Məhkəmə qərarları › İş №2(006)-4341/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4341/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4341/2020 24.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 7997.34 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 8175.46 ABŞ dolları faiz, 9698.56 ABŞ dolları cərimə, xx.xx.2020-ci il tarixinə olan gecikdirilmiş vaxt üçün hesablanan 1228.77 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 27100.13 ABŞ dolları məbləğində və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 izahatında bildirdi ki, xx.xx.2014-cü il tarixli, 550112 ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 27%lə 32 ay müddətinə 10.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Kreditin bitmə müddəti xx.xx.2017-ci ildir. Hal-hazırda borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. xx.xx.2020-ci il tarixinədək Cavabdeh3 İddiaçı ASC-yə 7997.34 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 8175.46 ABŞ dolları faiz, 9698.56 ABŞ dolları cərimə, xx.xx.2020-ci il tarixinə olan gecikdirilmiş vaxt üçün hesablanan 1228.77 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 27100.13 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Maliyyə X1 xx xxxxxx 2017-ci il tarixli 49 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziya ləğv edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadı Kollegiyasının 27 dekabr tarixli 2-1(103)-3194/2017 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicsi təyin edilmişdir. Qeyd olunanların nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək və iddia müddətinin keçməsi ilə bağlı ərizə təqdim edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 550112 ssuda hesablı kredit müqaviləsindən görünür ki, illik 27%-lə 32 ay müddətinə 10.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixinədək Cavabdeh3 İddiaçı ASC-yə 7997.34 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 8175.46 ABŞ dolları faiz, 9698.56 ABŞ dolları cərimə, xx.xx.2020-ci il tarixinə olan gecikdirilmiş vaxt üçün hesablanan 1228.77 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 27100.13 ABŞ dolları məbləğində borcu vardır. Beləliklə, cavabdehin nümayəndəsi (vəkili) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia müddəti tətbiq etməklə iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia müddətinin tətbiqi ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» xx xxxx 2013-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, «Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz». Azərbaycan Respublikası MM-nin 380.1 və 380.2-ci maddələrinə əsasən «Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir», «Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir». İşin faktiki hallarından göründüyü kimi, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən kredit müqaviləsinin müddəti 32 ay müddətinə, yəni xx.xx.2017-ci ilədək müəyyən edilmişdir. İddia ərizəsi isə məhkəməyə xx.xx.2020-ci ildə daxil olmuşdur. Məhkəmə iş materiallarına və tərəflərin bildirdiklərinə qiymət verib, Azərbaycan Respublikası MM-nin yuxarıda qeyd olunan müddəalarını və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarını nəzərə alaraq hesab edir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2017-ci ildə bitdiyindən iddiaçı müvafiq məzmunlu iddia ilə məhkəməyə ən geci xx.xx.2017-ci ildə müraciət etməli idi. Buna zidd olaraq iddia ərizəsi məhkəməyə iddia müddəti keçdikdən xeyli sonra daxil olmuşdur. Göründüyü kimi iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini buraxıb. Azərbaycan Respublikası MPM-nin 375.1 və 375.2-ci maddələrinə əsasən «Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir», «Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır». İşin faktiki hallarını, iddiaçının müvafiq tələb üzrə iddia müddətini buraxdığını, cavabdehin nümayəndəsi (vəkili) Vəkil tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə verildiyini, habelə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar