Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4303/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, Cavabdeh «xxxx» MMC ilə 15.04.2020-ci il və 15.04.2020-ci il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********02805 və **********36871 olan 2 ədəd iPhone 11 markalı telefon almış və nəticədə 2879 (iki min səkkiz yüz yetmiş doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.04.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2439.6 (iki min dörd yüz otuz doqquz nıanat, altmış qəpik) manat (12 ay x 144 manat 30 qəpik + 708 manat ilkin ödəniş) İMEİ Kodu **********02805 olan iPhone 11 markalı telefon üçün ümumilikdə, 1532 (min beş yüz otuz iki) manat olmaqla ondan, 1186.6 (min yüz səksən altı manat, altmış qəpik) manat ödənilməmiş hissə, 345.4 (üç yüz qırx beş manat, qırx qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.04.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2439.6 (iki min dörd yüz otuz doqquz manat, altmış qəpik) manat (12 ay x 151 manat 30 qəpik + 624 manat ilkin ödəniş) İMEİ Kodu **********36871 olan «İphone 11» markalı telefon üçün ümumilikdə, 1347 (min üç yüz qırx yeddi) manat olmaqla ondan, 1029.6 (min iyirmi doqquz manat, altmış qəpik) manat ödənilməmiş hissə, 317.4 (üç yüz on yeddi manat, qırx qəpik) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2663 manat təşkil edir. Göstərilənlərə əsasən, 15.04.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********02805 olan İphone 11 markalı telefon üçün 1186,6 AZN ödənilməmiş hissə, 345,4 AZN dəbbə; 15.04.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********36871 olan İphone 11 markalı telefon üçün 1029,6 AZN ödənilməmiş hissə, 317,4 AZN dəbbə pulu, ümumilikdə 2879 AZN borc, 30 AZN ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2909 AZN Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 15.04.2020-ci il tarixli, № 20224158 saylı müqavilədən görünür ki, «xxxx» MMC «İphone 11» markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə, ilkin ödəniş 708 manat etməklə hər ay 144,3 AZN ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 15.04.2020-ci il tarixli, № 20224418 saylı müqavilədən görünür ki, «xxxx» MMC «İphone 11» markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə, ilkin ödəniş 624 manat etməklə hər ay 151,3 AZN ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan «xxxx» MMC tərəfindən məhkəməyə təqdim edilmiş 12 may 2021-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh «xxxx» MMC-yə 15.04.2020-ci il tarixli, № 20224418 saylı müqavilə üzrə 1029,6 AZN ödənilməmiş hissə, 317,4 AZN dəbbə pulu olmaqla, ümumilikdə 1347 AZN borcu vardır. İş materiallarında olan «xxxx» MMC tərəfindən məhkəməyə təqdim edilmiş 12 may 2021-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh «xxxx» MMC-yə 15.04.2020-ci il tarixli, № 20224158 saylı müqavilə üzrə 1186,6 AZN ödənilməmiş hissə, 345,4 AZN dəbbə pulu olmaqla, ümumilikdə 1532 AZN borcu vardır. «xxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişlərdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «xxxx» MMC ilə Cavabdeh arasında 15.04.2020-ci il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələr bağlanmış, həmin müqavilələrə əsasən «xxxx» MMC 2 ədəd «İphone 11» markalı telefonu Cavabdeh vermiş, Cavabdeh isə müqavilədə göstərilmiş müddətdə müqavilə şərtlərini yerinə yetirməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun hazırkı tarixədək «xxxx» MMCyə 15.04.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********02805 olan İphone 11 markalı telefon üçün 1186,6 AZN ödənilməmiş hissə, 345,4 AZN dəbbə; 15.04.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********36871 olan «İphone 11» markalı telefon üçün 1029,6 AZN ödənilməmiş hissə, 317,4 AZN dəbbə pulu, ümumilikdə 2879 AZN borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləği ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq, 15.04.2020-ci il tarixli müqavilələr üzrə cəmi 60 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 15.04.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********02805 olan İphone 11 markalı telefon üçün 1186,60 AZN (bir min bir yüz səksən altı manat, altmış qəpik) ödənilməmiş hissə, 30 AZN (otuz manat) dəbbə; 15.04.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********36871 olan İphone 11 markalı telefon üçün 1029,60 AZN (bir min iyirmi doqquz manat, altmış qəpik) ödənilməmiş hissə, 30 AZN (otuz manat) dəbbə pulu, ümumilikdə 2276,20 AZN (iki min iki yüz yetmiş altı manat, iyirmi qəpik) borc, 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2306,20 AZN (iki min üç yüz altı manat, iyirmi qəpik) Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 15.04.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********02805 olan İphone 11 markalı telefon üçün 1186,60 AZN (bir min bir yüz səksən altı manat, altmış qəpik) ödənilməmiş hissə, 30 AZN (otuz) dəbbə; 15.04.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********36871 olan İphone 11 markalı telefon üçün 1029,60 AZN (bir min iyirmi doqquz manat, altmış qəpik) ödənilməmiş hissə, 30 AZN (otuz) dəbbə pulu, ümumilikdə 2276,20 AZN (iki min iki yüz yetmiş altı manat, iyirmi qəpik) borc, 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2306,20 AZN (iki min üç yüz altı manat, iyirmi qəpik) Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4303/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4303/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver