Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4307/2021 09.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, İddiaçı MMC ilə 24.04.2019-cu il, 23.05.2019-cu il, 07.11.2019-cu il, 12.12.2019-cu il, 12.12.2019-cu il, 30.12.2019-cu il, 24.01.2020-ci il, 18.02.2020-ci il, 28.02.2020-ci il, 07.03.2020-ci il, 19.03.2020-ci il, 26.05.2020-ci il, 11.06.2020-ci il tarixlərdəki müqavilələrinə əsasən, İMEİ Kodu **********12208 olan “Samsung Galaxy A50” markalı telefon, “Epson” printer, İMEİ Kodu **********36899 olan “X5 8” markalı telefon, “Router TP-LİNK”, “X4”, “Logitech” klaviatura, “WD” markalı sərt disk, “Asus” notebook, “CASİO” saat, “REDMOND” kabab bişirən, “X5 9S” markalı telefon, “Samsung” monitor almış və nəticədə 4912 (dörd yüz doqquz yüz on iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.04.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 784 (yeddi yüz səksən dörd) manat (16 ay x 49 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********12208 olan “Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə 191 (bir yüz doxsan bir) manat olmaqla, ondan 147 (bir yüz qırx yeddi) manat ödənilməmiş hissə, 44 (qırx dörd) manat dəbbə pulu; 23.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 840 (səkkiz yüz qırx) manat (24 ay x 35 manat + 0 manat ilkin ödəniş) olan “Epson” printer üçün ümumilikdə 581 (beş yüz səksən bir) manat olmaqla, ondan 455 (dörd yüz əlli beş) manat ödənilməmiş hissə, 126 (bir yüz iyirmki altı) manat dəbbə pulu, 07.11.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 630 (altı yüz otuz) manat olan ( 18 ay x 35 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********36899 olan “X5 8” markalı telefon üçün ümumilikdə 444 (dörd yüz qırx dörd) manat olmaqla, ondan 350 (üç yüz əlli) manat ödənilməmiş hissə, 94 (doxsan dörd) manat dəbbə pulu, 12.12.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 216 (iki yüz on altı) manat olan ( 24 ay x 9 manat + 0 manat ilkin ödəniş) “Router TP-LİNK” üçün ümumilikdə 174 (bir yüz yetmiş dörd) manat olmaqla, ondan 150 (bir yüz əlli) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat dəbbə pulu, 12.12.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 90 (doxsan) manat olan ( 18 ay x 5 manat + 0 manat ilkin ödəniş) “X4” üçün ümumilikdə 50 (əlli) manat olmaqla, ondan 41 (qırx bir) manat ödənilməmiş hissə, 9 (doqquz) manat dəbbə pulu, 30.12.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 93,6 AZN (doxsan üç manat, altmış qəpik) olan ( 12 ay x 7 manat 80 qəpik manat + 0 manat ilkin ödəniş) “Logitech” klaviatura üçün ümumilikdə 69 (altmış doqquz) manat olmaqla, ondan 54,6 AZN (əlli dörd manat, altmış qəpik) ödənilməmiş hissə, 14,4 AZN (on dörd manat, qırx qəpik) dəbbə pulu, 24.01.2020ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 152,4 AZN (bir yüz əlli iki manat, qırx qəpik) olan ( 12 ay x 12 manat 70 qəpik + 0 manat ilkin ödəniş) “WD” markalı sərt disk üçün ümumilikdə 146 (bir yüz qırx altı) manat olmaqla ondan 113,4 AZN (bir yüz bir on üç manat, qırx qəpik) ödənilməmiş hissə, 32,6 AZN (otuz iki manat, altmış qəpik) dəbbə pulu, 18.02.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1310,4 AZN (bir min üç yüz on manat, qırx qəpik) olan ( 24 ay x 54 manat 10 qəpik + 12 manat ilkin ödəniş) “Asus” notebook üçün ümumilikdə 1380 (bir min üç yüz səksən) manat olmaqla, ondan 1185,4 AZN (bir min bir yüz səksən beş manat, qırx qəpik) manat ödənilməmiş hissə, 194,6 AZN (bir yüz doxsan dörd manat, altmış qəpik) dəbbə pulu, 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 100,2 AZN (bir yüz manat, iyirmi qəpik) olan ( 6 ay x 16 manat 70 qəpik + 0 manat ilkin ödəniş) “CASİO” saat üçün ümumilikdə 86 (səksən altı) manat olmaqla, ondan 66,2 AZN (altmış altı manat, iyirmi qəpik) ödənilməmiş hissə, 19,8 AZN (on doqquz manat, səksən qəpik) dəbbə pulu, 07.03.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 410,4 AZN (dörd yüz on manat, qırx qəpik) olan ( 18 ay x 22 manat 80 qəpik + 0 manat ilkin ödəniş) “Sony” qulaqlıq üçün ümumilikdə 445 (dörd yüz qırx beş) manat olmaqla, ondan 365,4 AZN (üç yüz altmış beş manat, qırx qəpik) ödənilməmiş hissə, 79,6 AZN (yetmiş doqquz manat, altmış qəpik) dəbbə pulu, 19.03.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 120 (bir yüz iyirmi) manat olan ( 12 ay x 10 manat + 0 manat ilkin ödəniş) “REDMOND” kabab bişirən üçün ümumilikdə 143 (bir yüz qırx üç) manat olmaqla, ondan 110 (bir yüz on) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat dəbbə pulu, 26.05.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 752,4 AZN (yeddi yüz əlli iki manat, qırx qəpik) olan ( 18 ay x 41 manat 80 qəpik + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********4 AZN (altı yüz iyirmi yeddi manat, qırx qəpik) ödənilməmiş hissə, 98,6 AZN (doxsan səkkiz manat, altmış qəpik) dəbbə pulu, 11.06.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 452,4 AZN (dörd yüz əlli iki manat, qırx qəpik) olan ( 12 ay x 37 manat 70 qəpik + 0 manat ilkin ödəniş) “Samsung” monitor üçün ümumilikdə 477 (dörd yüz yetmiş yeddi) manat olmaqla, ondan 377,4 AZN (üç yetmiş yeddi manat, qırx qəpik) ödənilməmiş hissə, 99,6 AZN (doxsan doqquz manat, altmış qəpik) dəbbə pulu borcu hesablanmışdr. Cavabdehin cəmi ödədiyi məbləğ 1909 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, ABC Müştəri-nin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Göstərilənlərə əsasən, 24.04.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********12208 olan “Samsung Galaxy A50” markalı telefon üçün 147 (bir yüz qırx yeddi) manat ödənilməmiş hissə, 44 (qırx dörd) manat dəbbə pulu; 23.05.2019-cu il tarixli müqaviləsinə əsasən, “Epson” printer üçün 455 (dörd yüz əlli beş) manat ödənilməmiş hissə, 126 (bir yüz iyirmi altı) manat dəbbə pulu, 07.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********36899 olan “X5 8” markalı telefon üçün 350 (üç yüz əlli) manat ödənilməmiş hissə, 94 (doxsan dörd) manat dəbbə pulu, 12.12.2019-cu il tarixli müqaviləsinə əsasən “Router TP-LİNK” üçün 150 (bir yüz əlli) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat dəbbə pulu, 12.12.2019-cu il tarixli müqaviləsinə əsasən “X4” üçün 41 (qırx bir) manat ödənilməmiş hissə, 9 (doqquz) manat dəbbə pulu, 30.12.2019-cu il tarixli müqaviləsinə əsasən “Logitech” klaviatura üçün 54,6 AZN (əlli dörd manat, altmış qəpik) ödənilməmiş hissə, 14,4 AZN (on dörd manat, qırx qəpik) dəbbə pulu, 24.01.2020ci il tarixli müqaviləsinə əsasən “WD” markalı sərt disk üçün 113,4 AZN (bir yüz bir on üç manat, qırx qəpik) ödənilməmiş hissə, 32,6 AZN (otuz iki manat, altmış qəpik) dəbbə pulu, 18.02.2020-ci il tarixli müqaviləsinə əsasən “Asus” notebook üçün 1185,4 AZN (bir min bir yüz səksən beş manat, qırx qəpik) manat ödənilməmiş hissə, 194,6 AZN (bir yüz doxsan dörd manat, altmış qəpik) dəbbə pulu, 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən “CASİO” saat üçün 66,2 AZN (altmış altı manat, iyirmi qəpik) ödənilməmiş hissə, 19,8 AZN (on doqquz manat, səksən qəpik) dəbbə pulu, 07.03.2020-ci il tarixli müqaviləsinə əsasən “Sony” qulaqlıq üçün 365,4 AZN (üç yüz altmış beş manat, qırx qəpik) ödənilməmiş hissə, 79,6 AZN (yetmiş doqquz manat, altmış qəpik) dəbbə pulu, 19.03.2020-ci il tarixli müqaviləsinə əsasən “REDMOND” kabab bişirən üçün 110 (bir yüz on) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat dəbbə pulu, 26.05.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********35898 olan “X5 9S” markalı telefon 627,4 AZN (altı yüz iyirmi yeddi manat, qırx qəpik) ödənilməmiş hissə, 98,6 AZN (doxsan səkkiz manat, altmış qəpik) dəbbə pulu, 11.06.2020-ci il tarixli müqaviləsinə əsasən “Samsung” monitor üçün 377,4 AZN (üç yetmiş yeddi manat, qırx qəpik) ödənilməmiş hissə, 99,6 AZN (doxsan doqquz manat, altmış qəpik) dəbbə pulu, ümumilikdə 4912 manat, 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.06.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 452,4 manat olan “Samsung” monitoru Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 37,7 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26.05.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 752,4 AZN İMEİ Kodu **********35898 olan “X5 9S” markalı telefonu Cavabdeh oğluna satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 41,8 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19.03.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 120 AZN “REDMOND” markalı kabab bişirəni Cavabdeh oğluna satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 10 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07.03.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 410,4 AZN “Sony” qulağı Cavabdeh oğluna satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 22,8 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28.02.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 100,2 AZN “CASİO” saatı Cavabdeh oğluna satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 6 ay müddətinə hər ay 16,7 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18.02.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 1310,4 AZN “Asus notebook”-u Cavabdeh oğluna satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə hər ay 54,1 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24.01.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 152,4 AZN “WD” markalı sərt diski Cavabdeh oğluna satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 12,7 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 30.12.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 93,6 AZN olan “Logitech” klaviaturanı Cavabdeh oğluna satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 5 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12.12.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 90 AZN olan “X4”-u Cavabdeh oğluna satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 41,8 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12.12.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 216 AZN olan “Router TP-LİNK”-i Cavabdeh oğluna satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə hər ay 9 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07.11.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 630 AZN olan İMEİ Kodu **********36899 olan “X5 8” markalı telefonu Cavabdeh oğluna satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 35 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23.05.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 840 AZN olan “Epson” printeri Cavabdeh oğluna satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə hər ay 35 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24.04.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 784 AZN olan “Samsung Galaxy A50” markalı telefonu Cavabdeh oğluna satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 16 ay müddətinə hər ay 49 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 07.05.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 24.04.2019-cu il tarixli müqavilə üzrə 147 AZN ödənilməmiş hissə, 44 AZN dəbbə, cəmi 191 AZN, 23.05.2019cu il tarixli müqavilə üzrə 455 AZN ödənilməmiş hissə, 126 AZN dəbbə, cəmi 581 AZN, 07.11.2019-cu il tarixli müqavilə üzrə 350 AZN ödənilməmiş hissə, 94 AZN dəbbə, cəmi 444 AZN, 12.12.2019-cu il tarixli müqavilə üzrə 150 AZN ödənilməmiş hissə, 24 AZN dəbbə, cəmi 174 AZN, 12.12.2019-cu il tarixli müqavilə üzrə 41 AZN ödənilməmiş hissə, 9 AZN dəbbə, cəmi 50 AZN, 30.12.2019-cu il tarixli müqavilə üzrə 54,6 AZN ödənilməmiş hissə, 14,4 AZN dəbbə, cəmi 69 AZN, 24.01.2020-ci il tarixli müqavilə üzrə 113,4 AZN ödənilməmiş hissə, 32,6 AZN dəbbə, cəmi 146 AZN, 18.02.2020-ci il tarixli müqavilə üzrə 1185,4 AZN ödənilməmiş hissə, 194,6 AZN dəbbə, cəmi 1380 AZN, 28.02.2020-ci il tarixli müqavilə üzrə 66,2 AZN ödənilməmiş hissə, 19,8 AZN dəbbə, cəmi 86 AZN, 07.03.2020-ci il tarixli müqavilə üzrə 365,4 AZN ödənilməmiş hissə, 79,6 AZN dəbbə, cəmi 445 AZN, 19.03.2020-ci il tarixli müqavilə üzrə 110 AZN ödənilməmiş hissə, 33 AZN dəbbə, cəmi 143 AZN, 26.05.2020-ci il tarixli müqavilə üzrə 627,4 AZN ödənilməmiş hissə, 98,6 AZN dəbbə, cəmi 726 AZN, 11.06.2020-ci il tarixli müqavilə üzrə 377,4 AZN ödənilməmiş hissə, 99,6 AZN dəbbə, cəmi 477, ümumilikdə 4912 AZN borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişlərdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdeh İddiaçı MMC ilə 24.04.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********12208 olan “Samsung Galaxy A50” markalı telefon, 23.05.2019-cu il tarixli müqaviləsinə əsasən “Epson” printer, 07.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********36899 olan “X5 8” markalı telefon, 12.12.2019-cu il tarixli müqaviləsinə əsasən“Router TP-LİNK”, 12.12.2019-cu il tarixli müqaviləsinə əsasən “X4”, 30.12.2019-cu il tarixli müqaviləsinə “Logitech” klaviatura, 24.01.2020-ci il tarixli müqaviləsinə əsasən “WD” markalı sərt disk, 18.02.2020ci il tarixli müqaviləsinə əsasən “Asus” notebook, 28.02.2020-ci il tarixli müqaviləsinə “CASİO” saat, 07.03.2020-ci il tarixli müqaviləsinə əsasən “Sony” qulaqlıq, 19.03.2020-ci il tarixli müqaviləsinə “REDMOND” kabab bişirən, 26.05.2020-ci il tarixli müqaviləsinə əsasən “X5 9S” markalı telefon, 11.06.2020-ci il tarixli müqaviləsinə əsasən “Samsung” monitor almışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə ümumilikdə 4912 AZN (dörd min doqquz yüz on iki manat) borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləği ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq, 24.04.2019-cu il, 23.05.2019-cu il, 07.11.2019-cu il, 12.12.2019-cu il, 12.12.2019-cu il, 30.12.2019-cu il, 24.01.2020-ci il, 18.02.2020-ci il, 28.02.2020-ci il, 07.03.2020-ci il, 19.03.2020-ci il, 26.05.2020-ci il, 11.06.2020-ci il tarixli müqavilələr üzrə cəmi 89 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 24.04.2019-cu il tarixli müqaviləyə əsasən 147 AZN (bir yüz qırx yeddi manat) ödənilməmiş hissə, 4 AZN (dörd manat) dəbbə pulu; 23.05.2019-cu il tarixli müqaviləsinə əsasən, 455 AZN (dörd yüz əlli beş manat) ödənilməmiş hissə, 10 AZN (bir on manat) dəbbə pulu, 07.11.2019-cu il tarixli müqaviləsinə 350 AZN (üç yüz əlli manat) ödənilməmiş hissə, 10 AZN (on manat) dəbbə pulu, 12.12.2019-cu il tarixli müqaviləsinə əsasən 150 AZN (bir yüz əlli manat) ödənilməmiş hissə, 3 AZN (üç manat) dəbbə pulu, 12.12.2019-cu il tarixli müqaviləsinə əsasən 41 AZN (qırx bir manat) ödənilməmiş hissə, 9 AZN (doqquz manat) dəbbə pulu, 30.12.2019-cu il tarixli müqaviləsinə əsasən 54,6 AZN (əlli dörd manat, altmış qəpik) ödənilməmiş hissə, 2 AZN (iki manat) dəbbə pulu, 24.01.2020-ci il tarixli müqaviləsinə əsasən 113,4 AZN (bir yüz on üç manat, qırx qəpik) ödənilməmiş hissə, 3 AZN (üç manat) dəbbə pulu, 18.02.2020-ci il tarixli müqaviləsinə əsasən 1185,4 AZN (bir min bir yüz səksən beş manat, qırx qəpik) manat ödənilməmiş hissə, 15 AZN (on beş manat) dəbbə pulu, 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən 66,2 AZN (altmış altı manat, iyirmi qəpik) ödənilməmiş hissə, 2 AZN (iki manat) dəbbə pulu, 07.03.2020-ci il tarixli müqaviləsinə əsasən 365,4 AZN (üç yüz altmış beş manat, qırx qəpik) ödənilməmiş hissə, 8 AZN (səkkiz manat) dəbbə pulu, 19.03.2020-ci il tarixli müqaviləsinə əsasən 110 AZN (bir yüz on manat) ödənilməmiş hissə, 3 AZN (üç manat) dəbbə pulu, 26.05.2020-ci il tarixli müqaviləsinə əsasən 627,4 AZN (altı yüz iyirmi yeddi manat, qırx qəpik) ödənilməmiş hissə, 10 AZN (on manat) dəbbə pulu, 11.06.2020-ci il tarixli müqaviləsinə əsasən 377,4 AZN (üç yetmiş yeddi manat, qırx qəpik) ödənilməmiş hissə, 10 AZN (on manat) dəbbə pulu borcu, ümumilikdə və 30 AZN (otuz manat) məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4161,8 AZN (dörd min bir yüz altmış bir manat, səksən qəpik) məbləğində pul tutularaq İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 24.04.2019-cu il tarixli müqaviləyə əsasən 147 AZN (bir yüz qırx yeddi manat) ödənilməmiş hissə, 4 AZN (dörd manat) dəbbə pulu; 23.05.2019-cu il tarixli müqaviləsinə əsasən, 455 AZN (dörd yüz əlli beş manat) ödənilməmiş hissə, 10 AZN (on manat) dəbbə pulu, 07.11.2019-cu il tarixli müqaviləsinə 350 AZN (üç yüz əlli manat) ödənilməmiş hissə, 10 AZN (on manat) dəbbə pulu, 12.12.2019-cu il tarixli müqaviləsinə əsasən 150 AZN (bir yüz əlli manat) ödənilməmiş hissə, 3 AZN (üç manat) dəbbə pulu, 12.12.2019-cu il tarixli müqaviləsinə əsasən 41 AZN (qırx bir manat) ödənilməmiş hissə, 9 AZN (doqquz manat) dəbbə pulu, 30.12.2019-cu il tarixli müqaviləsinə əsasən 54,6 AZN (əlli dörd manat, altmış qəpik) ödənilməmiş hissə, 2 AZN (iki manat) dəbbə pulu, 24.01.2020-ci il tarixli müqaviləsinə əsasən 113,40 AZN (bir yüz on üç manat, qırx qəpik) ödənilməmiş hissə, 3 AZN (üç manat) dəbbə pulu, 18.02.2020-ci il tarixli müqaviləsinə əsasən 1185,4 AZN (bir min bir yüz səksən beş manat, qırx qəpik) manat ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə pulu, 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən 66,20 AZN (altmış altı manat, iyirmi qəpik) ödənilməmiş hissə, 2 AZN (iki manat) dəbbə pulu, 07.03.2020-ci il tarixli müqaviləsinə əsasən 365,40 AZN (üç yüz altmış beş manat, qırx qəpik) ödənilməmiş hissə, 8 AZN (səkkiz manat) dəbbə pulu, 19.03.2020-ci il tarixli müqaviləsinə əsasən 110 AZN (bir yüz on manat) ödənilməmiş hissə, 3 AZN (üç manat) dəbbə pulu, 26.05.2020-ci il tarixli müqaviləsinə əsasən 627,40 AZN (altı yüz iyirmi yeddi manat, qırx qəpik) ödənilməmiş hissə, 10 AZN (on manat) dəbbə pulu, 11.06.2020-ci il tarixli müqaviləsinə əsasən 377,40 AZN (üç yetmiş yeddi manat, qırx qəpik) ödənilməmiş hissə, 10 AZN (on manat) dəbbə pulu borcu, ümumilikdə və 30 AZN (otuz manat) məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4161,80 AZN (dörd min bir yüz altmış bir manat, səksən qəpik) məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4307/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4307/2021
09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver