Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4304/2021 17.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Salehli Eltun Akif oğlunun iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 22.05.2019-cu il, 03.07.2019-cu il, 03.07.2019-cu il, 23.10.2019-cu il, 26.10.2019-cu il, 24.11.2019-cu il, 24.11.2019-cu il, 01.01.2020-ci il tarixli müqavilələrə əsasən, “X6 3”, “Mİ Power Bank”, İMEİ Kodu **********950419 olan “Xiaomi Redmi 7” markalı telefon, İMEİ Kodu **********91078 olan “Samsung Galaxy A10” markalı telefon, “Samsung” qulaqcıq, 3 ədəd aksesuar, 4 ədəd “Soft” – Yumsaq mebel, İMEİ Kodu **********46330 və **********22303 olan iki ədəd “X5 8” markalı telefon, “HOFFMANN” Keramik çay dəsti, “X2”, İMEİ Kodu **********44431 olan “Xiaomi Mi 9T pro” markalı telefon almış və nəticədə 4625 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 168 manat (12 ay x 14 manat) olan X6 3, Mİ Power Bank üçün ümumilikdə, 72 (yetmiş iki) manat olmaqla, ondan 56 (əlli altı) manat ödənilməmiş hissə, 16 (on altı) manat dəbbə pulu; 03.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 360 manat ( 12 ay x 30 manat) olan İMEİ Kodu **********50419 olan “Xiaomi Redmi 7” markalı telefon, aksesuar üçün ümumilikdə 229 manat olmaqla, ondan 175 manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat dəbbə pulu; 03.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 414 manat (9 ay x 46 manat) olan İMEİ Kodu **********91078 olan “Samsung Galaxy A10” markalı telefon, “Samsung” qulaqlıq 2 ədəd aksesuar üçün ümumilikdə 57 (əlli yeddi) manat olmaqla ondan 44 manat ödənilməmiş hissə, 13 manat dəbbə pulu; 23.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1632 manat (24 ay x 68 manat) olan 4 ədəd “Soft” Yumsaq mebel üçün ümumilikdə 1453 manat olmaqla, ondan 1229 manat ödənilməmiş hissə, 224 manat dəbbə pulu; 26.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 628 manat (18 ay x 27 manat + 142 manat ilkin ödəniş) İMEİ Kodu **********46330 olan “X5 8” markalı telefon üçün ümumilikdə 509 (beş yüz doqquz) manat olmaqla, ondan 396 manat ödənilməmiş hissə, 113 manat dəbbə pulu; 24.11.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 168 manat (12 ay x 14 manat) olan “HOFFMANN” Keramik çay dəsti üçün ümumilikdə, 182 manat olmaqla, ondan 140 manat ödənilməmiş hissə, 42 manat dəbbə pulu; 24.11.2019cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 684 manat (18 ay x 38 manat) olan İMEİ Kodu **********222303 olan “X5 8” markalı telefon üçün ümumilikdə 767 manat olmaqla, ondan 608 manat ödənilməmiş hissə, 159 manat dəbbə pulu; 01.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 68,4 manat (6 ay x 11 manat 40 qəpik) olan “X2” üçün ümumilikdə 73 (yetmiş üç) manat olmaqla, ondan 56,8 manat ödənilməmiş hissə, 16,2 manat dəbbə pulu; 01.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1150,80 manat (18 ay x 60,6 + 60 manat ilkin ödəniş) olan İMEİ Kodu **********4431 olan “Xiaomi Mi 9T Pro” markalı telefon üçün ümumilikdə 1283 manat olmaqla, ondan 1030,2 manat ödənilməmiş hissə, 252,8 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1538,20 manat təşkil edir. Ümumilikdə, 4625 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu cavadeh Cavabdeh oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də, onun həmin ünvanda yaşamaması səbəbindən bildiriş ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. “ABC Telecom» MMC ilə Cavabdeh arasında bağlanmış 22 may 2019-cu il tarixli, 00676348 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC “X6 3” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03 iyul 2019-cu il tarixli, 00758414 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC “Samsung Galaxy A10” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 9 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. “ABC Telecom» MMC ilə Cavabdeh arasında bağlanmış 03 iyul 2019-cu il tarixli, 00758567 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC “Xiaomi Redmi 7” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli, 01000821 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC 4 ədəd “Soft” Yumsaq markalı mebeli Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26 oktyabr 2019-cu il tarixli, 01006510 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC “X5 8” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 noyabr 2019-cu il tarixli, 01073656 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC “X5 8” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 noyabr 2019-cu il tarixli, 01073591 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC “HOFFMAN” keramik çay dəsti markalı qəhvəbişirəni Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2020-ci il tarixli, 20002307 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC “Xiaomi Mi 9T Pro” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2020-ci il tarixli, 20002578 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC “X2 Black” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 13 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 22.05.2019-cu il tarixli müqavilə üzrə 56 manat ödənilməmiş borcu, manat cərimə 16 borcu, cəmi 72 manat borcu, 03.07.2019-cu il tarixli müqavilə üzrə 175 manat ödənilməmiş borcu, 54 manat cərimə borcu, cəmi 229 manat borcu, 03.07.2019-cu il tarixli müqavilə üzrə 44 manat ödənilməmiş borcu, 13 manat cərimə borcu, cəmi 57 manat borcu, 23.10.2019-cu il tarixli müqavilə üzrə 1229 manat ödənilməmiş borcu, 224 manat cərimə borcu, cəmi 1453 manat borcu, 26.10.2019-cu il tarixli müqavilə üzrə 396 manat ödənilməmiş borcu, 113 manat cərimə borcu, cəmi 509 manat borcu, 24.11.2019-cu il tarixli müqavilə üzrə 140 manat ödənilməmiş borcu, 42 manat cərimə borcu, cəmi 182 manat borcu, 24.11.2019-cu il tarixli müqavilə üzrə 608 manat ödənilməmiş borcu, 159 manat cərimə borcu, 01.01.2020ci il tarixli müqavilə üzrə 1030,2 manat ödənilməmiş borcu, 252,8 manat cərimə borcu, cəmi 1283 manat borcu, 01.01.2020-ci il tarixli müqavilə üzrə 56,8 manat ödənilməmiş borcu, 16,2 manat cərimə borcu, cəmi 73 manat borcu, cəmi 767 manat borcu, ümumilikdə 4625 manat borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişlərdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 22.05.2019-cu il, 03.07.2019-cu il, 03.07.2019-cu il, 23.10.2019-cu il, 26.10.2019-cu il, 24.11.2019-cu il, 24.11.2019-cu il, 01.01.2020-ci il tarixli müqavilələrə əsasən, ““X6 3”, “Mİ Power Bank”, İMEİ Kodu **********950419 olan “Xiaomi Redmi 7” markalı telefon, İMEİ Kodu **********91078 olan “Samsung Galaxy A10” markalı telefon, “Samsung” qulaqcıq, 3 ədəd aksesuar, 4 ədəd “Soft” – Yumsaq mebel, İMEİ Kodu **********46330 və **********22303 olan iki ədəd “X5 8” markalı telefon, “HOFFMANN” Keramik çay dəsti, “X2”, İMEİ Kodu **********44431 olan “Xiaomi Mi 9T pro” markalı telefon almış və nəticədə 4625 manat borc yaranmış, cavabdeh isə alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun "xxxx" MMC-yə ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə pulu ilə bağlı hissələrdə qismən təmin edilərək cərimə pulu 22 may 2019-cu il tarixli, 00676348 saylı müqavilə üzrə 5 manat, 03 iyul 2019-cu il tarixli, 00758414 saylı müqavilə üzrə 17 manat, 03 iyul 2019-cu il tarixli, 00758567 saylı müqavilə üzrə 4 manat, 23 oktyabr 2019-cu il tarixli, 01000821 saylı müqavilə üzrə 120 manat, 26 oktyabr 2019-cu il tarixli, 01006510 saylı müqavilə üzrə 40 manat, 24 noyabr 2019-cu il tarixli, 01073656 saylı müqavilə üzrə 14 manat, 24 noyabr 2019-cu il tarixli, 01073591 saylı müqavilə üzrə 60 manat, 01 yanvar 2020-ci il tarixli, 20002307 saylı müqavilə üzrə 5 manat, 01 yanvar 2020-ci il tarixli, 20002578 saylı müqavilə üzrə 100 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 22 may 2019-cu il tarixli, 00676348 saylı müqavilə üzrə 56 (əlli altı) manat ödənilməmiş borcu, 5 (beş) manat cərimə borcu, cəmi 61 (altmış bir) manat, 03 iyul 2019-cu il tarixli, 00758414 saylı müqavilə üzrə 175 (bir yüz yetmiş beş) manat ödənilməmiş borcu, 17 (on yeddi) manat cərimə, cəmi 192 (bir yüz doxsan iki) manat, 03 iyul 2019-cu il tarixli, 00758567 saylı müqavilə üzrə 44 (qırx dörd) manat ödənilməmiş borcu, 4 (dörd) manat cərimə borcu, cəmi 48 (qırx səkkiz) manat, 23 oktyabr 2019-cu il tarixli, 01000821 saylı müqavilə üzrə 1229 (bir min iki yüz iyirmi doqquz) manat ödənilməmiş borcu, 120 (bir yüz iyirmi) manat cərimə borcu, cəmi 1349 (bir min üç yüz qırx doqquz) manat, 26 oktyabr 2019-cu il tarixli, 01006510 saylı müqavilə üzrə 396 (üç yüz doxsan altı) manat ödənilməmiş borcu, 40 (qırx) manat cərimə borcu, cəmi 436 (dörd yüz otuz altı) manat, 24 noyabr 2019-cu il tarixli, 01073656 saylı müqavilə üzrə 140 (bir yüz qırx) manat ödənilməmiş borcu, 14 (on dörd) manat cərimə borcu, cəmi 154 (bir yüz əlli dörd) manat, 24 noyabr 2019-cu il tarixli, 01073591 saylı müqavilə üzrə 608 (altı yüz səkkiz) manat ödənilməmiş borcu, 60 (altmış) manat cərimə borcu, cəmi 668 (altı yüz altmış səkkiz) manat, 01 yanvar 2020-ci il tarixli, 20002307 saylı müqavilə üzrə 56,8 (əlli altı manat, səksən qəpik) manat ödənilməmiş borcu, 5 (beş) manat cərimə borcu, cəmi 61,8 (altmış bir manat, səksən qəpik) manat, 01 yanvar 2020-ci il tarixli, 20002578 saylı müqavilə üzrə 1030,2 (bir min otuz manat, iyirmi qəpik) manat ödənilməmiş borcu, 100 (bir yüz) manat cərimə borcu, cəmi 1130,2 (bir min yüz otuz manat, iyirmi qəpik) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 4130 (dörd min yüz otuz) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 22 may 2019-cu il tarixli, 00676348 saylı müqavilə üzrə 56 (əlli altı) manat ödənilməmiş borcu, 5 (beş) manat cərimə borcu, cəmi 61 (altmış bir) manat, 03 iyul 2019-cu il tarixli, 00758414 saylı müqavilə üzrə 175 (bir yüz yetmiş beş) manat ödənilməmiş borcu, 17 (on yeddi) manat cərimə, cəmi 192 (bir yüz doxsan iki) manat, 03 iyul 2019-cu il tarixli, 00758567 saylı müqavilə üzrə 44 (qırx dörd) manat ödənilməmiş borcu, 4 (dörd) manat cərimə borcu, cəmi 48 (qırx səkkiz) manat, 23 oktyabr 2019-cu il tarixli, 01000821 saylı müqavilə üzrə 1229 (bir min iki yüz iyirmi doqquz) manat ödənilməmiş borcu, 120 (bir yüz iyirmi) manat cərimə borcu, cəmi 1349 (bir min üç yüz qırx doqquz) manat, 26 oktyabr 2019-cu il tarixli, 01006510 saylı müqavilə üzrə 396 (üç yüz doxsan altı) manat ödənilməmiş borcu, 40 (qırx) manat cərimə borcu, cəmi 436 (dörd yüz otuz altı) manat, 24 noyabr 2019-cu il tarixli, 01073656 saylı müqavilə üzrə 140 (bir yüz qırx) manat ödənilməmiş borcu, 14 (on dörd) manat cərimə borcu, cəmi 154 (bir yüz əlli dörd) manat, 24 noyabr 2019-cu il tarixli, 01073591 saylı müqavilə üzrə 608 (altı yüz səkkiz) manat ödənilməmiş borcu, 60 (altmış) manat cərimə borcu, cəmi 668 (altı yüz altmış səkkiz) manat, 01 yanvar 2020-ci il tarixli, 20002307 saylı müqavilə üzrə 56,8 (əlli altı manat, səksən qəpik) manat ödənilməmiş borcu, 5 (beş) manat cərimə borcu, cəmi 61,8 (altmış bir manat, səksən qəpik) manat, 01 yanvar 2020-ci il tarixli, 20002578 saylı müqavilə üzrə 1030,2 (bir min otuz manat, iyirmi qəpik) manat ödənilməmiş borcu, 100 (bir yüz) manat cərimə borcu, cəmi 1130,2 (bir min yüz otuz manat, iyirmi qəpik) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 4130 (dörd min yüz otuz) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-4304/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4304/2021
17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver