Məhkəmə qərarları › İş №2(006)-4294/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4294/2020

16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4294/2020 16.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, Cavabdeh «xxxxxxxxxxx» MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən DİSK Playstation 4, TP-LİNK modem, İMEİ kodu **********20659 olan «X4 7» markalı telefon, «Samsung LED» markalı televizor almış və nəticədə 2456 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 168 manat (12 ay x 14 manat + 0 manat ilkin ödəniş) olan DİSK Playstation 4, TP-LİNK modem üçün ümumilikdə 164 manat olmaqla, ondan 126 manat ödənilməmiş hissə, 38 manat (0,14 manat x 270 gün) dəbbə hesablanmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 531 manat (9ay x 59 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********20659 olan «X4 7» markalı telefon üçün ümumilikdə 690 manat olmanla, ondan 531 manat ödənilməmiş hissə, 1%-lə 159 manat (0,59 manat x 270 gün) dəbbə hesablanmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1257 manat (11 ay x 112 manat + 25 manat ilkin ödəniş) olan «Samsung LED» markalı televizor üçün ümumilikdə 1602 manat olmaqla, ondan 1232 manat ödənilməmiş hissə, 1%-lə 370 manat (1,12 manat x 330 gün) dəbbə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 67 manat təşkil edir. Göstərilənlərə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləyə DİSK Playstation 4, TP-LİNK modem üçün 126 manat ödənilməmiş hissə, 38 manat dəbbə, cəmi 164 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə İMEİ kodu **********20659 olan «X4 7» markalı telefon üçün 531 manat ödənilməmiş hissə, 159 manat dəbbə, cəmi 690 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən «Samsung LED» markalı televizor üçün 1232 manat ödənilməmiş hissə, 370 manat dəbbə, cəmi 1602 manat, ümumilikdə 2456 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 2486 manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, № 00624538 saylı müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC DİSK Playstation 4, TP-LİNK modem Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 14 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, № 00792617 saylı müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC İMEİ kodu **********20659 olan «X4 7» markalı telefonCavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 9 ay müddətinə hər ay 59 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, № 00821096 saylı müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC «Samsung LED» markalı televizorCavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 11 ay müddətinə hər ay 112 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxx» MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 126 manat ödənilməmiş hissə, 38 manat dəbbə pulu olmaqla, ümumilikdə 164 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 531 manat ödənilməmiş hissə, 159 manat dəbbə pulu olmaqla, ümumilikdə 690 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1232 manat ödənilməmiş hissə, 370 manat dəbbə pulu olmaqla, ümumilikdə 1602 manat, hər üç müqavilə üzrə ümumilikdə isə 1889 manat əsas, 567 manat dəbbə, cəmi 2456 manat borcu vardır. «xxxxxxxxxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişlərdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələr bağlanmış, həmin müqavilələrə əsasən «xxxxxxxxxxx» MMC DİSK Playstation 4, TP-LİNK modem, «X4 7» markalı telefon və «Samsung LED» markalı televizor Cavabdeh vermiş, Cavabdeh isə müqavilələrdə göstərilmiş müddətlərdə müqavilə şərtlərini yerinə yetirməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun hazırkı tarixədək «xxxxxxxxxxx» MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 126 manat ödənilməmiş hissə, 38 manat dəbbə pulu olmaqla, ümumilikdə 164 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 531 manat ödənilməmiş hissə, 159 manat dəbbə pulu olmaqla, ümumilikdə 690 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1232 manat ödənilməmiş hissə, 370 manat dəbbə pulu olmaqla, ümumilikdə 1602 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləğləri ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə 40 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən DİSK Playstation 4, TP-LİNK modem üçün ümumilikdə 126 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 136 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********20659 olan «X4 7» markalı telefon üçün 531 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, cəmi 551 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən «Samsung LED» markalı telefon üçün 1232 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, cəmi 1272 manat, ümumilikdə 1959 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1989 manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən DİSK Playstation 4, TP-LİNK modem üçün ümumilikdə 126 (bir yüz iyirmi altı) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, cəmi 136 (bir yüz otuz altı) manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********20659 olan «X4 7» markalı telefon üçün 531 (beş yüz otuz bir) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, cəmi 551 (beş yüz əlli bir) manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən «Samsung LED» markalı telefon üçün 1232 (bir min iki yüz otuz iki) manat ödənilməmiş hissə, 40 ( qırx) manat dəbbə pulu, cəmi 1272 (bir min iki yüz yetmiş iki) manat, ümumilikdə 1959 (bir min doqquz yüz əlli doqquz) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1989 (bir min doqquz yüz səksən doqquz) manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar