəlik səbəbindən müddətsiz olaraq 2-ci qrup əlildir və əmək qabiliyyətsiz olmaqla yanaşı daimi kənar şəxslərin qulluğuna ehtiyacı vardır.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X11 08.12.2021-ci il tarixli, 2935 №-li rəyindən görünür ki, X4 baş beyin atrofik xəstəliyi nəticəsində demensiya (ağır zəifliyi0 (F03) aşkar olunur. Bunu anamnestik məlumatlar – uzun müddət nevroloji xəstəlikdən əziyyət çəkməsi, yaddaş və intellekt funksiyalarında dəyişiklik meydana çıxması, aparılan müalicələrə baxmayaraq psixi vəziyyətinin getdikcə pisləşməsi, 1 saylı Psixonevroloji Sosial Xidmət müəssisəsində 16.04.2009-cu il tarixdən «Baş beyin atrofiyası nəticəsində əmələ gələn dərin ağır zəifliyi» diaqnozu ilə müalicədə olması, xəstəliyi ilə əlaqədar İİ qrup olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər – zamana görə bələdliyinin tam həcmdə olmaması, təfəkkürünün könkretliyi, abstraktlaşdırma qabiliyyətinin zəifliyi, davranışının infantinliyi, yaddaş və intellektinin zəif olması, maraq dairəsinin məhdudluğu, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. Beləliklə, X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu etmək iqtidarında malik deyil. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsas var.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, 05.12.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş X6 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
15. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
18. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
19. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. 05.12.1972-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyətsiz hesab edilsin. Hazırkı qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov