Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4313/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, cavabdeh, İddiaçı MMC ilə 19.12.2019-cu il və 19.01.2020-ci il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********72031 olan “Samsung Galaxy A20s” markalı telefon, aksesuar və İMEİ Kodu **********29660 olan NOKİA markalı telefon almış və nəticədə 794 (yeddi yüz doxsan dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19.12.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 558 (beş yüz əlli səkkiz) manat (18 ay x 31 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********72031 olan “Samsung Galaxy A20s” markalı telefon, aksessuar üçün ümumilikdə 536 (beş yüz otuz altı) manat olmaqla, ondan 488 (dörd yüz səksən səkkiz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 48 (qırx səkkiz) manat cərimə; 19.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 335.8 AZN (üç yüz otuz beş manat, səksən qəpik) (12 ay x 26 manat 90 qəpik + 13 manat ilkin ödəniş) İMEİ Kodu **********29660 olan NOKİA markalı telefon üçün ümumilikdə 258 (iki yüz əlli səkkiz) manat olmaqla ondan 234.8 (iki yüz otuz dörd manat, səksən qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 23.2 (iyirmi üç manat, iyirmi qəpik) manat cərimə borcu hesablanmışdr. Cavabdehin cəmi ödədiyi məbləğ 171 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, 19.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********72031 olan “Samsung Galaxy A20s” markalı telefon, aksessuar üçün 488 (dörd yüz səksən səkkiz) manat ödənilməmiş hissə 48 (qırx səkkiz) manat cərimə, 19.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********29660 olan NOKİA markalı telefon üçün 234.8 AZN (iki yüz otuz dörd manat, səksən qəpik) ödənilməmiş hissə, 23.2 AZN (iyirmi üç manat, iyirmi qəpik) cərimə borcu, ümumilikdə 794 AZN (yeddi yüz doxsan dörd manat) borc və 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin Cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19.12.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 558 manat olan İMEİ Kodu **********72031 olan “Samsung Galaxy A20s” markalı telefonu və aksessuarı Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 31 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19.01.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 335,8 AZN olan İMEİ Kodu **********29660 olan NOKİA markalı telefon Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə 13 manat ilkin ödəniş olmaqla hər ay 26,9 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 04.05.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 19.12.2019-cu il tarixli müqavilə üzrə 488 AZN ödənilməmiş hissə, 48 AZN cərimə, cəmi 536 AZN borcu vardır. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 04.05.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 19.01.2020-ci il tarixli müqavilə üzrə 234,8 AZN ödənilməmiş hissə, 23,2 AZN cərimə, cəmi 258 AZN borcu vardır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 17.07.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı MMC ilə 19.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********72031 olan “Samsung Galaxy A20s” markalı telefon, aksessuar və 19.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********29660 olan NOKİA markalı telefon almışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə ümumilikdə 794 AZN (yeddi yüz doxsan dörd manat) borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 19.12.2019-cu il tarixli müqaviləyə əsasən 488 AZN (dörd yüz səksən səkkiz manat) ödənilməmiş hissə, 48 (qırx səkkiz manat) cərimə, 19.01.2020-ci il tarixli müqaviləyə əsasən 234,8 AZN (iki yüz otuz dörd manat, səksən qəpik manat) ödənilməmiş hissə, 23.2 AZN (iyirmi üç manat, iyirmi qəpik) cərimə borcu, ümumilikdə 794 AZN (yeddi yüz doxsan dörd) və 30 AZN (otuz manat) məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 824 AZN (səkkiz yüz iyirmi dörd manat) məbləğində pul tutularaq İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 19.12.2019-cu il tarixli müqaviləyə əsasən 488 AZN (dörd yüz səksən səkkiz manat) ödənilməmiş hissə, 48 AZN (qırx səkkiz manat) cərimə, 19.01.2020-ci il tarixli müqaviləyə əsasən 234.80 AZN (iki yüz otuz dörd manat, səksən qəpik) ödənilməmiş hissə, 23.20 (iyirmi üç manat, iyirmi qəpik) cərimə borcu, ümumilikdə 794 (yeddi yüz doxsan dörd manat) və 30 AZN (otuz manat) məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 824 AZN (səkkiz yüz iyirmi dörd manat) məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4313/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4313/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver