Məhkəmə qərarları › İş №2(006)-4286/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4286/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4286/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh X5 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC cavabdeh X5 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.01.2020-ci il tarixli, 20030204 №-li müqaviləyə əsasən İMEİ Kodu **********71270 olan Samsung Galaxy A50 markalı telefon üçün 674,4 (altı yüz yetmiş dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 201,6 (iki yüz bir manat altmış qəpik) manat dəbbə pulu, 15.02.2020-ci il tarixli, 20104556 №-li müqaviləyə əsasən SHOSMANN Qazan dəsti üçün 213,4 (iki yüz on üç manat qırx qəpik) manat ödənilməmiş hissə, 63,6 (altmış üç manat altmış qəpik) manat dəbbə pulu, 29.02.2020-ci il tarixli, 20135083 №-li müqaviləyə əsasən İMEİ Kodu **********08432 olan Samsung Galaxy A71 markalı telefon üçün 733,6 (yeddi yüz otuz üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 217,4 (iki yüz on yeddi manat qırx qəpik) dəbbə pulu, 07.03.2020-ci il tarixli, 20152433 №-li müqaviləyə əsasən Mi Amazfit saat üçün 175,2 (yüz yetmiş beş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 52,8 (əlli iki manat səkkiz qəpik) dəbbə pulu, ümumilikdə 2332 (iki min üç yüz otuz iki) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 2362 (iki min üç yüz altmış iki) manat məbləğində pulun cavabdeh X2 alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, «xxxx» MMC ilə X6 arasında bağlanmış 11.01.2020-ci il tarixli, 20030204 №-li müqaviləyə əsasən İMEİ Kodu **********71270 olan Samsung Galaxy A50 markalı telefon, 15.02.2020-ci il tarixli, 20104556 №-li müqaviləyə əsasən SHOSMANN Qazan dəsti, 29.02.2020-ci il tarixli, 20135083 №-li müqaviləyə əsasən İMEİ Kodu **********08432 olan Samsung Galaxy A71 markalı telefon, 07.03.2020-ci il tarixli, 20152433 №-li müqaviləyə əsasən Mi Amazfit saat almış və nəticədə 2332 (iki min üç yüz otuz iki) manat borc yaranmışdır. Cavabdeh X6 müqavilələrin şərtlərini pozmuş, 11.01.2020-ci il tarixli, 20030204 №-li müqaviləyə əsasən, alqısatqı qiyməti 862,4 manat (yəni 12 ay x 60 manat 70 qəpik + 50 manat ilkin ödəniş) olan İMEİ Kodu İMEİ Kodu **********71270 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 876 manat olmaqla ondan, 674,4 manat ödənilməmiş hissə, 201,6 manat dəbbə pulu, 15.02.2020-ci il tarixli, 20104556 №-li müqaviləyə əsasən, alqı-satqı qiyməti 260,4 manat (yəni 12 ay x 21 manat 70 qəpik + 0 manat ilkin ödəniş) olan SHOSMANN Qazan dəsti üçün ümumilikdə 27 manat olmaqla ondan, 213,4 manat ödənilməmiş hissə, 63,6 manat dəbbə pulu, 29.02.2020-ci il tarixli, 20135083 №-li müqaviləyə əsasən alqı-satqı qiyməti 1026,6 manat (yəni 12 ay x 66 manat 80 qəpik + 225 manat ilkin ödəniş) olan İMEİ Kodu **********08432 olan Samsung Galaxy A71 markalı telefon üçün ümumilikdə 951 manat olmaqla ondan, 733,6 manat ödənilməmiş hissə, 217,4 manat dəbbə pulu, 07.03.2020-ci il tarixli, 20152433 №-li müqaviləyə əsasən alqı-satqı qiyməti 175,2 manat (yəni 6 ay x 29 manat 20 qəpik + 0 manat ilkin ödəniş) olan Mi Amazfit saat üçün ümumilikdə 228 manat olmaqla ondan, 175,2 manat ödənilməmiş hissə, 52,8 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 528 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X7 iddianı müdafiə edib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh X6 məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materillarında olan «xxxx» MMC ilə X6 arasında bağlanmış 11.01.2020-ci il tarixli, 20030204 №-li müqavilədən görünür ki, «xxxx» MMC İMEİ Kodu **********71270 olan Samsung Galaxy A50 markalı telefonu cavabdeh X1, cavabdeh X6 alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materillarında olan xxxx» MMC ilə X6 arasında bağlanmış 15.02.2020-ci il tarixli, 20104556 №-li müqavilədən görünür ki, «xxxx» MMC SHOSMANN Qazan dəstini cavabdeh X1, cavabdeh X6 alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissəhissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materillarında olan xxxx» MMC ilə X6 arasında bağlanmış 29.02.2020-ci il tarixli, 20135083 №-li müqavilədən görünür ki, «xxxx» MMC İMEİ Kodu **********08432 olan Samsung Galaxy A71 markalı telefonu cavabdeh X1, cavabdeh X6 alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materillarında olan xxxx» MMC ilə X6 arasında bağlanmış 07.03.2020-ci il tarixli, 20152433 №-li müqavilədən müqavilədən görünür ki, «xxxx» MMC Mi Amazfit saatı cavabdeh X1, cavabdeh X6 alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissəhissə 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materillarında olan «xxxx» MMC tərəfindən məhkəməyə təqdim edilmiş 10.05.2021-ci il tarixli maliyyə arayışı və ödəniş cədvəlindən görünür ki, cavabdeh X4 «xxxx» MMC-yə 11.01.2020-ci il tarixli, 20030204 №-li müqavilə üzrə 674,4 (altı yüz yetmiş dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 201,6 (iki yüz bir manat altmış qəpik) manat dəbbə pulu, cəmi 876 (səkkiz yüz yetmiş altı) manat, 15.02.2020-ci il tarixli, 20104556 №-li müqavilə üzrə 213,4 (iki yüz on üç manat qırx qəpik) manat ödənilməmiş hissə, 63,6 (altmış üç manat altmış qəpik) manat dəbbə pulu, cəmi 277 (iki yüz yeddi) manat, 29.02.2020-ci il tarixli, 20135083 №-li müqavilə üzrə 733,6 (yeddi yüz otuz üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 217,4 (iki yüz on yeddi manat qırx qəpik) dəbbə pulu, 951 (doqquz yüz əlli bir) manat, 07.03.2020-ci il tarixli, 20152433 №-li müqavilə üzrə 175,2 (yüz yetmiş beş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 52,8 (əlli iki manat səkkiz qəpik) dəbbə pulu, 228 (iki yüz iyirmi səkkiz) manat, ümumilikdə 2332 (iki min üç yüz otuz iki) manat borcu vardır. Mülki işin materillarında olan 09.10.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdeh X6 11.01.2020-ci il tarixli, 20030204 №-li, 15.02.2020-ci il tarixli, 20104556 №-li, 29.02.2020-ci il tarixli, 20135083 №-li, 07.03.2020-ci il tarixli, 20152433 №-li müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı «xxxx» MMC tərəfindən xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən görünür ki, «xxxx» MMC tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, «xxxx» MMC ilə X6 arasında bağlanmış 11.01.2020-ci il tarixli, 20030204 №-li müqaviləyə əsasən İMEİ Kodu **********71270 olan Samsung Galaxy A50 markalı telefon, 15.02.2020-ci il tarixli, 20104556 №-li müqaviləyə əsasən SHOSMANN Qazan dəsti, 29.02.2020-ci il tarixli, 20135083 №-li müqaviləyə əsasən İMEİ Kodu **********08432 olan Samsung Galaxy A71 markalı telefon və 07.03.2020-ci il tarixli, 20152433 №-li müqaviləyə əsasən Mi Amazfit saatı cavabdeh X1, cavabdeh X6 alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini 11.01.2020-ci il tarixli, 20030204 №li, 15.02.2020-ci il tarixli, 20104556 №-li, 29.02.2020-ci il tarixli müqavilələrə əsasən hissə-hissə 12 ay müddətinə, 07.03.2020-ci il tarixli, 20152433 №-li müqavilələrə əsasən hissə-hissə 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri icra edilməmiş və nəticədə onun «xxxx» MMC-yə ümumilikdə 2332 (iki min üç yüz otuz iki) manat borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh X4 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh əşyanın nisyə alqı-satqısına dair müqavilələr ilə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrdə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, əşyanın nisyə alqı-satqısına dair müqavilələr üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu ilə bağlı hissədə qismən təmin edilərək, 11.01.2020-ci il tarixli, 20030204 №-li müqavilə üzrə 201,6 manat dəbbə pulu 30 manat məbləğində, 15.02.2020-ci il tarixli, 20104556 №-li müqavilə üzrə 63,6 manat dəbbə pulu 20 manat, 29.02.2020-ci il tarixli, 20135083 №-li müqavilə üzrə 217,4 manat dəbbə pulu 35 manat, 07.03.2020-ci il tarixli, 20152433 №-li müqavilə üzrə 52,8 manat dəbbə pulu 10 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən cavabdeh X2 iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh: - 11.01.2020-ci il tarixli, 20030204 №-li müqavilə üzrə İMEİ Kodu **********71270 olan Samsung Galaxy A50 markalı telefon üçün 674,4 (altı yüz yetmş dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu; - 15.02.2020-ci il tarixli, 20104556 №-li müqavilə üzrə SHOSMANN Qazan dəsti üçün 213,4 (iki yüz on üç manat qırx qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu; - 29.02.2020-ci il tarixli, 20135083 №-li müqavilə üzrə İMEİ Kodu **********08432 olan Samsung Galaxy A71 markalı telefon üçün 733,6 (yeddi yüz otuz üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 35 (otuz) manat dəbbə pulu; - 07.03.2020-ci il tarixli, 20152433 №-li müqavilə üzrə Mi Amazfit saat üçün 175,2 (yüz yetmiş beş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, ümumilikdə 1891,6 (min səkkiz yüz doxsan bir manat altmış qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı «xxxx» MMC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar