Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-433/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Muradov Mehman Telman oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 70.000 (yetmiş min) ABŞ dolları pul vəsaitinin ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlərdən Cavabdeh1 ilə 2005-ci ildə sonuncunun əmisi oğlu Emil Cavadov vasitəsilə tanış olmuşdur. Həmin dövrdə iddiaçı Rusiya Federasiyasının vətəndaşı idi və Moskva şəhərində yaşayırdı. Lakin qızı X5 övladları ilə birlikdə daimi olaraq Bakı şəhərində yerləşən və iddiaçıya məxsus olan mənzildə yaşayırdı və bu səbəbdən həyat yoldaşı çox vaxt Bakı şəhərində qızının yanında olurdu. Bundan başqa iddiaçının Bakı şəhərində Rolls-Royce, Bentley markalı avtomobilləri var idi və həmin avtomobillərə qulluq olunması üçün vaxtı-vaxtında servisə aparmaq lazım idi. Həmçinin, iddiaçının Bakı şəhərində şəxsi yaxtası mövcud idi və həmin yaxtada xidmət göstərən heyət var idi. Həmin şəxslərin fəaliyyətinə daimi nəzarət etmək və aylıq əmək haqlarını ödəmək lazım idi. Ancaq iddiaçı Bakı şəhərində həm sürücü, həm da verəcəyi tapşırıqlarını yerinə yetirəcək adam lazım idi. Bu səbəbdən yuxarıda göstərilən işlərin görülməsi və həmçinin sürücü kimi fəaliyyət göstərməsi üçün Cavabdeh1 2006-cı ildə ayda 3000 ABŞ dolları əmək haqqı ödəməklə işə götürmüşdür. İddiaçı Cavabdeh1 etibar etdiyi üçün bütün şəxsi işləri ilə məşğul olmağı, o cümlədən evi, yaxtası və maşınları ilə bağlı maliyyə məsələrini ona həvalə etmişdir. Pulları bank vasitəsi ilə Bakı şəhərinə Cavabdeh1 adına köçürmək yolu ilə göndərirdi. İddiaçı Cavabdeh1 o qədər çox inanırdı ki, onun pulları necə sərf etdiyinə nəzarət etmirdi, yalnız Bakı şəhərinə gəldiyi zamanlarda göndərdiyi pulları haralara sərf etdiyinə dair özünün adi kağızda apardığı qeydiyyatı göstərirdi. 2011-ci ildə iddiaçı bankdan götürdüyü kreditin hesabına xxxx LX 350 markalı avtomobil almışdır. Həmin dövrdə iddiaçı Rusiya Federasiyasının vətəndaşı olduğuna görə cavabdeh Cavadov demişdir ki, maşın hazırki iş üzrə digər cavabdeh olan onun həyat yoldaşı Cavabdeh2 adına alınsın və onun adına kredit rəsmiləşdirilsin. İddiaçı onunla razılaşmışdır. Avtomobil Cavabdeh2 adına rəsmiləşdirilmiş, avtomobilə **-KS-*** dövlət qeydiyyatı nişanı verilmiş və alınmış kreditə görə Muğan Bank ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 2014-cü ildə iddiaçı avtomobilin kreditini tam ödəmişdir. Bununla bağlı avtomobilə yeni qeydiyyat vəsiqəsi və yeni **-GT-*** dövlət qeydiyyat nişanı verilmişdir. 2014-cü ildə iddiaçı şəxsi vəsaiti hesabına daha bir avtomobil (xxxx LX 579 markalı avtomobil almış və Rusiya Federasiyasının vətəndaşı olduğuna görə yuxarıda qeyd edilən eyni səbəbə görə avtomobili Cavabdeh1 adına rəsmiləşdirmişdir. Bu avtomobilə **-TK-*** dövlət qeydiyyat nişanı verilmişdir. İddiaçı həmin avtomobili idarə etməyə alınan gündən digər sürücüsü X13 həvalə etmişdir. Bu səbəbdən iddiaçının göstərişinə əsasən Cavabdeh1 tərəfindən sürücü Malik Əzimova etibarnamə verilmişdir. Həmçinin iddiaçı Bakı şəhərinə gəldiyi zaman ehtiyac yaranacağı halda həmin avtomaşını idarə edə bilməsi üçün Cavabdeh1 iddiaçının göstərişi ilə iddiaçının adına da etibarnamə vermişdir. 2018-ci ildə Mercedes Vito markalı yeni avtomaşını Avstriyadan gəldikdən sonra Cavabdeh1 iddiaçım göstərişinə əsasən əvvəlki xxxx LX 350 markalı, **-GT-*** dövlət nömrə nişanlı avtomaşını satmış və satışdan əldə olunmuş 24000 ABŞ dolları məbləğində pulu iddiaçıya, iddiaçının dostu Azər Mehdiyevin və yaxtanın ekipajı yanında, iddiaçının şəxsi yaxtasında vermişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh həmin avtomobili 27000 ABŞ dollarına satmışdır. 2017-ci ilin ortalarında iddiaçı Azərbaycan Respublikasına köçərək Bakı şəhərində ailəsi ilə birlikdə daimi yaşamağa başlamışdır. İddiaçı burda yaşadığına görə Cavabdeh1 maliyyə məsələlərindən kənarlaşdıraraq şəxsi maliyyə məsələlərini özü həll etməyə başlamışdır. Cavabdeh1 isə yalnız sürücü kimi iddiaçıya xidmət göstərirdi. 2018-ci ilin iyun ayında mübahisəli avtomobilə təhkim olunmuş **-TK-*** dövlət qeydiyyat nişanı dəyişdirilmiş və avtomobilə əvvəlki, yəni (**-KS-*** dövlət nömrə nişanı verilmişdir. İddiaçı özü Bakıda yaşadığından köməkçi lazım olmadığına görə 2018-ci ilin noyabr ayından Cavabdeh1 sürücü kimi 3500 manat əmək haqqı verməyə başlamışdır. Çünki, o, artıq yalnız ailə sürücüsü kimi qalmışdır. Cavabdehin çalışdığı son iki ayda yalnız gördüyü iş Mercedes Vito markalı avtomaşınla iddiaçını səhər saat 11-də işə aparıb axşam saat 6-da evə gətirməkdən ibarət olmuşdur. İddiaçının ailə üzvləri isə digər sürücü M.Əzimov mübahisəli avtomobili ilə xidmət göstərmişdir. Cavabdeh1 xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixədək istirahətdə olmuş, xx.xx.2019-cu il tarixdən sonra isə onun işi mübahisəli avtomobillə iddiaçının nəvələrini məktəbə aparıb gətirmək olmuşdur. Cavabdeh1 əvvəlki dövrdən fərqli olaraq, iddiaçıya məxsus olan pulları artıq özünün bildiyi kimi sağa-sola xərcləyə bilmədiyi üçün və uşaqları məktəbə aparmaqdan ötrü hər gün səhər tezdən oyanmalı olduğuna görə xx.xx.2019-cu il tarixdə iddiaçının yanına gələrək artıq sürücü kimi çalışmaq istəmədiyini bildirmişdir. İddiaçı isə onun istəyinə etiraz etməyərək avtomobilin açarlarını təhvil verməsini tələb etmiş, lakin Cavabdeh1 avtomobilin əsassız olaraq ona çatmalı olduğunu bildirmişdir. Lakin yuxarıdakı məlumatlardan da göründüyü kimi cavabdeh əsassız olaraq iddiaçının pul vəsaitini mənimsəmişdir. Bundan əlavə qeyd etmək istəyirlər ki, “xxxx” ASC-də olan AZ63AHB******************** nömrəli bank hesabından xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, təkcə xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində Cavabdeh1 iddiaçının verdiyi etibarnamə əsasında hesabından 1.000.514,96 manat məbləğində pul məxaric etmişdir. Həmçinin, “xxxx” ASC-də olan ******************** nömrəli bank hesabının xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, xx.xx.2010-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində Cavabdeh1 iddiaçının verdiyi etibarnamə əsasında hesabından 1.174.264,23 avro məxaric etmişdir. Mübahisəli avtomobilin dəyəri olaraq ödənilmiş pulla məhz iddiaçının göndərdiyi həmin məbləğlərdən ödənilmişdir. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl Cavabdeh1 ilə dəfələrlə normal şəkildə danışaraq avtomobilin geri qaytarmasını və adına rəsmiləşdirməsini tapşırsa da, Cavabdeh1 avtomobilin “Qeydiyyat şəhadətnaməsinin” adına olmasından sui-istifadə edərək avtomobili geri qaytarmaqdan imtina etmişdir. Hətta məhkəməyə müraciət edəcəyi barədə dediyi sözdən sonra, Cavabdeh1 iddiaçını avtomobili partladaraq məhv edəcəyi ilə hədələmişdir. Sonradan isə məlum olmuşdur ki, Cavabdeh1 avtomobili V.Əmirova satmışdır. Elvin-2007 Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi alqı-satqı müqaviləsi ilə müəyyən olunur ki, Lexsus LX 570 markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 60.000 (altmış min) manata Cavabdeh1 tərəfindən X2. Həmin əsassız varlanma yolu ilə əldə olunmuş pul vəsaiti birgə nikah dövründə Cavabdeh1 və digər Cavabdeh2 tərəfindən xərclənmişdir. Qeyd olunan məsələlər tərəflər arasında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2- (103)-12226/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə də bir daha sübuta yetirilir. Qeyd etmək lazımdır ki, avtomobilin xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 60.000 (altmış min) manata Cavabdeh1 tərəfindən X3 barədə müqavilə formal bağlanmış, avtomobil Cavabdeh1 faktiki mülkiyyətində qalmışdır. Həmçinin həmin avtomobilin faktiki qiyməti 70.000 (yetmiş min) ABŞ dollarından daha artıqdır. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, 70.000 (yetmiş min) ABŞ dolları pul vəsaitinin ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdehlər yuxarıdakı faktalara əsasən iddiaçının pullarını mənimsəmişlər. Burada əsasız varlanmanın əlamətləri mövcuddur. Qeyd etmək istərlər ki, xxxx LX 570 markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı vəsaiti əsasında alınması tərəflər arasında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-(103)-12226/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə sübuta yetirilir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, “xxxx” ASC-də olan AZ63AHB******************** nömrəli bank hesabından xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, təkcə xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində Cavabdeh1 iddiaçının verdiyi etibarnamə əsasında hesabından 1.000.514,96 manat məbləğində pul məxaric etmişdir. Həmçinin, “xxxx” ASC-də olan ******************** nömrəli bank hesabının xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, xx.xx.2010-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində Cavabdeh1 iddiaçının verdiyi etibarnamə əsasında hesabından 1.174.264,23 avro məxaric etmişdir. Mübahisəli avtomobilin dəyəri olaraq ödənilmiş pul da məhz iddiaçının göndərdiyi həmin məbləğlərdən ödənilmişdir. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl Cavabdeh1 ilə dəfələrlə normal şəkildə danışaraq avtomobilin geri qaytarmasını və adına rəsmiləşdirməsini tapşırsa da, Cavabdeh1 avtomobilin “Qeydiyyat şəhadətnaməsinin” adına olmasından sui-istifadə edərək avtomobili geri qaytarmaqdan imtina etmişdir. Hətta məhkəməyə müraciət edəcəyi barədə dediyi sözdən sonra, Cavabdeh1 iddiaçını avtomobili partladaraq məhv edəcəyi ilə hədələmişdir. Sonradan isə məlum olmuşdur ki, Cavabdeh1 avtomobili V.Əmirova satmışdır. Elvin-2007 Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi alqı-satqı müqaviləsi ilə müəyyən olunur ki, Lexsus LX 570 markalı, 90- KS-811 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən 60.000 (altmış min) manata Cavabdeh1 tərəfindən X2. Həmin əsassız varlanma yolu ilə əldə olunmuş pul vəsaiti birgə nikah dövründə Cavabdeh1 və digər Cavabdeh2 tərəfindən xərclənmişdir. Qeyd olunan məsələlər tərəflər arasında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-(103)-12226/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə də bir daha sübuta yetirilir. Qeyd etmək lazımdır ki, avtomobilin xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 60.000 (altmış min) manata Cavabdeh1 tərəfindən X3 barədə müqavilə formal bağlanmış, avtomobil Cavabdeh1 faktiki mülkiyyətində qalmışdır. Həmçinin həmin avtomobilin faktiki qiyməti 70.000 (yetmiş min) ABŞ dollarından daha artıqdır. Qeyd etmək istəyirlər ki, məhkəmədə iddia qaldırıldıqdan sonra tərəflərindən Azərbaycan Respublikası Baş X19 İdarəsindən əldə etdikləri xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunmuşdur ki, həmin avtomobil Cavabdeh1 tanışı və qohumu olan X7 etibarnamə əsasında iştirakı əsasında 140000 (yüz qırx min) manata X1. Cavabdeh1 tanışı və qohumu olan X12 həmçinin xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi zamanı da etibarnamə ilə Cavabdeh1 adından etibarnamə ilə çıxış etmişdir. Həmçinin xx.xx.2018-ci il tarixində Nəsimi rayon İcra və Probasya Şöbəsi tərəfindən qəbul edilmiş akt ilə müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi formal olaraq imzalanmış, Lexsus LX 570 markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 həyətində saxlanılmaqla faktiki Cavabdeh1 mülkiyyətində olmuşdur. Avtomobil uzun müddət qanunsuz və əsassız olaraq Cavabdeh1 tərəfindən özündə saxlanılmış, avomobil istifadə edilmiş və bununla da onun dəyəri azalmışdır. Həmin avtomobil vaxtında geri qaytarılsa İddiaçı həmin avtomobili minimum 150000 (yüz əlli min) manata satılardı. Belə olan halda hazırda iddia tələbinin həcminin artırılması zərurəti yaranıb. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, 150.000 (yüz əlli min) manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Lexsus LX 570 markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin idiaçı İddiaçı vəsaiti əsasında alınması tərəflər arasında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-(103)-12226/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə sübuta yetirilir. Tərəflərindən Azərbaycan Respublikası Baş X19 İdarəsindən əldə etdikləri xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunmuşdur ki, həmin avtomobil Cavabdeh1 tanışı və qohumu olan X7 etibarnamə əsasında iştirakı əsasında 140000 (yüz qırx min) manata X1. Avtomobil uzun müddət qanunsuz və əsassız olaraq Cavabdeh1 tərəfindən özündə saxlanılmış, avomobil istifadə edilmiş və bununla da onun dəyəri azalmışdır. Həmin avtomobil vaxtında geri qaytarılsa İddiaçı həmin avtomobili minimum 150000 (yüz əlli min) manata satılardı. 150.000 (yüz əlli min) manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 yuxarıda qeyd olunan məzmunda izahat vermiş iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X9 iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsində nümayəndəsi və vəkili olduğu Cavadov X6 Fərid Qərib oğlunun iddiası əsasında əsassız varlanma nəticəsində 150000 (yüz əlli min) manat pul tələbinə əsasən cavabdeh qismində işə cəlb edilib. İddianın əsası Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı olmuşdur ki, həmin iş üzrə iddiaçı cavabdehə qarşı “avtomobilə mülkiyyət hüququnun tanınmasına dair” iddiası olmuşdur. “Avtomobilə mülkiyyət hüququnun tanınmasına dair” iddia Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə xx xxxx 2019-cu il tarixdə verilmişdir və həmin məhkəmədə xx xxxx 2019-cu il tarixli qətnamə ilə iddia tələbi təmin edilmişdir. Qeyd edilən qətnamədən apellyasiya şikayəti verilmiş və şikayət Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı elan edildiyi gün əvvəlki iddia ərizəsinə qismən dəyişiklik edilməklə yenidən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Hazırkı iş üzrə yuxarıda da qeyd etdiyi kimi əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin tələb edilməsidir. İddiaçı iddia ərizəsində göstərir ki, 2014-cü ildə Rusiya Federasiyasının vətəndaşı olduğu səbəbindən əvvəlki iş üzrə mübahisəli avtomobil Cavabdeh1 adına alınmışdır. Bildirir ki, mübahisəli avtomobil xx xxxxxxx 2014-cü il tarixdə 43 000 manata “xxxx” MMC-dən alınıb. İş materiallarına əlavə edilmiş MAPS arayışında iddiaçı xx.xx.2014-cü il tarixdə artıq Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini əldə etmişdir. Bu hal göstərir ki, iddiaçının iddia etdiyi kimi avtomobili öz adına almaq imkanın olmaması həqiqətə uyğun deyil, iş materiallarından da görünür ki, mübahisəli avtomobil cavabdehin mülkiyyətində 4 ildən artıq olub. İddiaçının istinad etdiyi cavabdehin mülki qanunvericiliyinin tələbinə əsasən əsassız varlanma müddəası isə absurdur. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsində göstərilir ki, Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Qeyd etdiklərinə əsasən iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X9 eyni zamanda digər ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsində nümayəndəsi və vəkili olduğu Cavabdeh1 İddiaçı iddiası əsasında 150.000 (yüz əlli min) manat pul tələbinə əsasən cavabdeh qismində işə cəlb edilib. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert qarşısında qoyulan suala cavab olaraq ona təqdim edilmiş sənəd əsasında avtomobilin qiyməti 140.000 manat dəyəriəndirilmişdir. Məhkəməyə təqdim edilmiş avtomobilin alğı-satqı müqaviləsində saxtalaşdırma edilmişdir. Belə ki, avtomobil 40 000 manata alğı-satqı edilmişdir və bunu avtomobili satan şəxs təsdiq edir, məhkəmə baxışı zamanı təsdiq etmişdir. Azərbaycan Respublikası CM-nin 294.1-ci maddəsinin tələbinə əsasən mülki iş üzrə sənədlərin saxtalaşdırılması cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən aparılmış xx xxxxxx 2020-ci tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsini və ona əlavə edilmiş sənədlərdə saxtakarlıq edilərək müqavilənin dəyişdirilməsi və subutların saxtalaşdırılmasına görə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, maşın onun mülkiyyətindədir. Maşını özü almışdır. Maşını Toyota servisdən almışdır. İddiaçı yanında köməkçi işləmişdir. İşdən çıxdığına görə İddiaçı ona qarşı görə məhkəmələrdə müxtəlif iddialar qaldırır. 2018-ci ildə maşının qeydiyyat nömrəsini dəyişdirmişdir. Ailəsi birgə maşınla istirahətə getmişdir. Maşını Fəridə etibarnamə əsasında vermişdir. Vəkilinə görə vaxtında digər iş üzrə çıxarılmış Bakı Apelyasiya Məhkəməsinin qətnaməsindən şikayət verə bilmədiyini bildirmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-12226/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin edilməsi, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli qətnamənin ləğv edilməsi, və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X11 qarşı “əmlak üzərində mülkiyyət hüququnun tanınması və sair tələbləri barədə” iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 2(102)-2961/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12226/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. xx.xx.2019-cu il tarixli avtomobillərin alqı-satqı müqaviləsinin surətindən görünür ki, “xxxx LX 570” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən X11 60.000 manata satılmışdır. DİN-nin Baş X19 İdarəsinin nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışından görünür ki, “xxxx LX 570” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 adından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/5743 saylı ekspert rəyindən görünür ki, Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytları və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara, eləcə də xx.xx.2020-ci il tarixli “Nəqliyyat vasitənin alqı-satqı Müqavilə”sinə əsasən ekspertiza təyini haqqında qərardadda göstərilən 2014-cü il buraxılışlı “xxxx LX 570 minik” markalı **-KS-*** (və ya ** SB ***) dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 140.000 (yüz qırx min) manat müəyyən olunur (aparılmış tədqiqatın dəyəri: 50 manat). Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, maşını Ağaverdidən almışdır. Təqribi 30.000 dollara aldığını xatırlayır. Maşının dəqiq alış qiymətini xatırlamır. Maşını daha sonra 60.000 manata satmışdır. Maşın satılarkən üzərində hər-hansı qadağa olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.” İddiaçı və cavabdehin tərəf olduqları mülki iş üzrə yuxarı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş və bu iş üçün preyudisiya əhəmiyyətinə malik olan faktlardan görünür ki, mübahisəli avtomobil iddiaçının vəsaiti hesabına əldə olunaraq onun istifadəsində və sahibliyində olmuşdur. Belə ki, məhkəmə bu qənaətə gələrkən “xxxx" ASC-də olan AZ63AHB******************** nömrəli bank hesabından xx.xx.2019-cu il tarixli çıxarışa, təkcə xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində Cavabdeh1 iddiaçının verdiyi etibarnamə əsasında hesabından 1.000.514,96 manat məbləğində pulu məxaric etdiyinə, həmçinin, “xxxx” ASC-də olan ******************** nömrəli bank hesabının xx.xx.2019-cu il tarixli çıxarışına əsasən, xx.xx.2010-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində Cavabdeh1 iddiaçının verdiyi etibarnamə əsasında hesabından 1.174.264,23 avro məbləğində pulu məxaric etdiyinə əsaslanmışdır. Məhkəmə mübahisəli avtomobilin dəyəri olaraq ödənilmiş pulun məhz iddiaçının göndərdiyi həmin məbləğlərdən ödənildiyi qənaətinə gələrkən eyni zamanda iddiaçı ilə Cavabdeh1 arasında mübahisəni məhkəmədən kənar həll etmək üçün aparılmış danışıqların videogörüntülərini özündə əks etdirən video diskinə istinad etmişdir. Həmin videogörüntüdən müəyyən edilmişdir ki, mübahisəli avtomobil iddiaçının vəsaiti hesabına əldə olunmuşdur. Bu xüsusatlar nəzərə alınaraq məhkəmə tərəfindən iddiaçıya ona dəymiş maddi ziyanın ödənilməsi, konkret olaraq isə onun tərəfindən mübahisəli avtomobilə görə ödənilmiş pulun tutulması ilə bağlı ona ziyan vurmuş şəxsə (şəxslərə) qarşı “pul tələbi barədə” iddia ilə məhkəməyə müraciət etmək hüququna malik olduğu izah edilmişdir. Beləliklə məhkəmə qeyd edir ki, yuxarıda göstərilən faktların hazırki məhkəmə baxışı çərçivəsində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Belə ki, mübahisəli avtomobilin məhz iddiaçının vəsaiti hesabına alınması faktı bu mülki iş üzrə artıq müəyyən edilmiş kimi qəbul edilməlidir. Lakin İddiaçı əmlak itkisi nəticəsində dəymiş zərərin məbləği işin mübahisələndirilən hallarına aid olduğundan bu hal hazırki məhkəmə baxışında araşdırılmalıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırda məhrum olduğu avtomobilin dəyəri olan pulun qaytarılmasını istəyən iddiaçı Mülki Məcəllənin 1091.1, 1091.2 və 1092.1-ci maddələrə istinad etmişdir. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddənin məzmunundan göründüyü kimi, əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün şərtlər aşağıdakılardır: - Borclu əmlak əldə etsin; - Həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin; - Bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Çünki cavabdehlər iddiaçıya məxsus avtomobili satmaqla onun hesabına əsassız olaraq varlanmışlar. Cavabdehlər tərəfindən geri qaytarılmalı olan məbləği müəyyən etmək üçün məhkəmə mübahisəli avtomobilin mövcud bazar qiymətinin müəyyən edilməsinə zərurət olduğunu qeyd edir. Belə ki, həmin məbləğ müəyyən edilərkən bunun eyni markalı və il buraxılışlı avtomobilin əldə olunması üçün yetərli olub-olmaması kimi meyarı nəzərə alınmalıdır. İş materiallarında olan avtomobillərin satış saytlarından çıxarışdan göründüyü kimi, 2014-cü il buraxılışlı “xxxx LX 570” markalı avtomobillərin təxmini qiyməti 67.000-81.000 ABŞ dolları civarındadır. Beləliklə qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən (hazırda 70.000 ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq) 119000 manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə bu məsələdə xx.xx.2021-ci il tarixli, 9/5743 saylı ekspert rəyinə istinad etmədiyini, ekspertin, 2014-cü il buraxılışlı “xxxx LX 570” markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ekspertiza tədqiqatına təqdim edilmədiyindən, həmin avtomobilə dair bağlanmış xx.xx.2020-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”ndə göstərilən satış qiymətinə əsaslandığının subyektiv xarakter daşıdığı ilə izah edir. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “X20” şirkətinin 2014-cü il buraxılışlı “xxxx LX 570” markalı avtomobilin qiymətinin 140.000-145.000 ABŞ dolları aralığında olmasına dair arayışı ilə əlaqədar eyni qənaətdədir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə əlaqədar məhkəmə qeyd edir ki, əsassız varlanma ilə bağlı mübahisələrdə iddia müddəti deyil, Mülki Məcəllənin 1095-ci maddəsində təsbit olunmuş kəsici müddət tətbiq edilir. Mülki Məcəllənin 1095-ci maddəsinin tələblərinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Həmin maddənin hüquqi mahiyyəti ilə əlaqədar ilk öncə qeyd edilməlidir ki, maddədə göstərilən iki illik müddət qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən müəyyən edilir ki, həmin müddət iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətin tətbiq edilməsi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Göründüyü kimi əsassız varlanma obyektini qaytarmaq hüququ ən geci iki il keçdikdən sonra qüvvədən düşür. Lakin bu müddət “məhrum olana öz hüququnun məlum olduğu vaxtdan” hesablanır. İş materiallarından göründüyü kimi, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-12226/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçıya ona dəymiş maddi ziyanın ödənilməsi, konkret olaraq isə onun tərəfindən mübahisəli avtomobilə görə ödənilmiş pulun tutulması ilə bağlı ona ziyan vurmuş şəxsə (şəxslərə) qarşı “pul tələbi barədə” iddia ilə məhkəməyə müraciət etmək hüququna malik olduğu izah edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququ qüvvədən düşməmiş və hazırki iddiaya kəsici müddət qaydalarının tətbiq edilməsinə əsas yoxdur. Belə ki, məhkəmə xx.xx.2019-cu il tarixini iddiaçıya (məhrum olana) öz hüququnun pozulduğunun məlum olduğu vaxt kimi nəzərə alır və belə qənaətə gəlir ki, iddiaçı tərəfindən 2 illik müddət ötürülməmişdir. Eyni zamanda məhkəmə cavabdehin Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən aparılmış xx xxxxxx 2020-ci tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”ndə və ona əlavə edilmiş sənədlərdə saxtakarlıq edilərək müqavilənin dəyişdirilməsi və subutların saxtalaşdırılmasına görə AR MPM-nin 265.4-cü maddəsində nəzərdə tutulmuş qaydada xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi xahişi ilə əlaqədar qeyd edir ki, bu tələb hüquqi mahiyyəti etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətlər və tələblərindən asılı deyildir və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib etməklə xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, cavabdehin istinad etdiyi müqavilə hazırki mülki işin araşdırma predmeti olmadığından, həmçinin bu iş üzrə cinayətin əlamətləri aşkara çıxarılmadığından xüsusi qərardadın qəbul edilməsi istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 119000 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 24 manatı, cəmi 119024 (yüz on doqquz min iyirmi dörd) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Məhkəmə həmçinin ödənilmiş tələblərin məbləğini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 10 manatı İddiaçı, 40 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 119000 manat manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 24 manatı, cəmi 119024 (yüz on doqquz min iyirmi dörd) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 10 manatı İddiaçı, 40 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-433/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-433/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver